Microsoft Word Himalay doc



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə64/85
tarix20.08.2018
ölçüsü2,16 Mb.
#63700
1   ...   60   61   62   63   64   65   66   67   ...   85

Himalay Ənvəroğlu __________________________
 
 
255 
epopeyanın bir-birinə  bənzəri var. Məsələn, insan şəxsiyyətinə 
münasibətdə antik epopeya ilə, "burjua romanı" kəskin 
fərqlənmir. Əksinə, həyatı geniş əhatə, mürəkkəb kompozisiya və 
s. komponentlər göstərir ki, bu janrlar arasında tipoloji yaxınlıq 
paralelləri çoxdur. XVIII-XIX əsrlərdə  əsas məqsədi dövlət 
quruluşunu, mövcud ictimai qaydaları kəskin tənqid edən bir sıra 
romanların klassik ənənəsindən daha çox öz zamanlarının sənət 
tələbi ilə meydana gəldiyi bəllidir. Məsələn, Monteskyenin "Iran 
məktubları", Karamzinin "Rus səyyahının məktubları", L.Sternin 
"Sentimental səyahəti", N.Radişşevin "Peterburqdan Moskvaya 
səyahət", M.F.Axundovun "Kəmalüddövlə  məktubları", Zey-
nalabdin Marağayinin "Ibrahim bəyin səyahətnaməsi", C.Məm-
mədquluzadənin "Danabaş  kəndinin  əhvalatları", S.M.Qəniza-
dənin "Azərbaycan ədəbiyyatı tarixində silsilə nəsrin ilk, ən yaxşı 
nümunələrindən olan "Məktubati-Şeydabəy  Şirvani" və s. 
romanlarda istifadə edilən "məktub", "gündəlik", "yol xatirələri", 
"səyahət" və  "əhvalatlar" konkret cəmiyyətin, həyat və  əxlaq 
tərzinin tənqidi təsviri üçün münasib janr tipləri idi. 
 
4.1. Azərbaycan romanında 
     tipoloji meyillər 
 
 
üasir  ədəbi prosesin mühüm tərkib his-
səsi olan romanın janr spesifikasına 
konseptual münasibət getdikcə əsaslı şə-
kildə  qərarlaşmaqdadır. Indi janrın spe-
sifik xüsusiyyətləri və  vəzifələri daha 
dərindən dərk olunur və o, bütünlükdə  bədii  ədəbiyyatın siste-
mində qiymətləndirilir. Romana belə bir baxışın meydana çıxma-
sında həm janrın özünün ənənəsinin, həm də son dövrlərdə 
yaranan nümunələrin mühüm rolu olmuşdur. Ona görə də bu gün 
müasir Azərbaycan romanının tədqiqi təkcə janrın aktuallığı ilə 
deyil, eyni zamanda problemin elmi-nəzəri və metodoloji prinsip-
lər əsasında müzakirə obyektinə çevrilməsilə diqqəti cəlb edir. Bu 
baxımdan son illərin romanları  nəinki 70-80-ci illərin  ədəbi və 
  M
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
256
ictimai gerçəkliyini qiymətləndirməkdə, eləcə  də poetika, janr, 
üslub kimi mühüm ədəbiyyatşünaslıq kateqoriyalarının müasir 
elmi-nəzəri tədqiqatın predmetinə çevrilməsində mühüm rol 
oynayır. Çünki 70-80-ci illərin romanları həyatın özündə mövcud 
olan zidd meyllərin qəhrəmanın daxili təkamülü vasitəsilə 
verilməsini, bədii konfliktin mürəkkəb və ziddiyyətli insan 
xarakterlərinin qarşılaşdırılması yolu ilə ifadə edilməsini, bədii 
şərtiliklərdən bol-bol istifadə olunmasını, müasir romanlarımızda 
lirik-psixoloji üslubun üstünlük təşkil etməsinin səbəblərini ay-
dınlaşdırmaq və bir sıra digər vacib struktur əlamətlərin tətbiqini 
və ziddiyyətini qiymətləndirmək baxımından zəngin material 
verir. Bu, həm də  əvvəlki illərin roman təcrübəsində sabitləşmiş 
estetik prinsiplərin sonrakı dövrlərin nümunələrində necə inkişaf 
etdirildiyini izləmək üçün də geniş meydan açır. 
B.Bayramovun "Arakəsmələr", Əfqanın "Gülyanaq", Gəray 
Fəzlinin "Kəhrəba işığında", M.Ibrahimovun "Pərvanə", T.Əfən-
diyevin "Zahid Məftun", H.Ibrahimovun "Günəş doğan yerdə", 
C.Bərgüşadın "Boz atın belində" (1970), S.Rəhimovun "Uğundu", 
Ə.Yusifoğlunun "Düşmənin düşməni",  Ə.Cəfərzadənin "Aləmdə 
səsim var", C.Əlibəyovun "Anamın gəlini" (1971), S.Rəhimovun 
"Qoşqar qızı", H.Seyidbəylinin "Tərsanə" (1972), I.Qarayevin 
"Gecə keçir", Ə.Atabəylinin "Bütün bunlardan sonra", 
B.Bayramovun "Fəhlə qardaş" (1973), S.Qədirzadənin "Ulduzlar 
sayrışanda, N.Nağıyevin "Ifşa", M.Qocayevin "Maye qızıl", 
S.Rəhimovun "Şamo" (1974), Ə.Babayevanın "Haradasan, dost, 
haradasan?", V.Babanlının "Vicdan susanda", C.Əlibəyovun 
"Həyatın özü", Ə.Məmmədxanlının "Babək", I.Hüseynovun 
"Nəsimi",  Ə.Cəfərzadənin "Yad et" (1975), I.Əfəndiyevin 
"Sarıköynəklə Valehin nağılı" (1976), M.Qocayevin "Gecələrin 
mahnısı", B.Bayramovun "Cıdır düzü", Ş.Arifin "Anamın 
yuxusuna girirsən", S.Əhmədovun "Yaşıl teatr", C.Əlibəyovun 
"Dözümlü məhəbbət", H.Abbaszadənin "Burulğanlar" (1977), 
Ə.Vəliyevin "Qarabağda qalan izlər", S.Əhmədovun "Toğana" 
(1978), Anarın "Beşmərtəbəli evin altıncı  mərtəbəsi", C.Ələk-
bərzadənin "Çılpaqlı" (1979), Ə.Əbülhəsənin "Üç ildən sonra", 


Himalay Ənvəroğlu __________________________
 
 
257
S.Rəhimovun "Ana abidəsi", I.Əfəndiyevin "Geriyə baxma, 
qoca", S.Əhmədovun "Yasamal gölündə qayıqlar üzürdü", 
M.Süleymanlının "Köç" (1980), Ə.Cəfərzadənin "Bakı-1501", 
C.Əlibəyovun "Qızıl at və torpaq" (1981), A.Abdullazadənin "Bir 
ovuc torpaq", B.Bayramovun "Fövqəladə hadisə və ya çöl pişiyi", 
Elçinin "Mahmud və  Məryəm", S.Əhmədovun "Azığa doğru", 
Ş.Arifin "Qınamayın məni…" (1982), Ə.Nicatın "Nəğməyə 
dönmüş ömür", V.Babanlının "Müqəddəs ocaq", S.Səxavətin 
"Daş evlər", B.Bayramovun "Tək palıdın kölgəsi" (1983), 
I.Hüseynovun "Eşq dəlisi", Y.Səmədoğlunun "Qətl günü", 
Ə.Əylislinin "Ağ  dərə", C.Əlibəyovun "Dünyanın karvan yolu", 
Ç.Hüseynovun "Fətəli fəthi",  Ə.Qasımovun "Toy gecəsi", 
M.Süleymanlının "Aydınlaşma" (1984), H.Abbaszadənin 
"Əlibalanın ağır səfəri", B.Bayramovun "Karvan yolu", I.Hüsey-
novun "Ideal", Elçinin "Ağ  dəvə", H.Mehdiyevin "Sənsiz keçən 
günlərim" (1985), F.Kərimzadənin "Çaldıran döyüşü", S.Dağlının 
Şirinduz", S.Vəliyevin "Qanlı ocaq" (1986), I.Məlikzadənin 
"Qırmızı yağış", S.Əhmədovun "Yasaq edilmiş oyun", F.Qocanın 
"Kələfin ucu" (1987), M.Süleymanlının "Səs", S.Əhmədovun 
"Gülməli kişinin axırı", I.Hüseynovun "Əbədiyyət", Qabilin 
"Ölüm həbləri" (1988), Ə.Hacızadənin "Dünyanı tanı", Ə.Əmiro-
vun "Axirətdən qabaq gəzinti", Elçinin "Ölüm hökmü", B.Bay-
ramovun "Üzlü, astarlı günlər" (1989), Q.Sadıqzadənin "Son 
mənzili Xəzər oldu", Ç.Ələkbərzadənin "Dünyanın qonduğu yer", 
M.Süleymanlının "Günah duası", S.Azərinin "Sonsuzluq" (1990) 
və s. göstərir ki, istər müasir Azərbaycan ədəbiyyatında, istərsə də 
milli bədii təfəkkürünün inkişafında roman janrının xüsusi yeri 
vardır. Maraqlı burasıdır ki, bu dövrün (70-80-ci illər)  ədəbi 
prosesində 30-cu illərin əvvəllərində Azərbaycan romanına gələn 
nəsillə yanaşı  bədii nəsrimizə, 60-70-ci illərdə daxili olanlar da 
müasir bədii təfəkkürdə mühüm rol oynayaraq vahid ədəbi 
zamanda birləşirlər. Danışılan mərhələni təmsil edən yazıçıların 
yaşı, üslubu, sənətkarlıq imkanları, mövzu dairələri müxtəlif 
olduğu kimi bədii  əsərləri də  ədəbi prosesdə özlərinə  məxsus 
şəkildə yer tutur. Məlum olduğu kimi, bəzi romanlar ədəbi 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
258
prosesdə bir fakt kimi, sadəcə olaraq onun boy artımında iştirak 
etdikləri halda, müəyyən qismi nəinki  ədəbi prosesə samballı 
keyfiyyət dəyişikliyi gətirmiş, eyni zamanda bədii təfəkkürün 
özündə mühüm struktur yeniliyi yaratmış, qəlbin dialektikasının, 
şüur axınının, başqa sözlə inkişafın assosiativ əlaqələr fomrasının 
romanda kifayət qədər yer tutaraq janrın dünya standartları 
səviyyəsinə qalxmasına səbəb olmuşlar. Yetmiş-səksəninci illərin 
roman təsərrüfatı dövrün sosial-mənəvi hadisələrini həyati-estetik 
planda canlandıraraq yaradıcılıq meyillərinin üzə  çıxarılmasında 
mühüm rol oynamış  və mövsümi mövzulardan, zahiri 
aktuallıqdan yaxa qurtarmağa təkan vermişdir. Aktuallıq 
bədiilikdən təcrid olunanda şablonçuluq əmələ gəlir. Bu, vaxta ilə 
"kolxoz həyatından bəhs edən bir sıra iri həcmli yazılar üçün 
xarakterik idi" (40, səh.204). Görünür tənqidçi "iri həcmli yazılar" 
ifadəsini təsadufi işlətməmişdir. "Müasir roman necə olmalıdır?" 
(40, səh.212). problemi ətrafında geniş düşünən görkəmli yazıçı 
və tənqidçi Elçin Azərbaycan romanının yaxın tarixinə ekskursiya 
edir. O, bəzi tənqidçilərimizin yazılarına (59) istinad edərək 
romanımızın tarixini müvafiq olaraq "realist roman"la bağlamağa 
çalışanlarla razılaşsa da "bu iddialardakı  həqiqəti bütün 
dürüstlüyü ilə aşkar etməyi Azərbaycan nəsrinin tarixi ilə məşğul 
olan tədqiqatçıların işi" (40, səh.213) hesab edir. 
Elçin "Tənqid və nəsr (1945-1965)" monoqrafiyasında nəs-
rimizin problemlərindən bəhs etməyi nəzərdə tutsa da, əsasən, 
"Ədəbiyyat və incəsənət" qəzetinin "Azərbaycan romanının yara-
dıcılıq problemləri" adlı rubrikası ilə bağlı mübahisələrə qoşulur. 
Elçinin monoqrafiyasının  əsasına bilavasitə "roman öz klassik 
arxitektonikasına sadiq qalacaqmı  və yaxud indi romandan belə 
bir sədaqəti tələb etmək düzgündürmü?" (40, səh.210) kimi sırf 
sənətkarılq məsələləri qoyduğu üçün biz ona məhz burada müna-
sibət göstərməyi məqsədəuyğun hesab etdik. Roman janrı ətrafın-
da mübahisələr bizim tənqid və ədəbiyyatşünaslığımızda daha çox 
50-ci illərin sonu 60-cı illərin əvvəllərindən geniş meydan almağa 
başlamışdır. M.Arifin "Azərbaycan sovet romanı", P.Xəlilovun 
"Ürək dostları" (Ə.Vəliyev), "Böyük dayaq" (M.Ibrahimov), 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə