Microsoft Word Himalay doc



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə72/85
tarix20.08.2018
ölçüsü2,16 Mb.
#63700
1   ...   68   69   70   71   72   73   74   75   ...   85

Himalay Ənvəroğlu __________________________
 
 
287 
qəhrəmanlar çox zaman simvola çevrilirlər. Romanın bu tipi "saf" 
epikliyi, hadisələrin obyektiv inkişafını deyil, fikri-mənəvi 
meylləri üstün tutur, hətta bəziləri sonuncunu "romanın  ən ciddi 
vəzifəsi" (140, səh.84) hesab edirlər. 
"Sarıköynəklə Valehin nağılı", "Ondan yaxşı qardaş yox 
idi", "Yaşıl teatr", "Qətl günü", "Beşmərtəbəli evin altıncı mərtə-
bəsi" romanlarında müəllif müdaxilələri müvafiq olaraq lirik hə-
yəcanlı notların çoxalmasına səbəb olur. Məsələn, "Köç", "Qətl 
günü", "Ölüm hökmü" romanları ilk baxışdan sanki obyektiv Alə-
mə  pəncərə açırlar. Müəlliflər hərəkəti sərbəst  şəkildə bir za-
mandan digərinə keçirə bilir və eyni vaxtda bir neçə personajı 
təhkiyənin mərkəzində saxlayıb iştitrakçıları daxili konfliktdə 
birləşdirə bilirlər. Bu tipli romanlarda intonasiya, emosional kök-
lənmə təsvirin obyektiv-təhkiyə ədası ilə deyil, mahiyyət etibarilə 
lirik-subyektiv və romantik ehtirasların coşması əsasında yaranır. 
Ona görə  də müasir Azərbaycan romanının janr strukturuna 
birmənalı yanaşma istənilən nəticəni vermir. Məsələn, "Qətl 
günü" romanında epik idieyanın mövcudluğu faktdır. Çünki bu-
rada tarix və müasirlik, fərdi tale və xalq taleyi birləşir. Müəllifin 
düşüncələri isə eyni dərəcədə həm keçmişə, həm indliyə, həm də 
gələcəyə istiqamətlənir. Digər tərəfdən, "Qətl günü" özünün 
gərgin daxili romantik-psixoloji intriqasına görə son dərəcə lirik 
əsərdir. Doğrudan da, əsərə "realizm" nöqteyi-nəzərindən yanaş-
dıqda müəyyən sual və iradlar meydana çıxa bilər. "Realizm" 
nöqteyi-nəzərindən "kənara çıxmaq" halları təkcə "Qətl günü"ndə 
deyil, son dövrdə yazılan bir çox başqa Azərbaycan romanlarında 
da müşahidə edilir. Bu tipli romanlarda təhkiyə strukturu 
bilavasitə predmetin epik-obyektiv inkişaf əlaqələrindən doğmur. 
Lakin bununla belə həmin əsərlərdə də süjet-kompozisiya xəttini 
ümumi məzmundan ayırmaq olmaz. Məsələn, "Qətl günü" 
romanında epik xarakter yalnız  əvvəldə  və sonra özünü göstərir 
ki, bu da əsərin janr məzmununa təsir edir. Ona görə  də "Qətl 
günü" öz janrını bilavasitə lirik-romantik başlanğıc üstündə 
kökləyə bilmir. Çünki burada tarixin "şəxsi" dramı deyil, onun 
faciəsi ön plana çəkilir. Bununla belə onu bilavasitə epik əsər 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
288
adlandırmaq da çətindir. Romanda hadisənin meydanı hiss olu-
nacaq dərəcədə dardır, hərəkətin axarı ayrı-ayrı insanların ta-
leyindən kənara çıxsa da ümumən müəllif fikrinin və mövqeyinin 
təsiri altındadır və  şəxsi-lirik intonasiya ilə nizamlanır. Burada 
diqqəti cəlb edən cəhət ondan ibarətdir ki, "indiki zaman" sadəcə 
məzmunlu tərəf kimi bilavasitə janr problemi hesab edilir. Çünki 
realist istiqamətli  əsərlərdə  sənətkarın öz zamanına qoşulması 
təbiidir. 
Anarın, Elçinin, Ə.Əylislinin roman və povestlərində  də 
qəhrəmanlar həyatın öz axarına, həqiqətin "dibinə", ideala güzgü 
tuturlar. Həmin əsərlərdə xeyirlə-şərin bir-birinə bağlılığı və eyni 
zamanda onları aralamağın "çətinliyinin" göstərilməsi mühüm yer 
tutur. Bununla yanaşı guya müasirliyin "hazır olmayan fakturası-
nın" sənətkarları qeyri-müəyyən mövqeyə, yəni təsvir predmetinə 
qiymətdə müəyyən sosial-mənəvi meyarları itirməyə  gətirib 
çıxarması qənaətini qəbul etmək də ədalətsiz olardı. Lakin bu da 
həqiqətdir ki, yazıçılarımız müasir materialı romana çevirməkdə 
daim çətinlik çəkirlər. 
Müasir Azərbaycan yazıçıları romanlarında monoloqdan, 
"daxili insan" (Belinski) obrazından geniş istifadə edərək ümu-
mən janrda lirik-dramatik potensiyalın güclənməsində fəal mövqe 
tuturlar. Ona görə də romanlarımızın strukturasının zənginləşməsi 
bir tərəfdən həmin daxili monoloqla bağlıdırsa, digər tərəfdən 
təhkiyədə  "ənənəyə, obyektiv-təsvir  ədasına"qayıtmaq" meyli ilə 
əlaqədardır. Bu, roman təfəkkürünün janrın daxili imkanları ilə 
birbaşa bağlılığını aydın göstərir. Məsələn, I.Hüseynovun 
"Məhşər" romanı ilə S.Əhmədovun "Toğana" romanını yalnız 
cərəyan edən hadisələrin hədsiz zaman uzaqlığı, dövr müxtəlifliyi 
ayırmır, burada təsvir predmeti də bir-birindən kəskin  şəkildə 
fərqlənir.  Əgər tarixi əsərdə obrazların  şəxsi həyatları da 
görünürsə  və bu daha çox azadlıq ideyaları  uğrunda mübarizədə 
göstərilirsə, müasir mövzulu roman olan "Toğana"da iştirakçılar 
şəxsi planda, bilavasitə istirahət vaxtlarındakı  həyatları ilə, bir 
qədər də romantik planda canlandırılır. Lakin hər iki müəllif qəh-
rəmanların daxili aləmini, düşüncələr axarını, fikri qənaətlərini 


Himalay Ənvəroğlu __________________________
 
 
289 
genişliyi və ardıcıllığı ilə açıb göstərməyə üstünlük verir. Eyni 
qənaətə "Xudafərin körpüsü" (F.Kərimzadə), "Mahmud və 
Məryəm" (Elçin) kimi tarixi romanlarla müasir mövzuda yazılan 
"Gilənar çiçəyinə dediklərim" (Ə.Əylisli) və "Ceyrançöllü Qoç 
Kərəməli" (V.Nəsib)  əsərlərinin qarşılıqlı müqayisəsi zamanı da 
gəlmək olur. Ona görə  məsələ mövzunun "tarixi" və yaxud 
"müasir" olmasında deyil. Çünki hansı tarixi dövrdə yaşamasın-
dan asılı olmayaraq insan insandır və o, öz dövrünün sosial-mə-
nəvi məzmununu daşıyır. Yazıçılarımız qəhrəmanlarının daxili 
dünyalarının elə nazik tellərini tərpədir ki, mücərrəd zaman deyil, 
onlarda mövcu olan ümuminsani meyllər meydana çıxsın. 
Göründüyü kimi, zaman insanları birləşdirən amillərdən yalnız 
biridir. Məsələyə insan konsepsiyası baxımından yanaşanda 
"tarixi" və "müasir" mövzular və onların daşıyıcıları haqqında ki-
fayət qədər amil tapmaq olar. "Dəli Kür", "Pərvanə" və "Məhşər" 
kimi romanlarda xalqı milli-tarixi taleyi ilə  vəhdətdə göstərmək 
eyni zamanda zəngin mənəvi dəyərlərin də meydana 
çıxarılmasına səbəb olur ki, bunu konkret zaman ölçüsünə 
sıxışdırmaq mümkün deyil.Insan konsepsiyası əsasında tarixi tale 
axtarışları, sonrakı illərdə F.Kərimzadənin "Xudafərin körpüsü", 
Elçinin "Mahmud və  Məryəm", I.Əfəndiyevin "Geriyə baxma, 
qoca…", Ç.Hüseynovun "Labüdlük" romanlarında davam etdiril-
di. Tarixi-nəsrimizdə yeni dirçəlişi  əks etdirməklə yanaşı onlar 
bilavasitə bu sahədə aparılan ideya və forma axtarışlarını da nü-
mayiş etdirirlər. Lakin "Geriyə baxma, qoca…" romanında həyat 
materiallarının pərakəndə  təqdimi xronologiyanın səpələnməsi 
ümumiləşdirmələri dərinləşdirməyə, tariximizin mürəkkəb dövrü 
haqqında konkret həqiqəti çatdırmağa imkan verməmişdir. 
"Labüdlük"də isə müəllifin bədii formanı mürəkkəbləşdirməyə 
həddən artıq səy göstərməsi problemin vacibliyinin, müasirliyinin 
və  sənətkarın mövqeyinin axıra qədər dərk edilməsini çətin-
ləşdirir. Tarixi həqiqətə  sədaqətin güclənməsi xalq həyatının 
təfərrüatlarına, milli xarakterlərə meylin artması  və bunların 
romanlarımızda predmetləşdirilməsi "Xudafərin körpüsü" roma-
nında daha aydın  şəkildə öz əksini tapmışdır. Romanda Azər-
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
290
baycan dövlətçilyi məsələləri və onun bel sütunu Şah Ismayıl 
Xətainin uşaqlığı və gənclik illəri, mübarizələrdə keçən ömrünün 
ilk səhifələri canlandırılır. Bununla yanaşı, romanda Şah Ismayıl 
Xətainin tarixi siması ilə bədii xarakteri bir-birini tamamlayır və 
müəyyən fərqlərin olmasına baxmayaraq romanın süjeti tarixi 
bütün keşməkeşlərilə, zamanı bütün burulğanları ilə göstərməyə 
imkan verir. Ona görə də bu əsər bəzi tərcümeyi-hal romanların-
dan fərqli olaraq şəxsiyyətin empirik və ya sosial-mənəvi 
həyatının təfsilatı deyil, məhz zamanın epik əlaqələrini birbaşa 
əsas təsvir obyektinə çevirərək dövrün ümumiləşmiş obrazını 
yaratmağa üstünlük verən tarixi qəhrəmanlıq "dastan"ıdır. Bila-
vasitə idrak inikası obyekti kimi götürülən Ağqoyunluların haki-
miyyəti illərinin siyasi mənzərəsi romanın çoxşəkilli süjet struktu-
runu, müvafiq olaraq hadisələrin iştirakçılarının sayına və 
bununla yanaşı tarixi roman janrının poetikasına mühüm təsir et-
mişdir. Doğrudan da, burada salnamə, tarixi xronika xüsusiyyəti 
açıq hiss edilir. Tarixi xronika xüsusiyyəti Elçinin "Mahmud və 
Məryəm" romanında da müşahidə edilir. Lakin mövzunu ənənəvi 
yolla irəlilədən F.Kərimzadədən fərqli olaraq Elçin təhkiyədə 
qəfil keçidlərə, "uyuşmayan" ünsür və komponentlərin vəhdətinə, 
süjetin gözlənilməz gedişlərinə meyl edir. 
Azərbaycan romanında 50-ci illərin ikinci yarısından özünü 
göstərən mühüm keyfiyyət dəyişiklikləri ilk növbədə janr-üslub 
axtarışlarına aiddir. Bu cəhəti yuxarıda "Yanar ürək" (1956), 
"Ayrılan yollar" (1956), "Böyük dayaq" (1957), "Söyüdlü arx" 
(1958) kimi romanların timsalında müşahidə etmişdik. Bu dövrdə 
artıq romanlarımız yeni gerçəkliklə rastlaşır və ona görə  də 
tamamilə  fərqli münaqişələri, mətləbləri, qəhrəmanları  əks etdir-
məli olur. Bədii şüur artıq həyat haqqında öz müstəqil qənaətlərini 
daha fəal şəkildə ifadə etməyə başlayır. Çünki roman hadisələrin 
mahiyyətini, bədii həqiqətin gücünü, müəllif ideyasının 
səmimiliyini nümayiş etdirməklə yanaşı daxili-mənəvi aləmin 
şərhinə də geniş diqqət yetirir. Bununla da roman daha mürəkkəb 
əlaqə və münasibətlər axarına daxil olur. B.Bayramovun "Arakəs-
mələr", C.Əlibəyovun "Özümü axtarıram", V.Babanlının "Vicdan 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə