Microsoft Word Himalay doc



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə79/85
tarix20.08.2018
ölçüsü2,16 Mb.
#63700
1   ...   75   76   77   78   79   80   81   82   ...   85

Himalay Ənvəroğlu __________________________
 
 
315 
predmetləşib. Böyük bir dənizin sahili. Uzandıqca uzanan dəniz
bomboş sahil, sahil sarı, qumları sarı, dəniz gömgöy, ləpəsiz, ağ 
liman, qırmızı gəmi, qıpqırmızı. 
Bütün bunlar səbəbsiz deyil. Belə romantik rəmzi atributlar 
hər adamın yuxusuna girən deyil. Murtuz, Dadaş, Səfdər, 
Məmməd Nəsir, Manaf, Spartak belə yuxular görə bilməzlər. 
Hətta çox güman ki, Zaur özü də bu kimi yuxular görmək imka-
nına malik deyil. Çünki həm xaliqin, həm də  məxluqun yanında 
özündən asılı olan və olmayan günahları olmuşdur. Rənglər 
Anarın  əsərlərində çox mətləb və  mənalardan xəbər verir, çox 
rəmzləri yada salıb təfəkkürdə assosiasiya imkanını genişləndirir. 
Rənglərin dili ilə danışmaq, rəngi insanın mənşəyi ilə bağlamaq, 
cəmiyyətdəki sosioloji, psixoloji durumu rənglərə münasibətlə 
əlaqələndirmək meyli yeni deyil. Lakin etiraf etmək lazımdır ki, 
ilk dəfə məhz böyük Azərbaycan şairi R.Rza rənglər mövzusunda 
silsilə şerlər yazmışdır. 1963-cü ildə "Azərbaycan" jurnalında çap 
olunan "Rənglər" o zamankı tənqid tərəfindən birmənalı qarşılan-
madı. Lakin zaman ən  ədalətli hakim oldu. Hər  şey öz qanuni 
yerini tutdu. "Rənglər"in bədii-fəlsəfi qüdrəti hamı  tərəfindən 
qəbul edildi. Anarın "Ağ liman"ında (1965) rənglərlə insan 
ovqatının  əlaqələndirilməsi təsadüfi deyil. Insan rəngə tapınıb, 
ona inam göstərib. Rəng varlıq üçün hava, su, od, torpaq kimi 
zəruri ünsürdür. Rəng dünyadərki, gerçəkliyi duyumun 
vasitəsidir. Rənglərin poeziyası, sosiologiyası, fəlsəfəsi və s. 
R.Rzanın aşağıdakı misralarında üzvi vəhdət təşkil edir: 
 Ağ, qara, sarı, yaşıl, qırmızı, 
 Hərəsi bir sınaqla bağlıdır. 
  
 
 Biri həsrətimizi xatırladır, 
 Biri dərdimizi, biri arzumuzu, 
 Hərəsində bir məna arayıb 
          Bir səbəb görən var(112, səh.130). 
  
 
Təbiidir ki, bu misraların ifadə etdiyi məna dərin olmaqla 
idraka geniş meydan açır. Məsələn  şair "Ağ  işıq"da ümid, insan 
ülfəti, sevinc, dost əli, açılmış düyün, insan adına layiq işlər, 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
316
məhəbbət, ömrün mənası, qəlbin aynası, anlayan, duyan insan 
kimi anlamları "görür". Qırmızı isə ümid, uzaq ulduzların yaxın 
yolu, bir də insan alnı açıq, gözləri etibar dolu və s. assosiasi-
yalarını yaradır.  Şairə görə  qırmızı anlamında həm də dözüm
ümid yolu, insanlara məhəbbət, çılpaq həqiqət mənası var. Yaşıl –
uğurlu yola səpilən işığı; mavi – dalğasız dənizi; sarı – həyatdan 
ayrılmış xəyalı, yol çəkən gözləri ifadə edir. 
Bir anlığa "Ağ liman" povestində  Təhminənin, Nemətin 
ömür yolunun axar-baxarına varanda, onların həyat, tale, mənəvi-
əxlaqi dəyər haqqında qənaətləri ilə yaxından tanış olanda, eyni 
zamanda görəndə ki, heç birisi yaşayışlarından razı deyillər, 
ideallarını  həyata keçirmək imkanları yoxdur, arzu, istək real 
gerçəkliklə uyğun gəlmir,  şərait romantik qanadları  qırır, onda 
ümid yuxuya – göy dənizə, həyatdan ayrılmış  xəyala, ağın, 
qırmızının sevinc, məhəbbət və inam çalarına qalır. 
R.Rzanın "Rənglər"ində olan zəngin poetik-fəlsəfi mənanın 
qədərincə dəyərləndirilməsi necə müşgülə çevrilmişdisə, eləcə də 
"Ağ liman"a münasibətdə  də belə bir vəziyyət yaranmışdı. Ona 
görə ki, "Anar.. "Ağ liman"da ənənə sərhəddini pozur və öz insan 
konsepsiyasını…sınaqdan keçirir." Doğrudan da ilk dəfə bu 
povestdə  şəhər həyatı, meşşan  əxlaqı  və mühiti, adi məişət 
təfərrüatları ilə bağlı sadə, "xırda" insanlar belə geniş  həcmdə 
bədii tdəqiqatın predmetinə çevrilir, obraz və xarakter kimi 
meydana çıxmaq imkanı qazanır. Bu mənada Anar özünün böyük 
sələflərinin sənət yolunu davam və inkişaf etdirir, ədəbiyyatımızın 
yaşarlı ənənələrinə söykənir. Lakin onu da unutmaq olmaz ki, 60-
cı illərə  qədər  ədəbiyyatımızda siyasət, ideologiya, inzibati-
bürokratik aparatın tapşırığına uyğun yazmaq "prinsirləri" 
üstünlük təşkil edirdi. Kolxoz, kollektivləşmə, sənaye, inqilab, 
vətəndaş müharibəsi, sinfi mübarizə və s. məsələlərin ədəbiyyatın 
aparıcı mövzusuna çevrilməsi adi hal almışdı. Qəhrəmanlar da bu 
"problemlər"lə bağlı adamlar içərisindən seçilirdi. 
Beləliklə, qapalı bir vəziyyət yaranırdı, ədəbiyyat müəyyən 
dairədən kənara çıxa bilmirdi. 60-cı illərdə  cəmiyyətdəki 
ilıqlaşma  ədəbiyyatda da özünü göstərməli idi. Lakin bu proses 


Himalay Ənvəroğlu __________________________
 
 
317
çox ağır gedirdi. Uzun illər müəyyən olunmuş hüduddan kənara 
çıxa bilməyən yazıçılar makromühitdə özünü göstərən ovqat və 
meylləri ya gec duyur və yaxud onu sənətə  gətirməyin mümkün 
yollarını arayıb tapa bilmirdilər. Bununla belə, zaman, tarixi 
gerçəklik sənətkarları yeni meyllərə, milli-mənəvi dəyərlərə, 
sənətin başlıca predmeti olan insan amilinə doğru istiqamətlən-
dirirdi. Bu baxımdan Anar zamanı, tarixi şəraiti fəhm ilə duydu, 
"xırda və adi" adamları böyük mənəvi problemlərin daşıyıcısı 
kimi sənətin müstəvisində  qərarlaşdırdı. Estetik idealını "Ağ 
liman" qəhrəmanlarının bədii tədqiqi üzərində quran Anarın: 60-
cı illərdə keçilməmiş yollarla gedən bu yazıçının qayəsinin və 
qəhrəman ideyasının o zaman birmənalı qarşılanmaması təbii idi. 
Əksinə bu vaxt onları birmənalı  qəbul etməyin özü qeyri-təbii 
olardı. Çünki yenilik heç vaxt birdən-birə  qəbul edilmir. Bunun 
üçün də müəyyən vaxt, müddət keçməlidir. Bədii təfəkkür, o 
cümlədən, tənqidi idrak özü də estetik sərvətləri dəyərləndirmək 
prinsiplərini "götür-qoy" etməlidir. Ona görə də təsadüfi deyil ki, 
Təhminənin "tez-tez gördüyü" "eyni bir yuxu"nu sonradan Nemət 
görürsə, bunu tənqid ona irad tutur. Əslində, Nemətə yox, onun 
müəllifinə irad tutulur. Motiv də budur ki, Nemət həyat adamı 
deyil, hətta yuxusunu da "iqtibas" edir. Lakin Təhminənin 
danışdığı yuxunu təkcə Nemət deyil, onun vəziyyətində olan 
(məhz onun keçirdiyi hissləri keçirən) bir başqası da görə bilərdi. 
Axı, burada söhbət  ənənəvi üsulla yaranan obrazdan deyil, canlı 
insandan, mənəvi proseslərdən gedir. Təbii yolla, öz axarı ilə 
gedən obrazın belə bir vəziyyətə düşməsi mümkündür. Anar 
obrazlarının xarakterini dərindən göstərən bədii vasitələri hədəfə 
sərrast yönəldir. Nemətin Təhminə ilə mükaliməsi zamanı böyük 
Füzulidən nümunə gətirilməsi bu baxımdan təsadüfi deyil: 
 
"Ey Füzuli, şami-qəm əncamına yoxdur ümid, 
Bir təsəllidir sənə ol söz ki, derlər var sübh" (18, səh.116). 
 
Təbiidir ki, Dadaş Füzulidən bu beyti nümunə  gətirməzdi. 
Gətirsə  də, Nemət kimi hisslə, zövqlə ruhuna çəkib yoza 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
318
bilməzdi. Çünki Təhminə kimi qıza Dadaşın göstərdiyi münasibət 
Füzuli eşqini yozmağa mənəvi haqq verməzdi. Anar insan 
sərrafıdır və o, özü də buna qıymazdı. Bu məqamlar zərrə-zərrə 
yığışıb Anarın bədii nəsrində insan konsepsiyasını müəyyən edir, 
onun poetikasını  zənginləşdirən vasitələrin toplusuna çevrilir. 
Çoxlarına adi, sadə, xırda adam kimi görünən Nemət görün həmin 
beytdən çıxan mənaları necə  dəyərləndirir: "-Bir bu "derlər" sö-
zünə bütün dünya poeziyasını  dəyişmərəm. Başa düşürsən, 
"derlər", yəni görməyib, eşidib deyirlər. Kimsə deyib ki, haradasa 
sübh var, bircə bu təsəlli olmasa, şami-qəmdən, yəni axşam qə-
mindən yaxa qurtarmaq olmaz" (18, səh.116). 
Povestin süjetini izlədikdə aydın olur ki, Nemət və  Təh-
minə, eyni zamanda, Zaur özü ictimai mühiti dəyişdirmək, xarü-
qəl'adə  işlər görmək iqtidarında deyillər. Başqa sözlə, bu heç 
onların qarşısında qoyulan məqsəd də deyil. Bunu "Beşmərtəbəli 
evin altıncı mərtəbəsi" romanında Zaurun süjetindən aydın görü-
rük. Lakin yuxarıda Nemətlə bağlı söhbətimizi davam etdirərək 
qeyd etməliyik ki, o, böyük vəzifələri yerinə yetirən, cəmiyyətin 
dayaqlarına təsir edən  şəxsiyyət kimi göstərilməsə  də, duyan, 
düşünən, qəmlənən, coşan, gözəlliyi, Füzuli eşqinin fəlsəfəsini 
dərk edən insan kimi göstərilirsə, bu onun bəsidir. Təəccüblüdür, 
burada "deformasiya", "əyri güzgü" haradadır. Yaxud, bunu 
axtarmaq "psixologiyasını" necə başa düşmək olar? 
Povestin sonuncu səhifəsində (121) Təhminənin Nemətə 
danışdığı yuxuda belə detallar var: "Sahil bomboşdur. Bircə 
mənəm. Təp-tənha." Bu, Təhminənin taleyidir ki, onu kölgə kimi 
izləyir. Hələ əsərin 58-ci səhifəsində Təhminənin gözlərinin ifadə 
etdiyi mənada tənhalığı, tale yollarında keçirəcəyi üzüntülər aydın 
duyulurdu. Qəhrəmanın taleyi, sonda aşkar olan aqibəti nəinki 
gözlərindən oxunurdu, hətta fəhmlə  dərk edilirdi: "Zaur çevrilib 
Təhminəyə baxdı. Təhminə tuşla çəkilib uzadılmış kipriklərini 
qaldırdı. Birdən Zaur onun gözlərinin lap dibini gördü. Səhrada 
qəflətən qum axıb-çöküb quyu açılan kimi, Təhminənin 
gözlərində nə isə uçub dağılmışdı, gözlərin lap dibində, bəlkə də 
dibsizliyində  nə isə zil qaranlıq bir lağım ağzı açılmışdı. Qəlbin 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə