Microsoft Word Himalay doc



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə9/85
tarix20.08.2018
ölçüsü2,16 Mb.
#63700
1   ...   5   6   7   8   9   10   11   12   ...   85

Himalay Ənvəroğlu __________________________
 
 
35 
predmet verir. Doğrudan da, Azərbaycan romanının strukturasının 
poeziya zəminində yaranması onun gələcək taleyinə son dərəcə 
müsbət təsir etmiş  və daxilindəki qüvvətli potensialı janrın 
pafosuna çevirmişdir. Bu baxımdan təsadüfi deyil ki, rus 
romanının da mənbəyi Narejnının nəsrində deyil, bilavasitə 
Derjavinin  şerlərində axtarılır. Təbiidir ki, "sərbəst romanın" 
poetikasında bu poeziya genezis rolunu oynayıb. 1807-ci ildə 
Derjavin "Yevgeni Zvanskinin həyatı" adlı  sərbəst mənzum 
romanını yazdı. Bu, rus ədəbiyyatında ilk lirik və  sərbəst roman 
idi. Puşkin də romanı "cürbəcür sərbəst başlıqlı" əsər adlandırırdı. 
Özünün dediyi kimi, bu başlıqlar "sadə, xəlqi", "ideal" və 
"səliqəsiz" idi. Karamzin də "roman-məktublar"ının girişində 
özünü "əlində əsa olan adam" adlandırır. 
"Məktublar"da səyyahın gördükləri, eşitdikləri, fikirləş-
dikləri və duyduqları qələmə alınsa da, nəticədə "özündə bütün bu 
zəruriləri birləşdirən" əsər kimi meydana çıxmışdır. N.A.Karam-
zinin birinci şəxsin dili ilə yazdığı "Rus səyyahının məktubları" 
əsəri Puşkinin mənzum romanında səyyah obrazının (Onegin) 
yaradılmasına mühüm təsir etmişdir. Radişşevin də "Peterburqdan 
Moskvaya səyahət" romanı Puşkinin diqqətini cəlb etmişdir. 
Bütün bunlar ümumiləşdiriləndə Puşkinin "Yevgeni Onegin"in 
"janrını  dəyişməsi" və romandan tarixi məktuba keçmək istəyi 
təsadüfi görünməz. Çünki roman zamanı, psixologiyanı 
göstərməyə meyl edirdisə, tarixi məktublar polemikaya, 
xronologiyaya meydan verirdi. Mənzum roman forması  şairə 
mane olurdu. O, polemikaya, müqayisəyə, hətta xatirəyə geniş 
meydan açan başqa bir janrın zəruriliyini hiss edirdi. Ona görə də 
Puşkin "Kapitan qızı"nı "roman kimi deyil", məhz xatirə kimi 
yazmışdı. 
XVIII  əsr rus ədəbiyyatında klassik poema əsri idisə, XIX 
əsr klassik roman əsri oldu."Yevgeni Onegin" "rus həyatının 
ensiklopediyası" (Belinski) olmaqla bərabər, "roman janrının da 
ensiklopediyası" (22, səh.44) oldu. Yəni ilk dəfə Puşkin bir janr 
daxilində ailə romanı, sosial roman, tarixi roman, xatirə romanını 
yaratdı və bunları qəlb həyatı ilə bağladı. Ona görə də bu romanın 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
36
inkişaf xətti təbii olaraq janrı "Olmuşlar və düşüncələr"ə 
(Gertsen), "Anna Karenina"ya (L.Tolstoy) aparırdı. Puşkin 
romanını "qarmaqarışıq fəsillərin yığını" hesab edirdi. Yəni 
ensiklopediya Puşkinin zamanında təkcə faktların cəmi kimi 
deyil, həm də ideyaların sistemi kimi başa düşülürdü. Bundan 
əlavə o, "fəlsəfi fikrin təşəkkülünü və inkişafını, birliyi və 
müxtəlifliyi" də ifadə edirdi. Məhz bu mənada "Yevgeni 
Onegin"inin qəhrəmanlarının roman həyatı qurtarmırdı,  əsərin 
sonu görünmürdü. Belinski Puşkinin poetikasını  həyatın tələbi, 
qəhrəmanların taleyi və epoxanın xarakteri ilə  əlaqələndirirdi. 
Tənqidçinin fikrincə bu "roman rus cəmiyyətinin təfəkkürünün 
hadisəsi idi." 
"Tarixi xatirə", "məntiqi roman" kimi qiymətləndirilən "Ol-
muşlar və düşüncələr"də janr sərbəstliyi ənənəsini "Yevgeni One-
gin"dən almışdı. Gertsen özü bu "romanın yanına, üstünə tiki-
lənlərin" hamısında bir vəhdət görürdü. Bu roman "əsrin oğlunun 
etirafını, onun xatirələrini,  şəxsi bioqrafiyasını" "insan nəslinin 
bioqrafiyası" ilə, onun qəlbinin "tarixi" ilə, "tarixin insanda əksi" 
ilə qovuşdururdu. "Hər hissəsi müstəqil məna daşıyan" mürəkkəb 
kompozisiyalı bu əsəri "bizim həyatımız kimi hər yerindən 
dayandırmaq və başlamaq olar" (Gertsen). Bu, o deməkdir ki, 
"kitab"ın kompozisiyası onun mövzusuna uyğun qurulub. Çünki 
xatirələrin səbəb və nəticələri, onların daxili əlaqələrinin açılması 
yolları yalnız müəllifə  məlum idi. Ona görə  də "məntiqi roman" 
strukturası ilə "müasirlik tarixi" burada vəhdət təşkil edir. Əslində 
"tarixi inkişaf qanunları ilə  məntiq qanunları ziddiyyət təşkil 
etmir. Lakin sadəcə olaraq yolları üst-üstə düşmür" (Gertsen). 
Gertsenin romanında məktub, gündəlik, povest, oçerk həm də 
publisistika var. Bu janrların vəhdəti onu sənətkar və tarixçi
filosof və siyasətçi kimi meydana çıxarır. Ona görə  də roman 
qədim salnamə, xatirə, məktub, məqalə  və müxtəlif mənalı 
mülahizələrin sintezi kimi meydana çıxır. 
 


Himalay Ənvəroğlu __________________________
 
 
37
II FƏSIL 
 
AZƏRBAYCAN ROMANININ  
 BƏDII QAYNAQLARI 
 
pik təhkiyə üstündə köklənən  ədəbiyyatın 
mifoloji- tarixi motivlərin təsvirindən imtina 
edib, təxəyyülə, bədii axtarışlara meydan 
verməsi ilk dəfə  məhz roman formasında 
özünü göstərmişdir. Başlanğıcda o, mif, 
qəhrəmanlıq nəğməsi, tarixi əsatir və  bəzi didaktik janrlarla 
sinkretik əlaqədə olmuşdur. Bu həm də təfəkkürün mifdən aralan-
ması  və öz sərbəstliyini nağılda tapması  mərhələsi idi. Bununla 
yanaşı, romanın formalaşması  və  mənbəyi müxtəlif  şəkildə 
qiymətləndirilir. Məsələn, o, mənsub olduğu milli eposun 
transformasiyası, nağılın yenidən işlənməsi, "qabarması" və eyni 
zamanda əsatir və əfsanələrin inkişaf məhsulu kimi də mənalanır. 
Bunlarla yanaşı, romanın bir janr kimi yetişmə prosesində əlbəttə 
ki, lirik, lirik-dramatik və ritorik janrların da mühüm rolu 
olmuşdur. 
Romanın eposdan fərqi təkcə ikincinin etibarlı "müttəfiqi" 
olan  əsatirdən uzaqlaşmasında deyil. Çünki "qocalıq" müqəddəs 
keçmiş kimi qəbul edilə bilər. Məsələn, qəhrəmanlıq eposundan 
fərqli olaraq roman etnik kollektivə birbaşa bağlı olan şəxsiyyəti 
deyil, müstəqil subyektin təsvirini əsas götürür. Qəhrəmanın şəxsi 
həyatına maraq bir növ romanı nağılla doğmalaşdırır. Lakin qəlb 
həyatının təsviri sırf roman dairəsinə aiddir. Bunun aydın 
təzahürünə ilk dəfə dünya ədəbiyyatında təhkiyəli janrların 
tarixində mühüm mərhələ  təşkil edən orta əsrlər romanında rast 
gəlirik. Bu roman özünün antik sələfinə söykənsə  də "getrogen 
mənbələr"də (91, səh.4) (tərkibinə  və  mənşəyinə görə müxtəlif 
cinsli – H.Q.) yenidən formalaşır. Orta əsrlər romanı  Şərq və 
roman–german xalqlarının  ədəbiyyatında "yunan romanına xas 
olan mənzum formada meydana gəldi" (91,səh.5). Bu, ilk dəfə 
saray romanı (nəzakətli roman) formasında X-XI əsrlərdə Uzaq 

______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
38
Şərqdə, mənzum roman - epos şəklində isə XI-XII əsrlərdə 
öncəYaxın və Orta Şərqdə özünü göstərmişdir. Avropa da daxil 
olmaqla orta əsrlərin roman forması XVI əsrə qədər yaranmaqda 
davam etmişdir. XVII əsr fransız Barokko romanı bu mərhələnin 
tamamlandığını və artıq əvvəlki "yüksəkliyə " çatmağın mümkün 
olmadığını, roman janrının bundan sonra həmin formada «dərin-
ləşə» bilməyəcəyini göstərdi. 
Orta  əsrlər romanının genezisində  və onun klassik forma-
sının meydana gəlməsində Firdovsi və Əyyuqinin, Gürgani və Ni-
zaminin, Barul və Tomun, Kreten de Trua və Volframın mühüm 
rolu olmuşdur. 
Bir çoxları XIX-XX əsrlər romanını orta əsrlərdən kəskin 
şəkildə ayıraraq, yalnız yeni dövrü janrın mükəmməl təzahürü 
mərhələsi hesab edirlər. Hegel romanı burjuaziya epopeyası 
adlandırmışdır. Çünki romanın orta əsrlər formasını şərti mənada 
roman hesab edirdi. Guya bu romanın embrional (rüşeym) halı 
imiş. Hegel və onun ardıcılları burjua cəmiyyəti  şəraitində 
qəhrəmanlıq epopeyası yaratmağın mümkün olmamasını, ictimai 
məqsədləri həll etməkdə yalnız romanın aparıcı janr olduğunu 
irəli sürürdülər.  Şəxsi həyatın eposu adlandırılan roman ictimai 
münasibətləri  şəxsi maraq dairəsində  həll etmək imkanına malik 
janr kimi diqqəti cəlb etməyə başladı. 
V.V.Kojnov da "Romanın mənşəyi" (1963) əsərində yeni 
romanı orta əsrlər romanına qarşı qoyur. "Roman" orta əsrlərdə 
əfsanəvi və tarixi təhkiyələri ifadə edirdi. Şərq romanı eposları isə 
poema janrı (məsnəvi) çərçivəsində  mənzum didaktika ilə 
birləşirdi. Ümumiyyətlə, orta əsrlər janrında "uydurma", "müəllif 
bəzəyi" üstünlük təşkil edir.  
Orta  əsrlər romanının genezisindəki janr ərəfəsi formanın 
əhəmiyyətini qeyd etməklə  bərabər, onun janr spesifikası 
baxımından müəyyən məhdudluqlarını da göstərmək lazımdır. 
Roman  ərəfəsi formada nağıl və nağıl-macəra stixiyası üstünlük 
təşkil etmişdir. Məsələn, "Iliada"dan "Odissey"ə, "Maxabxa-
rata"dan "Romiana"ya keçid romana doğru ilk addım idi. Orta 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə