Microsoft Word Himalay doc



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə74/85
tarix20.08.2018
ölçüsü2,16 Mb.
#63700
1   ...   70   71   72   73   74   75   76   77   ...   85

Himalay Ənvəroğlu __________________________
 
 
295 
onu amansızlaşdıran ideologiyanın fəlsəfi  əsasına toxunur və 
onun bəşəri dəyərlərə söykənmədiyini açıqlayır. Çünki doğrudan 
da 30-cu illərin dəhşətlərindən keçən bir cəmiyyət,  şübhəsiz, 
millətin taleyi üçün vacib olan dəyərləri, insani ləyaqətləri 
bütünlüklə qoruyub saxlamaqda və  mənəviyyatın aşılanmasının 
qarşısını almaqda çətinlik çəkərdi. Bununla belə, 30-cu illərin 
rejiminin təzyiqi altında da Xosrov müəllim, Arzu, müstəntiq 
Ələkbərov kimilərinin yetişməsi mümkün olmuşdur. 
"Yasaq edilmiş oyun" romanında ilk baxışdan belə görünə 
bilər ki, əsərdə bilavasitə 30-cu illərin totalitar rejiminin törətdiyi 
faciələrdən danışılır. Lakin burada müəllif çox orijinal struktur 
gedişlər edir. O əsas ideyanı xalqın müdrik oyun silsiləsinin ma-
hiyyətinin açıqlanması prosesində vurğulayır. Məsələn, "Padşah" 
oyunu ilk baxışda romanın süjet xəttində zahiri məna yaşayır. 
Lakin bu oyunun mənaaltı məna çalarları ikinci oyun üçün daxili 
süjet hadisəsi rolu oynayır. Bu həmin illərdə xalqın başına 
gətirilən amansız "cəllad" oyunudur. Romanda hadisələr inkişaf 
etdirildikcə ikinci oyunun tragik mahiyyəti birinci oyunun məzhə-
kə ruhlu hadisələri ilə assosiativ şəkildə daxildən əlaqələnir. 
Göründüyü kimi, zaman və onun problemləri həm tipik 
mövzular, həm də oxşar talelər meydana gətirir ki, bunlar da müx-
təlif üslublu yazıçıları vahid tipoloji istiqamətdə birləşdirərək 
ümumən bədii nəsrimizin və onun aparıcı qolu olan roman janrını 
zənginləşdirməyə yönəldir.  
"Müasir Azərbaycan romanı: janrın poetika və tipologiyası" 
tədqiqatına cəlb edilən bədii materiallar, müxtəlif elmi müla-
hizələr və xüsusi tədqiqat əsərləri belə bir ümumi nəticə doğurur 
ki, milli bədii zəmin əsasında maraqlı və mürəkkəb bir yol keçən 
Azərbaycan romanını, xüsusilə onun son dövrlərini həm  ədəbi 
prosesin müstəvisində, həm də müqayisə və tutuşdurmalar əsasın-
da tipoloji baxımdan tədqiq etməklə janrın imkanlarının 
bütünlüklə meydana çıxmasına nail olmaq mümkündür. 
Kitabda Azərbaycan romanını  mənşəyi məsələsinə mühüm 
yer ayrılması təsadüfi deyil. Çünki bu məsələ məlum olduğu kimi, 
təkcə milli Azərbaycan romanının inkişaf tarixini izləyib onu 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
296
müasir dövrə qədər gətirib çatdırmağı deyil, məhz eyni zamanda 
Azərbaycan romanının bir janr – struktur vahid kimi keçdiyi yolla 
yanaşı, həm də onun daxili məzmununun və  tərkib hissələrinin 
zənginləşməsi və kamilləşməsi prosesini tədqiq edib ümumiləş-
dirməyi nəzərdə tutur. Roman təsəvvürü altında nəzərdə tutulan 
strukturun estetik kamillik dövrünə  qədər izlənilməsi göründüyü 
kimi, yalnız tipoloji tədqiqat əsasında mümkün ola bilərdi. Çünki 
roman janr, növ, forma və  məzmun kimi mühüm estetik 
kateqoriyalarla birbaşa bağlı olduğu üçün onun problemləri də 
bilavasitə bu kateqoriyalardan keçir. Ona görə  də  tədqiqatda 
ümumi şəkildə olsa da, həmin kateqoriyaların romanla bağlı olan 
əlaqələrinə toxunulur. Məlum olduğu kimi, romanda ənənə  və 
varisllik məsələsi geniş mübahisə doğuran problemlərdəndir. Bu 
sahədə müxtəlif konsepsiyalar vardır. Bəziləri onu eposun varisi 
kimi qiymətləndirirsə, digərləri onun tərkibində müxtəlif janrların 
iştirakını, o cümlədən, folklor və onun aparıcı janrlarından olan 
nağıl və dastanı xüsusi qeyd edirlər. Faktlar göstərir ki, dünya 
ədəbiyyatında romanın nəinki qəhrəmanlıq və nağıl eposu ilə, o 
cümlədən, mifoloji eposla da sıx əlaqəsi varıdr. Araşdırmalardan 
məlum olur ki, hətta romanın mühüm komponentləri bu qədim 
janrlarla birbaşa tipoloji bağlılığa malikdir. Digər tərəfdən mif, 
əfsanə  və  əsatirlərin, xüsusilə nağıl və dastanların mövzunun 
tələbləri baxımından təhlilə  cəlb edilməsi göstərdi ki, bu janrlar 
istər romanın genezisində, istərsə də, sonrakı inkişafında mühüm 
rol oynamışlar. Romanın rüşeym halından başlayan inkişafının 
struktur xüsusiyyətləri belə bir qənaət doğurur ki, bu janrın yalnız 
hibrid və yaxud sintez əsasında qiymətləndirilməsi düzgün deyil. 
Çünki "janrların janrı" hesab edilən romanın stixiyası və strukturu 
həm qohum janrlardan təsirlənmək hesabına, həm də  məhz öz 
inkişafı  əsasında zənginləşir. Faktlar göstərir ki, roman tarixi 
inkişafında çox mürəkkəb bir yol keçib. Onun formalaşması  və 
janr təkamülü asan başa gəlməyib. Romanın ayrı-ayrı milli 
ənənələr və dünya ədəbiyyatının ümumbəşəri dəyərləri üstündə 
köklənən nümunələrinin tipoloji baxımdan nəzərdən keçirilməsi 
aydın şəkildə göstərdi ki, yunan mifoloji eposu, Şərq qəhrəmanlıq 


Himalay Ənvəroğlu __________________________
 
 
297 
və nağıl eposu bu janrın formalaşmasında necə  də başlıca rol 
oynamışlar. 
Digər tərəfdən romanın tarixi, xüsusilə yunan və Roma 
ədəbiyyatındakı nümunələrinin qədimliyi belə bir fikir doğurur ki, 
o, müstəqil bir janr kimi sərbəst inkişaf etməklə  bərabər, öz 
strukturuna həm forma, həm də  məzmun baxımından "qohum" 
janrların müvafiq komponentlərini öz tərkibinə qatmaq iqtidarına 
malik olmuş  və bununla da strukturasını  və stixiyasını xeyli 
zənginləşdirmişdir. Tədqiqat belə bir yekun nəticəyə  gəlir ki, 
"Müasir Azərbaycan romanı" ümumən Azərbaycan romanında 
sadəcə olaraq xronoloji dövr və konkret zaman kəsiyinin bədii 
məhsulu deyil, məhz onun janr-tipoloji axtarışlar baxımından yeni 
bir mərhələdir. Daha doğrusu, belə bir qənaət ciddi şəkildə vurğu-
lanır ki, bu mərhələdə müxtəlif yaradıcılıq axın və istiqamətləri 
üzvi şəkildə birləşib milli roman üslubuna qovuşaraq dünya roma-
nını öz tipoloji imkanı ilə daxildən xeyli zənginləşdirir. 
Bu baxımdan tədqiqatın ideyaları bir neçə istiqamətdə pred-
metləşdirilir: milli Azərbaycan romanının təkamülü, inkişafı, 
ümumbəşəri təfəkküründəki tutduğu yer, janrın poetikası, tipolo-
giyası və s. 
 
4.3.Anarın bədii nəsrinin özəllikləri. «Ağ limanda»n 
«Beşmərtəbəli evin altıncı mərtəbəsi»nə 
 
örkəmli nasir, dramaturq, publisist, tənqidçi, 
kinodramaturq, ssenarist və ictimai xadim 
olan Anar (1938) ədəbiyyat aləmində erkən 
yaşlarından tanınmağa başlamışdır. 1989-cu 
ildə "Azərbaycan" jurnalının 4-cü sayında çap 
etdirdiyi "Sandıq hekayələri" silsiləsinə daxil olan əsərləri (1958) 
göstərir ki, Anar ədəbi yaradıcılığa erkən yaşlarında başlamışdır. 
50-ci illərdə yazılan hekayələrini 80-ci illərdə çap etdirən Anar bu 
əsərlərə  bədiilik, peşəkarlıq, dil baxımından çoxlu iradlar 
tutmağın mümkünlüyünü ("Iztirabın vicdanı") (1958) səmimi 
etiraf edir: "Otuz il sonra həmin yazının bir cümləsini, bir sözünü 
G
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
298
dəyişmədən olduğu kimi oxuculara təqdim edərkən xəcalət 
çəkmirəm. Təcrübəsiz müəllifin sənətkarlıq xətalarını bağışlamaq 
olar…" (17, səh.17). 
60-cı illərin  ədəbi gəncliyinin nümayəndəsi olan Anar tez 
bir zamanda geniş oxucu marağının obyekti oldu, elmi və ədəbi-
estetik fikri özünə çəkdi. 60-cı illərin dalğasında nəsrə gələn Anar 
və onun gənc qələm yoldaşları Azərbaycan nəsrinə yeni ovqat 
gətirdilər,  ədəbiyyatımızın yönünü mövzu və  qəhrəman axtarış-
larına, müasirliyə istiqamətləndirdilər. Bunu deyərkən biz məz-
mun, ideya və forma təzəliyini nəzərdə tuturuq. Dil, psixologiya
fərdi üslub və deyim tərzləri bir-birindən fərqli olsa da, bu dövrün 
ədəbi gəncliyini təbiilik, təvazökarlıq, insanlarla mənəvi ünsiyyət 
duyğusu birləşdirirdi. Yəni mənəvi kamillik və  əxlaqi axtarışlar, 
əsasən,  şəhər mövzusunda yazan Anarı, Elçini, Y.Səmədoğlunu 
yeni kənd nəsrinin nümayəndəsi kimi tanınan S.Əhmədovla, 
Ə.Əylisli ilə birləşdirirdi. 
"Həyatın mənası nədədir? – sualına Anarın əsərləri və qəh-
rəmanları adətən bir cür cavab verirlər: mənəvi ünsiyyətdə! Fərd-
lər, nəsillər, ömürlər və  əsrlər arasında fasiləsiz rabitədə" (77, 
səh.147). 
40 ilə yaxın bir müddətdə Azərbaycan bədii nəsrinin 
inkişafı yolunda qələm çalan Anar bu gün bədii yaradıcılığının ən 
kamil çağındadır. Anarın  əsərləri mövzudan, janrdan və yazdığı 
dövrün xüsusiyyətlərindən asılı olmayaraq daim müasiri olduğu 
gerçəkliyin, insanın və zamanın dərkinə yönəldilmişdir. O, nəinki 
povest, roman və dramlarında, eyni zamanda bədii nəsrin kiçik 
forması olan hekayələrində də ciddi mənəvi problemlər qaldıraraq 
onları yüksək sənətkarlıqla bədii idrak predmetinə çevirmişdir. 
"Keçən ilin son gecəsi", "Bayram həsrətində", "Asılqanda işləyən 
qadının söhbəti", "Zəncir", "Taksi və vaxt", "Gürcü familiyası", 
"Mən, sən, o və telefon", "Yaxşı padşahın nağılı" və s. ciddi 
üslubda yazdığı hekayələri və "Molla Nəsrəddin - 66" satirik 
hekayələr silsiləsi, "Dantenin yubileyi", "Dədə Qorqud", "Macal", 
"Əlaqə", "Ağ liman", "Beşmərtəbəli evin altıncı mərtəbəsi" kimi 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə