Microsoft Word Himalay doc



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə5/85
tarix20.08.2018
ölçüsü2,16 Mb.
#63700
1   2   3   4   5   6   7   8   9   ...   85

Himalay Ənvəroğlu __________________________
 
 
19 
Janr yalnız  ədəbi prosesdə cilalanır. Ona görə  də janr ənənəsi 
çərçivəsində qalmaqla varisliyi dərk etmək olmaz. Janr 
kateqoriyasında əsas məna epoxanın özünü ədəbi dərk mənasıdır. 
Məsələn, klassistlər janra bədii inkişafın modeli kimi baxdıqları 
üçün "yenidən müəyyənləşdirməkdə", "zənginləşdirməkdə" heç 
bir məna görmürdülər (135, səh.328). Belə mütləqləşdirmək janr 
ənənəsinin rolunu qiymətləndirməməkdir. Lakin ifrat sərbəstliyə 
çağırış, janrın hökmündən mütləq uzaqlaşmaq meyli də aldadıcı 
ola bilər. Bu mənada Hegel konsepsiyasını poeziyanın sinkretizmi 
və növlərin differensiasiyası  əsasında qurması  təsadüfi deyil. O, 
janrların formal, embrion (rüşeym) dövrünə yalnız ötəri nəzər 
salır. Çünki Hegel onlara tarixi inkişaf baxımından deyil, məhz 
sənət nəzəriyyəsi nöqteyi-nəzərindən yanaşır və ona görə  də 
"substansional" və "subyektiv" anlayışları üzərində geniş dayanır. 
Hegel "qəhrəmanlar  əsri"nə (84, səh.189) və inkişaf etmiş 
dövlətdə substansional və subyektiv kateqoriyalardan çıxış edib 
qiymət verir və epopeya, satira və romanı "dünyanın müəyyən 
tarixi dövrünə uyğun gələn janrlar" kimi qiymətləndirirdi. Yəni 
janrı "dünyanın ümumi vəziyyəti"nin ona münasib təzahürü hesab 
edirdi. 
Başqa sözlə, "dünyanın ümumi vəziyyəti janrın məzmunu-
nun ilkin şərti" hesab edilir. Onun fikrincə, roman "prozaik 
nizama salınmış gerçəklik" kimi poeziyanın itirilmiş hüququnu 
bərpa edən janrdır. O, "qəhrəmanlar əsri"ni ("qanuna qədərki əsr") 
epopeyanın zəmini, qayda-qanun yaradan, inkişaf etmiş dövlət 
epoxasını ("prozaik nizama salınmış gerçəklik") isə romanın 
zəmini hesab edirdi. Göründüyü kimi, epopeya ilə roman onlarda 
əks olunan "dünyanın halı"na görə fərqlənirlər. Eposda qəhrəman 
möhkəm substansional zəmində dayanır. Lakin onu Homer 
poemalarında 
əks olunan "qanuna qədərki 
əsrlə" 
məhdudlaşdırmaq olmaz. Qəhrəmaniliyin bəzi  əlamətləri hətta 
orta  əsrlər rıtsarlığında da özünü göstərmişdir. Sənətin müəyyən 
üstünlüyə malik olan zümrəni obyekt seçməsi məhdudluq hesab 
edilir. 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
20
Epos və romanın janr müxtəlifliyi kolliziya əsası ilə bağ-
lıdır. Məsələn, epos üçün bütün millətin iştirak edib, hərəkətə 
gətirdiyi hərbi konflikt daha münasibdir. Çünki "müharibə 
millətin substansional birliyi naminə aparılır" (84, səh.243). 
Yad millətlərin düşmənçiliyi də epos üçün əlverişli konflikt-
dir. Çünki özlüyündə ümumtarixi bəraətə malikdir. Qəhrəman 
qarşısında substansional ideya qoyur, onun uğrunda mübarizə 
aparır, igidlik göstərir. Burada qəhrəmanın və kollektivin vəhdəti 
yalnız substansional mənaya malik olan ümumi hərəkət əsasında 
mümkün ola bilir. 
Romanda isə kolliziya bir o qədər də  kəskin olmur. Çünki 
onda qəlbin poeziyası ilə  həyatın prozasının qarşıdurması  və 
xarici  şəraitin təsadüfləri  əsas rol oynayır. Bu kolliziyada artıq 
şəxsi və ictimai tərəflər ayrılır, insanların hərəkətləri nizamlanır, 
subyektin səyləri "şeylərin qaydasına"  əsaslanır. Romanın 
kolliziyası  qəhrəmanın yaşadığı aləmlə barışmasını  həll edir. 
Çünki burada qəhrəmanla onu əhatə edən mühit qarşı-qarşıya 
qoyulur. Qəhrəmanın hərəkəti subyektiv səylərə  əsaslanır və 
dünyanı  dəyişdirmək, islah etmək, yaxud da şəxsi həyatını 
yaxşılaşdırmaq və s. kimi nəticələr doğurur. Romanda xarakterin 
inkişafı antik xarakterlərin "bilmədiyi" səmtə doğru gedir. Yəni 
hadisənin zahiri hərəkəti deyil, subyektin daxili həyatının inkişafı 
üstünlük təşkil edir. Hegelə görə epopeya və romanın kolliziyası 
"həyat kolliziyalarının güzgüsüdür", Aristotel isə "fabulaların 
bəziləri sadə, bəziləri isə dolaşıq olur, çünki fabulaların təqlid 
etdiyi hərəkətlər də belə olur" (5, səh.67) demişdir. 
Hegelin "qəhrəmanlar  əsri"ndən kənarda qəhrəmanlıq 
situasiyalarını inkar etməsi ilə razılaşmaq olmur. Çünki sonrakı 
dövrlərdə millətin qüdrətinin simvolu olan qəhrəmanların sənətdə 
görünməsi epopeyaya bədbin münasibəti aradan qaldırdı. Bizə 
belə  gəlir ki, bu məsələyə yenə tarixilik baxımından yanaşmaq 
lazımdır. Hegelin təsvir etdiyi "həqiqi" epopeya onun öz yaşadığı 
dövrdə də mümkün ola bilərdi. Daha doğrusu inkişaf etmiş sinifli 
cəmiyyətdə  də kütləvi qəhrəmanlıq halları istisna edilmir. Milli 
azadlıq müharibəsi, substansional məqsəd olan vətəni qorumaq və 


Himalay Ənvəroğlu __________________________
 
 
21 
s. buna misal ola bilər. Burada söhbət epopeyanın yeni növünün 
yaranmasından və bunun üçün tarixi şəraitin meydanda 
olmasından gedə bilər. Görünür, Hegelin siyasi mühafizəkarlığı 
sənət hadisələrinə ideoloji münasibət göstərməsinə  səbəb olmuş 
və inqilabi hərəkatların obyektiv qiymətləndirilməsinə mane 
olmuşdur. O, milləti parçalayan vətəndaş müharibəsini də 
"həqiqi" epopeya üçün "predmet" hesab etmir. Bunu o, 
"qəhrəmanlar  əsri"nin hüdudlarından kənar dövrlərə  də  şamil 
edirdi. Burjuaziya cəmiyyət qaydaları da ("Estetikadan 
mühazirələr" dövrü – H.Q.) substansional hesab edilirdi. Yəni 
burjuaziya cəmiyyətinin də  əsasını, başqa sözlə, substan-
sionallığını dağıtmaq olmazdı. Göründüyü kimi, burjuaziya 
cəmiyyətinin substansionallığı açıq müdafiə edilir və onu hər cür 
vətəndaş mübaribəsilə dağıtmağın əleyhinə çıxılır. 
A.N.Veselovski də janrların tarixini şəxsiyyətin inkişafı ilə 
əlaqələndirmiş, epopeya və romanın cəmiyyətlə  şəxsiyyət 
əlaqələrinin müəyyən mərhələsində meydana gəldiyini qeyd 
etmişdir. Veselovskinin fikrincə məzmun sinkretizmdən ayrılmır, 
məhz tədriclə doğulur. Başqa sözlə, epos, lirika, drama şəxsiy-
yətin tarixi inkişafının birbaşa  əlaqəsindən yaranmışdır. Bu, 
yaradıcılığın həm obyektiv (mövzu), həm də subyektiv (ideya) 
tərəfi ilə müəyyən olunur. Göründüyü kimi, Veselovskidə 
növlərin forma və  məzmunu üst-üstə düşmür. O, formanı 
məzmundan ayırır. Onun fikrincə dramın məzmunu eposdan 
sonra meydana gəlib. Lakin başqa bir yerdə isə  əlavə edir ki, 
"şəxsiyyətin yeni inkişafı ilə bağlı olaraq forma kimi onlar (lirik, 
dramatik növ –H.Q.) epos çağında meydana gələ bilərlər" (141, 
səh.12). 
A.N.Veselovskiyə görə sinkretizmdən ilk ayrılma lirik-epik 
ayrılma olub. Yəni forma ayrılması olub. Epik hissə  hərəkətin 
əsası, lirik hissə isə gah yavaşıtma, gah sürətləndirmə forması 
kimi ayrılıb. Göründüyü kimi, Veselovski öz konsepsiyasını 
sinkretizm və epik, lirik, dramatik formaların ondan qopması 
üzərində qurur. Lakin Veselovski də növlərin sonrakı tarixi 
inkişafını deyil, onların məzmununun genezisini tədqiq etdiyi 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
22
üçün onda da növləri fərqləndirən meyar məsələsi açıq qalır. 
Veselovskini təkamül prosesində bir tərəf-eposun kollektiv 
"subyektivliyi, yəni qəbilə, tayfa üzvlərinin eyni "psixoloji 
səviyyədə" olub-olmaması maraqlandırmışdır. Hegeldə substan-
siya, Veselovskidə kollektiv psixologiya təxminən eyni 
funksiyanı daşıyır. Hegeldə epos yaratmaq üçün tayfa üzvlərinin 
eyni hüquqda olması  əsas götürülürsə, Veselovski onların 
psixoloji səviyyəsinin eyniliyinə  əsaslanır. Özünüdərk eposa və 
lirikaya, eyni vaxtda daxil olma sa, subyektiv məzmun –
şəxsiyyətin daxili aləmi təkcə lirikaya aid ləyaqət deyil. 
Veselovskinin fikrincə roman öz məzmununa görə eposdan daha 
çox lirikaya yaxındır. Ona görə də rıtsar romanını bilavasitə lirik 
zəminlə bağlayır. Bu mənada romanın hansı növə mənsub olması 
məsələsi meydana çıxır.  Əgər epik məzmunu epopeyanın 
"kollektiv subyektivliyi" ilə  məhdudlaşdırsaq, onda aydındır ki, 
burada romana yer yoxdur. Veselovski isə növlərin nəzəriyyəsi 
haqqında mülahizələrində  həmişə epos, lirika, dram, roman 
ardıcıllığını gözləmiş  və  nədənsə eposla romanın yaxınlığı 
ideyasından imtina etmişdir. Ümumiyyətlə, "Tarixi poetika"da 
ədəbi növlər cəmiyyət və  şəxsiyyət münasibətlərinin üç ardıcıl 
inkişaf mərhələsi ilə  əlaqələndirilir. 1. Qəbilə  və tayfanın idraki 
və mənəvi meyllərinin ümumiliyinə əsaslanan epos mərhələsi. 2. 
Şəxsiyyətin qrup hərəkəti zəminində  tərəqqisi, zümrə bölgüsü 
çərçivəsində fərqləndirilməsinin doğurduğu qədim yunan və orta 
əsrlər lirikası  və  rıtsar romanı  mərhələsi. 3. İnsanın etirafı, 
zümrənin dağılması və şəxsiyyətin təntənəsinin yaratdığı intibah: 
novella və roman mərhələsi. 
Romana qədim yunan eposunun ölçüləri ilə yanaşmağı 
tarixilik baxımından yanlış hesab edən Veselovskinin fikrincə 
janrın  əsasını tarixən müəyyən olunmuş  məzmun və onun 
çərçivəsi təşkil edir. Tarixən müəyyən olunmuş məzmun geniş və 
dar mənada başa düşülə bilər. Məsələn, ayrı-ayrı janrları özündə 
birləşdirən "Salnamə"də  əsər forması hesab edilirdi. "Çünki orta 
əsrlərdə  bədii metod əsərin janrı ilə  sıx bağlı idi" (85, səh.51). 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə