Microsoft Word Himalay doc



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə6/85
tarix20.08.2018
ölçüsü2,16 Mb.
#63700
1   2   3   4   5   6   7   8   9   ...   85

Himalay Ənvəroğlu __________________________
 
 
23 
Bəzən hətta "bir əsərdə müxtəlif metodun prinsipləri özünü 
göstərirdi" (85, səh.51). 
Veselovskinin fikrincə epik sistemin dağılmasına şəxsiyyə-
tin ruhi həyatını mürəkkəbləşdirən intibah epoxası  səbəb 
olmuşdur. 
Hegel eposun və romanın kolliziyasının müəllif iradəsindən 
asılı olmadığını bildirirdi. Yəni bir tərəfdən "rəvayətlərin hifz 
elədiyi mifləri pozmaq olmazdı" (5, səh.76) deyən Aristotellə 
eyniyyət təşkil edirdisə, digər tərəfdən onun "şair də ixtiraçı 
olmalıdır və  rəvayətlərdən lazım gəldiyi  şəkildə istifadə 
etməlidir" (5, səh.76) mövqeyi ilə ziddiyyət təşkil edirdi. 
Məlum olduğu kimi hələ "eramızdan əvvəl VII əsrdə yunan 
ədəbiyyatında qəhrəmanlıq eposu aparıcı rolunu itirir. Bu, yunan 
xalqının həyatında ciddi dəyişikliklərin baş verdiyi dövrə təsadüf 
edir" (115,səh.122). Ona görə də eramızdan əvvəlki VII-VI əsrləri 
Yunanıstanda inqilablar epoxası adlandırırlar. Məlum olduğu 
kimi  ədəbi növ və janrların taleyi həm də müəyyən tarixi 
dövrlərin ictimai-siyasi münasibətlərindən də asılı olub: qəbilə və 
tayfanın idraki və  mənəvi meyllərinin meydana gətirdiyi epos 
özünün  ən yaxşı ifadəsini tayfa quruluşundan dövlət quruluşuna 
keçid dövrünün böyük sənətkarı Homerin yaradıcılığında 
tapmışdır. Onun "Iliada" və "Odisseya"sı  nəinki ayrı-ayrı  ədəbi 
janrın tarixində, o cümlədən insanlığın bədii təfəkkürünün 
intibahında mühüm rol oynamışdır. Iri həcmli  ədəbi forma olan 
romanın da bir janr kimi taleyinin başlanğıcını müəyyən mənada 
eposun varisi hesab edənlərə qoşulmasaq da, qeyd etməliyik ki
müəyyən mərhələdə eposla roman arasında tipoloji yaxınlıq 
olmuşdur. Bunu həmin janrların poetikası  və struktur tərəfləri 
sübut edir. Homer təfəkkürünü "mifik" adlandıranlar və mifik 
təfəkkür altında "həqiqi", məntiqi-anlayış  təfəkkürünün  əksinə 
olan obrazlı  təfəkkürü təsəvvür edirlər.  Əgər mifik təfəkkür 
obrazlı  təfəkkürün xüsusi tipidirsə, onda mifoloji təfəkkür saf 
halında ibtidai sadəlövhlükdür. Bizim eranın birinci əsrində 
yaşamış Strabon "Coğrafiya" əsərində elmin poeziyadan ayrılma-
sından bəhs edir. Strabonun fikrincə Homer poemalarında xəyal 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
24
real mövcud olanın  əsasında yaranır. Yəni poemaların fabulası 
şair və salnaməçilərin xronikasıdır. Homerin epik sistemində his-
sə bütövün bütün xüsusiyyətlərini qəbul edir və onun hüduduna 
yüksəlir. "Hamısı" anlayışı epik ölçüdür. "Hər kəs" də epik məna 
ifadə edir. Başqa sözlə, "hər biri" nə düşünürsə "hamısı"na aiddir. 
Homerdə "hər biri"si "hamısı"dır. Yaxud, əksinə, "hamı", "hər 
biri" deməkdir. "Hər adam"da epik insanın "hamısı"dır. Bundan 
əlavə "bütün" epik xalqı, "hamı" epik tayfanı bildirir. 
Eposun "hər adamı" və epik insanın "hamı"sı mahiyyət 
etibarilə bir-birini tamamlayır. "Hər adam"la "hamı" arasında epik 
qəhrəman dayanır. Qəhrəman isə tayfanın "hər adamı"dır və 
kəmiyyət etibarilə tayfa çoxluğundan ayrılan, eyni zamanda 
tayfanın bir hissəsi, çoxluğun zərrəsi kimi ümumi, epik 
keyfiyyətdir. Yəni epik qəhrəman həm hissə, həm də bütövdür, 
tayfanın "hamı" adamıdır. Bu onun həm xalqa başçı olmasını, 
həm də ondan asılı olmasını göstərir. Çünki hər bir epik qəhrəman 
tayfaya uyğunlaşdırılıb. Homer eposunda "tayfa"sız, tayfadan 
kənarda qəhrəman, qəhrəmansız da tayfa yoxdur. Bu, eposun 
etnik mənşəyə və qəhrəmanların geneologiyasına olan marağı ilə 
izah edilməlidir. Çünki epik qəhrəmanların döyüşləri tayfanın 
döyüşlərini  əvəz edirdi. Bu, o deməkdir ki, kütlənin çoxluğunun 
bir insanda ifadəsi vahidin fövqəladəliyi ilə  şərtlənir. Daha 
doğrusu, epik qəhrəman döyüşçüdürsə, həddən artıq igid, şuranın 
ağsaqqalıdırsa, müdrik olmalıdır. Məsələn, troyalı Aqamemnon 
Axilles haqqında deyir ki, "bu insan bütün insanlardan müqayisə 
edilməz dərəcədə qüdrətlidir". Epos qanunlarına görə xalq 
çoxluğunun  ən yaxşı keyfiyyətlərini ifadə edən qəhrəman 
mahiyyət etibarilə  ağıllı  və qüdrətli olmalıdır.  Əks halda, 
qəhrəmanlığını itirər. Tayfa kollektivinin hər bir üzvü "yaxşı" da 
ola bilər, "yaramaz"da. Lakin eposun qəhrəmanı  həmişə "yaxşı" 
və  "əla" olmalıdır. O, mütləq müsbət başlanğıcdır, tayfanın adi 
üzvləri ona çatmağa çalışsalar da, qəhrəman əlçatmaz olaraq qalır. 
Çünki xalq, tayfa bütün gücünü ona verdiyi üçün kollektivin "hər 
biri" keyfiyyət etibarilə tayfa qəhrəmanından zəifdir. 


Himalay Ənvəroğlu __________________________
 
 
25
Sinkretik bədii təfəkkürün spesifikasına tam uyğun olan 
epik qəhrəman tayfa döyüşçüsü kimi iki əks qütbü özündə 
birləşdirir. O, həm tayfanın ucalığını təcəssüm etdirir, həm də onu 
gücdən salır, obyektiv gücsüz edir. Eposda həyat gücü üstün-
lüyünü saxlayır. Hərəkət, hücum və xalq gücü ümumi gücün 
vəhdəti kimi meydana çıxır və epik qəhrəmanın fövqəladəliyi 
spesifik dünya duyumuna çevrilir. 
Əlbəttə, bununla belə Homer eposunun struktur modelini və 
ideoloji konsepsiyasını sonrakı dövrlərin eposlarına, o cümlədən 
milli eposlara bilavasitə şamil etmək olmaz. Lakin həmin eposun 
elə tərəfləri var ki, bunlar zamanı və milli sədləri aşa bilir. Bu, ilk 
növbədə janr stixiyasına və sinkretikliyə aiddir. Bunu Firdovsinin 
Sultan Mahmuda həsr etdiyi "Şahnamə" eposunda da aydın 
görmək olur. Bunu "Insanların  ən qüdrətlisi" olan Axilleslə 
tipoloji qohumluğu olan "Cahan pəhləvanın": "Iran eposunun və 
bir sıra başqa türkdili xalqların məşhur qəhrəmanı zal oğlu 
Rüstəmin" (67, səh.101) obrazında da görürük. "Şahnamə"də  və 
başqa mənbələrdə Rüstəm ulu tanrının özü üçün yaratdığı  ən 
sadiq qul hesab edilir. Müxtəlif tarixi və  əfsanəvi mənbələri 
özündə  əks etdirən "Şahnamə"də mifologiya mühüm yer tutur. 
Biz mifologiyanı və sinkretizmi bu eposda müəllif təfəkküründən 
daha çox janrın və  təsvir materialının xarakterinə aid edirik. 
Məsələn, poemada ümumiləşmiş düşmən obrazı kimi yaradılan 
Zöhhakın tarixi izləri hətta qədim hind mifologiyasına gedib çıxır 
(67, səh.78). 
Burada  əjdaha mifik obrazının Zöhhaka çevrilməsi qeyd 
edilir. Bu, sonradan epik xüsusiyyət kəsb edərək "Şahnamə"də 
Cəmşidin  Ərəbistanda hökmran olduğu vaxtda Mardas adlı 
xeyirxah bir kişinin oğlu olan Zöhhakın çirkin, ağıldan yüngül, 
lakin hakimiyyətə həris simasında göstərilir. Iranın əfsanəvi-mifik 
qəhrəmanı Feridunun haqqında məlumatın izləri "Avesta"dan 
gəlir. Poemada surətə çoxlu eyni fəaliyyət növü yazılır. Bu 
təkrarların səbəbini həm qədim pəhləvanlar haqqında mif, əsatir, 
əfsanə  və  rəvayətlərin  şifahi xalq yaradıcılığ  ənənələri ilə bağlı 
olmasında axtarmaq, həm də eposa xas xüsusiyyət kimi qiymət-
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
26
ləndirmək lazımdır. Doğrudan da, təhkiyəçi bir neçə hadisəni bir-
birinə qarışdırır, köhnə miflərin,  əsatir,  əfsanə  və  rəvayətlərin 
süjetlərindən, eləcə  də olmuş hadisələrin motivlərindən istifadə 
edərək yeni əsər yaradır. Məsələn, "Avesta"da və  "Şahnamə"də 
müəyyən epizodlar təşkil edən Feridunun "hökmranlıq 
bioqrafiyasının 500 il davam etdiyi" göstərilir. Feridun əfsanəsinə 
epizodik münasibət Iran epik poeziyasının mifdən azad olmağa 
başlandığını göstərir. Bununla belə, hələ rəvayətlərdə mifologiya 
müəyyən yer tuturdu. Poemada Zöhhak əfsanəsinə, Feridunun 
onunla mübarizəsinə, eləcə  də  dəmirçi Gavəyə müəyyən yer 
verilməsi bunu sübut edir. Məsələn, Gavənin dəmirçi döşlüyünü 
bayraq edərək xalqı müstəbidə qarşı aparması sözün həqiqi 
mənasında epik igidlikdir. Bu şəxsi intiqamdan daha çox qəbiləni, 
tayfanı, vətəni müstəbiddən xilas etməkdir. Çünki Zöhhak yadelli 
idi və Iran padşahlarının tacını ələ keçirmək istəyirdi. 
Iran-türk nağıllarında geniş yayılmış atanın oğlanları ilə 
yoxlama döyüşləri Feridun əfsanəsində  də vardır. Feridun 
əjdahaya çevrilib oğlanları ilə vuruşur. Kiçik oğlu epik nağıl 
ənənəsinə uyğun olaraq adını deyir, özünü tərif edir, düşməni 
gözləyən təhlükə haqqında xəbərdarlıq edir. Bu, sırf nağıl-igidlik 
motividir. "Şahnamə"də Simurq da şəxsləndirilmişdir. O, şüurlu 
hərəkət edir və düşünülmüş  qərarlar qəbul edir. Iran eposunda 
Simurqun  şöhrəti yalnız Rüstəmlə müqayisə edilə bilər. Ma-
raqlıdır ki, Rüstəmin özünün doğulması da bu quşun müdrikliyi 
ilə bağlıdır. Epik təhkiyə qanunlarına  əsasən baş  qəhrəmanın 
(Rüstəmin) doğulmasının təfsilatı nəql edilməli idi. "Şahnamə"də 
geniş yer tutan Rüstəm  İran eposunun ən sevimli qəhrəmanı 
Səyavuşun tərbiyəçisi,  ən tragik qəhrəmanı Zöhrabın atası, 
qüdrətli  İran  şahı Keykavusun və yenilməz pəhləvan Bijanın 
xilaskarı kimi göstərilmişdir. 
Başqa  əfsanəvi-mifik hökmdar və  pəhləvan obrazlarına 
nisbətdə Rüstəmin genezisi daha mürəkkəbdir. Məsələn, "Aves-
ta"da Rüstəmə və atasına yer verilməməsi guya Rüstəmin məbəd-
lərə zidd baxışlarının "Avesta"nın müəlliflərinin xoşuna gəlmə-
məsindən irəli gəlmişdir. Bütün bunlar onu göstərir ki, Rüstəmin 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə