Microsoft Word Himalay doc



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə13/85
tarix20.08.2018
ölçüsü2,16 Mb.
#63700
1   ...   9   10   11   12   13   14   15   16   ...   85

Himalay Ənvəroğlu __________________________
 
 
51 
fikir ixtilafları vardır. "Leyli və  Məcnun" poemasının süjet 
xəttinin  əsas motivləri  əfsanə ilə  səsləşsə  də, qəhrəmanların ilk 
tanışlığının  əfsanədəki xətləri (buzovların birlikdə otarılması, 
yaxud Qeysin Leylinin gözəlliyindən xəbər tutub onu görməyə 
getməsi) məktəbdə tanışlıqla  əvəz edilmişdir. Nizami əfsanənin 
epizodlarını əlaqələndirmiş, onlara dinamizm vermişdir. "Xosrov 
və  Şirin"dən fərqli olaraq burada məhəbbət mövzusu lirika ilə 
bağlıdır. Ona görə də şair belə bir əfsanəni romana tranformasiya 
etmək üçün gedişləri əks istiqamətə çevirməli idi. O, Əyyuqi kimi 
hərəkət edərək  əsərin çərçivəsi üçün sırf epik motivdən istifadə 
edir. Bu, övladsız valideynlərin oğul  ətası üçün həqqa üz tutub 
yalvarmalarıdır. Qəhrəmanlıq eposu, Iran və türk xalq romanları 
(dastanları) üçün xarakterik olan həmin motiv romana epik pafos 
gətirir. Bundan əlavə, Nofəlin hərb gücünə Leylini Məcnuna 
almaq səyi də epik gedişdir. 
E.Bertelsin qeyd etdiyi kimi, Nizaminin qəhrəmanların ilk 
tanışlığını məktəblə əlaqələndirməsi bir tərəfdən epik fonu inkişaf 
etdirmək cəhdi ilə bağlıdırsa, digər tərəfdən  şairə yaxın olan 
tərbiyə mövzusunun (Xosrovun tərbiyəsi) ön plana çəkilməsidir. 
Belə epik fon sonradan məhəbbətdən ağlını itirən  şairlə (Qeys) 
mühit arasındakı tragik konflikti gərginləşdirir, valideynlərə sa-
ğalmaz yara vurur. Məcnun səhraya qaçır. Çünki platonik mənada 
o, artıq çoxdan Leylisinə qovuşub, real Leyli indi ona lazım deyil. 
Sufi mistikası ilə yoğrulan məhəbbət konsepsiyasında çox təsirli 
səhnə olan bu epizodu E.Bertels sonradan "qondarma motiv " 
hesab edir. Çıxışlıq mənbələrinin təşkili "Xosrov və  Şirin"dən 
fərqli olaraq burada tərsinədir. Yəni süjet tarixi-epik başlanğıcın 
romanlaşdırılması  əsasında deyil, məhz lirik-romani başlanğıcın 
epikləşdirilməsi planında təşkil edilir. Lakin burada başlanğıcların 
möhkəm sintezi də vardır.  Əgər Gürgani "daxili" insanı sosial 
şəxsə  əks kimi götürürsə, Nizamidə bu tərəflər bir-birini 
tamamlayır. Xosrov tez bir zamanda atasının etimadını doğrulda 
bilmir. O, yalnız  Şirinin məhəbbəti ilə  ədalətli hökmdar olursa, 
Məcnun nəinki atasının etimadını doğrultmur, eyni zamanda 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
52
məhəbbəti ilə onu rüsvay edir. Məhəbbət Xosrova iqtidar verirsə, 
Qeysə "divanəlik" gətirir. 
Qeysi məhəbbətdən ayırıb cəmiyyətə qaytarmaq cəhdi uğur-
suzluqla nəticələnir. Qeys Kəbədə  də  məhəbbətin azaldılması 
üçün deyil, əksinə, onun çoxaldılması üçün Allah dərgahına  əl 
qaldırır. E.Bertels bunu Nizamidə sufizmin zəifliyi ilə izah edir. 
"Leyli və  Məcnun"da ilk baxışda Gürgani mərhələsinə qayıtmaq 
var. Gürganidə də qəhrəmanlar məktəbdə tanış olurlar. Məhəbbət 
divanəliyi Qeysi cəmiyyət həyatından təcrid edir, onu atasının və 
tayfasının etimadını doğrultmağa qoymur. Lakin burada 
məhəbbət mövzusu zahiri cəhətlərdən təmizlənir və o, daha dərin 
tragik ovqat əldə edir, lirik motivi ilk plana çıxarır. Panteist 
meyllərin köməyi ilə dünyəvi məhəbbət haqqında sufi konsepsiya 
yaradılır, ilahi məhəbbət və ona yüksəlmək pilləsi  əks etdirilir. 
Sevgi hissinin sufiyanə ideallaşdırılması idrak yolu ilə deyil, 
məhz vəcd yolu ilə olur ki, bunun nəticəsində qəhrəmanlar ruhən 
qovuşurlar, məhəbbət yanğılarını  mənəvi mənada söndürürlər. 
Qeysin məhəbbət divanəliyi yüksək ruh, ilahi vergi, müqəddəs 
divanəlikdir. Leyliyə  məhəbbəti onu qəbilənin real həyatından 
ayıran dağıdıcı qüvvə deyil, əksinə, ilham mənbəyinin 
yaradıcısıdır. Məhəbbətin bu tipinə  nə Gürganidə, nə  də 
Nizaminin başqa Qərb müasirlərində rast gəlmirik: Qeys maddi-
cismani həyatı yüksək məhəbbətə qurban verir. 
"Leyli və  Məcnun"dan sonra yazılan "Yeddi gözəl"i və 
"Isgəndərnamə"ni bəzi tədqiqatçılar didaktik romanda romani 
eposun "cırlaşması" (69, səh.21) məhsulu kimi izah edirlər. 
Makedoniyalı Isgəndər haqqında xronikaların Qərbdə  rıtsar 
romanına geniş yol açdığı bəllidir. Nizaminin şəxsində isə Yaxın 
və Orta Şərqdə Isgəndər mövzusu tamamlanır. Lakin eyni 
zamanda romani eposun inkişafını "qırır". Isgəndər haqqında 
Firdovsi "reaksiası"nı Qərb versiyaları ilə tutuşduranda sinkretik-
liyi: romana deyil, məhz eposa yaxınlığı meydana çıxır. Çünki 
Isgəndər zamanında hələ  həm təfəkkürdə, həm də elmin özündə 
sinkretizm qalırdı. Ona görə Isgəndər özü də etiraf edirdi ki, 
"indiki biliklə yaradana yol tapmaq mümkün deyil." 


Himalay Ənvəroğlu __________________________
 
 
53 
Ümumiyyətlə, "Isgəndərnamə" romani janrın klassik "ye-
kun"  əsəri olmaqla bərabər, məhəbbət mövzusunu arxa plana, 
dini-mənəvi tərəfləri ön plana çəkən fəlsəfi-alleqoriya və ya sosial 
utopiyadır. Bütün bu tipoloji təhlillər göstərir ki, milli-zamanın 
özünəməxsusluqlarına baxmayaraq romani epos müəyyən 
mərhələlərdə "oxşar" inkişaf yolu keçmişdir. 
 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
54
2.1. Janrın folklor qaynaqları 
 
ağıl, dastan və roman epik növə daxil olan 
qohum janrlardır. Nağıl və dastan öz stixiyası-
na görə folklor əsasına malik olub rəvayətə, əf-
sanəyə, xatirə  və  əhvalata  əsaslanır. Romanın 
bir janr kimi mühüm komponentləri bunlarla səsləşməsə də, epik 
əsas tipoloji rol oynayır. Epikliyə  şəxsiyyəti kütlə, cəmiyyət və 
xalqla vəhdətdə təsvir etməyin xüsusi tipi kimi baxdıqda və onu 
dünya ilə obyektiv əlaqə forması kimi götürdükdə bu janrların 
ierarxiya bağlılığı aydın görünür. 
Puşkin yazırdı: "Roman" sözü altında tarixi epoxanın uydu-
rulmuş təhkiyədə inkişafını nəzərdə tuturam» (103, səh.92). Həyat 
hadisələrinin mürəkkəb gedişlərini  əhatə edən, yazıçı  tərəfindən 
hərtərəfli  şəkildə göstərilən çoxsaylı personajları birləşdirən 
roman müxtəlif vaxtlarda cəmiyyət və şəxsiyyət münasibətlərinin 
təsvirinin xarakterinə görə epik növün ayrı-ayrı janrları ilə 
müqayisə edilmişdir. 
Hələ vaxtı ilə Strabon Homer poemalarında xəyalın real 
mövcud olanın əsasında meydana gəldiyini və şairin "özü quraş-
dırmaq", "özüdüşünmək" imkanını xüsusi qeyd edirdi (128, 
səh.57). 
O, Eratosfeni Homerdə quraşdırmaya qədər mövcud olan 
əhvalat və  şəxsiyyətləri axtardığına görə  tənqid edirdi. Məsələn, 
Odissey həqiqətənmi səfərlər edib, yaxud Homerin uydurmasıdır. 
Strabonun fikrincə hadisələrin həqiqiliyini yalnız salnamə  və 
xalqda mövcud olan rəvayətlərlə bir sırada qoymaq olar. Gö-
ründüyü kimi, real mövcud olanla xəyalın bədii əsərdəki nisbəti-
nin araşdırılmasının tarixi qədimdir. Əgər "uydurma" eposda özü-
nəməxsus yer tutursa, deməli, ona qohum olan romanda da görün-
məsi təbiidir. Bu mənada bəzən romanı romantik, yaxud ro-
mantizm başlanğıcı ilə əlaqələndirir, real həqiqətlə roman "həqi-
qəti" arasında kəskin fərq qoyur və "romanda olduğu kimi" anla-
yışı uydurma ilə eyniləşdirilirdi. Roman ibtidai, rüşeym forma-
sında gənc oğlanla qızın məhəbbət hadisələri əsasında qurulanda 
N


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə