Himalay Ənvəroğlu __________________________
95
ərəblərin bu nağılın yalanından ləzzət almalarını xüsusi qeyd edir.
"Min bir gecə nağılı" şöhrətpərəstliyin kəskin ifşası üzərində
qurulmuşdur. Əlbəttə, sosial-fəlsəfi planda yazılmış bir
romanda
"Min bir gecə nağılı" motivlərini folklor qaynağı kimi axtarmaq
fikrindən uzağıq. Lakin "Məktublar"da folklorun iri janrlarının
təhkiyə ünsürlərini görməmək, onu nəzərə almamaq mümkün
deyil. Məsələn, "1280-ci ilin ramazan ayında" "Ingiltərə, Fransa,
Amerika səfərindən sonra Irana gələn" Kəmalüddövlə "Kaş
gəlməyəydim". "Ey Iran! Hanı sənin cahücəlalın, Səadət və
əzəmətin?!" –deyə təhkiyəni folklor üslubunda davam etdirərək
keçmiş zamanla indini müqayisə edir. Iranın bütün keçmişi
Kəmalüddövlənin birinci məktubunun –romanın ilk fəslinin mətn
məzmununu təşkil edir. Romanın təhkiyəsi prosesində zaman və
məkanın tez-tez dəyişməsi klassisizmə məxsus olan zaman və
məkan məhdudluğunu aradan qaldırır. Hadisələrin meydanagəlmə
səbəbləri və yeri məsələsi də XIX əsr realist romanın
kompozisiya
prinsiplərinə uyğundur. Onların motivləndirilməsi də "Məktub-
lar"ın üslubi xüsusiyyətlərilə sıx bağlıdır. Birinci məktubda "Ey,
Iran", "Hanı sənin"…, "O zamanlar ki, sənin" müraciət ədası
folklordan gəlir. Bu, Iranın sosial-faciəsinin tarixini epik
dərinlikdə göstərmək imkanı yaradır. "Kəmalüddövlənin birinci
məktubu" Iran ictimai həyatı haqqında ümumi mənzərə yaratmaq-
la sonrakı məktublar üçün fabula rolunu oynayır. Bu məktubunda
möhkəm dayaq nöqtəsi, ideya mərkəzi yaradan Kəmalüddövlə
sonrakı məktublarında Iranın yaralarının qaysağını qoparır.
Ictimai ziddiyyətlərlə dolu olan həyat isə bütün əlaqələrilə
qavranılır və qiymətləndirilir. Ikinci, üçüncü məktublarda süjet
hadisələrin sisteminə çevrilərək konflikti həm gərginləşdirir, həm
də onu daxildən zənginləşdirir.
Ümumiyyətlə, "Məktublar" janr forması kimi,
maarifçi rea-
lizmin Monteskye kimi nümayəndəsində təşəkkül, formalaşma
dövrünü keçirirdisə, M.F.Axundovda o, özünün kamil formasını
əldə edir. Gördüyümüz kimi, Axundovda "məktublar"ın sayı son
həddə endirilmişdir. Bunlardan üçü Kəmalüddövlənin, biri isə
Cəlalüddövlənindir. Lakin bu məktubların hər biri ayrılıqda
______________________
Азярбайъан романынын инкишаф проблемляри
96
romanın konkret bir fəslini, kompozisiyasının bitkin qolunu təşkil
edir. Monteskyenin "Məktublar"ında süjet zahiri, M.F.Axundovda
isə o, daxili plandadır. "Məktublar"ın qəhrəmanları idraki imkan-
larına, ictimai mühiti bədii-fəlsəfi dərk
və ümumiləşdirmə səviy-
yələrinə görə dövrün qabaqcıl, humanist meyllərinin daşıyıcısı
kimi müəlliflə birləşirlər. Monteskyenin "Məktublar"ının aparıcı
qəhrəmanları, o cümlədən Uzbek sadəlövhlük edir. Hətta Raksa-
nanın təbiətini duya bilmir və "sırf maarifçi" olaraq qalır.
M.F.Axundov isə öz qəhrəmanının məntiqinə, idraki qabiliyyətinə
inandığı üçün sözü qəhrəmanına verir. "Məktublar"ın mətn
ideyasında qəhrəmanların romanı ilə müəllifin romanı üzvi
şəkildə birləşirsə də, bunları eyniləşdirmək olmaz. hətta çox ağıllı
mühakimələri və sosial tarixi təsəvvürlərilə insanı heyran edən və
əsərdə mühüm yer tutan Kəmalüddövləni də M.F.Axundovla
eyniləşdirmək olmaz. Halbuki əsərin spesifik ideya-bədii
mənasında onlar arasında bir düha qohumluğu müşahidə edilir.
Sənətdə realizm prinsipini rəhbər tutan Axundov inkişafa
buxov olanı zəngin və inandırıcı faktlar əsasında bir yazıçı-filosof
kimi təşrih etməklə qəhrəmanlarının ideya-mənəvi, sosial-şüuru
varlığına da təkan verir. Bu baxımdan Axundovun "Məktub-
lar"ının qəhrəmanları müəllifdən mənəvi təkan alır. Halbuki biz
romanda aparıcı qəhrəman olan Kəmalüddövlənin dialektikasını
görmürük. Sanki onun süjetinin inkişafı və yüksəliş tarixi yox,
yalnız təşkili vardır. O, romanın ilk səhifəsindən ağıllı, mühaki-
məli, möhkəm ideya inamlı, əqidəli maarifçi-filosof və vətəndaş
kimi diqqəti cəlb edir. Insan ağlının uğurları da, bəlası da sosial-
fəlsəfi baxımdan Kəmalüddövləyə bəllidir. O,
həm sosioloq, həm
maarifçi, həm də dini qnoseoloji cəhətdən qiymətləndirə bilən
filosofdur. Lakin bununla belə yazıçının özü deyil. Əsərdə
müəllifin obrazına yer vermək obyektiv qəhrəmanların mövqe-
yini, onlara inamı sarsıtmır. Əksinə, onların mövqeyi müdafiə
edilir, müəllif qəlbinin hərarətindən qızınır, idrakından ideya-
fəlsəfi qida alırlar. Müəllifin iştirakı qəhrəmanların idarəsini
artırır, ictimai mübarizələrinə geniş meydan verir. Onlar müəllifin
qüvvətli əlini öz üzərlərində hiss edir, onun şəxsində ən inamlı
Himalay Ənvəroğlu __________________________
97
mənəvi dayağı duyurlar. Əsərdən aydın görünür ki, müəllifdə olan
möhkəm və sarsılmaz ideya inamı sanki irsən, ruhən
qəhrəmanlara keçmişdir. Qəhrəmanların hərəsi ictimai inkişafın
müxtəlif qütblərində dursalar da, ümumi meylləri arasında
antoqonizm yoxdur. Onları bir-birinə dostlaşdıran, məktublaşma-
larına səbəb olan amillər çoxdur: məslək, əqidə, etiqad,
tənqidi
idrak pafosu, dinin təbiətini şüurlu dərk, vətəndaşlıq, sosial
həyatda şəxsən iştirakları və s. Bütün bunlar və Süəllifin ictimai-
idraki konsepsiyası imkan verir ki, qəhrəmanlar dindən, tarixdən
və müasir sosial-mənəvi həyatdan gətirdikləri saysız-hesabsız
faktları tənqidi dərk etsinlər, onları fərdi və ümumi mənada
qiymətləndirə bilsinlər. Ona görə də təhkiyəçilər şahidi, iştirakçısı
və səbəbkarı olduqları hadisələrin fövqündə dura bilmişlər. Bütün
bunlar
bir daha sübut edir ki, Kəmalüddövlə və Cəlalüddövlənin
qəlbləri və idrakları M.F.Axundovla birbaşa bağldır. Bununla
belə, müəllif təxəyyülünün məhsulu olan bu qəhrəmanlar ictimai-
tarixi inkişafın obyektiv daşıyıcıları, mükəmməl işlənmiş canlı
insan surətləri və bədii xarakterlərdir. Bu baxımdan "Ibrahim
bəyin səyahətnaməsi"ni bədii nəsrimizin tarixində roman janrının
ilk nümunəsi" (93, səh.4) hesab etmək düz deyil. Çünki tarix
qalsın bir yana, eyni zamanda , janr, təhkiyə xüsusiyyətinə görə
də "Ibrahim bəyin səyahətnaməsi" öz tipoloji başlanğıcını
"Kəmalüddövlə məktubların"dan alır. "Kəmalüddövlənin birinci
məktubu: "Ey mənim əziz dostum Cəlalüddövlə! Nəhayət sənin
sözünə baxdım, Ingiltərə, Fransa və Amerika səfərindən sonra
Irana gəldim" (10, səh.19).
Zeynalabdin Marağayinin romanında da "məktub"dan
istifa-
də edilir. Lakin burada məktub M.F.Axundovda olduğu kimi
müstəqil komponent deyil, ümumi süjetin tərkib hissələrindən
biridir.
Müəllif məktubaqədərki hadisələri hazırlayır, məktubun
məzmununu açıqlamaq üçün Ibrahim bəyə həmsöhbət axtarır:
"Çayxanaya getdik. Oturan kimi çay, qəlyan sifariş elədi. Sonra
dedi: -Indi oxu görək nə xəbər var? Mən də məktubun əvvəlindən
oxumağa başladım.
______________________
Азярбайъан романынын инкишаф проблемляри
98
Məktubun məzmunu:
"Mənim əziz qardaşım! Məktubunu aldım salamatlığınızdan
xəbərdar olub, çox-çox sevindim. Az qalmışdı ki, şəni yüksək
Iran dövləti Ingiltərə hökumətinə müharibə elan etsin" (145,
səh.29).
Bizə belə gəlir ki, hər iki sənətkarın məktublarının mətn
məzmununu geniş şəkildə, bütün komponenti və ünsürləri ilə
müqayisə etmədən də aydın görmək olur ki, M.F.Axundovun
spesifik roman üslubu "səyahətnamə"nin
bədii süjetinə müsbət
təsirini göstərmişdir. Təbiidir ki, "Səyahətnamə"nin roman janrı
tipi kimi bədii imkanı "Məktublar"dan genişdir. Burada müəllif
daha sərbəstdir, qəhrəmanlarını geniş dairədə hərəkət etdirmək,
dramatik mükalimələrə meydan vermək imkanına malikdir.
"Məktublar"ın məlum modeli hadisələrin sərbəst axınının qarşı-
sını alır. Müəllifin və qəhrəmanların zahiri obyektiv forma alma-
larına imkan vermir. Bununla belə, hər iki roman tipi təsvir pred-
metinin xarakterinə uyğun forma kimi meydana çıxmışdır. Iran
mühitinin bütün ziddiyyətləri və dərinliyi ilə inandırıcı göstərmək
üçün müəllifin birinci şəxs formasında iştirakı həqiqətən də
zəruridir. Bu, eyni zamanda janr tələbi kimi də qiymətləndirilə
bilər. Lakin belə əsərlərin janr tipi: "məktub" və "səyahətnamə"
sanki əvvəldən seçilmiş olur. Hər iki tipdə Azərbaycan ədəbiyya-
tının zəngin ənənəsi vardır. Hələ XII əsrdə Xaqani "Töhfətül-Ira-
qeyn" əsəri ilə "səyahətnamə", XVI əsrdə Xətayi "Dəhnamə"si,
Füzuli isə "Nişançı Paşaya" məktubu ilə "məktublar"ın
bir bədii
üsul kimi əsasını qoymuşlar. Ona görə də hər hansı bir novatorluq
axtarışlarının izinə düşəndə mütləq milli-bədii kökə, folklora və
klassikaya gedib çıxırsan.
2.2. M.F.Axundovun "Kəmalüddövlə
məktubları"nın roman poetikası