Microsoft Word Himalay doc



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə76/85
tarix20.08.2018
ölçüsü2,16 Mb.
#63700
1   ...   72   73   74   75   76   77   78   79   ...   85

Himalay Ənvəroğlu __________________________
 
 
303 
iqtidarında deyil, mühitinin mənəvi-psixoloji təhlilini verə bilmir. 
O, meşşanlıqdan ibarət hesab etdiyi həyatını bəyənmir, onu inkar 
edir. Gözəl arzular, "qayəli ömür yolu" əhval-ruhiyyəsilə yaşayır, 
amma bu həyat üzərində  hərtərəfli düşünə bilmir. Halbuki ağılı, 
savadı, zəkasının analitik imkanı bizdə şübhə doğurmur. Bununla 
belə meşşanlıq təzahürlərinin təhlili və tənqidi heç də əsərin əsas 
qayəsi deyil. Ona görə  də yazıçının konsepsiyasını "meşşanlarla 
mübarizə" "problemi" ilə  məhdudlaşdıran mülahizələrlə razılaş-
mayanlar haqlıdır” (54, səh.109). 
"Ağ liman" povestində yazıçını  həqiqətən də yüksək mə-
nadan məhrum ömrün boşluğu, qanadsızlığı kimi mühüm mənəvi 
problem düşündürür. O, məhz bu baxımdan qəhrəmanının, onu 
əhatə edən adamların həyatını, düşüncələrini bədii təhlil süzgəcin-
dən keçirir. 60-cı illərin sonu, 70-ci illərin  əvvəllərində Annarın 
yaradıcılığına tənqidin münasibəti birmənalı olmayıb. Maraqlı 
vəziyyət alınır. 1971-ci ildə M.Arif "Ağ limanlar və  qırmızı 
gəmilər" məqaləsində Anarın hekayələrini, xüsusilə "Ağ liman" 
povestini yüksək qiymətləndirdiyi halda elə həmin ildə görkəmli 
tənqidçi və  ədəbiyyatşünas S.Əsədullayev Azərbaycan yazıçıla-
rının V qurultayında "Iki qurultay arasında (1966-1970-ci illərdə 
Azərbaycan nəsrinin inkişaf problemləri və tendensiyası)" adlı 
məruzəsində (Məruzə 1971-ci ildə  məqalə  şəklində çap olun-
muşdur – H.Q.) qəribə görünsə də M.Arifə istinad edərək Anarın 
qəhrəmanlarını idealsızlıqda günahlandırır. Guya onun "əsərlərin-
də gerçəklik  əyri güzgüdəki kimi təhrif olunmuş  şəkildə gös-
tərilir", "Məmməd Nəsir ayılmadan sərxoşdur və öz-özü ilə nərd 
oynayır. Səfdər gündüzlər rəqəmlərin hallyusinasiyasının (qa-
rabasması – H.Q.) hökmranlığı altında olur, gecələr telefonla öz 
otağında öz nömrəsini yığıb zəng edir. Nemət gecə saat 4-də zəng 
edib Təhminənin gözlərinin rəngini soruşur…" "Nemət heç yu-
xuda da orijinal deyil, Anarın qəhrəmanlarının "kollektiv" yuxusu 
da orijinal görünmür" (3). Tənqidçinin Anarın qəhrəmanlarına 
verdiyi bu "qiymət"dən sonra təəccüblə düşünürsən ki, əgər yazıçı 
əsərində  məhz "yüksək işıqlı  həyat" idealından məhrum olan, 
yaxud belə bir ideal axtaran adamlardan bəhs etməyi, oxucunu 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
304
qayəsiz ömrün sönüklüyü, əzablı olması ilə tanış etməyi qarşısına 
məqsəd qoymuşsa, bəs onda bunun nəyi xoşa gəlmir? Axı həmin 
mətləbi "yüksək, işıqlı  həyat idealına" malik müasirlərimizin 
timsalında əks etdirmək doğru olmazdı" (54, səh.108). 
Əsas məsələ, belə bir obrazın müəllif baxışının, həyat qəna-
ətinin bilavasitə daşıyıcısına çevrilməməsindədir. Inana bilmirsən 
ki, tənqidçi S.Əsədullayev müəllifə belə bir məsləhət verməyin 
səmərəsizliyini hiss etməsin. Çünki yazıçının  əsas niyyəti 
qəhrəmanları öz ömürləri üzərində düşündürmək və bizi onların 
taleyi ilə təsirləndirməkdir. Anarın qəhrəmanları öz yaşayışlarında 
yüksək məna axtarır və bu məna səviyyəsindən də öz 
həyatlarından narazılıqlarını bildirirlər. Odur ki, əsərdə meşşan 
əxlaqının təzahürlərini kəskin tənqid edən müəllif diqqəti onların 
daxili mahiyyətinə yönəldir. 
Müdrik Azərbaycan tənqidçisi M.Arifin bu əsər haqqında 
söylədiyi fikirlər öncə  sənət meyarı baxımından diqqəti çəkir: 
"Anarın "Ağ liman" povesti ilk dəfə çapdan çıxanda onu narazılıq 
hissilə qarşılayanlar da olmuşdur. Tənqidçilərdən biri Anarın 
təsvir etdiyi adamların cəmiyyətimiz üçün səciyyəvi olmadığını, 
hər cür idealdan, inamdan məhrum olduğunu göstərmiş, yazıçını 
həyatın nəbzini tuta bilməməkdə  təqsirləndirmişdir.  Əlbəttə, biz 
qətiyyən bu fikirdə deyilik" (87, səh.290). 
Göründüyü kimi, M.Arif o zaman çox gənc yazıçı olan 
Anarın yaradıcılığının dəyərini başqalarından fərqli olaraq siyasi-
ideoloji tapşırığa cavab verməsində, cəmiyyətin "ab-havası" ilə 
səsləşməsində deyil, sənətkarlığında, bədii təsir gücündə, qəhrə-
manları  təbii göstərmək meylində  və  həqiqəti mənəvi-psixoloji 
kontekstdə ifadə etmək ustalığında aramışdır. Ona görə də Anna-
rın "yaradıcılıq qələbələri hələ qabaqdadır" deyə ona böyük ümid-
lə baxan tənqidçi məqaləsində sona qədər düzgün, qayğı və tələb-
karlığı özündə birləşdirən obyektiv mövqe tutur: "Biz yazıçını 
açıq tendensiya yoluna çəkmək fikrində deyilik, biz ondan 
Əsməri, Təhminəni, Neməti mütləq "ifşa etməyi" tələb etmirik. 
Istədiyimiz odur ki, oxucu yazıçının onu haraya çağırdığını aydın 
bilsin" (87, səh.290). M.Arif "yalançı bir həyat yaşayan" onu 


Himalay Ənvəroğlu __________________________
 
 
305
sevməyən, açıqdan-açığa ona "xəyanət edən  ərdə ömür sürən" 
"Təhminənin axırda povestdə ən ağıllı və kamil bir adam kimi nə-
zərə çarpması"nı, yuxuda "ağ limanda qırmızı gəmilən görməsi"ni 
(87, səh.290) Anarın qəhrəmanına öz həyatını yaşamaq imkanı 
verən sənətinin uğuru hesab etmişdir. Ona görə də əsərdə meşşan 
əxlaqının təzahürləri, neqativ cəhətlər, yəni "əyri güzgüdə 
görünən", "deformasiya"ya uğrayan tərəflər həyatımızın səciyyəvi 
xüsusiyyəti kimi verilmir. Əks halda bu, müəllif baxışının, estetik 
idealının yanlışlığı kimi meydana çıxardı. 
Kim nə deyirsə desin, Anar "Ağ liman"da zamanın fəlsəfi 
və sosial problemlərinə konkret olaraq milli tale müstəvisində 
baxır. Y.Qarayevin obrazlı ifadəsincə desək, "Ağ limandan baş-
lanan yol" "…bizim günlərdə" həqiqət axtarışının xüsusiyyətini 
təşkil edir və Anarın bu günkü nəsri də elə  həmin xüsüsiyyətlə 
aşılanır" (81, səh.6). Y.Qarayevin qeyd etdiyi kimi məhz həmin o 
"Həqiqət axtarışı" xüsusiyyəti ilə aşılanan Anar yaradıcılığı nəinki 
nəsrin özündə, eyni zamanda ədəbi tənqiddə  də hüdudları 
genişləndirirdi. Ona görə  də yazıçının "həqiqət axtarıcılığı" ilə 
bəzən tənqidçinin qənaətləri uyğun gəlmirdi. Buna təbii baxmaq 
lazımdır. Çünki Anar öz bədii axtarışlarında tənqidi qabaqlaya 
bilmişdir. Sənətə insan konsepsiyası ilə yanaşan Anar tarixi za-
manın stereotiplərindən uzaqlaşmağın mümkünlüyünü bədii üsul-
larla ifadə etmişdir. Başqa sözlə, Anar xarakterlərin mahiyyətini 
onların öz hərəkətlərindən, qayənin isə  bədii məntiqdən nəşət 
etməsinə  şərait yaratmışdır. Bu cəhət onun yaradıcılığında bədii 
əksetdirmə üsullarının zənginliyinə səbəb olur. Məhz bu mənada 
həlledici şərt təhkiyənin "həyatiliyi", müəllif mövqeyi, onun hansı 
mənəvi meyarı  əsas götürməsidir. Bu mənada povestin lap əv-
vəlində özünün yuxusu və onun yozumu ilə tanınan Nemət ol-
duqca real, inandırıcı təsir bağışlayır və biz görürük ki, o öz yaşa-
yış tərzindən narazıdır, yazıçı da bu hissi onda qiymətləndirməyə 
çalışır. Yalanın doğru kimi təqdim edilməsinin, həqiqətə eti-
nasızlığın bəzən şəri reallaşdıran səbəbə çevrildiyini unutmaq ol-
maz. Ona görə də şərlə uyuşa bilməmək özlüyündə onu inkar et-
məkdir. 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
306
Nəzərə almaq lazımdır ki, mübariz olmaq və bu yolla irəli-
ləmək o qədər də asan deyil. Mübarizlik sadəcə olaraq xasiyyət 
əlaməti deyil. Mübarizlik o zaman mənalı  və  cəlbedici olur ki, 
obrazın həyat mövqeyini ifadə etsin, idrakdan doğsun və aydın 
məqsədin təsbitinə doğru yönəlsin. Nemətdə belə  şüur, fəaliyyət 
aydınlığını bir də ona görə müşahidə etmirik ki, o, bura qədərki 
mərhələnin – oyanma, ayılma mərhələsinin hüdudlarında canlan-
dırılmışdır: "Sonra marşrutlu avtobus haqqında dünənki fikirlərini 
xatırladı. 
Sonra qulaqlarında maqnitofon yazıları canlandı: 
 "Bir də mən görsəm ki…" – bu cümlə nəbz kimi beynində 
döyünməyə başladı. 
O biri otaqda saat üç dəfə vurdu və  qəfilcə bir an içində 
Nemət hər şeyi başa düşdü. 
Fikirləri durulub aydınlaşdı  və Nemət hər  şeyi birdən 
anladı. 
Anladı ki, pəncərənin axar-baxarı nə qədər cazibəli, mənzə-
rəli, gözəl olsa da, o, Nemət bu görünüşə nifrət edir. Nifrət edir, 
çünki o, bu mənzərəyə  məhkumdur. Ömürlük məhkumdur. Heç 
bir zaman bu pəncərə, qatar pəncərəsi kimi hərəkətə  gəlib 
dəyişməyəcəkdir. Bu pəncərəni xalça kimi dörd mismarla onun 
həyatına mıxlayıblar. Ömrü boyu bu pəncərədən baxıb Qız qalası-
nın təpəsini, Akademiyanın yeni binasını, bankı, dəyirmanı 
görəcək. 
Adam öz həyatını qadını atan kimi ata bilmir, insan öz 
həyatını axıracan yaşamalıdır. Həyat yükünü axıracan 
daşımalıdır… 
Nemət dəhşət içində anladı ki, bir də onun həyatında heç bir 
vaxt heç bir şey olmayacaqdır. Nə ürkək duyğuların nigarançılığı, 
nə gözləmə, nə aldanma, nə ümid, nə bahar gecəsi son tramvayın 
pəncərəsində diskinən ulduzlar… 
O, həyatını gündə oynadığı rolundan bıqmış bir aktyor kimi, 
qatarlara qoşulub dəyişməz relslərlə gedən parovoz kimi son 
mənzilə, son pərdəyə, son dayanacağa, son sükuta çatdırmalıdır. 
Son qaranlığa, son səsin susduğu yerə… 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə