Microsoft Word Himalay doc



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə3/85
tarix20.08.2018
ölçüsü2,16 Mb.
#63700
1   2   3   4   5   6   7   8   9   ...   85

Himalay Ənvəroğlu __________________________
 
 
11 
Azərbaycan ədəbiyyatında ən gənc janrlardandır. Onun yaranması 
XIX əsrin sonu, XX əsrin əvvəllərinə təsadüf edir (89, səh.146). 
Düzdür, tədqiqatçı "mənzum dastanlar" adlandırdığı "Xos-
rov və  Şirin" və  "İsgəndərnamə"də "roman ünsürləri" axtarır, 
"Kitabi-Dədə Qorqud", "Koroğlu", "Qaçaq Nəbi", "Aşıq Qərib" 
kimi dastanların isə "bu yolda gözəl vasitə" olmasını  və ilk 
romanların yaranmasında məhz bu əsərlərin təsirini qeyd edir. 
Müəllif milli romanın Avropadan və Rusiyadan geri qalmasını 
Şərq despotizmində, dini-xurafat və qadın hüquqsuzluğunda və 
ideoloji üstqurumun zahiri atributlarında axtarır. Maarifçiliyin 
təsiri ilə XVIII əsrdə ilk dəfə Fransada (1721-ci ildə) Monteskye 
macəra və fantastikadan uzaqlaşaraq bədii nəsrin məktub 
formasına ("Iran məktubları") keçmişdir. Bundan sonra Avropada 
və Rusiyada, o cümlədən Azərbaycanda bu "məktub"ların, "səya-
hət"lərin, "səfər"lərin və "əhvalat"ların nümunələri meydana gəlir 
(89, səh.19, 30). 
Lakin nədənsə Yaşar (78, səh.155-156). istisna edilməklə 
tədqiqatçıların böyük əksəriyyəti M.F.Axundovun məşhur "Kə-
malüddövlə  məktubları…"  əsərini nəinki roman janrı imkanları 
baxımından, heç olmazsa, XIX əsr Azərbaycan bədii nəsrinin 
hüdudunda nəzərdən keçirməmişlər. Halbuki, bu əsər folklor 
təhkiyə üslubunda (bioqrafik) yazılan ilk realist Azərbaycan 
romanıdır. Bizə belə  gəlir ki, XX əsrin  əvvəllərində  bədii-
sənətkarlıq baxımından son dərəcə  zəif olan iqtibas əsərləri 
sadalamaqdansa, (89, səh.172-173) "Kəmalüddövlə  məktubları", 
"Məktubati-Şeydabəy  Şirvani" kimi əsərlər geniş  təhlil edilib 
janr-struktur qiymətini alsa idi, daha faydalı olardı. Müasir 
Azərbaycan romanının tanınmış  tədqiqatçılarından olan S.Əsə-
dullayev "Nəyə görə "gənc janr (roman-H.Q.) "qüvvətli" və apa-
rıcı oldu?" sualına onun problemlərini ciddi tədqiq edib sonrakı 
inkişaf istiqamətlərini meydana çıxarmaqla cavab verməyin müm-
kün olduğunu bildirir (2, səh.47).  
Əlbəttə, tədqiqatçinin vaxtı ilə Azərbaycan sovet romanını 
sosialist realizmi metodunun övladı adlandırmasını, həm də 
zamanın ideoloji təxribatının etirafı kimi başa düşmək lazımdır. 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
12
Çünki həmin dövrün romanlarına mövzu və ideya baxımından 
yanaşanda bunlar həqiqətən də "sovet romanı" hesab edilməlidir. 
S.Əsədullayev də Azərbaycan "romanının yaranmasını XIX 
əsr"ə (2, səh.50) aid edir. Maraqlı burasıdır ki, Qulu Xəlilov da 
"…roman ədəbi janr olaraq ən çox XII-XIII əsrlərə təsadüf edir. 
Hələ XII əsrdə dahi Azərbaycan  şairi Nizami Gəncəvi özünün 
"Xosrov və Şirin" adlı ölməz mənzum romnını yaratmışdır" (58, 
səh.4) qəanətindən sonra XIX əsri xüsusi vurğulayır.  Əsasən isə 
"sovet dövrü" Azərbaycan romanının tarixindən danışır, ümumi 
inkişaf xəttindən bir mərhələni ayırıb geniş təhlil verir. 
S.Əsədullayev də, Q.Xəlilov da "Azərbaycan bədii nəsrinin 
ilk nümunəsinin XII əsrə - "nəsrin ustası" hesab edilən Xaqani 
Şirvaninin qələminə  məxsus olduğunu" (2, səh.52) bildirirlər. 
Sonra nəsrin yeni inkişaf mərhələsi Füzulinin, XIX əsrin birinci 
yarısında A.Bakıxanovun və I.Qutqaşınlının, ikinci yarısında isə 
M.F.Axundovun adı ilə bağlanılır. Hər iki tədqiqatçı romanın 
yaranmasında folklor əsasının rolunu xüsusi qeyd edir. Lakin fərq 
ondadır ki, S.Əsədullayev bu başlanğıcı "Azərbaycan sovet 
romanı"na (2, səh.53-54), Q.Xəlilov isə ümumiyyətlə, 
"Azərbaycan romanı"na (58, səh.4) tətbiq edir. 
60-cı illərin tədqiqat üsulu, ədəbiyyatşünaslıq təfəkkürü
xronologiyaya, mövzu və ideyaya üstünlük verdiyinə görə 
problemlər daha çox üfüqi istiqamətdə öyrənilirdi. Xronologiya 
və ideologiya tədqiqatın imkanlarını  məhdudlaşdırır, onu mövzu 
və süjetə, bunların zaman-zaman əvəz edilmələrini təsvir etməyə 
yönəldirdi. Başqa sözlə bu, problemin şaquli həllinə, dərin qatlara 
enməyə mane olurdu. Belə olmasa idi, "Azərbaycan romanının 
inkişaf tarixindən" adlı çox faydalı və fundamental bir tədqiqatda 
Lonqun "antik dövrün məhsulu" olan "Definis və Xloya", 
Apuleyin "Qızıl eşşək"  əsərləri romanın "rüşeym"i, Nizaminin 
"Xosrov və Şirin", Firdovsinin "Şahnamə", Rustavelinin "Pələng 
dərisi geymiş  pəhləvan",  Ə.R.Caminin "Yusif və Züleyxa" 
əsərləri "mənzum romanlar" (89, səh.28), "Kitabi-Dədə Qorqud" 
və "Koroğlu" başda olmaqla dastan əsərləri "xalq romanları" (89, 
səh.31), yaxud "folklor romanları"(4, səh.32) kimi vurğulandığı 


Himalay Ənvəroğlu __________________________
 
 
13
halda, böyük bir epoxa (XIX əsr) "sovet dövrü" Azərbaycan 
romanının təşəkkülü üçün "roman ərəfəsi" mərhələ hesab edil-
məzdi. 
Oxşar vəziyyət R.Azadənin "Azərbaycan epik şerinin 
inkişaf yolları" (XII-XVII əsrlər) monoqrafiyasında da (1975) 
müşahidə olunur. Əfsanə, rəvayət və nağılların, ümumən folklor 
materiallarının epik şerin formalaşmasında xüsusi əhəmiyyət kəsb 
etdiyini kifayət qədər inandırıcı  əsaslandıran tədqiqatçı 
monumenal "qəhrəmanlıq eposu" (4, səh.62, 83) "Şahnamə"dən 
tutmuş üzü bəri epik şerin mühüm qaynaqlarını təhlildən keçirir. 
Lakin "Şahnamə" bir yerdə "klassik dövrün milli qəhrə-
manlıq eposundan roman-epopeya keçid mərhələsi" (4, səh.118) 
kimi, başqa bir yerdə "milli qəhrəmanlıq epopeyası" (4, səh.118) 
kimi göstərilir. Müəllif eposla romanın müştərək və  fərqli 
cəhətlərini axtarsa da, buna Firdovsinin şəxsində tam nail ola 
bilmir. Bu mənada Nizami geniş  təhlilə  cəlb edilir. Tədqiqatçı 
təbii olaraq kitabının böyük bir fəslini Azərbaycan epik şerinin 
inkişafında Nizami zirvəsinin təhlilinə  həsr etmişdir. Fəslin 
müxtəlif səhifələrində Nizaminin əsərləri bu və ya digər formada 
"roman" adlandırılır (4, səh.118). O, çox doğru olaraq janr 
xüsusiyyətlərindən asılı olmayaraq epik şer nümunələrini epos) – 
çox zaman isə poema kimi təqdim etməyin əleyhinə çıxır. Çünki 
poema epik əsər olsa da, onun təhkiyəsində lirik ünsürlər fəal 
iştirak edir. O, yalnız, "fövqəladə" hadisəni psixoloji gərginlikdə 
oxucuya təqdim edir. Ona görə  də  tədqiqatçı o fikirdədir ki, 
"Nizami "Xəmsə"sinə daxil olan əsərlərin heç birini poema 
adlandırmaq olmaz. "Onun fikrincə "Sirlər xəzinəsi" fəlsəfi-
didaktik traktat, "İsgəndərnamə" fəlsəfi-qəhrəmanlıq "eposu", 
"Xosrov və  Şirin", "Leyli və  Məcnun", "Yeddi gözəl" isə daxili 
səciyyələri, təqdim olunan obraz və xarakterləri  şərh və ictimai 
qayə baxımından orta əsrlər Azərbaycan  ədəbiyyatında roman 
janrının rəngarənglikləri kimi qəbul edilə bilər.  
Epik  şer tariximizdə janr baxımından sonuncuların yeni 
mərhələ  təşkil etdiyini müəllif etiraf etsə  də, bəzi təhlillərdə bu 
əsərlər "aşiqanə romanlar", "məhəbbət romanları" adlandırılsa da, 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
14
janr kimi romanın bədii-struktur tərəfləri deyil, daha çox mövzu, 
süjet və ideya xüsusiyyətləri ön plana çəkilir, qənaətlər dəlil-
sübutdan daha çox təsdiq, hökm formasında verilir. Nizamidə isə 
biz artıq dolğun roman formalarını görürük. Bu romannlar fikri 
vüsəti, bədii amalı, psixoloji çalarları  və  əhatə dairəsinə görə 
Qərbin XII-XV əsrlərdə yaranmış cəngavərlik romannlarından da, 
özündən əvvəl Şərqdə yaranmış aşiqanə epik nümunələrindən də 
(Fəxrəddin Gürganinin "Vis və Ramin", Əyyuqinin "Vərqa və 
Gülşa") köklü surətdə seçilir və bu həqiqətən də belədir. Lakin 
tədqiqatda epik şer, epos və roman tipoloji konsepsiya əsasında 
müəyyənləşdirildiyi üçün sonuncunun epik sistemdə yeri görünür. 
Ona görə  də Füzulinin "Leyli və  Məcnun"u psixoloji romandır" 
(4, səh.120) mülahizəsi kifayət qədər predmetləşdirilə bilmir, 
ümumi və mücərrəd mülahizə təsiri bağışlayır. 
Müasir Azərbaycan romanının tədqiqi tarixi M.Hüseynin və 
M.Arifin elmi yaradıcılıq axtarışları ilə  sıx bağlıdır. Azərbaycan 
romanının problemlərini dərindən bilən və onun inkişaf 
prosesində  fəal iştirak edən bu görkəmli  şəxsiyyətlər təxminən 
eyni vaxtda janrın "tarixi"nin, hazırki vəziyyətinin geniş təhlilini 
vermiş  və öz zamanına görə son dərəcə sanballı  məqalə çap 
etdirmişlər. M.Hüseynin məqaləsi "Azərbaycan romanı haqqında" 
(1954) M.Arifin əsəri "Azərbaycan sovet romanı" başlıqları ilə 
çap olunmuşdur. 
Zamanın ideoloji doqmalarının ifrat təzyiqinə baxmayaraq 
məqalələrdə xalq həyatına dərindən nüfuz edən romanlar təqdim 
edilir. M.Hüseyn M.Axundovun "Aldanmış  kəvakib" povestini, 
M.Arif isə N.Nərimanovun "Bahadır və Sona"sını roman janrının 
ilkin nümunələri kimi qiymətləndirmişlər. İdeoloji tərəfə üstünlük 
verən M.Hüseyn bu fikirdə idi ki, "roman xalqın tarixində 
müəyyən ictimai amillər olmadan meydana gələ bilməz" (88, 
səh.229). 
Azərbaycan romanını yaratmaq vəzifəsinin "sovet nasir-
lərinin", "bilavasitə inqilabın tərbiyə edib böyütdüyü gənc sovet 
nasirlərinin" öhdəsinə düşdüyünü iddia edən M.Hüseyn janrın 
tarixini çox da dərin qatlarda axtarmır, "ictimai amilləri"  əsas 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə