Microsoft Word Himalay doc



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə8/85
tarix20.08.2018
ölçüsü2,16 Mb.
#63700
1   ...   4   5   6   7   8   9   10   11   ...   85

Himalay Ənvəroğlu __________________________
 
 
31
Folklorun, həyatın,  ədəbiyyatın kəsişdiyi məqam "Til…" 
haqqında kitabın roman prinsiplərinə cavab verdiyini əks etdirir. 
XVII  əsrin hiyləgərlik romanı (plutov) eposun əvvəlki inkişaf 
mərhələsinə  əsaslanırdı. Bu janrda dialoq, təsvir  əsas təhkiyə 
forması hesab edilirdi. Onun şəxsində roman sanki antik prozaya, 
cəngavərlik eposuna, mürəkkəb fabula quruluşuna, təhkiyə 
mədəniyyətinə qayıdır. Göründüyü kimi,roman bir ənənəni qəbul 
edirsə, sanki digərindən uzaqlaşır. Ümumiyyəttlə, nəsr və nəzmlə 
yazılmasından asılı olmayaraq iri həcmli  əsərləri roman 
adlandırmaq olmaz. Onda bütün antik yunan və Bizans prozası, 
cəngavərlik eposları, orta əsr alleqorik povestləri (məsələn, Roma 
haqqında roman" və s.), intibah dövrünün utopik eposları 
ucdantutma roman hesab edilərdi. Göründüyü kimi, orta əsrlərdə 
"roman" adlandırılan əsərlər sonralar janr mənasını bildirib. Məhz 
bu mənada "roman" termini indi predmetləşən stixiyadan əvvəl 
meydana gəlib. Lakin nə zamansa "roman" adlandırılanların 
hamısını janr anlamında roman hesab etmək olmaz. Eyni zamanda 
"roman" sözünün roman dillərindən keçməsini və janr ifadə 
etməsini mütləqləşdirmək olmaz. Məsələn, ingilis dilində 
"roman" sözü (çottapse) orta əsrlər təhkiyə tipini bildirirdi.  
Romanın estetik mühitində prozaik qəhrəmanın taleyi, 
qəlbinin aramsızlığı öz əksini tapır.  Əyləncəli romanda isə 
psixoloji məqam kifayət qədər özünə mövqe qazana bilmir. 
Əyləncəli romandan fərqli olaraq psixoloji romanda hadisə deyil, 
daxili iztirab, qəlb həyatı ön plana çəkilir. XVIII əsrdə "psixoloji 
roman"la yanaşı "hadisə romanı" da özünü göstərir. Lakin "hadisə 
romanı"nı da XVII əsrin  əyləncəli romanının məhdud çərçivəsi 
baxımından qiymətləndirmək olmaz. 
Mopassanın fikrincə Antuan Prevonun 1731-ci ildə 
Ingiltərədə çap olunan "Deqrio və Manon Lesko"su müasir roman 
üçün mütləq formadır" (82). Doğrudan da, "Don Kixot" intibah 
epopeyası kimi dövrün bədii idrakını bir yerə  yığdısa, "Manon 
Lesko" yetkinliyinə görə  əsas klassik janrlarla bir sırada durdu. 
Prevo burjua cəmiyyətinin psixologiyasını, düşüncə tərzini sənətə 
gətirdi. Bununla da janrın tarixi mərhələsini başa çatdırdı. Prevo 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
32
qəhrəmanlarının daxili aləmini,  əyləncə  və  gərgin həyatını 
göstərməklə sübut etdi ki, roman da bir janr kimi faciə və poema 
ilə bir sırada dura bilər. O, roman haqqında məlum nəzəriyyənin 
arxasınca getmədi. Əgər eposda "əvvəlcədən düşünülmüş hərəkət 
birliyi", kompozisiya hisslərinin qanuniləşdirilmiş yerləri 
epoxanın substansional tələbi idisə, ülvilik və gözəllik irəlicədən 
müəyyənləşdirilmiş forma kimi poeziyanın xarakterini ifadə 
edirdisə, roman süjet mənasında bitməyən, strukturu əvvəldən 
müəyyənləşdirilməyən bir forma kimi meydana çıxdı. "Don 
Kixot" fabulası artıq haçansa baş vermiş hadisədən deyil, müəllif 
təxəyyülündən doğur. Əfsanəvi və tarixi fabulanın yerini "namə-
lum", düşünülmüş adam tutur. Ona görə  də romanın 
kompozisiyası mürəkkəb "bədii oyun"a, motivlərin kombinasiya-
sına çevrilir. Servantes "əvvəldən yığılmış  çərçivə (fabula) əsa-
sında: məlum özüldən "Don Kixot"un mərtələbələrini ucaldır" 
(127, səh.77) deyən, V.Şklovski romandakı  məzmunlu gedişləri, 
qəhrəmanların sərbəstliyini, geniş dairədə hərəkət etmək imkanını 
qiymətləndirə bilməyib. Hərəkətin qapalı dövrəsi yalnız 
hiyləgərlik romanının strukturu üçün məqbul sayıla bilərdi. 
Prevonun romanında da, əvvəldən düşünülmüş süjet məhdudluğu 
var. Lakin məqsəd hüdudsuzdur. 
Eposda hərəkətin qurtarması: "sevgililərin ayrı salınması" 
forma və məzmunun sonunu, əsərin estetik xüsusiyyətlərini ifadə 
edirdisə, romanda əksinə, hadisə axıra çatmamış artıq əsas ideya 
həll olunur. Prevonun da romanı  ənənəvi olaraq qəhrəmanın 
ölümü ilə bitir. Lakin bu "min bir iztirabdan keçən" ömrün 
sonluğu deyil, "sevinc mənim iztirablarımdır", "mənim səadətim 
iztirablarımla yanaşıdır" deyən qəhrəmanın ömrü sonluqla məh-
dudlaşa bilməz. Burada estetiklik məqsədə doğru irəliləyişdədir. 
Əks halda Manonun sağ qalması romanın məzmununda  əhə-
miyyətli dəyişiklik  əmələ  gətirməzdi. Çünki hadisələrin ziddiy-
yətini, fikir və hissin axırını  məhəbbət stixiyası müəyyən edir. 
Ona görə ki, roman açılan, lakin yekunlaşdırılmayan epizodlara 
meydan verən janrdır. O, klassik formasında həyata "uyğunluğa" 
daha çox meyl etmiş olsa da, sənətin yeni təzahürü kimi diqqəti 


Himalay Ənvəroğlu __________________________
 
 
33
cəlb edirdi. XVIII-XIX əsrlərdə romanlar əsasən gündəlik, 
memuar, məktub, dialoq, avtobioqrafik hekayə  və s. formada 
yazılırdı. Bunlar "qeyri-bədii" forma kimi yeni proza sənəti üçün 
tarixi zərurət idi. 
XVIII  əsrdə roman yenidən aparıcı janra çevrilərək epik 
əsasda  əsrlərin sınağından keçən janrların sistemində özünün 
forma üstünlüyünü nümayiş etdirirdi. Bununla belə, XIX əsrə 
qədərki janr nəzəriyyəsində romanın predmeti müəyyənləşdirilə 
bilinməmiş  və yalnız XIX əsrin ortalarından başlayaraq roman 
janr mənasında spesifik predmetini müəyyən edə bilmiş, estetika 
və  ədəbiyyat nəzəriyyəsi tərəfindən dərk edilməyə başlanmışdır. 
Roman mahiyyət etibarilə epik poemanın yerini tutur (129, 
səh.38) iddiası ciddi tənqidə dözmür. 
Romanın təşəkkülü təkcə prozanın yox, həm də ümumiy-
yətlə, dar mənada  ədəbiyyatın təşəkkülü deməkdir. XVI əsrdə 
cəngavərlik romanı ilk dəfə oxucuya müraciətlə yazılan əsər kimi 
meydana gəlir, "səs" sənəti "hərf" sənətilə əvəz edilir, poeziyadan 
ədəbiyyata mürəkkəb keçid başlayır. Ona görə  də "roman 
sivilizasiyamızın – çap dəzgahının yaranmasının nəticəsidir" 
(114, səh.38) deyənlər bir mənada haqlıdırlar. XVIII əsrdə geniş 
çap mahiyyət etibarilə romanın yeni növlərini yaratdı, hətta 
"roman çap dəzgahından yaranıb" deyənlər də tapıldı. Bu mənada 
cəngavərlik kitabları tipoqrafik dəzgahdan keçən ilk kütləvi 
prozaik əsərlərdir. Yəni roman çap vasitəsilə öz həqiqi həyatının 
prozasını meydana çıxardı. 
XVIII  əsrdə romanın müəyyənedici janra çevrilməsinə 
baxmayaraq ona romantik poeziyanın sinonimi kimi baxanlar da 
olmuşdur. Bütünlüklə poeziyanın romantik olmasını arzu etməklə 
yanaşı, romanın bir janr kimi müstəqilliyinə  qısqanclıq hissi də 
var idi. XVIII-XIX əsrlərdə romanın inkişafında fasilə yaranması 
Avropa cəmiyyətində dağılma və qeyri-sabitliyin nəticəsi idi. 
Bununla belə, romanın ölümü baş vermir, əsrin II yarısına doğru 
fırtına çəkilir. Stendal, Balzak, Flober, Dikkens və başqalarının 
şəxsində Qərbi Avropa romanının klassik epoxası meydana gəlir. 
Belinski demişkən  ədəbiyyat romana çevrilir. Yalnız  əsrin 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
34
sonunda dram romanın təsirindən xilas ola bilir. Həmin dövrdə 
romanda psixologizm qüvvətlənir, epik, lirik və dramatik 
meyllərin qovuşması  əlaməti – sintetiklik təmayülü özünü 
göstərir. Bununla roman heç də özünün epik əsasından uzaq-
laşmır. XIX əsrin ortalarına qədər roman üç mərhələdən keçib. 1. 
Birinci şəxsin dili ilə təhkiyə edilən hiyləgərlik romanları (XVIII 
əsrin əvvəllərinə qədər). 2. Dialoq, məktub, gündəlik formasında 
yazılan maarifçi, sentimental və romantik əsərlər (XVIII əsr və 
XIX  əsrin  əvvəlləri). 3. Üçüncü şəxsin dili ilə edilən obyektiv 
təhkiyə mərhələsi (XIX əsr). 
Hiyləgərlik romanının qəhrəmanı özünə yad olan mühitdə, 
tilsimli aləmdə, qapalı bir orta əsr mühitində olduğuna görə təh-
kiyənin birinci şəxsin dilindən verilməsi qanunidir. Qəhrəmanın 
dili ilə  nəql forması onun fərdi obrazının yaradılmasına kömək 
edir. Çünki, bu tipli romanda şəxsiyyət hələ yenicə təşəkkül tapır, 
hadisələrin zənciri fərdin hərəkətinə imkan vermir. Məhz "üçüncü 
mərhələdə klassik eposun epopeya kimi varisi" (129, səh.139) 
meydana gəlir. 
Romanın mükəmməl nəzəri konsepsiyası haqqında təsəv-
vürlər Azərbaycan romanının da inkişaf mərhələlərini nəzərdən 
keçirmək üçün müəyyən özül yaradır. Çünki romanın ümumi elmi 
konsepsiyasını bir milli ədəbi-nəzəri qənaət  əsasında ümumiləş-
dirmək mümkün deyil. Xüsusilə janrın tipologiyası problemlərin 
dairəsinin genişləndirilməsini tələb edir. 
«Roman janrı  qədər insanın daxili ehtiyac və hissiyatını, 
xarakter və  səciyyəsini zəngin və çoxplanlı  şəkildə  təsvir edən 
ikinci bir janr mövcud deyildir. Bu ona görə belədir ki, roman 
ayrıca bir janr kimi həm də özündə, daxilində bütün digər 
janrların daxili təcrübəsini  əridərək ümumiləşdirmişdir» (102, 
səh.107). 
Məsələn, məlum olduğu kimi, Azərbaycan romanının tarixi 
təkamülü bilavasitə poeziyadan, poemalardan baş qaldırıb. Bir 
sıra başqa xalqların, o cümlədən, rus xalqının da romanının 
başlanğıcı poeziya ilə sıx bağlı olub. Roman tipologiyası da məhz 
bu baxımdan bitkin bir mərhələ kimi tədqiqata kifayət qədər 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə