Microsoft Word Himalay doc



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə23/85
tarix20.08.2018
ölçüsü2,16 Mb.
#63700
1   ...   19   20   21   22   23   24   25   26   ...   85

Himalay Ənvəroğlu __________________________
 
 
91 
çox haqlı olaraq "Robinzon Kruzo" və "Danabaş  kəndinin 
əhvalatları" kimi romanları nümunə  gətirərək onlarda heç də 
məhəbbətdən, sevgi macəralarından söhbət getmədiyini bilmişdir 
(58, səh.43). O, eyni zamanda F.Köçərlinin  Şərq  ədəbiyyatında 
poeziyaya nisbətən nəsrin zəif inkişafı barəsindəki mülahizələrini 
təkzib etmir və "M.F.Axundova qədər Azərbaycan ədəbiyyatında 
nəsrin inkişafının xeyli ləng və  zəif"(58, səh.43) olduğunu 
bildirir. 
V.Kojinovun Yuenin roman janrı haqqında görüşlərinə dair 
yuxarıda gətirdiyimiz mülahizəsindən aydın görünür ki, Q.Xəlilov 
da həmin mövqeyə  tərəfdardır. Vaxtı ilə M.F.Axundov kimi 
F.Köçərli də Azərbaycan romanının tarixi taleyini XIX əsrin II 
yarısında ictimai-siyasi həyatda baş verən dəyişikliklərlə və nəsrin 
inkişafı ilə  əlaqələndirmişdir. M.F.Axundov 1871-ci ildə Mirzə 
Mülküm xana göndərdiyi məktubunda yazırdı: "Bu gün millət 
üçün faydalı və oxucuların zövqü üçün rəğbətli olan əsər dram və 
romandır. Roman da dram fənninin bir qismidir ki, izahı üçün 
şərhə möhtacdır. Bunu səfərətxanalarında işlədiyimiz firənglərdən 
şifahən soruşun sizə bəyan edərlər" (19, səh.101). 
Göründüyü kimi, M.F.Axundov romanın poetikasından, 
estetikasından daha çox faydalanmaq prinsipini əsas götürür. 
Çünki "o hələ dram fənninin bir qismi kimi" düşünülürdü,  əsil 
izahını isə "səfərətxanalarda işləyən firənglər" bilirdi. Başqa 
sözlə, roman böyük tənqidçimizin nəzəri təfəkküründə  hələ 
stixiya formasında idi. Ona görə  də klassik təcrübə, varislik
Nizami və Füzulinin mənzum roman ənənəsi nəzərə alınmırdı. 
Yalnız nəsr ənənəsi mütləqləşdirilirdi. 
M.F.Axundovun bu mövqeyi sonrakı dövrlərdə ideologi-
yalaşdırıldı. "Materialist filosof, yazıçı M.F.Axundovun şəxsində 
Azərbaycan  ədəbiyyatı o vaxta qədər görünməmiş yeni tərəqqi 
yoluna qədəm qoyur" (58, səh.43). Əsas motiv "Rəşid bəy və Səa-
dət xanım", "Aldanmış  kəvakib"  əsərlərindən sonra Azərbaycan 
ədəbiyyatında ciddi dönüş  əmələ  gəlməklə  bərabər, nəsr sahə-
sində də dolğun, məzmunca böyük əsərlərin yaranması iddiasıdır. 
Göründüyü kimi, "materialist filosof", "nəsr sahəsi" ifadələri 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
92
xüsusi vurğulanır. Bu isə metodoloji əsasa çevrilərək Nizaminin 
"Xosrov və  Şirin", "Isgəndərnamə", Fələkinin "Bəxtiyarnamə" 
kimi mənzum romanlarını (58, səh.46) "XIX əsrin axırlarından 
etibarən yaranan realist Azərbaycan romanından" (58, səh.96) 
kəskin fərqləndirməyə yönəldilmişdir. Görünür realist roman 
ierarxiyasında "mənzum roman" keyfiyyətcə aşağı pilləni, "realist 
roman" yüksək pilləni təşkil edirmiş. Hər halda poetika 
meyarında ideologiya, inqilabi-demokratik ideyalar və görüşlərin 
genişləndirilməsi öz rolunu oynamışdır. Ona görə də romanın janr 
poetikasından daha çox onun ideoloji zəmininə diqqət yetirilib. 
"Yeni tipli realist romanın yaranması üçün Azərbaycanda 
obyektiv şərait yetişmişdir" (58, səh.46) hökmündən belə çıxır ki, 
bu şərait məhz XIX əsrin ikinci yarasında yaranmış və demokratik 
fikirlərin inkişafına böyük təsir göstərmişdir. "Yeni tipli realist ro-
man" (58, səh.66) təsnifini iki mənada başa düşmək olar. 
Birincisi, bu tipli romanlara qədər mövcud olan romanları inkar 
etmək, ikincisi, əgər onların mövcudluğunu qəbul ediriksə, realist 
tipdə olmadıqlarına, başqa sözlə  nəsrlə yazılmadıqlarına görə ya 
roman kimi qəbul etmirik, əgər qəbul ediriksə, onda realist tipdə 
olmadıqlarına görə ciddi qəbul etmirik. 
"XIX  əsrin axırları"nın xüsusi vurğulanması da "öz bəh-
rəsini" vermiş  və M.F.Axundovun 1864-cü ildə yazdığı  məşhur 
"Kəmalüddövlə məktubları" sadəcə olaraq kənarda qalmışdır. Bu-
nun da iki yozumu ola bilər. Birincisi, həmin o yuxarıda 
dediyimiz "XIX əsrin axırı" məsələsidir. Məlum olduğu kimi 
"Kəmalüddövlə  məktubları" "XIX əsrin axırları"ndan  əvvəl 
yazılıb. Ikincisi, ənənəvi olaraq "Kəmalüddövlə  məktubları"nın 
roman janrına daxil edilməməsidir. Ona görə də təsadüfi deyil ki, 
bəzi tədqiqatlar Azərbaycan romanının xronologiyasını (XIX 
əsrin axırları, XX əsrin  əvvəlləri) təxminən aşağıdakı kimi dü-
zürlər: 
Z.Marağalının "Ibrahim bəyin səyahətnaməsi" (1887), 
C.Məmmədquluzadənin "Danabaş  kəndinin  əhvalatları" (1894), 
N.Nərimanovun "Bahadır və Sonra" (1896-1899), S.M.Qənizadə-
nin "Şeyda bəy  Şirvaninin məktubları" (1899), M.S.Ordubadinin 


Himalay Ənvəroğlu __________________________
 
 
93 
"Bədbəxt milyonçu" yaxud, "Rzaquluxan Firəgməaib" (1914), 
A.Şaiqin "Əsrimizin qəhrəmanları" (1909-1918) və s. Bundan 
əlavə, Divanbəyoğlunun "Can yanğısı" (1913), Ibrahimbəy 
Musabəyovun "Gözəllərin vəfası" (1914), "Xoşbəxtlər" (1917), 
Əlabbas Müznibin "Yusif və Züleyxa" (1914), Hacı Cabbar-
zadənin "Aşıq Qərib (1913), Əli Səbri Qasımovun "Solğun çiçək" 
(1913), Ağababa Yusifzadənin "Həyatın qəhri altında, yaxud 
xainin sonu" (1912), Zəki Razinin "Nakam qız" (1916), Balı Ca-
vid (1912), Bəsir Nemətin "Iki nakam" (1916), Bağır Cabbarza-
dənin "Bir yetimin naləsi və yaxud qardaş qardaşa etdiyi xəyanət" 
(1915) və s. əsərləri həcminə, mövzusuna və  qəhrəmannlarının 
xarakterinə görə "roman" adı ilə çap olunmuşdur. Göründyü kimi, 
məhsuldarlıq kəmiyyət mənasında ürək açandır. Lakin keyfiyyət 
baxımından bunu demək olmaz. Hətta bunların bəzilərində  tər-
cümə, iqtibas açıq şəkildə özünü göstərir. 
Vaxtı ilə bu əsərlər "Azərbaycan sovet romanının inkişafı 
üçün zəruri mənbələr", "30-cu illərə, yəni Azərbaycan sovet ro-
manı yaranana qədər mövcud olan" (58, səh.58) nümunələr kimi 
qiymətləndirilmişdir. Məsələnin bu cür qoyuluşu görünür bir 
nəfərin "günahı" deyil, ənənəvi tədqiqat üsulunun ümumi "nöq-
sanı" idi. Göründüyü kimi burada söhbət yalnız romanın nəsr for-
masından, onun realist tipindən gedir. Əgər şərti olaraq biz də hə-
min əsərləri sonrakı mərhələ üçün "mənbə" hesab etsək və nəzərə 
alsaq ki, yuxarıda adları  çəkilən romanların bəziləri müxtəlif 
vaxtlarda ayrı-ayrı  tədqiqatlarda tarixilik və janr baxımından bu 
və ya digər səviyyədə təhlil olunubsa, onda sual olunur: XX əsrin 
30-cu illərinin Azərbaycan romanında orijinal təhkiyə üslubuna 
malik olan "Kəmalüddövlə  məktubları"  əsəri nəyə görə yeni 
münasibətlərdən keçməməlidir? 
"Kəmalüddövlə  məktubları"nın "fəlsəfi traktat", "satirik 
pamflet", "publisist povest", "siyasi satira", "povest-pamflet" (78, 
səh.109-111) kimi qəbul edilməsi "onun ("Məktubların" –H.Q.) 
həqiqi qiymətini axıra qədər üzə  çıxarmaq məqsədinə kömək 
etmir" (78, səh.110). Yaşar "Məktublar"ı yeni, novator janr, 
poetik xüsusiyyətləri qabarıq ifadə edilən povest hesab etsə  də, 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
94
onun "satirik pamflet" olmasına da şübhə etmir. "Məktubların" 
sxemi, "dialoq modeli" və "polemika forması" belə qənaət yaradır 
ki, "müəllif öz "mən"ini iki yerə bölüb üzləşdirir", yəni hər iki 
şahzadənin dili ilə danışan müəllif özü olsa da, onların heç birinə 
çevrilmir. Lakin "Kəmalüddövlə daha çox Axundovun özüdürsə, 
Cəlalüddövlə  həm də oxucunun timsalı  və surətidir" (78, 
səh.111). 
Bu baxımdan "Məktublar"ın janr – struktur əlamətlərini 
müəyyənləşdirmək, orijinal xüsusiyyətlərini açmaq mühüm əhə-
miyyət kəsb edir. "Kəmalüddövlə"nin normativ estetikanın Ölçü-
lərini dağıtması", hüdudları xeyli genişləndirməsi təsadüfi deyil. 
Roman komponentlərinin sintezinə əsaslanan "Məktublar"ın 
qüdrətini sırf fəlsəfiliyində, elmiliyində, publisistliyində  və 
siyasiliyində axtarmaq düzgün deyil. Hələ  nəzəri təfəkkürün ilk 
mərhələsində Aristotel poeziyanı "tarixdən qat-qat fəlsəfi" hesab 
etmişdir.  
Bu mənada poeziya və publisistika "Məktublar"ın poeziya-
sında, romanın spesifik təhkiyə xüsusiyyətlərinin özündədir. 
M.F.Axundovun bu roman prinsipləri həm janrın milli tipo-
logiyası, həm də onun əsrin sosial-mənəvi həyat problemlərinə 
yaxınlığı mənasında inkişaf idi. 
Məlumdur ki. məzmunu dərk etmək üçün birinci növbədə 
formanı dərk edib, onu axıra kimi duymaq gərəkdir. Ona görə də 
M.F.Axundovun "Məktublar"ının forması  və  məzmunu sələflə-
rinin –XVIII əsr fransız maarifçi realistlərinin "Məktublar"ından 
özünəməxsusluğu və orijinallığı ilə seçilir. Axundovun "Məktub-
lar"ı daha dərin sosial-mənəvi qatlara enir. Bu mənada "Məktub-
lar"ın tipoloji təhlilini vermək, onun janr modelini "tapmaq" çə-
tindir. Dərinliyinə, genişliyinə, struktur polifonizminə görə 
M.F.Axundovun "Məktublar"ı romana çəkir. XVIII ərs fransız 
maarifçi-realist yazıçısı Monteskyenin "Iran məktubları"  əsərini 
tədqiqatçılar fəlsəfi roman adlandırmışlar.  Əsasən məktublardan 
ibarət olan bu romanın süjeti iki gəncin mədəniyyət və  əxlaq 
qaydaları öyrənmək üçün Avropaya gəlməsilə başlayır. 
M.F.Axundov "Məktublar"da "Min bir gecə nağılı"nı xatırladır, 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə