Microsoft Word Himalay doc



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə7/85
tarix20.08.2018
ölçüsü2,16 Mb.
#63700
1   2   3   4   5   6   7   8   9   10   ...   85

Himalay Ənvəroğlu __________________________
 
 
27
tarixi  şəxsiyyətdən epik qəhrəmana çevrilməsi "Şahnamə"yə 
qədər xalq təfəkküründə baş vermişdir. Bunu onun şirlər
pəhləvanlar, divlər, cadugərlər və fillərlə  təkbətək döyüşlərdə 
keçən 500 illik əfsanəvi ömrü də sübut edir (67, səh.101). 
Bəzi rəvayətləri qədim oğuz materialları  əsasında qurulan 
"Kitabi-Dədə Qorqud" dastanlarında da qədim əfsanə və eposların 
təsiri hiss olunur. Tanınmış  şərqşünas X.Koroğlu Azərbaycan 
dastanlarına yunan əfsanələrinin təsirini "Qərbi oğuzların yunan 
və bizanslarla sıx əlaqədə yaşamaları" (67) ilə izah edir. Məsələn, 
elə götürək ölümdən qaçmaq motivini. Bu, qədim eposlarda da, 
"Avesta"da da var. Firdovsi ölümdən qaçmağın bir epizodunu 
tarixi  şəxsiyyət olan I Yezdigürdün şəxsində göstərir. Belə 
ölümdən qaçmaq motivinə biz "Kitabi-Dədə Qorqud" 
dastanlarının V rəvayətində  də rast gəlirik. "Normativ" əxlaq və 
qanuna, ictimai buxovlara, öz zahiri qlafına, yəni epik ideala qarşı 
üsyan etməsi "Beyrəyin hünəridir" (51, səh.166) etirafına görə 
Beyrək artıq "janrını" dəyişir, başqa bir janr stixiyası  zəminində 
yetişir. Lakin epik təfəkkürün məhsulu olan Beyrək, həmin 
sistemi dağıda bilməzdi. Çünki epik sistem heç vaxt o dairədə, 
həmin orbitdə dolanan qəhrəmana "buxov" və "qlaf" olmur. Yəni 
ədəbi qəhrəman öz mühitinin və "janrı"nın yetişdirməsidir. 
"Ölümdən çəkinmək" epik süjetdə sabit yer deyil. 
Ən qüdrətli epik qəhrəman olan Axilles də yeri gələndə 
ölümdən çəkinirdi. Odissey də müharibəyə getməmək üçün 
bəhanələr gətirirdi. Səyavuş da oddan salamat çıxır. Gürgani də 
Ramini ölümdən alır."Ölüb dirilmə" motivi mifoloji təfəkkürlə 
bağlıdır və folklorda oxşarlığı çoxdur. Hətta XI əsr  şairi 
Əyyuqinin "Vərqa və Gülşa"sında Məhəmməd peyğəmbər qəhrə-
manları yenidən dirildib həyata qaytarır. Epos dünya ilə ünsiy-
yətin spesifik formasıdır. Çünki gerçəkliyi hadisə vasitəsilə idrak 
etmək mahiyyət etibarilə təfəkkürün obyektivliyidir. Ç.Aytmatov 
demişkən, "dərinə getdikcə, mifologiyaya daxil olduqca orada 
ümuminsani saflıq, bəşərilik və daxili əlaqə görürsən." Ona görə 
də formalaşdığı tarixi dövrün xüsusiyyətlərindən asılı olmayaraq 
epos özünün başlıca xüsusiyyətlərini saxlayır. Məsələn, XVII 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
28
əsrdə formalaşan Azərbaycan eposu "Koroğlu"da da talelər baş 
qəhrəmanın hərəkətindən asılıdr. O, tipologiyasını  qədim türk 
qəhrəmanlıq eposu olan "Dədə Qorqud" dastanlarından almışdır. 
"Kitabi-Dədə Qorqud"dan çoxlu süjet ünsürləri dəyişilmədən 
"Koroğlu"ya daxil olub" (67, səh.20). 
Məlum olduğu kimi, ədəbi növ hər  şeydən  əvvəl ölçünü, 
tərkib və ünsürlərin  əlaqəsini ifadə edir. Epos isə varlığı 
bütövlüklə  dərk etmək istəyir. Ona görə  də yalnız hərəkətlərin 
təsiri ilə  məhdudlaşmır, onu çoxtərəfli varlığın ayrıca təzahürü 
kimi dərk edir. "Eposda gah irəli, gah da geri getmək: ümumiy-
yətlə, bütün yavaşıdan motivlər epik hesab edilir" (83, səh.259). 
Burada  əsas xüsusiyyət hadisələrin müstəqilliyində, hərəkətlərin 
onların təbiətinə uyğun tərtib edilməsində, "son məqsədin 
hərəkətin hər bir nöqtəsinə bağlanmasındadır" (5, səh.88). 
Eposda müəllif son məqsədə çatmaq üçün səbirsizlik 
göstərmir, hər addımda dayanır və oxuculara qəlb sərbəstliyi 
verir. O, klassik dramlara məxsus zaman, məkan və  hərəkət 
birliyindən azaddır. "Epik tərkibli dedikdə mən çoxfabulalığı nə-
zərdə tuturam" (5, səh.88)–deyən Aristotelə görə eposda "şairin 
şəxsiyyəti gərək az görünsün." 
Roman janrı yetkin dövlət epoxasında başqa formada 
inkişaf etməli olur. Məsələn, eposun klassik formasında bir daha 
görünməməsi, orta əsrlərdə geniş yayılan cəngavərlik romanının 
epos səviyyəsinə qalxıb dünya əhəmiyyətli monumental əsərlərə 
çevrilməməsi, onun geniş milli əsasa söykənə bilməsi və əyləncəli 
janra meyl göstərməsi bunu sübut edir. 
Klassik eposlardakı  həcm, qəhrəmanın müəyyənediciliyi, 
"varlığın bütün tərəflərini" (Aristotel) əhatə etməsi romanda arxa 
plana keçir. Burada xarakter, həyat münasibətləri əsas götürülür. 
Romanın  əlamətləri ilk dəfə  şifahi xalq yaradıcılığında 
özünü göstərir (70, səh100).  Şəxsiyyət və  cəmiyyət məsələlərini 
əks etdirən roman folklorun dəyişməz qanunlarına görə yeni janr 
kimi köhnə, bəzi hallarda isə  qədim ünsürlərdən yaranır (70, 
səh.100). Insanın roman obrazının yaradılması ehtiyacı klassika-
dan, o cümlədən folklordan bəhrələnməklə mümkün ola bilərdi. 


Himalay Ənvəroğlu __________________________
 
 
29
Klassik eposdan fərqli olaraq romanın janr stixiyası antik poe-
tikada öz əksini tapmamışdır. 
V.Kojinvun fikrincə guya "Roman yalnız intibah dövrünün 
axırlarında meydana gəlib" (70, səh.100). Əlbəttə, janrdan qabaq 
onun ilkin şərti (stixiyası) meydana gəlir. Yeni janr stixiyasının 
roman formasında təşəkkülü romanın ədəbiyyat aləminə ilk dəfə 
çıxması idi (70, səh.102). Romana qədər bu məlum janr stixiyası 
sözün həqiqi mənasında stixiya kimi özünü göstərmişdir. Ilk 
vaxtlar romanda kəskin hüdud, bədii qüvvələrin özünəməxsus 
"oyun" istiqaməti yox idi. Bu stixiyanı prozaik planda ilk dəfə 
Rable ifadə edir. Renessans dövründə isə "kitab-novella" forma-
sında özünü göstərir. Silsilə hekayəni bir qəhrəman ətrafında top-
lamaq da folklor ənənəsi ilə bağlıdır. Romanı  sənətin müəyyən 
nümunəyə meylinin forması kimi qiymətləndirmək onu bitkin bir 
sistem kimi qəbul etmək deməkdir. Məsələn, bir janr kimi nəsrin 
tipologiyasına daxil olan roman formasını nə qədər sabit saxlasa 
da, hər dəfə xüsusi məzmunla "dolur". Janrın tələbini izləyən 
yazıçı ona müasirlik üçün vacib olanı, daha çox reallaşa bilən 
imkanı axtarır. Bu mənada, o, mücərrəd təsəvvür deyil, fərdi 
yaradıcılıq aktıdır. 
Romanın tipologiyası konkret zaman və epoxa ilə  də "çar-
pazlaşır". Məsələn, müasir Azərbaycan romanı dedikdə zaman və 
onun problemləri də bilavasitə tipologiyanın predmeti olur. Çünki 
janrın tipoloji forması həm mütləq, həm də nisbidir. Ona görə də 
roman əsas janr əlamətlərini saxlasa da, özündə prozaik janrların 
tipoloji dəyişikliyini də əks etdirir. Məsələn, yazıçıların psixoloji, 
publisistik nəsrə, fəlsəfi və tarixi romana meylləri həm fərdi 
yaradıcılıq imkanı ilə, həm də epoxanın ümumi vəziyyəti ilə bağlı 
olur. Ona görə  də 20-ci illərdə bir tərəfdən V.Şklovski romanı 
"Sönən ulduz"a (100, səh.28) bənzədirdisə, digər tərəfdən 
A.Lejnov kimi tənqidçilər isə "formalizmdən uzaqlaşan roman öz 
işığını artırır və biz hər cəhətdən romana doğru gedirik" (116, 
səh.10) deyirdi. Gerçəkliyin yeni qatlarını açan, daxili əlaqələri 
çılpaqlayan roman tarixiliyi dərinləşdirməklə macəra süjetinin 
immunitetini dağıtdı, epik şüuru, zaman duyğusunu, tarixi 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
30
dəyişikliyin dinamikasını janrın tipoloji xüsusiyyətlərinə çevirdi, 
bədii məkanı ilə  nəsrin estetik strukturunu genişləndirdi. Lakin 
sənət ideologiyasına zahiri yanaşma, ifrat siyasilik bədii 
yaradıcılığın başqa sahələrində olduğu kimi romanın da taleyində 
mənfi rol oynamışdır. 
Janrların müqayisəsi bu və ya digər epoxada onlardan hər 
hansı birinin və müəyyən qrupunun aparıcı rolunun meydana çı-
xarılmasını  şərtləndirir. Çünki janrların bir ədəbi epoxa müddə-
tində özəlliyini qoruyub saxlayanları  və müəyyən  şəkil dəyiş-
mələrinə məruz qalanları olduğu kimi özünə müxtəlif ədəbi epo-
xaların yaşarlı motivlərini daxil edərək inkişaf edənləri də vardır. 
Bu sonuncu, romanın bir janr kimi keçirdiyi tarixi inkişaf yolunda 
özünü aydın şəkildə göstərir. 
Məsələn, 1515-ci ildə Almaniyada "Til Eylenşpiqel haqqın-
da  əyləncəli oxu" adı ilə çap olunan xalq romanı bu baxımdan 
diqqəti cəlb edir. Til əjdahaları, cadugərləri, nəhəngləri olmayan 
prozaik aləmdə  hərəkət edir. Bu, öz adətləri və qanunları olan 
şəhər həyatıdır. Qəhrəmanın, dəyişməzliyi isə  sərgüzəşt üçün 
zəmin yaradır. Məsələn, Odissey onu gözləyən vətəninə, Tristan 
Izoldaya, Şirin Xosrova, Məcnun Leylisinə sədaqətli qalır. 
"Til…"də  həyatın elə stixiyası verilir ki, onu "proza" 
adlandırmaq olar. Bu əsər "roman" prozasının formalaşmasının 
ilk mərhələsinin məhsuludur.  Əsərin təhkiyəsi roman estetikası 
üçün vacib şərt olan poetik və prozaik ünsürləri özündə 
birləşdirir. "Til…" "primitivliyinə" görə "yüksək sənətdən" 
kənara çıxır. Ona görə də V.Kojinova elə gəlir ki, roman burjua 
epoxasının başlanğıcında, sanki "boş yerdə" yaranır (70, səh.109). 
Bəzi nəzəriyyəçilər isə, əksinə, antik povestləri, cəngavərlik 
eposunu, ilkin intibah novellalarını  çəkib romana gətirərək onda 
əsrlərin  ədəbi  ənənələrinin izlərini axtarırdılar. "Til…" janrın 
məzmunu haqqında çox şey deyir. Məsələn, lətifələr arasında göz-
lənilməz  əlaqə, səyahət motivi və s. janrın struktur məzmununa 
səbəb olur. Hətta qəhrəmanın ölümü də macəra zəncirini qıra 
bilmir. "Til…"də janr "bitkinlik"dən "azad olur". Başqa sözlə, 
"Til…"in janrı  qəhrəman haqqında materialdan yaranır. 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə