Microsoft Word Himalay doc



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə15/85
tarix20.08.2018
ölçüsü2,16 Mb.
#63700
1   ...   11   12   13   14   15   16   17   18   ...   85

Himalay Ənvəroğlu __________________________
 
 
59
Lakin Aristotelin zamanından çox keçib, eposun klassik və 
müasir anlamında da müəyyən fərqlər özünü göstərib. Yəni klas-
sik epos anlamında, Axill, Rüstəm, Qazan xan, Beyrək, Koroğlu 
normativi eynidir. Lakin hər bir epos, həm də öz zamanının, 
konkret milli zəminin, "dünyanın mövcud halının" (Hegel) məh-
suludur. Belə olan təqdirdə onun nəzəriyyəsi də tarixi və tipoloji 
amillərdən yan keçə bilməz. 
Zaman və  şəraitdən asılı olmayaraq hər hansı bir milli 
eposun klassik formasında tayfa, xalq və  qəhrəman bir-birini 
tamamlayır. Xalq öz gücünü qəhrəmana verir, taleyini ona tap-
şırır. Bunu "Koroğlu" milli eposu haqqında da demək mümkün 
olduğu kimi ümumiyyətlə, epos haqqında da demək olar. Lakin 
dastan haqqında demək olmaz. Məsələn, orta əsrlərin "Tahir-
Zöhrə", "Əsli və  Kərəm", "Aşıq Qərib", "Abbas və Gülgəz", 
"Leyli və  Məcnun", "Valeh və  Zərnigar" və s. kimi Azərbaycan 
dastanlarının eposla yalnız folklor bağlılığı var. R.Azadə yuxarıda 
göstərilən kitabında Füzulinin "Leyli və Məcnun" əsərini "Ölməz 
məhəbbət" dastanı, lirik-psixoloji roman" başlığı altında təhlil 
edir. Buradan göründüyü kimi tərəflər: dastan və roman bir-birinə 
nisbi "bərabərdir". Yəni məhəbbət dastanı olan "Leyli və 
Məcnun" özü də lirik-psixoloji romandır. Başqa sözlə, dastanın 
roman olması üçün onda lirik-psixoloji başlanğıc üstün olmalıdır. 
Məsələn, "Leyli və Məcnun" poemasının məhəbbət stixiyası kimi 
mənbəyi məlum əfsanədən ("dastan"dan) gəlir. Deməli, məhəbbət 
dastanlarında bu mənada (lirik-psixoloji) romanla qohumluq 
əlaqəsi çoxdur. Füzulinin "Leyli və Məcnun"unun janr forması ilə 
folklor dastanı arasında yaxınlıq vardır. Məsələn, Füzuli Leylinin 
və  Məcnunun dilindən qəzəllər verirsə, qəzəlin sonunda öz 
təxəllüsünü deyirsə, bu, folklor dastanında da belədir. Lakin 
Füzulidə bu polifonizm daxili formaya tabe edildiyi üçün zahirdə 
"qoşa müəlliflik", "çox müəlliflik" açıq hiss olunmur, "Yazılı 
ədəbiyyat dastanlarındakı  qəzəllər  əsasən  şair-müəllifin adından 
deyildiyi halda, xalq dastanlarında hər bir qoşma onu söyləyən 
surətin adına bağlanır. Buna görə  də  bəzi hallarda ayrı-ayrı 
dastanların kim tərəfindən yaradıldığını  təyin etmək çox çətin 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
60
olur" (134, səh.59)).  Əlbəttə, bu o demək deyil ki, dastandakı 
qoşmalarda nə qədər qəhrəman adı çəkilirsə bir o qədər də dastan-
qoşma müəllifi var. Məsələn, "Leyli və  Məcnun" folklor 
dastanının nəzm hissələrində qəhrəmanların "müəllifliyi" qorunub 
saxlanılır. Diqqət yetirilsə, Qeysin dilində  də lirik təhkiyə 
üstünlük təşkil edir. Çünki Qeys əfsanə  qəhrəmanından dastan 
qəhrəmanına çevrilərkən məhəbbət odunu, lirik yanğının şiddətini 
də gətirir. Başqa sözlə, epik qəhrəmandan daxili qəhrəmana – lirik 
qəhrəmana çevrilir. Bu mənada da dastan qəhrəmanı eposun 
qəhrəmanından fərqlənir. Çünki o, fərdi, şəxsi hissləri ifadə edir. 
Lakin zahiri formasında eposla tipoloji qohumluğunu saxlayır. 
Yəni qəhrəman – müəllif müstəqil epik obyektivliyini saxlayır. 
Füzulidə isə "Məcnunun qəzəli"nin son beytində  şairin təxəllüsü 
verilir. Maraqlı bir vəziyyət yaranır. Obyektiv qəhrəman olan 
Məcnunun qəzəli müəllifin – lirik qəhrəmanın yaşadığı  əhval-
ruhiyyənin, hicran dəmlərinin, vüsal həsrətinin subyektiv 
qəhrəmanda predmetləşməsi kimi meydana çıxır. Aparıcı 
qəhrəmanların dilindən verilən bu qəzəllərin hamısı qeydsiz-
şərtsiz Füzulinin şəxsi lirik hissləridir, yaxud qəhrəmanların 
hadisənin obyektiv gedişlə bağlı daxili iztirablarının lirik 
ifadəsidir? Bizə belə gəlir ki, Füzuli nə qədər "Aşiqi-sadiq mənəm 
Məcnunun ancaq adı var", "Sürdü Məcnun növbətin, indi mənəm 
rüsvayi-eşq"dəsə  də, poemanın qəhrəmanı  Məcnunun tragik 
taleyinin,  şəxsi kədərinin doğurduğu lirik duyğuların hamısını 
müəllifin ünvanına yazmaq olmaz. Digər tərəfdən qəzəl janrının 
özünün də poetik tələbi var. Orada predmentin xarakterindən asılı 
olmayaraq sonda mütləq müəllifin təxəllüsü verilməlidir. Ayrı cür 
mümkün də deyil. Başqa sözlə, "Leyli və  Məcnun"  əsərində 
verilən qəzəllərdə qəhrəmanların da, Füzulinin də müəllif payları 
vardır. Bundan sonra R.Azadənin yuxarıda dediyi fikrə qayıtmaq 
olar ki, həqiqətən da dastanda lirik-psixoloji başlanğıc roman 
meyllidir. Çünki belə bir fikir var ki, roman eposdan çox lirikaya 
meyllidir. Başqa sözlə, romanın stixiyasında eposdan çox lirik 
başlanğıc üstünlük təşkil edir. Füzuli hadisəyə  və  qəhrəmanların 


Himalay Ənvəroğlu __________________________
 
 
61
taleyinə müdaxilə edir, dastanı romaniləşdirir. Xalq dastanlarının 
poemaların süjetinə təsiri Nizamidə aydın görünür: 
 
 
Köhnə dastanların böyük ustadı, 
  Öz 
hekayətinə belə başladı (99, səh.31). 
 
Nizami bu hissəni "Xosrov və Şirin" dastanının başlanması" 
adlandırmışdır. Məlum olduğu kimi, "dastan" anlayışı burada həm 
köhnə, həm də yeni başlanan əsəri bildirir. Başlanğıcdan folklora 
söykənməsi göstərir ki, şair ilk təkanını xalq qaynaqlarından 
almışdır. 
 
 
Xeyli nəzir verdin, bir xeyli qurban 
 
 
Lütf etdi nəhayət Allah bir oğlan (99, səh.31). 
Nəzir-niyazla doğulan uşaq motivinə dastanlarımızın 
əksəriyyətində rast gəlmək mümkündür. 30 beytdən ibarət olan 
həmin o "dastanın başlanması" hissəsində "ayla-illə" deyil, "saat-
la, günlə" böyüyən bu uşağın "beş yaşına çatanda" hər kəsdən 
ibrət götürməsi, yeddiyə çatanda gözəlliyi ilə  məşhur olması, 
doqquzda  şir üstə qolunun gücünü sınaması, on yaşda otuz 
yaşlıları heyran qoyması, yaşı on üçü aşanda bilik quşunun qol-
qanad açması" dastanlarımızdakı "orda- ayla, illə, burda şirin 
dillə" təhkiyə sürətini xatırladır. 
Q.Xəlilov da "Azərbaycan romanının inkişaf tarixindən" 
monoqrafiyasının "Azərbaycan sovet romanının mənbələri və 
tarixi şərait" fəslində xalq yaradıcılığı üzərində xüsusi dayanır və 
romanın inkişaf tarixində onu mümkün yollardan biri kimi 
qiymətləndirir. Doğrudan da, xalq yaradıcılığı romana təkcə 
mövzu, süjet, ifadə tərzi vermir, eyni zamanda onu həyata daha da 
yaxınlaşdırır. Ona görə də V.Kojinov "Romanın mənşəyi" (1963) 
əsərində  nəsr janrlarına aid xüsusiyyətlərin kökünü xalq 
yaradıcılığında axtarır. Hətta vaxtı ilə Homer əsərlərinin kom-
pozisiyasında xalq eposunun prinsiplərindən olan paralellərdən, 
dönmələrdən və yavaşıtmalardan istifadə etmişdir. Ona görə  də 
epik üslubu formal-genetik məhdudluq kimi başa düşmək olmaz. 
Qəhrəmanlıq eposunda olduğu kimi romanda da folklor təhkiyəsi 
xalqın tarixi həyatının milli ənənəsinə geniş meydan açır. Bu, 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
62
tipoloji mənada romanın ahənginə  qəhrəmanlıq  ənənəsi gətir-
məkdir. Təhkiyənin birinci şəxsin dilindən verilməsi də romana 
folklor janrından keçib. Ona görə folklor stixiyası üstündə kök-
lənən avtobioqrafik romanda sənəd, xatirə, publisistika, sosial 
xronika epik ənənə ilə bağlı olsa da, müəllif süjetinə tabe vəziy-
yətdədir. Lakin epik rəvayəti danışan nağılçıdan fərqli olaraq 
burada müəllif mövqeyi ehtiraslı olur. Romanın təsvir meydanına 
müəllif vəziyyətində  çıxıb hadisələrin gedişinə qarışması "epik 
ierarxiyanın" (32, səh.460) aradan qaldırılmasının nəticəsidir. 
Nağıldan, xalq eposundan fərqli olaraq romanda fəlsəfi düşün-
cələrə, qəlbin dialektikasına, qəhrəmanların özünütəhlilinə geniş 
meydan verilir. Bununla belə, nağıl,  əfsanə, mif və s. folklor 
janrlarının romanda görünməsi poetik təfəkkürün imkanlarını 
artırır. Çünki folklor təfəkkürü milli şüurun obrazlı forması kimi 
romanın həm məzmununu, həm də strukturunu genişləndirmək 
imkanına malikdir. 
Ictimai  şüurun inkişafının ilk mərhələsində dünyadərki 
mifologiya ilə sinkretik vəhdətdə idi. Çünki mifologiya cəmiy-
yətin həmin pilləsinin təfəkkür tipi idi. Ona görə  də ibtidai tə-
fəkkür sistemində sərbəst hərəkət imkanına malik olan mifologiya 
reallığı  dərk etmək üsulu olduğu kimi, həm də bunları folklorda 
əks etdirmək vasitəsi idi. Substansional mənşə  əsası  nəzərə 
alındıqda nağıl və dastanların mifologiya meyli təbii hesab 
edilməlidir. Bu epik qohumluq əlaqəsinə malik olan nağıl, dastan 
və əfsanənin mənbələrinin də tipoloji yaxınlığını göstərir. 
Məsələn, romanın materiyasına nağıl stixiyası daxil etmək 
onun ideyasına sarsılmaz inam, xeyirxahlıq, güc və  qəhrəmanlıq 
dəyanəti, həyatın məhv edilməzliyinə yəqinlik aşılamaqdır. Nağıl 
süjet tipi romanda personajların vəziyyətinin yaxşılaşması  və 
pisləşməsi prosesini göstərməyə imkan verir. Lakin bu tipoloji 
tendensiya zahiri qəbul edildikdə real həyat faktlarından uzaqlaş-
maq kimi də qiymətləndirilə bilər. Qəhrəmanın  şəxsi həyatına 
meyl bilavasitə nağıldan keçmişdir. 
Inkişafın sonrakı  mərhələsində yunan arxaik nağıllarından 
və qəhrəmanlıq mifindən romanın ilk formasına keçid qanunauy-


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə