Microsoft Word Himalay doc



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə10/85
tarix20.08.2018
ölçüsü2,16 Mb.
#63700
1   ...   6   7   8   9   10   11   12   13   ...   85

Himalay Ənvəroğlu __________________________
 
 
39 
əsrlər romani eposu artıq qəhrəmaniliyin və nağılın hüdudlarını 
genişləndirirdi. 
Rıtsar romanını macəra romanına bərabər tutmaq olmaz. 
Çünki macəra romanı "calaq" quruluşuna əsaslanır. O, ya roman 
ərəfəsi formada, ya da orta əsrlər romanının klassik təşkilində 
özünü göstərir. Orta əsrlər romanının klassik forması bilavasitə 
Nizami və Kreten de Trua kimi böyük sənətkarların yaradıcılığı 
ilə bağlı olub. 
Eposda və nağılda olduğu kimi orta əsrlər romanının da 
qəhrəmanı  çətin sınaqlardan keçir, şücaət, cəsarət göstərərək 
özünü təsdiq edir. O, daxilindəki ziddiyyətlərin və zahirdəki rə-
qiblərinin qarşısını almalı idi. "Don Kixot"dan başlayan yeni 
roman qəhrəmanları birdən-birə  məişət prozasına qoşula 
bilmirdilər. Məsələn, öz zamanında Avropada geniş  şöhrət 
qazanan rıtsar romanı gerçəkliyi tam əhatə etmirdi. O, yalnız 
rıtsarlıq çərçivəsində igidlik və  məhəbbət mövzusu ilə  məhdud-
laşır, poetik idealla real ictimai funksiyanın qarşısını  kəsir və 
daim nağıla qaçmağa tələsirdi. Rıtsar romanı da orta əsrlər 
ədəbiyyatı kimi "gerçəkliyin təqlidinə" istiqamətlənmədi. Çünki 
orta  əsrlər sənəti xarici mühitdən daha çox ruhi mənaya, sözün 
hökmranlığına üstünlük verirdi. Marağı zahiri macəralardan daxili 
həyəcanlara keçirmək orta əsrlər klassik romanında psixoloji 
təhlilə imkan yaratsa da, hələ mücərrəd xarakter daşıyırdı. 
Müxtəlif ədəbi ənənələrdən və "bədii stixiyalar"dan istifadə 
müəyyən janr kəsişmələri  əmələ  gətirir. M.M.Baxtin "bədii 
stixiyalar"ın toqquşmasını roman üçün xarakterik hesab edirdi. 
Lakin orta əsrlər romanında birləşən stixiyalar hamarlanır, onda 
hökmranlıq edən təhkiyə "vurğusu"na müvafiq olaraq vahid 
formaya salınır. 
Ellin dövründə meydana çıxan, roman epoxasında möhkəm-
lənən, bizim eranın I əsrində çiçəklənən yunan romanı janrın  ən 
qədim forması hesab edilir. Belə romanlarda adətən müəyyən 
süjet sxemlərindən,  şablon motivlərdən istifadə edirdilər. 
Məsələn, gənc oğlan və  qız bir-birini sevir, nişanlanır, birlikdə 
valideynlərindən qaçaraq səyahətə  çıxır, min cür əzab-əziyyətə 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
40
düşür, bir-birini itirir və yenidən tapırlar. Süjet sxemi kimi 
gəminin fəlakətə  uğraması, dəniz quldurluğu, məhəbbətin 
"oğurlanması", qul olmaq, qızın qurbanlığa gətirilməsi, tədrici 
ölüm, məhkəmə araşdırmaları, "tanıma" və s. ənənəvi motivlər 
buna misal ola bilər.  Ən qədim romanlarda tarixi şəxsiyyətlərlə 
uydurma motivlər "hallandırılırdı". Bu, tarix ərəfəsi təhkiyə idi. 
Sonradan tarixi motivlərdən ayrılan məhəbbət romanı yaranmağa 
başladı. Bu baxımdan yunan romanının genezisi müxtəlif janrların 
sintezi və transformasiyası kimi izah edilməlidir. Romanın ilk 
forması da Homerin klassik eposu kimi məhz bu tipli sintez 
nəticəsində meydana gəlmişdir. 
Romanın formalaşmasında ellin məhəbbət poeziyası, 
mərsiyə, idilliyanın lirik-epik stixiyası və bilavasitə lirika mühüm 
rol oynamışdır. Romani şəkildə daxil olan bütün "mənbələr" 
sonradan tarixi inkişaf prosesində yenidən işlənilmiş  və 
cilalanmışdır. Məsələn, qəhrəmanlıq romanının mənbələri 
içərisində  qəhrəmanlıq eposunun adının nadir hallarda çəkilməsi 
təsadüfi deyil. Çünki yunan romanı özü də qəhrəmanlıq eposunun 
transformasiyası yolu ilə deyil, məhz, sintez yolu ilə, başqa janr 
qaynaqlarından yarandığı üçün eposa qarşı durur və onunla 
kəsişmir. Bunu rıtsar romanlarından da görürük. 
Yunan qəhrəmanlıq mifində  və  qəhrəmanlıq eposunda 
qəhrəman fəal və daim hücumdadırsa, romanda müdafiə olu-
nandır. Eposda qəhrəmanın fəaliyyəti qəbilənin, tayfanın  şöhrəti 
və kollektivin taleyi ilə substansional vəhdətdə verilirsə, romanda 
fərdi tale üstünlük təşkil edir. Bu mənada yunan romanı da şəxsi 
həyat haqqında təhkiyə kimi saf halında öz qarşısında ümumepik 
məqsəd qoymayıb. M.M.Baxtin yunan romanını mücərrəd, yad 
bir aləmdə  təsadüfi, qeyri-rəsmi adam kimi xarakterizə edir. 
Çünki yunan romanı  şəxsi tale naminə fövqəlinsani 
qəhrəmanlıqdan və kollektiv taledən imtina etməyin ilk nümunəsi 
idi. Bu mənada, o, nağıldan çox uzağa getmirdi. Ilk dəfə Lonq 
"Defins və Xloya" romanında qəhrəmanın daxili həyatına, onun 
psixologiyasına güzgü tutdu. Lakin geniş  mənada təhkiyə 
ədəbiyyatında  şəxsi həyat səhifəsi açmaq, insanın daxili aləmini 


Himalay Ənvəroğlu __________________________
 
 
41
struktur planda göstərmək mürəkkəb proses idi və onun birdən-
birə həyata keçirilməsi mümkün deyildi. Bəzi mənbələrdə yunan 
məhəbbət romanının  ənənəsi ilə  əlaqənin sonrakı dövrlərdə 
tamam qırılması  və yalnız XII əsrdə Bizans aristokrat 
mədəniyyətinin yüksəldilməsi  şəraitində  əvvəlcə ritmik əsasda, 
sonra isə  mənzum formada məhəbbət romanlarının yenidən 
yazıldığı qeyd edilir (91, səh.13). 
Belə romanların əsas tədqiq obyektini əzabkeşin taleyi yox, 
məhəbbət hissi, cənnətin "məhəbbət bağı", məhəbbət və borc 
motivi arasındakı konfliktin açılması  təşkil edir. Antik dövrdən 
fərqli olaraq orta əsrlər romanı epik başlanğıcı saxlamaq 
iddiasında olub. Məsələn, Zevs "əxlaqi" başlanğıcı deyil, 
vətəndaşlıq başlanğıcını ifadə edib. Bununla yanaşı, lirizm 
"məhəbbət xəstəliyi" kimi orta əsrlər romanının xarakterik 
xüsusiyyətlərindən olub. 
Eyni zamanda, nağılda olduğu kimi yunan romanında da 
qəhrəmanın imkanları  şişirdilmişdir. Bəzi tədqiqatçılar yunan 
romanının farsdilli romani eposa da birbaşa təsirini qeyd edirlər. 
Məsələn, mötəbər iranşünas E.Bertels fars-tacik ədəbiyyatına dair 
əsərində yunan romanının ("Levkina və Klatofont", "Dafnis və 
Xloya") farsdilli romani eposun inkişafında xüsusi rolundan bəhs 
edir (23, səh.314). Bununla yanaşı, "Vamiq və Əzra", Əyyuqinin 
"Vərqa və Gülşa", Gürganinin "Vis və Ramin", Nizaminin 
"Xosrov və  Şirin", "Leyli və  Məcnun"  əsərlərinin qoşa 
qəhrəmanlı olması yunan məhəbbət romanı ilə tipoloji baxımdan 
əlaqələndirilir. Kişi adına "namə" sözünün əlavə edilməsi də 
E.Bertelsin fikrincə XI əsrdə baş verib. Bu, "qəhrəmanlıq" və 
"romani" eposun differensiasiyasını (ayrılmasını) göstərir. 
Bertelsin farsdilli romani eposun formalaşmasında yunan 
romanının imkanlarını mütləqləşdirməsi ilə razılaşmaq olmaz. 
Yunan eposunun milli izlərini yalnız Ünsürünün bizə gəlib 
çatan fraqmentlərində,  Əyyuqinin "Vərqa və Gülşa"sında, 
Nizaminin isə "Xosrov və  Şirin"inin yalnız başlanğıc hissəsində 
görmək olar. Antik romanın  ənənəsi etiraf edilsə  də,  Şərq 
təhkiyəsində  (Əyyuqi və Nizami) sevgililəri ayıran motivlər 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
42
başqadır. Beləsinə qəhrəmanın (qızın) valideynlərinin müqavimə-
tini aid etmək olar. "Xosrov və  Şirin"də yunan romanından və 
nağılından fərqli olaraq əsas hadisələr daxili konfliktdə açılır. 
Qəhrəman  şəraitin qeyri-fəal qurbanı deyil. Məhz  şahdır. Yunan 
romanlarından fərqli olaraq qəhrəmanın sosial mənsubiyyəti 
Nizamini daha çox düşündürmüşdür. Problemə  mərhələlərlə 
yanaşma tipoloji tədqiqata yol açır. Lakin məsələnin geniş 
miqyasda tədqiqi xüsusi bir tədqiqatın predmeti olduğundan biz 
yalnız ümumi-tipoloji cəhətləri göstərməklə kifayətlənirik. 
Yaxın və Orta Şərqdə mənzum rıtsar romanına uyğun gələn 
janr forması romani eposdur (poema). Klassik forması farsdilli 
ədəbiyyatda özünü göstərmişdir. Farsdilli romani eposun 
inkişafında  ərəb mənbələrinin mühüm rolu olmuşdur. Məsələn, 
VI  əsrin sonu və VII əsrin  əvvəllərində yarımfolklor  şair və 
döyüşçü Antar haqqında  əfsanə  qəhrəmanlıq romani eposun 
tipoloji oxşarlığı hesab edilə bilər. Məhəbbət yolunda cəfalara 
dözmək, rıtsarlara məxsus igidlik və xeyirxahlıq, qadınlara və 
zəiflərə kömək etmək meyli Antarı romani eposun qəhrəmanı 
kimi qiymətləndirməyə əsas verir. Onun obrazında epik qəhrəman 
rıtsara üstün gəlir. Bunu qaba qüvvənin mübaliğəli  şəkildə 
verilməsi, düşmənə qarşı barışmazlıq, tayfaya sədaqət aydın 
şəkildə göstərir. Həmin dövrün tarixi-əfsanəvi  şəxsiyyəti  şair 
Qeys (Məcnun) isə tayfaya sədaqəti fərdi məhəbbətlə  əvəz edir. 
Zamanın həmin çağlarında poeziyada, idrakda, mənəviyyatda, 
dünyəvi ruhi eşqə münasibətdə  çılğınlıq, cərəyançılıq hökm 
sürürdü. Bir tərəfdən hissin, məhəbbətin poeziyası yaranır, digər 
tərəfdən insanın qəlbini "dünyəvi meyldən" uzaqlaşdırıb "ideala", 
"ülvi başlanğıca" yaxınlaşdırmaq təşəbbüsləri edilirdi. 
I.Kraçkovski "
Rannəə istoriə povesti o Medjnune i
 
Leyli v 
arabskoy literature
" (65, səh.582-632) məqaləsində Qeysin tarixi 
şəxsiyyəti, siması haqqında geniş bəhs edir. "Məcnun" ("divanə") 
çağırılan bu insanın VII əsrin sonunda yaşadığını göstərir. 
Əfsanədə iki personajın görünməsi ənənəsinin izahını verir. 
Əmir tayfasına məxsus olan Qeysin şerləri  əsasən Məkkə, 
Mədinə  şəhərinə aid idi. Lakin Qeys Abbasilər epoxasında bir o 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə