Microsoft Word Himalay doc



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə17/85
tarix20.08.2018
ölçüsü2,16 Mb.
#63700
1   ...   13   14   15   16   17   18   19   20   ...   85

Himalay Ənvəroğlu __________________________
 
 
67
dastanın hadisələri eyni vaxtda realist və romantik üslubda inkişaf 
etdirməsi romanın formalaşmasına mühüm təsir etmişdir. "Xalq 
dastanları" və ya "folklor romanları" adlandırılan dastan möhkəm 
süjeti, çoxplanlılığı və xəyala, mübaliğəyə, genişliyə və dərinliyə 
meylinə görə ümumiyyətlə roman janrı üçün, eyni zamanda 
müasir milli Azərbaycan romanı üçün də xarakterik formalardan 
sayılır. Məsələn, monumentallıq nümunəsi olan "Koroğlu" 
dastanında müasir iri həcmli romanlarımızda (I.Şıxlının "Dəli 
Kür") olduğu kimi xalqın həyatı geniş, canlı, rəngarəng lövhələrlə 
rəsm edilmiş, böyük tarixi hadisələr epik lövhələrlə  təsvir və 
tərənnüm edilmişdir. Düşmənə qarşı amansız olmaq kimi 
müqəddəs qanun milli romanlarımızın qəhrəmanlarına Dədə 
Qorqud, Koroğlu, Nəbi ruhundan süzülüb gəlmişdir. Eposla 
roman arasındakı tipoloji yaxınlığın əsas səbəbləri məhz bu kimi 
daxili  əlaqələrlə bağlıdır. Bununla belə, romani eposdan (Niza-
minin romani poemaları) fərqli olaraq dastan qəhrəmanları igidlik 
göstərsələr də, fatehlik etmir. Əjdahalarla vuruşmur, yalnız düş-
mənlərə qarşı mübarizə aparır və xalqın ləyaqətini qoruyurlar. 
Qaraca Çobanın ("Kitabi-Dədə Qorqud") sapandının üç 
yaşar dana dərisindən olması, hər dəfə atanda on iki batman daş 
atması, daşın düşdüyü yerdə üç il ot bitməməsi kimi ifadələr həm 
də xalq təfəkkürünün yaratdığı dastan qəhrəmanlarının reallığına 
inam yaradır. Bütün bunlar roman janrının məzmunu üçün 
əlverişli ünsürlərdir. "Folklor romanları" tarixi faktların göstərdiyi 
kimi yazılı  ədəbiyyatı  qədim olan xalqlarda daha tez formalaşır. 
Dastanın özündə  də "romaniləşmə" prosesi gedir. Məsələn,  əv-
vəlki dastanlardan fərqli olaraq sonradan yarananlarda məzmun 
və formanın reallığı, dil və ifadə  zənginliyi özünü göstərir. 
"Kitabi-Dədə Qorqud" və "Koroğlu"dan fərqli olaraq "Qaçaq 
Nəbi"də demək olar ki, az inandırıcı, "qəribə" hadisələr yoxdur. 
Epik forması, bədii quruluşu ilə fərqlənən "folklor romanların"da 
qəhrəman mərkəzi epik sima kimi əsas hadisələri özündə bir-
ləşdirir və tipoloji cizgilərini hətta sonrakı obrazlarda da inkişaf 
etdirir. Bu mənada  Şamo, Cahandar ağa, Vəfadar, Fərzəli, Ilyas 
Əfəndiyevin Valeh və Almuradı xalq qəhrəmanlıq dastanlarının 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
68
aparıcı şəxsiyyətlərinin başlıca xüsusiyyətlərini ifadə edirlər. On-
ları mərdlik, cəsurluq, xalq işi uğrunda hər cür fədakarlığa təmən-
nasız hazır olmaq sifətləri birləşdirir. "Xalq romanları"nın bu 
xüsusiyyətləri romanlarımızın sonrakı tarixi inkişafında bu və ya 
digər şəkildə özünü göstərmişdir. 
Dastanla müasir romanın mövzu, qəhrəman və ideya-
məzmun kimi mühüm komponentlərində  hətta bədii forma və 
təhkiyə üslubunda da tipoloji yaxınlıq özünü göstərir. Bunu 
"Valeh və Zərnigar" dastanından və I.Əfəndiyevin "Sarıköynəklə 
Valehin nağılı" romanından gətirilən aşağıdakı nümunələrdə 
görmək olar: 
"Zərnigar xanım xəbər aldı, 
- Abdal Gülablı Aşıq Valeh sənsən? 
Valeh dedi: 
- Bəli, xanım. 
Zərnigar xanım dedi: 
- Aşıq Valeh indi de görüm, mənnən meydana girişəcək-
sənmi? 
Valeh dedi: 
- Necə ki, canımda can var, sənnən varam. Gərək sənnən bir 
dövran eyləyəm ki, bu dövranın sədası intiqrazi-adimə  qədər 
getsin. 
Zərnigar xanım bu sözü eşidən kimi həmən Reyhan bağını 
zərli xalılarla döşətdirib, behiştə döndərdi (6, səh.374). 
"Aldı Valeh: 
Sarıköynək əlimdən tutaraq üzümə baxmadan kədərli səslə 
mənə, yatsam yuxuma da girməyən bir şey dedi: 
- Valeh sənə bir söz deyəcəyəm, amma incimə! 
- Incimərəm nə olub? 
- Elə bil sən məndən soyumusan… 
- Dəlisən, nədir? 
Mən onu öpdüm, o, sinəmə qısıldı. 
- Bilsəm ki, sən məni  əvvəlki kimi istəmirsən, bir gün də 
yaşamaram. 
- Niyə sənin ağlına belə şeylər gəlir? 


Himalay Ənvəroğlu __________________________
 
 
69
- Bilmirəm, sən son vaxtlar bir təhər olmusan. 
- Hər nə olursa-olsun mən bu düna işığına səninlə baxıram. 
Ancaq qəsəbədə eşidəndə ki, Məcidovu həbs ediblər, əvvəl 
inanmadım" (43, səh.148). 
Hər iki nümunənin təhkiyə tərkibi bütün komponentləri ilə 
üst-üstə düşməsə  də, sevgililərin məhəbbət andı mükalimə for-
masının yaxınlığına səbəb olmuşdur. "Oxşar stixiya" ifadə və təh-
kiyə formasının da "oxşarlığını" şərtləndirmişdir. Fərq folklor üs-
lubunda və yazılı  ədəbiyyatın müəllif təhkiyəsindədir. Məsələn, 
Valeh "- hər nə olursa-olsun, mən bu dünya işığına səninlə 
baxıram" deyəndən sonra birdən-birə  təhkiyənin istiqamətini 
assosiativ formada dəyişdirib Sarıköynəklə bir qədər  əvvəl 
etdikləri söhbətə sanki qətiyyən dəxli olmayan "Ancaq qəsəbədə 
eşidəndə ki, Məcidovu həbs ediblər,  əvvəl inanmadım" deməsi 
artıq romanın struktur xüsusiyyətindən irəli gəlir ki, dastanda belə 
kəskin keçidlər etmək mümkün deyil. Bu mənada romanın 
rüşeymlərini qədimlərdə axtarmaq metodoloji baxımdan düzgün 
hesab edilməlidir. Çünki bünövrəsi dərinliklərə dirənməyən hər 
hansı  bədii formanın normal inkişaf prosesi keçməsi inandırıcı 
görünə bilməz. Məsələn, epik təfəkkür sistemi prinsiplərinə  və 
substansional  əsasa söykənən "Kitabi-Dədə Qorqud" və "Koroğ-
lu" kimi Azərbaycan dastanlarının qəhrəmanları müvafiq olaraq 
"qanun xaricində" olan qəhrəmanlar idi. Bu, epos xüsusiyyəti olsa 
da, onları  fəaliyyətə sövq edən amillərin  şəxsi səbəblərdən 
doğması romanın dastana meylinin nəticəsi idi. Lakin təəssüf ki, 
bu təbii ruhi keyfiyyətlərin sonradan "inqilabi" romanlarımızda 
süni pafos kimi bayağılaşdırılması halları da olmuşdur. Bununla 
belə, roman janrında elə surətlər yaranırdı ki, onlar heç də nağıl 
və dastan qəhrəmanlarına bənzəmirdilər. Həmin romanlar həyatı 
həm romantik daxili ziddiyyətləri ilə, həm tənqidi-realist sərtliyi 
ilə, həm də geniş epik təsvir üsulunda tədqiq etməsinə görə 
diqqəti cəlb edirdi. Roman müasir və tarixi hadisələrlə, xarak-
terlərlə zənginləşirdi ki, bu da janrın qarşısına həyatı bütün dərin-
liyi, genişliyi ilə  əks etdirmək kimi daha çətin tələblər: həm 
romanın yeni estetikasını, həm də müasir roman təfəkkürünü 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
70
formalaşdırmaq kimi ciddi sənətkarlıq axtarışları  tələbi qoyurdu. 
Bu baxımdan xalq yazıçısı I.Əfəndiyevin 1978-ci ildə "Azərbay-
can" jurnalında, 1979-cu ildə isə kitab şəklində çap etdirdiyi 
"Sarıköynəklə Valehin nağılı" romanı yaradıcılıq axtarışları sahə-
sində janrda estetik-idraki imkanları genişləndirməyin, folklor 
stixiyası üslubunu saxlamaqla son dərəcə narahat, sarsıntılı 
müasir həyatımızın "nağıllarında" müxtəlif qüvvələri və taleləri 
göstərməyin mümkünlüyünü nümayiş etdirdi. Roman son dərəcə 
mürəkkəb daxili bir quruluşa malikdir. Ilk baxışdan adama elə 
gəlir ki, əsər iki gəncin sevgi həyatının nağılıdır.  Əsərin bir 
yerində Sarıköynək müstəntiq Yusifovun "Jiquli"sində gedəndə 
Zeynəbin "Segah"ını dinlərkən, həqiqətən də Valehlə özünün 
Leyli və  Məcnun məhəbbətini yada salır. Lakin gənclərin həyat 
taleləri daha mürəkkəb ictimai-mənəvi proseslərlə bağlıdır ki, 
bunun üçün müasir həyatın nağıllarını danışmaq və ümumiyyətlə, 
onun nağıl dünyasından keçmək lazımdır. Müəllif qəhrəmanlarını 
müasir həyatın nağıllar aləminə salır. Bu həyatın ilk çağları gənc 
qəhrəmanlara dumanlı və əsrarəngiz, romantik bir tüldə görünür. 
Bu aləmdə  hələ hamı xeyirxah və  əməlpərvər görünür. Orada 
Məcidovlar, Yusifovlar, Balaəmi Babaşovlar yoxdur, hələ 
Sarıköynəklə Valehin nağıl dünyasında bu kimi şər qüvvələr yuva 
salmayıblar. "Sarıköynəklə Valehin nağılı" on beş nağıldan 
ibarətdir. Romanda elə nağıllar vardır ki, bilavasitə aparıcı 
qəhrəmanların nağılı deyil ("Gül Sənubərin nağılı"). Lakin orada 
da nağılı danışan aparıcı  qəhrəmandır ("Aldı Valeh"). Müəllif 
bəzən "nağılların"  əlaqələndirilməsində  də "nağıl", "dastan" təhkiyə 
üsulundan istifadə edir. Məsələn, on dördüncü nağıldan on beşinciyə 
keçmək üçün belə bir "körpü" atılır: "Göydən bir oğlan düşdü ki, "Gül 
Sənubərin sevgilisi" onun yanında yalan oldu.  
"Qoyun buradan gerisini Valeh danışsın" (43, səh.277). 
Bundan sonra romanın həcm etibarilə ən böyük nağıllarından olan 
yuxarıda adını  çəkdiyimiz həmin o "Gül Sənubərin nağılı" (on 
beşinci nağıl) verilir. Valeh isə hadisələri adi roman təhkiyəsində 
deyil, dastan təhkiyə üslubunda ("Aldı Valeh") danışmağa 
başlayır. Dastan deyim tərzi I.Əfəndiyevin yaradıcılığında yeni 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə