Microsoft Word Himalay doc



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə82/85
tarix20.08.2018
ölçüsü2,16 Mb.
#63700
1   ...   77   78   79   80   81   82   83   84   85

Himalay Ənvəroğlu __________________________
 
 
327 
monoloqu" xatırladır. Özü də bu monoloqda yeknəsəqlik, mono-
tonluq duyulmur, çünki dramatik gərginlik, psixoloji incəlik və 
publisistika da ona yad deyildir, təhkiyə boyu bu çalarlar bir-
birini  əvəz edir. Zaurla Təhminənin məhəbbət macərasının 
təfsilatını romanın  əsas mövzusu kimi axıracan izləyirik; bu 
aparıcı  xətt təkcə  qəhrəmanların "intim" aləminə  nəzər salmaq 
bacarığı ilə deyil, həm də  əsərin "ictimai", "mənəvi" laylarını 
özünə hopdurması ilə  təsirlidir. Roman ona görə  cəlbedicidir ki, 
obrazların düşüncə  tərzi və davranışı bizə "tanış" görünür. "Ağ 
liman"dan tanıdığımız qəhrəmanlar burada öz süjetləri ilə estetik 
şərhin əsaslı yeniliyinin təzahürünə meydan açırlar.  
"Ağ liman" polifonik əsər idi və təhkiyənin çoxçalarlığı sa-
yəsində yığcam bir süjetdə, kiçik bir lövhədə qəhrəmanlar xarak-
terlərinin və  həyatlarının müəyyənliyi ilə göz önünə  gəlirdilər. 
Odur ki, hələ povest səhifələrindən Təhminənin də, Zaurun da, 
onların ətraflarının, tutalım Təhminənin ərinin, Zaurun valideyn-
lərinin və Dadaşın da necə adam olduqlarını yaxşı duymuşuq. Xü-
susilə, Təhminənin riyakarlığa nifrətinə, hisslərinin səmimiyyə-
tinə inanmışıq, bu gözəl qadının "bədbəxtliyinə" acımışıq. Eyni 
zamanda, Zaurun şəxsiyyət kimi Təhminənin istəyi səviyyəsinə 
qalxmadığını, duyğularının, mühakimələrinin hələ yetkin olma-
dığını da sezmişik. Beləliklə, povestdə xarakterlərin müəyyən 
xüsusiyyətləri, mühitin səviyyəsi aşkar idi. Yəni qəhrəmanların 
sonrakı taleyini, münasibətlərinin davamını mahiyyət etibarilə 
yanılmadan xəyala gətirmək olurdu. Buna görə  də povestdə 
yığcam, qənaətlərin məğzi, cövhəri kimi Verilən məqamlar dol-
ğun inikas obyektinə çevrilməyə layiq idi. Müəllifin ustalığı sayə-
sində qatılıq durulmadan təfsilata varılmış, bunun nəticəsində də 
qəhrəmanların bədii nüfuz dairəsi genişlənmiş  və dərinləşmişdir. 
Bu baxımdan mühiti, insanları daha mürəkkəb, çoxcəhətli 
əlaqələrdə qavramaq imkanı yaranmışdır. Biz Təhminənin 
həyatının müəyyən məqamlarını povestdən bilirdik. Romanda isə 
müəllif oxucunun bilavasitə onun evinə, yatdığı otağa daxil olma-
sına imkan yaradır. Onun ev-eşiyinin səliqə-səhmanından tutmuş 
Zaurla sevişmələrinə, küsüb-barışmalarınacan bütün təfsilatları 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
328
şəxsən müşahidə edirik; eləcə də Təhminənin əri Manafla əvvəlki 
qiyabi tanışlığımız  əyani görüşlə möhkəmlənir; Zaurun ata-anası 
haqqında qısaca təsəvvürümüz romanda geniş  təsvirlərlə, 
xarakterlərin  əxlaqi-mənəvi dəyərlərinin açıqlanmasına yönəldi-
lən detallarla tamamlanır. 
Povestdə də Dadaşın məkrli adam olması bəlli idi, romanda 
onun daha hiyləgər adam olduğu meydana çıxır. Məsələn, onun 
nahar zamanı toyuğun yağlı budunu dişlərinə  çəkərkən ağzının 
yanlarından axan yağla sir-sifətindən axan tərin bir-birinə 
qarışaraq ikrah hissi doğurması  və s. kimi kiçik detallar obrazın 
mənəvi-əxlaqi dəyəri haqqında real təsəvvür doğurur. Bütün 
bunlar mühit və adamlar haqqında təsəvvürləri dərinləşdirir. Yəni 
əvvəldən tanış cizgilər  əyaniləşdirilir, həyat reallığında və geniş 
planda təcəssüm etdirilir. Bu isə xarakterlərin və ümumən mühitin 
əvvəllər xəyalımıza gəlməyən xüsusiyyətlərini görməyə, onları 
dərk edib ümumiləşdirməyə imkan verir. Hələ povestdən 
Təhminənin meşşan əhatəsində yaşayan, lakin daxilən bu aləmdən 
seçilən, həyatı saflığı, gözəlliyi ilə yaşamaq istəyən bir gözəl 
qadın kimi tanıyırdıq. Romanda obrazın bütün bu keyfiyyətləri 
daha konkret və daha ətraflı canlandırılır. Roman bizi qəhrəmanın 
yaşayış, düşüncə  tərzi, daxili sarsıntıları, kövrək hissləri, intim 
dünyası, bir sözlə  şəxsi taleyi ilə yaxından, daha dərindən tanış 
edir. Təhminə  həmçinin mühitin ona münasibəti, onun haqqında 
mühakimələr kontekstində göstərilir. Təhminənin haqqında ol-
mazın sözlərini deyirlər. Kişiləri yolundan çıxaran da, heç bir 
abır-həya tanımayan da guya Təhminədir. Zivər xanım onu 
"eşqbazlıq mənbəyi", Dadaş "cavan oğlanları lup udan bir afət", 
əri Manaf "bəzəkli bir ev əşyası" adlandırır. Hətta Zaur özü də 
ona əvvəllər gəzib kef çəkmək niyyəti ilə yanaşır. Elə buna görə 
də  Təhminə  ətrafdakıların onun haqqında nə düşündükləri ilə 
hesablaşmır: "Mənim haqqında nə danışırlar qoy danışsınlar, 
vecimə deyil, mən elə hesab edirəm ki, insanın öz daxili əxlaqı 
olmalıdır və  əgər bu əxlaq varsa, insan öz daxili əxlaqına 
sadiqdirsə, bütün zahiri şeylərin heç bir əhəmiyyəti yoxdur." Bax 
elə Təhminənin nöqsanlarından biri məhz mühitin psixologiyasını 


Himalay Ənvəroğlu __________________________
 
 
329 
düzgün qiymətləndirə bilməməsində, özünə  həddən artıq 
güvənməsində, təklənməsinə şərait yaratmasındadır. 
Təhminə filosof olsa da, məntiqə, qəlbin həqiqətinə tapınsa 
da, həyat təcrübəsinin azlığı zahirlə batini ayırmaqda səhvlər 
buraxmasına səbəb olur. Bununla belə, arasıkəsilməyən  şayiələr, 
iftiralar, meşşan aləminin hədələri, təhqirlər bir qadın kimi onun 
heysiyyətinə toxunur, qəlbini yaralayır,  əzab verib qərarını 
əlindən alır. Təsadüfi deyil ki, Təhminənin faciəsini məhz elə 
ətrafında fikir formalaşdıran bayağı mühakimələri, təqib və 
təzyiqləri gerçəkləşdirir. Burada Zaurun xarakterindəki bəzi 
nöqsanların da rolu az olmur. Belə ki, Təhminə haqqında 
böhtanlar onun ürəyinə tez yol tapır,  şəkk-şübhəsini artırır, sev-
gilisi ilə öz arasında uçurum yaradır. Zaur sərbəst davranmağa ça-
lışsa da, mühitin tələblərinə tabe olmalı olur. Onun fikri-mənəvi 
oyanışı gec başlayır. Başqa sözlə, bu oyanış çox təəssüf ki, 
qətiyyətsizliyi üzündən özünü də məhv etdiyini anlayandan sonra 
başlayır. Nəhayət, gec də olsa, başa düşür ki, həyatının ən böyük 
mənası Təhminə ilə bağlı imiş. Lakin əhatə olunduğu mikromühit 
onların hər ikisinin həyatının mənası olan xoşbəxt olmaq 
arzusunu məhv edir. Dadaşların, Spartakların, Murtuzların, Aliyə-
lərin… ömürləri başa çatandan sonra sönüklüyü necə  də bariz 
görünür. Məhz Təhminənin məhəbbətli ömrü fonunda qanadsız, 
miskin yaşayış  tərzi inkar olunur. Bildiyimiz kimi meşşan 
psixologiyasının tənqidi "Ağ liman" povestinin əsas 
motivlərindən idi. Romanda bu, daha ətraflı tənqid edilir: həm də 
Təhminənin xarakterindəki işığın cazibədarlığı timsalında, bila-
vasitə gözəlliyin, təmiz insani münasibətlərin təsdiqi zəminində. 
Yazıçı meşşanlığın "dünya duyumunu", sosial mahiyyətini də an-
lamağa çalışır. 
Təhminəni əhatə edən mühit qorxuncdur, içərisində baş qal-
dıran  ən saf hissi – məhəbbəti çiçək açmağa qoymur. Təhminə 
sevgiyə tapınırdı, məhəbbətində  həyatının mənasını, ümid və 
təskinlik axtarırdı. Dadaşlar, Zivərlər  əhatəsində  Təhminə üçün 
yeganə bir "yaşıl işıq" yanır – o da Zaurun məhəbbəti idi. Zaur bu 
işığı qoruya bilmir. Onda insani saflığa meyllə yanaşı, eqoist 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
330
ehtiraslar da müşahidə edilir. Ətrafdakıların tələb və  təsirinin 
doğru olmadığını duyur, amma bunlardan yaxa qurtara bilmir. 
Alçalmaq, Spartak kimiləri ilə eyniləşmək istəmir. Lakin şüurdan 
çox instinktlərin hökmü ilə davranır. Nəticə etibarilə  məhdud 
mühakimə  və hisslər onun Təhminəyə münasibətinə üstün gəlir, 
onu ram edir. Bəzən Zaurun düşüncələri bir qədər də dərinə gedir, 
ümid, ədalətə inam hissi onda sevinc duyğuları əmələ gətirir: "O, 
əmin idi ki, hətta ata-anası belə hissin şiddətini bilsələr, heç bir 
etirazları qalmaz. Məgər öz oğullarının düşmənləridir ata-anası, 
məgər arzuları onu xoşbəxt görmək deyildi və  əgər belədirsə, 
Zaur ömründə birinci dəfə olaraq sözün əsil mənasında xoşbəxt 
ikən nə deyə bilərdilər axı? Bu xoşbəxtlik nəinki ata-anasına, 
hətta qonşularına, Aliyə xanımgilə  də sirayət etməli idi. Zaur 
inanırdı ki, Murtuzovlar belə, Firəngizi nə  qədər Zaura ərə 
verməyi arzulasalar da, onun indiki xoşbəxtliyi qarşısında 
çəkilməliydilər, "qismət bu imiş" – deyib Zaurla Təhminəyə uzun 
birgə ömür arzulamalıydılar… Firəngiz, doğrudan da, yaxşı 
qızdır, fağır… Evlənmək olardı onunla, ala bilərdim onu, yaxşı 
ailə qura bilərdik. Amma nə edəsən ki, bu dünyada Təhminə var 
və Zaurun bəxtinə  də  məhz belə  qəliz və xoşbəxt sevgi düşüb" 
(18, səh.230). 
Məlum olduğu kimi, bir qədər  əvvəl, romanın 222-ci 
səhifəsində  Təhminə  də xoşbəxtliyini məhz Zaurla bağlılığında 
gördüyünü etiraf edir:"…xoşbəxtlik də elə budur… sən varsan, 
mən varam, bir-birimizi sevirik" (18, səh.222). 
Əslində bütün istəklərdə  qəbahət yoxdur, qəbahət Zaurun 
xoşbəxtlik təsəvvürünün natamamlığındadır, çünki bu şirin xəyal-
larda ikicə  şey unudulur: bir məhəbbət, bir də yaşayışın mənası, 
hansısa bir amala can atma. Zaur yalnız Təhminənin ölümü ilə 
bunu anlayır, dərk edir ki, adi gündəlik ömrü ilə həyatının "altıncı 
mərtəbəsinə" – Təhminənin ülvi hisslərini qiymətləndirmək 
səviyyəsinə ucala bilməmişdir. Onun nəhayətsiz iztirabları, 
peşmançılığı da buradan başlayır. Sonda arzu olunmayan, lakin 
Zaurun həyatının məntiqi axarı kimi səciyyəvi olan bir ömür, 
tərcümeyi-hal yekunlaşır. Yəni Zaur sərxoş  Məmmədnəsirlərin 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə