Microsoft Word Himalay doc



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə11/85
tarix20.08.2018
ölçüsü2,16 Mb.
#63700
1   ...   7   8   9   10   11   12   13   14   ...   85

Himalay Ənvəroğlu __________________________
 
 
43
qədər məşhur olmayıb. Urva adlı  şair ondan daha çox tanınıb. 
Urva Afranı, Qeys Ibn Zarih Lubnanı, Küləyir Azzanı, Qeys Ibn-
Əl Mülliyauvah (Məcnun) Leylanı (Leylini) tərənnüm edirdi. 
Uğursuz, lakin ülvi məhəbbət haqqında  əfsanələr məhz belə 
yaranıb. Lakin bunlar sonradan bir sıra romani poemaların 
yaranmasına da səbəb oldular. Məsələn, Əyyuqi "Urfa və Afra " 
əfsanəsinin  əsasında özünün "Vərqa və Gülşa"sını yaratdı. Qeys 
əfsanəsi Nizaminin məşhur "Leyli və  Məcnun"una mövzu verdi 
(91, səh.153). 
Ülvi məhəbbət mövzusuna meyl ondan irəli gəlir ki, bu, 
şairlərə gözəlliyi ilahi ruhun parıltısı kimi tərənnüm etməyə 
imkan verirdi. Çünki platonik məhəbbət Allaha məhəbbətin 
nümayişi idi. Qadına məhəbbət obyekt və subyektin əksliyini 
aradan qaldırır, həm də özünə  məhəbbət kimi qəbul edilirdi. 
Məsələn, Leyli özünü Məcnun vasitəsi ilə sevir, Allah da özünə 
məhəbbəti Leyli və  Məcnunda tapır. Məcnun Leylidə  "əriyir", 
Leyliyə çevrilir. Lakin o Leyli dilində danışmaq üçün məhəb-
bətdən mistik ölümə keçməlidir.  Ənənələri fars və türkdilli 
ədəbiyyatda XVI əsrin sonuna qədər davam edən ("Dəratnamə", 
"Əmir Həzə haqqında kitab", "Gövhərtac" və s.) romanının 
sonrakı taleyində müsbət rol oynamış,  Əyyuqi, Gürgani və  hətta 
Nizami üçün də müəyyən mənada mənbə olmuşdur.  Ərəb 
xəlifəliyinin zəiflədiyi çağlarda fars, türk dastanları yaranmağa 
başlamış, Sasanilər dövründə (X əsr)  Şərqi Iranda və Orta 
Asiyada qəhrəmanlıq kitab eposu meydana çıxmışdır. Firdovsinin 
məşhur "Şahnamə"si bu janrın zirvəsi olmuşdur. 
Lakin qəhrəmanlıq eposu sonralar romani epos tərəfindən 
sıxışdırılmağa başladı. Məhmud Qəznəvinin zamanında  Əyyu-
qinin "Vərqa və Gülşa" romani poeması meydana gəldi. Yenə 
Qəzvinlər sarayında "Şairlər hökmdarı" rütbəsi alan Ünsürü 
"Vamiq və  Əzra" poemasının fraqmentləri  əsasında bir sıra mə-
həbbət poemaları yazdı. 1050-ci ildə Gürganda Fəxrəddin Gür-
gani "Vis və Ramin"i meydana gətirdi. Bununla belə "romani 
epos böyük Azərbaycan şairi Nizaminin yaradıcılığında "roman" 
adını tam doğruldur" (69, səh.16). Bəzən zaman fərqindən, milli 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
44
mənsubiyyətindən asılı olmayaraq müxtəlif sənətkarların 
yaradıcılığında mövzu, süjet, hətta aparıcı  qəhrəmanların 
talelərinin müəyyən mərhələləri arasında yaxınlıq, "bənzərlik" ola 
bilər. Bu mənada "Vis və Ramin" (Gürgani), "Tristan və Izolda" 
(Kreten), "Xosrov və  Şirin" (Nizami) arasındakı "qohumluq" 
tipoloji yaxınlıq hesab edilmişdir (64, səh.44-45). 
Mənzum romanın genezisində yunan romanının ünsürləri-
nin və kitab qəhrəmanlıq eposunun fəal iştirakını Firdovsinin 
"Şahnamə"sində aydın görmək olar. Əsərin  əsasını tipik kitab 
mənbələri və folklor motivləri təşkil edir. Burada məhəbbət 
epizodları mifoloji və qəhrəmanlıq ənənələri fonunda verilir. 
Bəzi mənbələrdə  "Şahnamə" romani eposun inkişafı üçün 
çıxışlıq nöqtəsi kimi izah edilir və eyni zamanda onun yunan 
romanına və romani eposun yerli Şərq  ənənəsinə meyl etdiyi 
fikirləri meydana çıxır. Məsələn, E.Bertelsin "Leyli və  Məc-
nun"un mənbələri (25) məqaləsi ilə Kraçkovskinin "
Rannəə istoriə 
povesti o Medjnune i Leyli"
  məqaləsi arasında müəyyən fərqlər 
vardır.  
Əfsanənin tarixi dəqiqliyi Kraçkovskidə daha qabarıqdır. 
Bertels isə daha çox ədəbi mənbələrə söykənir.  Əfsanənin tarixi 
kökündə  və genezisində  Məcnun, sənət idealında isə Leyli ön 
plana çəkilmişdir. Bunu hətta məqalələrin adlarından da görmək 
olar. Biz isə yuxarıda Məcnun  əfsanəsinin yaranmasının yığcam 
təsvirini vermişik. Ona görə  də  mənbələrə diqqətlə yanaşmaq 
lazımdır. Məsələn, məhəbbət mövzularının işlənməsi keyfiyyət 
baxımından Nizamini razı salmasa da, Firdovsi Azərbaycan şairi 
üçün əsas mənbələrdən olmuşdur (68). 
Əlbəttə, məhəbbət mövzusuna üstünlük verilməməsi təkcə 
"qocalığın" günahı deyildi, həm də "qəhrəmanlıq eposunun 
normativ poetikasının "günahı" idi. Romani epos isə  şəxsi 
meyllərə üstünlük verən janr idi. Əlbəttə, bu məsələdə müəllifin 
şəxsiyyəti və yaradıcılıq üslubu da mühüm rol oynayır. 
Məsələn, "Şahnamə"də məhəbbbət epizodları müstəqil janr 
mənasına malik deyil. Çünki bunlar hökmdarların və  pəh-
livanların bioqrafiyasının yalnız ayrılmaz tərkib hissəsidir. Başqa 


Himalay Ənvəroğlu __________________________
 
 
45
sözlə, janrda həmin epizodlar bilavasitə  məlum bioqrafiyalardan 
keçərək özünə yer tapır. XI əsrin epik abidəsi olan "Gərşasib-
namə" də Firdovsi xəttini bu mənada davam etdirdiyinə görə ro-
man epos adlandırıla bilməz. Hərçəndi E.Bertels buradakı macəra, 
fantastika ünsürlərini  əsas götürərək həmin  əsəri "roman" (23, 
səh.265) adlandırmışdır. Halbuki bunlar qəhrəmanlıq və ya nağıl-
qəhrəmanlıq eposu hüdudlarından kənara çıxmır. Göründüyü 
kimi, Bertels romani eposun macəra əlamətlərini rıtsar romanına 
aid edənlərə yaxınlaşır. Ona görə  də "Xosrov və  Şirin"də 
Nizaminin "rıtsar romanının  şablonunu" (24, səh.223) aradan 
qaldırdığını bildirir. "Leyli və  Məcnun" mənbələrinin görkəmli 
tədqiqatçısı kimi tanınan Bertels nədənsə,  şairlər haqqında  ərəb 
əfsanələrinin romanın genezisində oynadıqları rolu prinsipial 
şəkildə qiymətləndirə bilmir. Məsələn, Qeys və onun sevgilisi 
Leyli haqqında  əfsanəni işləyərkən  Əyyuqinin "Urfa və Afra" 
əfsanəsi  əsasında "Vərqa və Gülşa" adlı romani poema yazmış 
olduğunu bilərdi. Bütün bu əfsanələr özləri də ərəb nağılından və 
yunan romanından təsirlənə bilərdilər. Hər halda şairlər haqqında 
ərəb əfsanələri şərq romani eposunun genezisinin mühüm ünsürü 
hesab edilməlidir. Bundan əlavə, kitab qəhrəmanlıq eposunda 
saxlanılan tarixi və qeyri-tarixi əfsanələr romani epos üçün əsas 
mənbə rolunu oynayır. "Vis və Ramin", "Xosrov və  Şirin", 
"Vərqa və Gülşa", "Leyli və  Məcnun" isə  mənbələrini bilavasitə 
şairlər haqqında ərəb romani əfsanələrindən almışdır. 
Qədim hökmdarlar haqqında qəhrəmanlıq  əfsanələrinin 
romanlaşdırılması,  şairlər haqqında qırıq-qırıq yarımfolklor 
əfsanələrin epikləşdirilməsi isə paralel şəkildə baş verir. Romani 
epos abidələrini mənbələri ilə araşdırmaq janrın genezisini 
meydana çıxarmağın zəruri  şərtlərindəndir. Məsələn, XI əsrin 
birinci yarısında Əyyuqinin "Vərqa və Gülşa"sı "roman" tələblə-
rinə cavab verən ilk əsər hesab edilə bilər. Lakin nağılda və yunan 
romanında olduğu kimi burada da macəra ünsürləri mühüm yer 
tutur. Ona görə  də,  Əyyuqinin qəhrəmanları psixoloji baxımdan 
durğun və adi görünür. Eyni zamanda şair məhəbbət  əfsanəsinə 
çoxlu təhkiyə  təfsilatı, geniş epik fon təşkil edən hərbi 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
46
qəhrəmanlıq epizodları daxil edir. Məsələn, Gülşaya vurulan 
kənar tayfanın başçısı Rabi Ədnan onun tayfasına hərb elan edir, 
Vərqaya qalib gəlir, onun qoca atasını öldürür. Firdovsidə olduğu 
kimi Gülşa da mahir döyüşçü kimi Ədnanı və onun böyük oğlunu 
öldürür, kiçiyə isə məğlub olur. Son anda Vərqa onu xilas edir. 
Personajın "sosial statusu"nun hökmdara və  sərkərdəyə 
qədər yüksəlməsi, döyüş  səhnələrinin təsviri epikləşdirmə 
üsuludur. Təkrarlar, müqəyyəd epitetlər ("qaranlıq", "zalım", 
"yırtıcı", "aslan", "qartal", "şanlı  qəhrəman" və s.), standart mü-
qayisələr aydın epik üslub yaradır və romani eposda folklor-epik 
mənbəyin rolunu göstərir. Bu kimi folklor-epik mənbələr  Əy-
yuqinin çıxış yolunu xoşbəxt sonluqda görməsinə gətirib çıxarır. 
Məsələn, Məhəmməd peyğəmbər sevgililəri yenidən dirildir ki, 
əvəzində Suriya hökmdarı  Dəməşqdə  yəhudiləri islamı  qəbul 
etməyə razı salsın. Lakin bu sonluq romani poemadan daha çox 
yunan eposu üçün məqbul hesab edilə bilər. Təhkiyənin mənzum 
forması düşünülmüş  bədii tapşırığı ifadə edir. Ərəb süjetini 
"Iranlaşdıran" bu romani poema macəraya meylinə görə farsdilli 
mənzum formanın özünəməxsus müqəddiməsi hesab edilə bilər. 
Bunu "Vərqa və Gülşa"nın müəyyən motivlərinin "Vis və Ra-
min"də (Gürgani) və "Leyli və  Məcnun"da (Nizami) görünməsi 
də sübut edir. Eyni zamanda Vis və Ramin haqqında süjetin mən-
bəyinin bəlli olması onun nüvəsini yunan mənbələri ilə bağ-
lamağa əsas vermir. Çünki "Vis və Ramin" məhəbbət və macəra 
romanından daha çox bibliya: "hökmdarlar kitabı"na yaxındır. 
Məlum olduğu kimi süjetdə hakimiyyət ehtirası sevgi hisslərini 
üstələyir və nəticədə məhəbbət motivi əsas xətdən sanki vurulub 
çıxarılır. Xüsusilə, Mubadın ovda qabanın köpək dişindən ölməsi 
və onun adı ilə bağlı mifoloji süjet bunu xatırladır. 
Sufizmə  qədərki mərhələdə meydana gəldiyi üçün Gürga-
nidə sevgililərin ilahiləşdirilməsi metaforik xarakter daşıyır. 
Mahiyyət etibarilə müqəddəs hesab edilən,  əslində  təhqir edilir. 
Ümumiyyətlə, orta əsrlər romanlarının ilk inkişaf mərhələsi 
müəyyən süjet sxemləri əsasında məhəbbət mövzularının açlıması 
ilə müşayiət olunur. Bunu romani eposun Nizami 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə