Microsoft Word Himalay doc



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə80/85
tarix20.08.2018
ölçüsü2,16 Mb.
#63700
1   ...   77   78   79   80   81   82   83   84   85

Himalay Ənvəroğlu __________________________
 
 
319 
gizlinlərinə açılan lağım, uçuruma aparan bir yolun ağzı" (18, 
səh.58). 
"Qara matəm rəmzi də ola bilər, məhəbbət rəmzi də, nifrət 
rəmzi də" (112, səh.130), "həsrətli gözlər" "qaranın dərd çalarını" 
ifadə edə bilər. Gözlərdən subyektin ovqatını, taleyinin axarını 
oxumağın klassik poeziyada zəngin ənənəsi var. Lakin Anar epik 
qəhrəmandakı lirik-psixoloji başlanğıcı  fəhmlə  dərk etdiyi kimi, 
bu ovqatı həm də özünəməxsus şəkildə formalaşdırmışdır. Zaurun 
"Beşmərtəbəli evin altıncı  mərtəbəsi" romanında (Təhminənin 
taleyinin istiqaməti məlum olduğu  əsərdə) deyil, məhz "Ağ 
liman"da (Təhminənin "ömür yolu"nun başlanğıcında) Təhmi-
nənin gözlərindəki mənanı oxuması adi vəziyyətdə mümkün olan 
iş deyil. Bunun üçün qəhrəman gərək şövqə gəlsin. 
Zamanı saxlamaq, anı qaytarmaq fiziki mənada qeyri-
mümkündür. Lakin mənəvi mənada, xəyal aləminin iqtidarı ilə ta-
rixə və yaddaşa qayıtmaq, hissin və idrakın imkanlarından istifadə 
edərək olmuşları yenidən yaşamaq olar. Bu , Anara povestdə 
inam, ümid və sevinclə  qəmin və  kədərin sintezinə nail olmağa 
imkan vermişdir. 
Anar "Ağ liman"da "vaxt fəlsəfəsi"ni (77, səh.150) bədii 
kontekstdə  dəyərləndirir. Povestdə vaxt yalnız sərlövhədə yox, 
təsvirlərdə, bədii təhlil süjetində də əsas rol oynayır. Bəzən hətta 
hisslər vaxt epitetlərilə vəsf edilir: "Vaxt hey axır. Vaxt hər yaranı 
sağaldır. Vaxt bizi məğlub edir. Vaxt bizi xilas edir." Anarda 
"rəqəm-zaman vahidi", "saat-zamanın simvoludur" (77, səh.151). 
Gecənin bir vaxtında təklik və kimsəsizlik tilsimindən canını 
qurtarmaq üçün özünü ora-bura vuran, hətta öz telefon nömrəsini 
yığan kassir Səfdərin həmişəki kimi yenə də qəbirlərin üstündəki 
yazıları oxuması axirət fəlsəfəsini, əməl və qayə adamı anlamını 
yaddaşa gətirir: "Əsgər Teymurov: 1905-1957; Tofiq Babayev: 
1927-1946; Adlar və  rəqəmlər. Yəni bu rəqəmləri bura yazmaq 
vacibdir? Yəni adamlardan elə bu iki şey qalır? Adı və iki tarix? 
Axı niyə belə? Axı əslinə qalsa, bu yazıların adamın şəxsən özünə 
dəxli də yoxdur. Adını özü qoymayıb. Familini də  həmçinin, 
təvəllüdü, ölümü də özündən asılı deyil. Olmaz ki, bura adamın 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
320
şəxsən özünə  dəxli olan şeylər yazsınlar. Məsələn, kim idi, bu 
dünyada nə pis iş görüb, nə iş qoyub gedib, ya məsələn, tutalım 
xasiyyəti necə idi? Kimə  nə yaxşılığı, nə pisliyi keçib? Övladı 
olub, yoxsa yox, öləndən sonra kimi qalıb? Yoxsa quru 
rəqəmlərdən nə  çıxsın?" (18, səh.81-82). Lakin "Yoxsa quru 
rəqəmlərdən nə  çıxsın?" – deyən Səfdər Faiq Mərdanovun və 
Bəhmən Salayevin qəbir daşlarına nəzər yetirəndə "Qeyri-ixtiyari 
rəqəmləri toplamağa başladı" (18, səh.82). 
Göründüyü kimi, Səfdər rəqəmlərdən qaçsa da, onlardan 
yaxa qurtara bilmir. Rəqəmlər kölgə kimi onu izləyir, həyatının, 
taleyinin bir hissəsinə çevrilir. Ümumiyyətlə, "Təklik tilsimi" 
başlığı altında verilən hadisələr povestdə cəmi 11 səhifəni (78-88) 
əhatə edir. İlk səhifədən son səhifəyə qədər Səfdər dayının seyri, 
müşahidələri, yuxuları vaxtın və  rəqəmlərin dili ilə  dərk olunur. 
Səfdər kişinin vaxt və  rəqəmlərə verdiyi dəyəri, onlarla insan 
ömrünün mənasını  əlaqələndirməsini görəndə, bəzi tənqidçilərin 
vaxtı ilə onu nəyə görə  bəyənmədiyini anlaya bilmirsən. De-
diklərinin həqiqiliyi zərrə  qədər  şübhə doğurmur, hərəkətləri və 
qənaətləri də psixoloji cəhətdən  əsaslandırılır. Kimsə fikirləşə 
bilər ki, burada müəllif iradəsi, mövqeyi, konsepsiyası mühüm rol 
oynayır. Yoxsa Səfdər rəqəmin, vaxtın "fəlsəfəsi"ni haradan belə 
incəliyinə kimi bildi və bunlarda həyatın, ömrün mənasını aradı? 
Obrazın iş  və  əməlinə müəllifin "qarışması" nisbidir. "Ağzının 
müxtəlif yerlərində  cəmi-cümlətanı 9 dişi qalan" (18, səh.79) 
Səfdər nəinki rəqəmlərlə düşünür, hətta sanki həyatı, ömrünün 
bütün mənası bu rəqəmlərə bağlıdır. Bunlar sadəcə nömrə, rəqəm, 
vaxt ölçüsü, saat deyil, həyatı dərk və əks etdirməyin simvolları-
"obrazları"dır. Bunlar təkcə  Səfdərin təfəkkür tərzinə, danışıq 
üslubuna məxsus "obrazlar" deyil, ümumiyyətlə, onun 
"romanında" təzahürü münasib bilinən dünya dərki üsuludur, 
zamanla danışıq formasıdır. 
Təbiidir ki, tarixlə, zamanla mövcud şəraitlə bu kimi əlaqə 
yaradıb hökm vermək həm də müəllifin nüfuz və  səlahiyyət 
dairəsindədir. Ona görə  Səfdərin qənaətləri (təbiidir ki, 
"macəraları" yox), əsasən müəllifin "vaxt fəlsəfəsi" anlamı ilə 


Himalay Ənvəroğlu __________________________
 
 
321
səsləşir. Əlbəttə, bunları əvvəldən "razılaşdırılmış" qənaətlərin və 
mühakimələrin üst-üstə düşməsi kimi anlamaq olmaz. "Təkliyin 
tilsimi" ilə dərindən tanış olan hər kəs vaxt və rəqəmlərdə əzəli və 
əbədi başlanğıcları görməklə (həm də müəllif başlanğıcı 
mənasında) bilavasitə  hər bir bədii obraz kimi Səfdərin öz xa-
rakteri, öz ünvani ilə bağlı olan xeyli detallara, motivlərə,  əməl-
lərə rast gələ bilər ki, bunlar bilavasitə surətin xarakteri, onun tə-
kamülünün realizmi ilə bağlıdır. Yəni, özünün real, fərdi həyatını 
yaşayan bu tip əməllərində  də özünəməxsusdur. Anarın ustalığı 
isə bütün bu fərdi cizgiləri görüb "olduğu kimi" əks etdirə bilmə-
sindədir. Rəqəmlərin "vaxt fəlsəfəsi" "zaman simvolu" anlamında, 
idrakı isə bilavasitə müəllif konsepsiyasına bağlıdır. 
Inamından, şəxsiyyətinin tutumundan və mənəvi ləyaqətinin 
iqtidarından asılı olmayaraq, hər bir surət, həyat, ideal, həqiqət, 
ləyaqət və s. haqqında müəllif fikrini də formalaşdırır. Bu 
baxımdan, Səfdər dayı da povestin təlqin etmək istədiyi qayəyə öz 
töhfəsini verir. Qayə, estetik ideal isə  təkcə bir obraz üzərində 
deyil,  əsərin bütün mürəkkəb toxumaları üzərində qurulur. Yəni 
Səfdər–həyatla canlı  nəfəs alan bu adam povestin ideya-bədii 
strukturunda bir "vahid" kimi müəyyən ideya-bədii yük daşıyır. 
Povestdə qəhrəmanları bir-birinə "bənzədən" yuxu motivi də mü-
hüm dəyər kəsb edir. Əsərin əvvəli Nemətin yuxusu ilə başlayır, 
sonu onun yuxusu ilə qurtarır. Son səhifədə  Təhminə  də tez-tez 
gördüyü, "eyni bir yuxunu" Nemətə danışır. "Təkliyin tilsimi" 
"romanının" qəhrəmanı yuxu görməkdə bütün normaları  aşır: 
"Yuxu görmək Səfdərə lap cavanlıqdan qalmışdı. Görürsən adam 
olur ayda-ildə bir dəfə yuxu görməz. Səfdər Allahın hər günü 
yuxu görərdi. Mina da hər gecə yuxu görərdi. Səhər oyananda 
yuxularını bir-birinə danışırdılar. Elə bil hərəsi bir uzaq səfərdən 
qayıtmışdı. Qürbət ölkələrdə yediklərini, içdiklərini, gördüklərini, 
eşitdiklərini bir-birinə danışırdılar. 
Küçədəki qəzet lövhəsinin qabağında ayaq saxladı. Qəzetin 
dördüncü səhifəsinə elə bil yuxarıdan aşağıyacan rəqəm səpələn-
mişdi, istiqraz cədvəli çap olunmuşdu. 
3…5…6…9… - rəqəmlər, rəqəmlər. Uduşlar, peşmançılıq. 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
322
Səfdər dayı düşündü: bunlar nədir ki, adicə quru rəqəmlər, 
amma bax, məsələn, üç altıdan yox, 7-dən sonra gələndə kiminsə 
bəxti gətirir, kiminsə hıçqırığı içində qalır" (18, səh.83-84). Səf-
dər rəqəmlə düşünmək, hər şeyin əsasını rəqəmlə əlaqələndirmək, 
ağla sığanı  və gözlə görünəni rəqəmlə müqayisə etmək sahə-
sindəki "axtarışlarında" bir qədər də irəli gedir: "Birdən Səfdər 
dayıya elə gəldi ki, küçədəki adamlar da rəqəmlərə oxşayır. Bax o 
dar kəmər bağlamış kök arvad 8-ə oxşayır, o iri başlı 9-a, hamilə 
arvad 6-ya oxşayır. Uzun dimdikli papaq qoymuş  oğlan 7-yə 
bənzəyir. O tərəfdən iki arıq, kəkilli oğlan gəlir – 11. Başqa bir 
arıq oğlan yumru-matan bir arvadla yanaşı addımlayır – 10" (18, 
səh.84). 
Göründüyü kimi, Səfdər dayı bu yaşda kifayət qədər təxəy-
yülə, fantaziyaya malik adamdır. Rəqəmlə insanın zahiri görünü-
şünü əlaqələndirməyi bacarır. Çünki o, ömrü boyu rəqəmlərlə ya-
şayıb, düşünüb, başqa obrazlardan fərqli olaraq rəqəm onun tale-
yində mühüm rol oynayır. Ümumiyyətlə, "Ağ liman"da vaxt, 
rəqəm, nömrə özünün həm "adi", həm də  rəmzi mənasında mü-
hüm yer tutur. Burada rəqəm psixoloji, sosial, mənəvi və  rəmzi 
mənada obrazların xarakter və ovqatı ilə əlaqəlidir. Ona görə  də 
əsərdə rəqəmin tutduğu yer həm fərdi, həm də konseptual xarakter 
daşıyır. Yəni bir var rəqəmin ümumən əsərdə tutduğu yer, bir də 
obrazın həyatında yeri. Bunlar başqa-başqa şeylərdir. Lakin sözü 
gedən əsərin strukturunda "tərəflər" vahid ideyanı "formalaşdıran" 
vasitələr kimi vəhdət təşkil edir. Bu baxımdan, qəhrəmanların 
yuxularını gecə saat 4 radələrində görmələri də, elə təxminən bu 
vaxtlarda arzu bəsləmələri də  təsadüfi deyil, müəllif tərəfindən 
irəlicədən düşünülmüş, xəyal və romantika üçün ən münasib bir 
çağdır. 
"Ağ liman"da Nemət və  Təhminə daha geniş  təhlil edilir. 
Əlbəttə, burada həm də  Təhminə ilə Zaurun romanının – yəni 
"Beşmərtəbəli evin altıncı mərtəbəsi" əsərinin əsasının qoyulduğu 
da hiss olunur. Doğrudan da, Təhminə ilə Zaurun ilk görüşləri ta-
leyüklü olub, onları  məhəbbət macərasına aparan yola işıq salır, 
sevincli-kədərli, eyni zamanda, unudulmaz günlərin təməlinin 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə