Himalay Ənvəroğlu __________________________
75
numental bir epopeyanı "saf" roman təhkiyəsi ilə axıra kimi
aparmaq qeyri-mümkündür. Çünki "Şamo"
bir şəxsin, bir nəslin,
hətta bir millətin konkret tarixi mərhələsinin də romanı deyil.
Zahiri mənada burada tarixi dövr də var, onu yaşayan və daşıyan
şəxslər də. Lakin roman öz ideyasını xalqın tarixi taleyinin dərin
qatlarından alır. Ona görə də əsərin ləyaqəti "vətəndaş mühari-
bəsi" və "inqilabi hadisələrin" təsvirində deyil, roman təfəkkürü
sahəsində aparılan axtarışlardadır. Roman təfəkküründə nağıl,
dastan, mifologiya, əfsanə və rəvayətlər təhkiyəyə çox möhkəm
şəkildə qaynaq edilmişdir. Ona görə də nağıl, dastan və hətta
mifoloji
təfəkkürə söykənmədən, qədim "Avesta"nın idrakı
imkanlarına yiyələnmədən bədii fikri belə geniş üfüqlərdə
dolandırmaq olmazdı. Əks halda, kənkan Qeybəlidən danışan
müəllif Zöhhak və dəmirçi Kavə əhvalatının assosiasiyasına necə
nail ola bilərdi? Yaxud, Qəmərin Sultanın caynağından qurtar-
masını və uzun müddət "qeyb olması"nı zamanın nağılı ilə necə
əlaqələndirərdi? Bir sözlə, həcminə onlarla nağılın, dastanın,
əfsanə və rəvayətlərin sığdığı bu əsərin ayrı-ayrı qəhrəmanlarının
romanı son anda sanki nağılla qurtarır. Bu, aparıcı qəhrəmanların
– Şamo və Qəmərin taleyindən tutmuş, romanda az görünən, lakin
uzun zaman unudulmayan, canavarlara yem olan zavallı Alagözə
də aiddir. Gözəlliyinin və məsumluğunun müsibətini çəkən bu
nakam qızı "canavarların parçalaması"nın göynərtisi yalnız nağıl
üslubunda verilə bilərdi ki, bunu da S.Rəhimov çox ustalıqla edir.
Nağıl təfəkkürünə malik olmayan oxucu Alagözün hansı
canavarlar tərəfindən parçalandığını çətin ki, dərindən duyar.
Yaxud Leylək Ələmdarın Leyləkliyini, şəhər mağazalarını
gəzərkən bəzək şeylərini alıb ağası Müqüm bəyin "maya bud"
arvadı Zərrintaca hədiyyə vermək üçün daha nələrə hazır
olduğunu nağıl təfəkküründə yoğurmadan
anlamaq qeyri-
mümkündür. Doğrudan da axı bu Leylək Ələmdar hansı qorxulu
nağılın qəhrəmanıdır ki, xüsusi tapşırıqla günahsız adamları
öldürüb Qarabağın kəhrizlərinə doldurub əldə etdiyi qazancı
Zərrintacın əndamına "qurban" verməyə hazırdır. Sözün həqiqi
______________________
Азярбайъан романынын инкишаф проблемляри
76
mənasında yalnız "birtipli" təfəkkürlə bu kimi obrazların yaratdığı
assosiasiyanı yığıb-yığışdırmaq mümkün deyil.
Elə götürək Göyərçini. Bu obrazın zahiri "qabığı" ilə daxili
məzmunu arasında sirli bir nağıl yatır. Yoxsa ona nə düşmüşdü ki,
öz şəxsi-intim hisslərini Şamo ailəsinin faciəsində, "yeraltı
zoğanın tüstüsünün kəsilməsində" ovundursun. Ağızdan "qətran
iyi" gələn əri yasavul Kəlbalı ilə "axıra kimi yaşasın", hətta onu
Maroya "atdırsın" və özünü Sultanın ehtiraslarından xilas etmək
üçün Qəməri qurban versin. Tilsimli nağıllardakı kimi zahiri
gözəlliyi ilə insanları aldadıb şər dünyasının övladlarının sayını
artırmaq və bu istiqamətdə düşüncə meydanını genişləndirmək
"adi roman" işi deyil.
S.Rəhimov klassik nəsr irsinə nə qədər bağlı olsa da, öz
mayasını folklordan alan sənətkar olmuşdur. Bunu onun bilaVasi-
tə dastan və nağıl mövzusunda yazdığı əsərlərdən də görmək olur.
Hələ 40-cı illərdə "Aynalı" povestində xalq qəhrəmanı Nəbinin
sevgilisi Həcərin əfsanəvi obrazını yaradan sənətkar hiss edir ki,
mövzu
onu daxilə, bədii nəsrin daha iri formasına çəkir. Mövzunu
qəlbində, təfəkküründə və təxəyyülündə zaman-zaman yaşadan
yazıçı nəhayət 60-70-ci illərdə öz sevimli qəhrəmanlarının tarixi-
əfsanəvi talelərinin romanını yaratdı. Bu, üç cilddən ibarət iri
həcmli "Qafqaz qartalı" romanı idi. Onu sözün həqiqi mənasında
roman-əfsanə adlandırmaq olar. Çünki romandakı hadisələrin
realizmi daxildən folklorun romantik stixiyası ilə ruhlandırılır.
Ona görə də empirik şüurla romanın ruhi mənasını dərk etmək
çətindir. Çünki burada müəllifin romanntik xəyalı əfsanəvidir.
S.Rəhimovun övlad itkisinin, qəlb yanğısının, şəxsi kədə-
rinin göynərtisinin bədii etirafı və müəyyən mənada təsəllisi olan
"Kəsilməyən kişnərti" (1962) romanı eyni zamanda oxucunu
mifik təfəkkürün qaynaqlarına aparır. Çünki "göz-nəzər" fəlsəfəsi
öz mənbəyini oradan götürür. Əgər "göz-nəzər"
yoxdursa, niyə
Şüküran kimi bir oğul özünün sevimli Ulduzunun (atın adıdır)
qurbanı oldu? Eyni zamanda Şüküranın mifik-əfsanəvi ölümü bir
tərəfdən labüdlük kimi təlqin edilirsə, digər tərəfdən ruhun
ölməzliyi inamı aşılanır.
Himalay Ənvəroğlu __________________________
77
Bununla yanaşı, nağıl-dastan təhkiyəsi və təfəkkürü nə
qədər mifoloji-fantastik imkanlara malik olsa da, o, əgər müasir
roman üslubuna qovuşmursa, struktur məzmun komponentləri
sayıla bilməz. Ona görə də folklor motivlərinin romana yalnız
stixiyası, cövhəri, şirəsi gətirilməlidir, ta hazır süjet sxemi yox.
Folklor roman qəhrəmanına
narahat düşüncə, dünyanı yaxşılaşdır-
maq və özünü saflaşdırmaq imkanı verir.
Poeziyanın bir növü olan romanda xəyal həqiqətlə daha
yaxşı qovuşur" (26, səh.328). Doğrudan da, istedadın hədsiz
sərbəstliyinə imkan verən roman "poeziyanın hər şeyi əhatə edən
ən geniş növü" kimi özündə lirik və dramatik formanın imkan-
larını üzvi şəkildə birləşdirir. Belinski uydurma və həqiqətin nis-
bətini tarixi romanın əsasında göstərir. Bu mənada "romançılıq və
hekayəçilik həyatı və tarixi təhrif etmək deyil, əksinə, onu bədii
şəkildə vermək deməkdir" (7, səh.497).
Həyatı və tarixi bədii şəkildə verməklə xəyalın uydurmaları
və həqiqətən olmuş hadisələri ciddi tarixi surətdə təsvir etmək
arasında ümumi əlaqə vardır. Çünki "tarixçiləri əbəs
yerə sənətkar
adlandırmırlar" (26, səh.329).
Ona görə də romanın janr stixiyasında tarix də, "uydurma"
da, əfsanə də struktur şəkildə predmetləşə bilərlər. Romanın tə-
şəkkülündə folklor janrlarından olan əfsanələrin, o cümlədən ta-
rixi əfsanələrin mühüm rolu olmuşdur. Məsələn, "tarixi şəxsiy-
yətlərlə bağlı əfsanələrdə müxtəlif dövrlərdə yaşamış qəhrəman,
sərkərdə, sənətkar və başqalarının həyatı ilə bağlı əhvalatlar əfsa-
nələşdirilirdi. Xalq içərisində Midiya hökmdarları Astiyaq, Dara,
Ənuşiravan, Babək, Cavanşir, Cavidan və başqa tarixi şəxsiy-
yətlərin adı ilə bağlı çox əfsanə dolaşmaqdadır" (44, səh.138).
Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat
Institutunun Xalq yazıçısı Mirzə Ibrahimovun baş redaktorluğu
ilə buraxılan 20 cildlik "Azərbaycan klassik ədəbiyyatı kitabxa-
nası"nın "Xalq ədəbiyyatı" adlanan birinci cildi mif, əsatir,
əfsanə, rəvayət və s. xalq ədəbiyyatı janrlarına həsr edilmişdir.
Roman janrı ilə genetik qohumluğu olan mif, əsatir, əfsanə,
rəvayətlər həcmi və təhkiyə tərzi ilə diqqəti cəlb edir. Nəsr dili ilə
______________________
Азярбайъан романынын инкишаф проблемляри
78
tərtib edilən bu janrların həcmi son dərəcə yığcamdır.
Ona görə də
üç min səhifəlik "Şamo" romanının bütün struktur
xüsusiyyətlərini nəzərimizdə canlandırıb düşünəndə ki, janr öz
mənbəyiini əfsanə, əsatir və rəvayətlərdən almışdır, nağıl və
dastan romanın inkişafında genezis rolu oynamışdır, ilk baxışdan
qəribə görünür. Lakin hər bir janrın embrion halı da olur. Roman
da vaxtı ilə rüşeym, "hüceyrə" dövrünü yaşayıb. Bununla belə,
xalq ədəbiyyatının yazıya köçürülmüş mövcud mənbələrindən
çıxış edib fikir söyləmək çətin olsa da, fakt faktlığında qalır ki,
bunların mətnlərinin formasını, fikrin əsaslandırılması üsulunu
nəzərdən keçirdikdə aydın görürsən ki, müasir romanlarımızın
mətn tərtibindən kəskin şəkildə fərqlənir. Aydın olmaq üçün
"Nadir şah" rəvayətini olduğu kimi veririk:
Nadir şah çətin keçidləri öyrənmək üçün başının dəstəsilə
birlikdə alçaqlı-ucalı dağlara gəzməyə çıxır. Yolu Çənlidağın
ayağına düşür, oradan da Qoşqarçay dərəsinə enir. Şah
qəflətən
qarşısına çıxan mənzərəni görəndə gözlərinə inanmır, onu heyrət
götürür. Görür ki, gənc bir oğlan iki qaya arasında kəndir üstə
oynayır, altında da qıjhaqıjla dağ çayı axır.
Şah ətrafdakılardan soruşur:
- Bu kimdir? Haralıdır?
Hamıdan əvvəl Elat kişi dillənir:
- O bizim pəhlivanımız Xanoğlandır.
- Sizin xanınız, Xanoğlanınız da var?
Sözün kinayə ilə deyildiyini başa düşən Elat kişi şahı
cavabsız qoymur:
- Bəli, bu dağlarda hər kəs özündə xandır.
Şah qəzəbindən dodağını çeynəyir. Elat kişinin yaxasından
tutub, onu bərk-bərk silkələyir. Bunu görən Xanoğlan kəndirin
üstündə oynaya-oynaya barmağı ilə şahı hədələyir.
Şah buna dözə bilmir, Xanoğlan oynaya-oynaya çayın
ortasına çatanda namərdlik edib xəncərlə kəndiri doğrayır. Gənc
pəhləvan Qoşqarçayın sal daşlarına çırpınıb parça-parça olur.
Qoşqarçayın zümrüd suları al qana boyanır, qayalardan sallanan
kəndirin ucları suya düşür (8, səh.96).