Microsoft Word Himalay doc



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə18/85
tarix20.08.2018
ölçüsü2,16 Mb.
#63700
1   ...   14   15   16   17   18   19   20   21   ...   85

Himalay Ənvəroğlu __________________________
 
 
71
ifadə üsulu deyil. Hələ 1960-cı ildə yazdığı "Körpüsalanlar" 
romanında da müəllif qəhrəmanlarının obrazını məhz bu üsuldan 
istifadə edərək yaratmışdır. Folklorun doğma üslubunda: hadisə-
lərin birinci şəxsin dili ilə nəql edilməsi şəxsiyyətin ön plana çə-
kilməsinə, lirik-psixoloji məqamların qabarıq verilməsinə, aparıcı 
qəhrəmanların öz taleləri ilə bağlı olan əhvalatlarda yaxından 
iştirak etmələrinə geniş imkan yaratmışdır. "Körpüsalanlar"da 
"Aldı Səriyyə", "Aldı Adil" deyim tərzləri daha çox aparıcı qəhrə-
manlarının "şəxsi" romanlarının təhkiyə vasitəsi kimi diqqəti cəlb 
edirdisə, "Sarıköynəklə Valehin nağılı" romanında həmin ünsürlər 
eyni zamanda əsərdəki digər qəhrəmanların da əhvalatlarının 
təhkiyəsinə xidmət edir. Nəticədə bütün bunlar nağıl – dastan 
üslubunn möhkəm lirik-epik sintezini əmələ  gətirir. Müasir 
həyatın çətin yollarından keçən, ömür karvanlarına xeyirin və 
şərin ölüm-dirim çarpışmalarını qoşan bu işıqlı qəhrəmanlar qara 
qüvvələrlə qeyri-bərabər döyüşdə nağıl-dastan igidliyi, dözüm və 
həyat eşqi nümayiş etdirərək qalın zülməti yarıb çıxa bilirlər. 
Əsərin başlıca ideyalarından biri budur ki, nağıl tarixi qəhrəman-
lıq keçmişimizin yaşarlı yaddaşı kimi bu günkü həyatımızdan heç 
də uzaqda deyil. Insanların mifoloji – nağıl  şüurunun yaratdığı 
xeyir və  şər qüvvələr indiki həyatımızda da vardır. Onların bir 
qismi müsbət qəhrəmanlara xeyirxahlıq edirsə, digəri (şər) onları 
uçuruma, zülmətə, Balaəmi Babaşovların qorxulu nağıllar 
dünyasına çəkir. Romanın nağıllarının bəzi başlıqlarında verilən 
"başqa əhvalatlar", "qəribə işlər" özləri də əlavə folklor stixiyası 
əmələ  gətirir. Romanın ilk səhifəsi də  Aşıq  Ələsgərin məşhur 
"Sarıköynək" qoşmasının birinci bəndi ilə başlayır və  aşağıdakı 
şəkildə davam etdirilir: "Aşıq Hüseyn (Aşıq  Ələsgərin  şagirdi, 
Sarıköynəyin babası – H.Q.) nağıl eləyirmiş ki, ustad (Aşıq Ələs-
gər–H.Q.) elə həmin toyda o, gözəlin (Sarı köynəkli qızın – H.Q.) 
şəninə  bədahətən bir mahnı qoşub sazla oxudu. Sonra Aşıq 
Hüseyn də ustadının xatirəsinə  nəvəsinin adını qoyub Sarıköy-
nək" (43, səh.3-4). Göründüyü kimi, folklor-nağıl stixiyası aparıcı 
qəhrəmanı anadan olandan izləyir və  çətin, sarsıntılı yollardan 
keçirərək uğurlu taleyə qovuşdurur. 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
72
Romanın  ən böyük nağılı olan altıncı nağıl hadisələrin da-
xili dinamikasında, qüvvələrin qütblənməsində mühüm rol oyna-
yır. Bunu elə nağılın başlanğıcına yığılan "məzmundan" da gör-
mək olur. "Cavan şoferlərin köməyə getmələri, Rövşənin əhvalatı, 
Musanın  şahidliyi, Valehin həbsə alınması, Muradzadə". Yaxud, 
beşinci nağılın adına diqqət yetirək: "Valehlə Sarıköynəyin 
səyahətə çıxmaları və Qədirxan qocanın qəribə işləri." Göründüyü 
kimi, "nağılların" adlarında bir nağıl, macəra stixiyası vardır. Bu 
başlıqlar məşhur türk dastanı "Kitabi-Dədə Qorqud"un bo-
yalarının və böyük Füzulinin "Leyli və  Məcnun" romani das-
tanının fəsillərinin başlıqlarını yada salır: "Salur Qazanın evinin 
yağmalandığı boyu bəyan edər" və ya "Bu, Leylinin çıraqla 
macərasıdır və ondan çareyi-dərdi-dil təmənnasızdır." 
Dünyalara da dəyişməyəcəyi Valehindən ayrıldığını ürək 
ağrısı ilə, əzabla, yana-yana hiss edən Sarıköynək an-baan müasir 
həyatın nağılında fəal qüvvəyə çevrilirdi. Bu aləmə daxil olmağın 
ilk məqamını o, özü belə etiraf edir: "Mənə elə  gəlir ki, yoldaş 
Yusifov bu qaranlıqda gülümsəyə-gülümsəyə  məni nağıllarda 
eşitdiyim tilsimli qalaya çəkir" (43, səh.126). Sarıköynəyin 
Yusifovun göy gözlərinin dərinliyində  qəddar və soyuq 
amansızlıq duyması uğurlu obrazlı ifadə olmaqla yanaşı, həm də 
nağıl aləminin qara qüvvələrinin zahiri portretinin mahiyyətə 
tuşlanan realist cizgiləridir. Bunun ardınca qəhrəmanın "onun 
gülən gözlərinin baxışlarında arxayın, yırtıcı bir hal" hiss etməsi 
də həmin şər obrazını tamamlamağa yönəldilir. 
Sarıköynəyin müstəntiq Yusifovun dəmir darvazalı, hündür 
barılı daçasından gecə ikən qaça bilməsi də nağıl qəhrəmanlığının 
milli qeyrətlə necə möhkəm qovuşduğunu nümayiş etdirir: "Bu 
qaranlıq çöllərdə qurd-quşun, ilan-çayanın məni basıb yeməsinə 
razı olardım, amma Valeh kimi oğlanın nişanlısının namusunun 
Yusifovun ayaqları altına salınmasına razı olmazdım! "Razı 
olmazdım!" – deyə birdən dəli kimi qışqıraraq təkrar etdim" (43, 
səh.130). 
Sarıköynəyin öz dili ilə, son dərəcə həyəcanlı və çılğın bir 
şəkildə danışdığı "nağıl" – romandan verilən bu kiçik parça qəh-


Himalay Ənvəroğlu __________________________
 
 
73
rəmanın düşdüyü mühitin son dərəcə  kəskin olduğunu göstər-
məklə  bərabər, daxili aləmin böyüklüyünü, Leyli sədaqətinin 
reallığını nümayiş etdirir. Eyni zamanda bədii tarixi yaddaşımızı 
tərpədir, oxşar tipli və taleli bir çox qəhrəmanları yada salır. 
Məsələn, Salur Qazanın arvadı Burla Xatun oğlu Uruzun 
ölümü bahasına olsa da, namusunu qoruyur. Şirin, Leyli məhəb-
bəti ölümdən üstün tutur. Həcər Nəbiyə daim baş ucalığı gətirir, 
Şamonun sevimli Qəməri də Sultanın  əlindən Sarıköynək kimi 
xilas olur. Göründüyü kimi, I.Əfəndiyev qəhrəmanına xas olan ən 
layiqli keyfiyyətləri çox dərinliklərdən çəkib gətirir. Başqa sözlə, 
Sarıköynəyin yüksək iradi-mənəvi dəyərlər nümayiş etdirməsi, 
zamanın qalın sədlərini yarması  şəxsiyyətin daxili məzmununun 
bütövlüyü ilə yanaşı, həm də milli ənənə ilə  sənətin qəhrəman 
tipologiyasında varisliyə söykənməsini də nümayiş etdirir. 
I.Əfəndiyevin qəhrəmanlarının düşdüyü  şəraitin xarakteri elədir 
ki, buradan ("dərin quyudan") yalnız Məlikməmməd igidliyi, 
Həcər qeyrəti ilə xilas olmaq mümkündür. Bunu Sarıköynəyin, 
Valehin dünyalara sığmayan nağıl ömürlərindən də görmək olar: 
"Tərcümeyi-halımı üç-dörd cümlə ilə deyib qurtarmaq olardı. 
Amma mənim Valehlə bağlı ömrüm dünyalara sığmayan bir aləm 
idi. Bir nağıl idi. Sözla-sazla deyilib qurtarmayan bir nağıl…" 
(43, səh.195) 
Nağıl həyatı  qəhrəmanları daim izləyir. Çünki onlar möv-
cud münasibətləri: Məcidov, Yusifov, Babaşov dünyasının "har-
moniyasını pozmağa cəhd etdikləri üçün özlərini "nağıl qəhrə-
manları" pərdəsində kökləməli idilər. Bunu yaşamaq uğrunda mü-
barizə özü də tələb edirdi. Əks halda "Min bir gecə" nağılındakı 
kimi "bir xəzinənin üstündə oturan", "dəniz kənarındakı bağında 
olan iki mərtəbəli evinin divarından otuz kilo qızıl, bir torba 
brilyant – olmaz, yüzlərlə üzük, nə  qədər mirvarı  çıxan", 
"evindəki seyfində iki yüz min manat pulu tapılan", "dəniz 
kənarındakı yaylaq mülkünə yarım milyondan artıq xərc çəkən", 
"hovuzunda rəngarəng balıqlar üzən, fin hamamına qədər hər şeyi 
olan" (43, səh.195). Balaəmiyə qalib gəlmək qeyri-mümkün 
olardı. 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
74
Maraqlı burasıdır ki, yazıçı nağıl "müəllifi"ndən fərqli ola-
raq qəhrəmanlarının taleyində, tərcümeyi-halında yaxından iştirak 
edir.  Əsərin müəyyən yerlərində "Muradzadənin müəllifə dedik-
ləri" formasında süjetə daxil olmaq formal-üslubi əlamət deyil, 
yazıçı-vətəndaşın zamanın taleyüklü hadisələrində yaxından 
iştirakıdır.  Əsərin tarixilik, müəllif lirikası, nağıl-dastan təhkiyə 
komponentləri  əsasında qurulması hadisələrin tələb etdiyi ideal 
formanın tapılması kimi qiymətləndirilməlidir. Ona görə  də 
"Sarıköynəklə Valehin nağılı" romanı bir tərəfdən nağıl kökünə 
qayıtmaq, yaddaşı yaşatmaq və qəhrəmanları bu ruhda kökləndir-
mədirsə, digər tərəfdən uğurlu müəllif axtarışları və tanıntılarının 
nümayişidir. Bu, onu göstərir ki, roman müasirlərimizin narahat 
həyatından bəhs edəndə  də  mənbəyindən bəhrələnə bilər. Bu, 
sadəcə olaraq roman təfəkkürünün verdiyi imkandır ki, hər bir 
sənətkar onda öz sözünü deyir. Çünki bədii idrakın xarakterində 
həqiqi dönüş yaradan bir janr kimi roman həm də reallığın "öz 
inkişafına" yol açmaq, şüurda mühüm dəyişiklik əmələ gətirmək 
və dünyanı  mənimsəmək üçün son dərəcə  əlverişli üsullar 
yaratmaq imkanına malikdir. Roman təfəkkürü çox mürəkkəb bir 
prosesdir və daim mənbəyə enməyi tələb edir. Roman təfəkkürü 
janr tipləri vasitəsilə özünün genetik inkişafını izləməyə, 
müəyyən başlanğıcları (epik, lirik, romani, nağıl və s.) yazıçının 
roman  şüurunun  əlamətləri kimi başa düşməyə imkan verir. 
Gerçəkliyi janrın gözü ilə görməkdə roman müstəsna rol oynayır. 
O, həyatı yalnız fabula mənasında deyil, daha dərin əlaqədə, geniş 
miqyasda görmək bacarığıdır. 
Romanı keçmiş, gələcək döngələri  əsasında qurmaq janrın 
təfəkkür imkanlarının zənginliyini meydana çıxarır. Bu, 
"hüdudsuz", "daim axtarışda olan, özünü tədqiq edən və öz 
formasına hər dəfə yenidən baxan" (32, səh.482) janr kimi roman-
epopeyada daha aydın görünür. Məsələn, S.Rəhimovun 
"Şamo"sunda epos təfəkkürünün xüsusiyyətləri romaniliklə  və 
müasir epik düşüncə ilə sintez təşkil edir. Burada roman janrının 
müxtəlif tipləri – ailə, sosial-tarixi, tarixi-inqilabi, psixoloji, pub-
lisistik, fəlsəfi, mərkəzdənqaçma və s. birləşir. "Şamo" kimi mo-


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə