Microsoft Word Himalay doc



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə16/85
tarix20.08.2018
ölçüsü2,16 Mb.
#63700
1   ...   12   13   14   15   16   17   18   19   ...   85

Himalay Ənvəroğlu __________________________
 
 
63
ğunluq kəsb edir. Burada söhbət nağıla qovuşmaqdan deyil, məhz 
transformasiya  əsasında romanda nağılın imkanından, strukturun 
predmetin mahiyyətinə uyğunluğundan gedir. 
Tarixi-əfsanəvi nağılları, eləcə də müxtəlif mənbə və süjet-
ləri mənimsəyən dastan romanda nağıl-macəra başlanğıcının 
meydana gəlməsinə  əlverişli  şərait yaratdı. Dastana gəldikdə 
demək lazımdır ki, o özü də müəyyən həddi aşa bilmədi və epik 
idealın xalq təfəkkürünə sadiq qaldı. Romanın genezisində müəy-
yən rol oynayan hökmdar haqqında  əfsanələr janrda qəhrəmanın 
bioqrafiyasına meylin meydana gəlməsinə, ona morfoloji-
fantastik ünsürlərin daxil olmasına mühüm təkan verdi. Bu tipli 
romanlar pəhləvanlıq nağılını xatırladır. Məsələn, "Şahnamə" 
qəhrəmanlarından olan Zalın Rüdabə ilə evlənməsi, Rüstəmin 
möcüzəli doğulması tipik nağıl gedişləridir. Nağıl motivlərinə 
Nizami  əsərlərində  sıx müraciət təkcə mövzuların stixiyasının, 
klassik ənənəvi tələbin nəticəsi deyil, həm də yeni janrın – romani 
eposun (yaxud romani dastanın) poetikasının zəruri ehtiyacı idi.  
Dastan roman ərəfəsi forma mərhələsinə aid olmaqla 
bərabər, həm də romani süjetlərin nağıl – macəra  şərhinə meyl 
edəndir. Ümumiyyətlə, bu janrın konstruksiyası yalnız kitab – 
müəllif ədəbiyyatı çərçivəsində (Firdovsi, Nizami və b.) dərk edil-
məyə başladı.  
V.Kojinovun "Romanın mənşəyi"  əsərinin konsepsiyasına 
əsaslanan novellik hekayələrin xalq arasında dolaşan rəvayət-
lərdən qidalandığını, realist hekayələrlə birləşərək bir şəxsin 
ətrafında dolaşıb tədricən onun aparıcı  qəhrəmana çevrilməsini 
xüsusi qeyd edir. V.Kojinov belə  əsərləri roman janrının ilk 
proobrazları hesab edir (58, səh.22). 
Q.Xəlilov "proobraz" anlayışını qeydsiz-şərtsiz qəbul etmək 
fikrində deyil. Onun fikrincə roman prinsip etibarilə yazılı janr 
olduğu üçün "proobraz" burada eyniyyət bildirə bilməz. Çünki 
roman, "folklordan gələn  şifahi zəmin üzərində kamilləşə bil-
məz"(58, səh.22). Tədqiqatçının axırıncı fikri qəti  şəkildə ifadə 
etməsi onun şəxsi mövqeyini bildirir. Əgər o, "yalnız şifahi zəmin 
üzərində kamilləşə bilməz" desə idi bu daha düzgün olardı. Ikinci 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
64
tərəfdən "kamilləşmə" ifadəsi də müəyyən assosiasiya doğurur. 
Ona görə ki, romanın folklor mərhələsi daha çox janrın təşəkkül 
dövrünü  əks etdirir. "Kamilləşmə" isə inkişafın aramsızlığının 
nəticəsində meydana çıxır. 
Məsələn, Azərbaycan nağıl və dastanları üçün xarakterik 
xüsusiyyətlərdən biri qəhrəmanların tilsimli, mürəkkəb çətinlik-
lərlə qarşılaşması  və  şər qüvvələri məğlub etməsidir. Xeyirin 
mütləq qələbəsi də bu janrların humanizmindən, demokratik 
mahiyyətindən irəli gəlir. Lakin yeri gəlmişkən qeyd etmək lazım-
dır ki, bəzən bu kimi əzəli və əbədi xüsusiyyətlər zahiri mənada 
qəbul edilərək siyasi-ideoloji tapşırığa tabe edildiyi üçün 
deformasiyaya uğrayır. Məsələn,  əsrimizin 30-40-cı illərinin 
Azərbaycan romanında şər qüvvə hesab edilən "sinfi düşmənlərə" 
mütləq qalib gəlmək "ehtirası" sənət prinsiplərinə  kəskin zərbə 
vurmuş  və  nəinki qəhrəmanı, eyni zamanda müəllifi ideoloji 
cəbhənin təəssübkeşinə çevirmişdir. Başqa sözlə, romanların 
qəhrəmanları konkret zamanın sırf ideoloji cəbhəsində hazırla-
nırdı ki, bunun nəticəsində obrazlardan daha çox ideyaların daşı-
yıcısı olurdular. Roman qəhrəmanlarını maneələr silsiləsində 
göstərmək hələ janrı bütünlüklə nağıl sxemi üzərində qurmaq de-
mək deyil. Əgər burada söhbət nağıl və dastan poetikasından ya-
radıcılıqla bəhrələnməkdən gedirsə, bunu hətta alqışlamaq olar. 
Lakin nağıl sonluğunu romana gətirib bütöv bir bədii metodun 
normativ ideoloji tapşırığına tabe etdirmək artıq həqiqi sənət yolu 
deyil. Vaxtı ilə L.Tolstoy Avropa tipli romanlar yaza bilmədiyini 
qeyd edirdi. Onun fikrincə  həmin romanlarda əsas ideyaların, 
xüsusilə sonluğu məlum sxem üzrə davam etdirmək rus bədii 
təfəkkür tipinə  əsaslanan romançı üçün çətin olur. Bu, Avropa 
roman təfəkkürünün sadəliyini, primitivliyini deyil, məhz milli 
spesifikliyin nağıl kökünə bağlılığını göstərir. 
"Roman" sözü XVIII əsrə  qədər bəzi ölkələrdə "nağıl" 
istilahına sinonim kimi işlədilirdi. Fərqi yalnız həcm müəyyən 
edirdi. "Rus romanının tarixindən oçerklər"  əsərinin müəllifi 
V.V.Sipovski qeyd edirdi ki, "mən romanla nağıl arasında, xüsu-
silə keyfiyyət məsələsində  əsaslı  fərq görmürəm. Bunların ara-


Himalay Ənvəroğlu __________________________
 
 
65
sında nəzərə çarpacaq kəmiyyət fərqi bundan ibarətdir ki, roman 
geniş məzmuna malik olur, bir çox hadisə və surətləri əhatə edir, 
hekayədə isə yalnız bir və ya bir neçə epizodun təsviri verilir və 
iştirak edən  şəxslərin sayı o qədər çox olmur. Ancaq hekayə 
mahiyyət etibarilə başqa heç bir şeylə romandan fərqlənmir (71, 
səh.43). 
Aşiq-məşuq macərası  əsasında  əmələ  gələn süjet oxşarlıq-
ları haqqında da geniş danışmaq olar. Məsələn, öz aşnasını 
öldürən qız haqqındakı süjet "beynəlxalq nağıl" kimi uzun zaman 
müxtəlif ölkələrə səyahət edib (142, səh.14). 
Bununla belə, nağılla romanı yalnız kəmiyyətə görə 
fərqləndirənlərin (V.Sipovski, V.Kojinov, Q.Xəlilov) mövqelərilə 
razılaşmaq olmur. Əvvəla, hər bir janr nisbi sabit tərəfləri olan 
kamil bədii strukturdur. Romanın janr təfəkkürü, ideya-möv-
zusunu predmetləşdirmək üsulları spesifikdir. Bu isə köklü key-
fiyyət fərqi deməkdir. Təhkiyə yaxınlığını (nəsr mənasında) janr-
struktur eyniliyi kimi qiymətləndirmək olmaz. Digər tərəfdən 
həcmin də keyfiyyətə  təsirini inkar etmək olmaz. Müəllif 
ədəbiyyatı olan romanda həcm geniş olsa da, kompozisiya ustalığı 
normativ poetikaya əsaslanır. Onun bütün estetik-idraki qüdrəti də 
məhz bu poetika dairəsində meydana çıxır. Nağıl təfəkkürü onun 
öz spesifikasının məhsuludur. Həmin meyarla romana yanaşıb 
insan və  cəmiyyət məsələlərini geniş sosial-mənəvi qatlarda 
tədqiq edən janrın imkanlarını meydana çıxarmaq mümkün deyil. 
Eyni zamanda, bu janrlar arasında daxili, genetik bir qohumluğun 
olmasını da inkar etmək olmaz. Lakin bunu zahirdən daha çox iç 
qatda, stixiyada, pafosda, daxili-məzmunda axtarmaq lazımdır. 
Məsələn, "Şahnamə", "Pələng dərisi geymiş  pəhləvan" kimi 
əsərlərin pafosunu pəhləvan – nağıl eposlarının ruhunda axtarmaq 
lazımdır. Bununla yanaşı, "Min bir gecə nağılı" süjetlərinin Şərq 
və Qərb romanlarına zəngin material verdiyi və ümumən macəra 
romanlarının yaranmasında mühüm rol oynadığı  bəllidir. 
Akad.V.V.Vinoqradov V.Sipovskiyə  əsaslanaraq nağıl süjetinin 
inkişafını "xalq romanlarının yaranmasına aparan yol kimi qiy-
mətləndirir. Doğrudan da, nağıl təkcə roman süjetində müəyyən 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
66
intibah yaratmır, eyni zamanda, janr üslubuna da ciddi təsir 
göstərir. Bəziləri hətta belə fikirdədir ki, ədəbi proses nağıldan 
povest və novellaya, oradan da romana doğru tarixi inkişaf yolu 
keçmişdir (123, səh.26). Romanın bir janr kimi məhz bu sxem 
üzrə inkişafını qeydsiz-şərtsiz qəbul etmək olmaz. Q.Xəlilov da 
belə mülahizələrin birtərəfliliyini qeyd etsə  də, müəyyən 
həqiqətin də olduğunu etiraf edir. Lakin "həqiqətlər" müəyyən 
suallar da doğurur. Məsələn, nağılla romanın birbaşa formal-
genetik  əlaqəsini qəbul etməyib onu nəsr ierarxiyasının aşağı 
pilləsində dayanan povest və novelladan təşəkkül tapan janr kimi 
qiymətləndirmək düz deyil. Digər tərəfdən romanın bilavasitə 
nağıl kökünü mütləqləşdirməklə  də razılaşmaq olmaz. Janrın 
rüşeymində nağıl, dastan və əfsanələrlə yanaşı kitab eposunun da 
hibriti mühüm rol oynamışdır. "Bir qədər dərinə getsək, görmək 
olar ki, roman janrının ulu babası,  əcdadı xalq nağıllarıdı" (58, 
səh.27). Nağıl təkcə romanın deyil, başqa iri həcmli epik janrların 
da "ulu babası" və "əcdadı" ola bilər. Məsələn, pəhləvanlıq nağılı 
qəhrəmanlıq eposu üçün sələf olanda roman üçün də "ulu baba" 
ola bilər. Lakin ifadənin özü dumanlı  təsəvvür yaradır və janrı 
bütün komponentləri ilə tam əks etdirmir. Hər bir hekayəyə, 
romana nağılın yetişdirməsi kimi baxmaq olmaz. Ənənəvi "biri 
var idi, biri yox idi" və ya "onlar şən və  fərəhli yaşamağa baş-
ladılar" kimi başlanğıcın və sonluğun tədricən gündəlik həyat 
müşahidələri ilə dolub zənginləşməsi, mələklərin yerini canlı 
insanların tutması "bu uşağın (romanın – H.Q.) nağılın bələyindən 
çıxarıb daim inkişaf edərək  əcdadından uzaqlaşmağının və son 
mənzilə can atmasının nəticəsidir" (136). 
Q.Xəlilovun fikrincə, "bu uşaq" nağılın bələyindən çıxsa da, 
qayğıkeş bir ana olan aşıq şerinin və dastanların himayəsi altında 
böyüyüb "boya-başa çataraq Antey qüdrətli pəhləvana çevril-
mişdir" (58, səh.27). 
Göründüyü kimi, romanın meydana gəlməsində nağıl əsası 
mütləqləşdirilir, aşıq  şerinə  və dastanlara isə himayədarlıq rolu 
verilir. Bununla yanaşı, folklorun geniş yayılmış janrlarından olan 
əfsanənin və  əsatirin adları  çəkilmir. "Qoşa janrlı" forma olan 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə