Himalay Ənvəroğlu __________________________
83
"Köç" romanının ideya və obrazlar aləmində dolaşmalısan. Onun
köhlən atı bu sərhədləri özünə maneə hesab etmir.
Müəllif
başlanğıcından hərəkəti folklorun və fantasmaqoriyanın doğma
stixiyası olan yuxu üzərinə keçirməklə dünyamızın üstündə bir
mifoloji-fantasmaqorik aləm yarada bilir ki, Dəli Domrul, Beyrək,
yüz yaşlı dədələr və nənələr (Dədə, Hürü və s.) burada sakin ola
bilirlər.
Ümumiyyətlə, köçəri həyat, əkinçilik, maldarlıq, tayfa və
qəbilə arasında yüz illərlə davam edən qan intiqamları bir stixiya
kimi epik keçmiş təsəvvürləri yaradır. Bu mənada hadisələrə
zaman və məkan sərbəstliyi vermək, şüur axınına yol açmaq,
əhvalatları psixoloji məqama qaldırmaq təhkiyənin folklor adası
ıilə mümkün ola bilərdi. Əsərin uğurlarından biri elə məhz
ondadır ki, müəllif "Köç" roman tipi
üçün müvafiq təhkiyə üsulu
tapa bilib. Çoxfabulalı bu romanın vahid süjet xətti sanki yoxdur.
Lakin roman "köç"ü gedir, şüur axını davam edir, hadisələr
əvəzlənir, "qarşılaşdırılır", qəlb və şüur isə daim gərgin və tarım
vəziyyətdə saxlanılır. Müəllif yaxın keçmişimizin acılı-şirinli
illərinin romanını (nağılını) danışır, tarixin yaşadığımız əsrin
astanasına dirəndiyi hiss olunur. Lakin Qarakəllə kökünün
tarixinə enməklə yenidən tarixin "kələfini itiririk". Çünki Imirin
gördüyü yuxuda "gələcəyə gedənlər"lə, Dədənin, Hürünün, Dəli
Domrulun, ümumiyyətlə, Qarakəllə kökünün torpağa çevrilməsi,
keçmişə "qayıtma" romanda izlənilən tarixin "izini itirir."
Romanda Dəli Domrulun faciəsi də ürək ağrısı yaradır. "Dədə
Qorqud"un ozanlar, dədələr, dastanlar zamanında qəhrəman igid
olan Dəli Domrul bu dövrdə artıq gücünü itirir, zahiri əzəmətilə
indi camaatı yalnız əyləndirə bilirdi.
Romanın bir yerindən Bəkilin qardaşı Imirin halına
yanmasını təsvir edən müəllif heç gözlənilmədən yazır: "Üç yüz
ildən çox idi Qarakəllə kökü ilə Qanıq nəslinin arasında qan
axırdı. Üç yüz il idi ki, kök arasında döyüşlər gedirdi. Üç yüz il
idi
yan-yana, qırıla-qırıla təzədən cücərə-cücərə yol gedirdilər.
Imirin atası axırıncı Qarakəllə idi" (122, səh.28). Bu parça
tariximizin qan yaddaşının qatlarını qaldıran müəllifin bədii
______________________
Азярбайъан романынын инкишаф проблемляри
84
təfəkkür xüsusiyyətəlrinin özünəməxsusluğunu və keçmişimizə
retronun uğurlu ifadə üsulunun tapıldığını göstərir. Burada bir-
birinin ardınca gələn üç cümlədə cəmi 35 söz vardır. Üçü də fellə
(xəbərlə) qurtarır. 13 söz eynitərkibli ("üç yüz il idi") olub
anaforma məqamında işlədilmişdir. Üç söz qoşa şəkildə
işlədilmişdir. "Köç"də olan bütün anaforalar, epiforalar, təkrirlər,
parallelizmlər, mübaliğələr bədii ideyanı mücərrəd simvolik ifadə
vasitələri ilə predmetləşdirir. Ona görə müəllif "Bəkilin iki adam
bir
boyu olan boy-buxunu, enli pələ biləkləri, düyünlü əlləri
Saracı qurudub yəhərə yapışdırdı" (122, səh.39), deyəndə bu artıq
folklor ədəbiyyatının, eyni zamanda eposun ənənələrini və epik
qəhrəmanının obrazını xatırladır. "Dəli Domrulun ruhu tutub
dedilər Bəkili" (122, səh.42) ifadələri də insanın əzəli inamlarını
yada salsa da, yenə folklordan keçib gəlir.
Romanın II fəsli belə başlanır: "Yüz yaşlı Hürü qarının
bildiklərindən , yaddaşından da yaşlı, qədim bir keçmiş vardı"
(122, səh.42). Bir neçə cümlədən sonra elə həmin səhifədə
oxuyuruq: "Yüz yaşlı Hürü qarının yaddaşının, bildiklərinin
qurtardığı bir vaxt, yaz ağzı idi." Bu təkrar deyil, məhz sözlərin
oyunu ilə eyni fikri müxtəlif bucaq altında ifadə etməklə ideyanı
dərinləşdirməkdir. Göründüyü kimi,
birinci cümlə ilə ikincini
fərqləndirən cəhət "bildiklərindən" sözünün "yaddaşının" ifadəsi
ilə yerinin dəyişilməsidir. Bununla da, fikrin əvvəlki axarı
məqsədli qırılaraq bədii nitq ahəngin dəyişilməsinə xidmət
etdirilmişdir. "Üç gün üç gecəydi toy çalınırdı. Qarakəllər hələ
toy havasındaydılar" kimi deyimlər də həmçinin "Dədə Qorqud"
və nağıl stixiyasının müasir romanda yeni görünüşüdür. Romann-
dakı "dünyanı çox dişinə vuran" Dədə obrazı da böyük sələfi Də-
də Qorqud müdrikliyinə assosiativ fikri körpü salır.
"Kitabi-Dədə Qorqud" boylarında oğuz igidləri Dədə Qor-
quda necə ehtiram bəsləyirdisə, "Köç" romanında da Qarakəllə
kökü Dədədən yurddan ayrılırlarmış kimi ayrılırdılar" (122,
səh.67). Bu epik stixiya müdrikliyi tayfa başçısına tapılmağı
aşılayır. Göründüyü kimi, o ideyalar ki, insanlığın əzəli, saf varlı-
ğından doğub,
bunlar zaman, ideologiya, janr "sərhəddi" ilə məh-
Himalay Ənvəroğlu __________________________
85
dudlaşmır. Bu mənada Mövlud Süleymanlı romanında insanın
həyat fəlsəfəsinin, mənəviyyatının elə məqamlarını verir ki,
bunlar daimidir, yaşarlıdır.
Müasir Azərbaycan romanında tənqidin diqqətini cəlb edən
nümunələrdən biri də görkəmli yazıçı Elçinin "Mahmud və Mər-
yəm"idir. Burada Azərbaycanın "1514-cü il iyun ayının 28-indən"
(39, səh.7) sonrakı dövrdə siyasi, iqtisadi, coğrafi və hərbi
qüdrətinin tarixilik baxımından göstərilmiş folklordan bəhrələ-
nilərək məlum əfsanəvi məhəbbət macərasının əsas motivləri ro-
man süjeti ilə ustalıqla əlaqələndirilmişdir. "Əsli və Kərəm" mə-
həbbət dastanı ilə "Mahmud və Məryəm" romanını tipoloji para-
lellər əsasında tədqiq
etmək də, bu əsərlər arasında həm stixiya,
həm də kompozisiya əlaqələrini meydana çıxarmaq imkanı verir.
Ümumiyyətlə, "Əsli və Kərəm" məhəbbət dastanları içərisində
həcm etibarilə ən böyüyü, kompozisiya xüsusiyyətlərinə görə ən
mürəkkəbidir. Bu dastan tarixilik baxımından da müasir Azər-
baycan romançısının maraq dairəsinə daxildir.
Həqiqətən də romanda danışılan dövrün tarixi hadisələri,
eyni zamanda Azərbaycan dövlətçiliyinin taleyi ilə bağlı maraqlı
süjetlər verilir. Əlbəttə, bu əsər nə sırf tarixi romandır, nə də
məhəbbət əfsanəsinin romana çevrilməsi. Lakin elə həqiqətlər
vardır ki, yazıçı bundan imtina edə bilməzdi. Məsələn, Mahmud
və Məryəmin "Əsli və Kərəm"dən bizə məlum olan son taleyini
dəyişdirə bilməzdi. Vaxtı ilə böyük Azərbaycan şairləri Nizami və
Füzuli də məlum süjetlərin motivlərinldə taleyüklü dəyişikliklər
etməmişlər. Təfəkkürdə möhkəm qərar tutan mövzuların ülviliyi,
insan ruhunun ən incə və əzəli duyğularından
yaranan motivləri
dəyişdirmək, onları zamana və müəllif niyyətinə tabe etdirmək
əsil sənət yolu olmamışdır. Əsil ustalıq isə məlum strukturun
gözəlliyini, ilkinliyini, saflığını, ülviliyini və bəşəriliyini
saxlamaqdır. "Bu mənada müasir ədəbiyyatda dəb halını almış
folklorlaşdırma üsulundan çox uzaq olan yazıçı (Elçin – H.Q.) el
ədəbiyyatının imitasiyası yolunu deyil, xalq ədəbiyyatını, xalqın
yaratdığı süjeti simvol kimi alaraq müasir fəlsəfi roman
yaratmışdır" (138, səh.5). Doğrudan da, danışılan tarixi dövrün
______________________
Азярбайъан романынын инкишаф проблемляри
86
xüsusiyyətlərinin dərin təhlili romantik-əfsanəvi məhəbbətin ro-
man qiymətində: müəllif konsepsiyasında birləşdirilmişdir. Çox
yığcam şəkildə Sultan Səlim və Şah Ismayıl münasibətlərini,
həmin dövrün ziddiyyətli, dumanlı, mürəkkəb, məsuliyyətli, lakin
eyni zamanda, şərəfli bir tarixini bədiilik qanunları əsasında, lirik,
romantik məqamlardan sərt sosioloji
məqamlara keçməklə realist
mənzərəsini yaratmaq gərgin sənətkarlıq axtarışlarının nəticəsində
mümkün olmuşdur. Tragik qəhrəmanların dastan-roman
həyatlarının tipoloji oxşar motivlərinin ümumi yerlərini bir-bir
göstərmək məqsədində olmasaq da, qeyd etməliyik ki, belə
yaxınlıqların olması heç də təəccüblü deyil. Əksinə, tipologiyanın
pozulması romanın xeyrinə olmazdı. Lakin yeri gəldikcə roman
müəllifi bəzi gedişlərə özünün əlavələrini də edir. Belə "fərqlər"
roman poetikası baxımından mümkün hesab edilə bilər.
Məsələn, "Alov Mahmudun paltarını, saçlarını bürüdü. Mər-
yəm əvvəlcə başa düşmədi ki, birdən-birə gözlərinin qabağında
alovlanan bu məşəl nədi belə, sonra başa düşdü ki, Mahmud alışıb
yanır və özünü bu yanan məşəlin üstünə atdı, əlləri ilə, bədəni ilə
bu
yanan məşəli söndürmək istədi, bu yanan məşəli yalın əllər ilə
qucaqlayıb sinəsinə sıxdı və özü də alışıb yanmağa başladı və
nəhayət ki, bədəninin buz soyuğu getdi. Məryəm bir gözəl isti
hiss etdi…
…Saray adamları su daşıyıb gətirənəcən o məşəl tamam
yanıb qurtarıb bir ovuc külə döndü və saray adamları həmin
məşəldən alovlanmış otağı güclə söndürdü…" (39, səh.181-182)
Dastanda isə qəhrəmanların talelərinin faciəli sonluğu
aşağıdakı kimi verilmişdir:
"Alov" təpədən dırnağına Kərəmi bürüdü. "Əslinin dad-
fəryadına camaat tökülüb gəldi. Hamıdan qabaq Əslinin tay-
tuşları içəriyə doluşdular. Ancaq Kərəmin alovunu söndürmək
mümkün olmadı. Tamam yanıb kül oldu…
…Əsli tam qırx gün Kərəmin külü yanında dayanıb ağladı.
Qırx birinci gün öz saçlarını süpürgə edib, külü süpürərkən o da
kül içərisində qalan oddan alovlandı, yanıb külə döndü" (6,
səh.163-164). Qəhrəmanların belə dəhşətli ölümü hər iki əsərdə