Microsoft Word Himalay doc



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə83/85
tarix20.08.2018
ölçüsü2,16 Mb.
#63700
1   ...   77   78   79   80   81   82   83   84   85

Himalay Ənvəroğlu __________________________
 
 
331
cərgəsinə qoşulur. Xasiyyətlərində,  əməllərində, yaşlarında, 
nəhayət, talelərində elə bir fərq görünmür: "Məmmədnəsirin yaşı 
80-i çoxdan keçmişdi, amma hələ  də gümrah idi və Allahın var 
günü səhər tezdən bir-iki stəkan "Ağdam" portveyni vurardı 
bədənə. Doğrudur, indi əvvəlkindən çox az içirdi, amma əvvəlki 
təkin mütamadiyyən hər gün içirdi… Axır vaxtlar Zaurla tez-tez 
içirdilər – illər keçdikcə onların yaş fərqləri itib getmişdi və indi 
kənardan baxan elə güman edərdi ki, iki qoca şərab içə-içə ötən 
günləri, keçmiş xatirələri yada salır, nəşriyyatda birgə keçmiş 
uzun ömürlərindən söhbət edirdilər…" (18, səh.352). 
Təhminənin cismani ölümü mənəvi ömrünü əbədiləşdirir, 
Zaurun həyatının sönüklüyünü, onun xatirələrində məhz Təhminə 
ilə bağlı  dəyərini aşkarlayır. Axırda Təhminənin xatırlanmasının 
da rəmzi mənası vardır: gözəl insanlar ölmürlər. Onlar hətta bəsit 
mühitdə  də  mənəvi tərpənişə, özünüidraka meyl oyada bilirlər. 
Zauru  əsərin sonlarında düşüncələr axarına salan Anar ona, 
nəhayət, belə bir həqiqəti etiraf etdirir ki, "çox mənasız bir ömür 
sürüb bu dünyada" (18, səh.350). Bununla belə, bizə elə gəlir ki, 
Zaur bir mənada həm də xoşbəxtdir. Onun üçün ki, Təhminə kimi 
gözəl bir qız onun taleyindən keçib, həyatını  və  mənəviyyatını 
zənginləşdirib.  Əks halda, Anar "On səkkizinci fəsil"ə böyük 
Azərbaycan  şairi M.Füzulinin aşağıdakı  məşhur beytini epiqraf 
verməzdi: 
 
Yandı canım hicr ilə, vəsli-ruxi-yar istərəm
 
Dərdiməndi – fərqətəm, dərmani-didar istərəm. 
Bu beytin altında Anar Zaurun Təhminənin ölüm xəbərini 
eşidəndən sonra keçirdiyi daxili təlatümü təsvir edir: "Heç bir 
vaxt təsəvvür edə bilməzdi ki, evlər, küçələr adamı bu qədər ağ-
rıda bilər. Evlər, küçələr, maşınlar…" Leyli anasına vəsiyyət edib 
dünyadan getdikdən sonra Füzuli xirədməndin (alimin) dilindən 
bir könül dağlayan qəzəl söyləyir. Onun birinci beyti belədir: 
"Bu aləm kim, könül, qeydin çəkərsən möhnətü qəmdir, 
Fəna sərmənzilin seyr eylə kim bir xoşca aləmdir" 
 (94, səh.221). 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
332
Əlbəttə, biz "Leyli və  Məcnun" poemasından bu misraları 
nümunə  gətirməklə Leyli və  Məcnunla Təhminə  və Zaurun 
sevgisini eyniləşdirmək fikrində deyilik. Lakin sadə  və pak 
sevgini  əzəli və  əbədi cövhər tək kimin yaşamasından asılı 
olmayaraq "eşq dərdinə mübtəla olan", dərmanını isə yalnız 
"tərkican"dan ibarət bilən hər kəsin əslində, yəni zatında Leylidən 
və  Məcnundan bir nişanə vardır.  Əks halda,möhtərəm yazıçımız 
Anar romanına Füzulinin can yandıran qəzəlləri ilə naxış 
vurmazdı. Füzuli misralarında çox qəribə  təzadlar, incə  mənalar 
vardır. Lirik qəhrəman (aşiq) könlünə xitabən bu aləm qeydini 
(zəncirini) çəkməyin qəm, möhnət olduğunu etiraf edir. Xoşca bir 
aləm olan fəna sərmənzilini (yoxluq aləmi, axirət, o dünya, 
cənnət,  əbədi həyat aləmi) seyr etməyi məsləhət bilir. 
Təfəkkürümüz assosiasiya əsasında bəzi müqayisələr aparmağa 
imkan verir. Təhminə  qəm, möhnət aləmini tərk edib "fəna 
sərmənzilində" (romanda beş mərtəbəli evin altıncı mərtəbəsində) 
sakir olursa, Zaur qəm, möhnət dünyasında (bu aləmdə) qalır, 
başqa sözlə, digərləri kimi məlum binanın real mərtəbələrindən 
birində  məskən tutur. Ideal mərtəbəyə qalxmaq üçün dünyanı 
fəlsəfi dərk etməklə yanaşı, gərək eşqin gücünə, ölməzliyinə 
inanasan, faniliyi dərk edəsən, Füzuli qəhrəmanları kimi "hər 
ovuc torpağın bir adəm" (94, səh.221) olduğunu anlayasan
ölümdən qorxmayasan, "təriqi-üns" (94, səh.221) tutasan (dost-
luq, mehribanlıq yolu). 
"Beş  mərtəbəli evin altıncı  mərtəbəsi" romanının on 
səkkizinci fəslində Təhminənin ölümündən doğan kədərin Zaurda 
yaratdığı ovqatdan bəhs edilir. Mədinə Zaurla söhbətində 
Təhminə haqqında deyir: "Eh, ay Zaur, nə danışırsan… Elə bil 
yox imiş, heç nə qalmadı bədbəxtdən. Amma bilirsən, necə gözəl 
insan idi. Necə  qızıl kimi ürəyi vardı?… Səni də yaman çox 
istəyirdi, Zaurik, indi istəməsin. Həqiqətən istəyirdi… Sən 
gedəndən sonra bilirsən nələr çəkdi yazıq?" (18, səh.344). Mə-
dinənin Təhminə haqqında dedikləri bir neçə  cəhətdən diqqəti 
cəlb edir: vüsal həsrəti ilə alışıb yanan qəhrəman hicrana dözə 
bilmir, könlündə  məhəbbət, dilində Zaur, bu fani dünyanı  tərk 


Himalay Ənvəroğlu __________________________
 
 
333
edib ruhlar aləminə qovuşur. Mədinə "indi istəməsin…" deyir. 
Yazıçı bu məqamlarda üç nöqtələrlə danışır. Indi istəsə  nə olar? 
Axı vaxtı ilə Leyli dünyasını dəyişən zaman Məcnunu da "tərki-
aləmə" çağırırdı: 
Gər sadiq isən bu yolda, sən həm 
Səbr eyləmə, eylə tərki-aləm 
Gəl kami-dil ilə olalım yar, 
Bir yerdə ki, yoxdur ona əğyar…(94, səh.220) 
 
Leyli öz sevgilisinin sadiq olduğunu bildiyindən səbr etmə-
dən tərki-aləm olmağa çağırır.  Əlbəttə, bu, ölümə, yox olmağa, 
hətta fani olmağa da çağırış deyil. "Kami-dil ilə yar" olmağa 
çağırışdır. Yəni, o yerə ki, orada əğyar yoxdur, kami-dilə (ürəyin 
istəyinə, könül ləzzətinə) imkan var. Təhminə isə bu çağırışla, bu 
istəklə dünyadan getmir. Zauru bu səviyyədə duran aşiq bilmir. 
Əğyarlar içərisində yaşayıb fani dünyada ömür sürən Zaur mənəvi 
sıxıntılar keçirsə  də, cismani həyatını beli bükülənə, Məmməd 
Nəsirlə eyniləşənə  qədər "uzadır". Təbiidir ki, Anar onu 
Təhminənin qalxdığı ideal mərtəbəyə ucalda bilməzdi. Real mər-
təbə üçün doğulanı yazıçı ideal mərtəbəyə necə qaldırsın? 
Eyni zamanda, yazıçı Mədinənin ürək yanğısı ilə dediyi bir 
fikirlə də razılaşmır. Mədinə deyir: "Elə bil heç yox imiş, heç nə 
qalmadı bədbəxtdən." Əvvəla "bədbəxt" sözü ilə heç biz özümüz 
də razı deyilik. Mənəvi mənada o xoşbəxtdir. Başqa cür o, ideal 
mərtəbəyə, "beş  mərtəbədən" yüksəyə necə qalxardı? Ikincisi, 
yazıçı "Epiloq"da Təhminənin ruhi-mənəvi ömrünün həddən artıq 
davamlı olduğunu dəfələrlə xüsusi vurğulayır: "…söhbət arası 
kimsə birdən Təhminəni yada saldı. Nemət idi, deyəsən, 
Təhminəni yada salan, dedi ki, bu gecə qəribə yuxu görmüşdüm, 
heç ağlınıza gəlməz kim gəlib girmişdi yuxuma – Təhminə. Bəli, 
Təhminə, özü də o vaxtkı yaşında, cavan, hamımızın yadında ne-
cə qalıbsa, bax o sayaq gözəl, yaraşıqlı, cazibədar" (18, səh.349). 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
334
Məlumdur ki, Anar bir çox bədii ideyasını yuxu üzərində 
qurur, qayəsini onun vasitəsilə açır, insan psixologiyasının 
ümumən cismani və  mənəvi həyatın müxtəlif yozumlarını verir. 
"Ağ liman"dan da bilirik ki, Nemət çoxlu yuxular görür. Lakin bu 
yuxu romanda onun sonuncu yuxusudur. Bu həm də onun 
Təhminəni yuxusunda görə bilmək ləyaqətini özündə saxlama-
sının sübutudur. Özü də "gözəl, yaraşıqlı, cazibədar, cavan, o 
vaxtkı yaşında." Müəllifin də hüsn-rəğbət göstərdiyi Təhminənin 
– ruhlar dünyasının bu gözəl qızının nurunun yenidən könüllərdə 
görünməsi təbiidir. Fani dünyada qalan hanı: "XX əsrin axırına 
onların çərçivəsindəki adamlardan Nemət, Sürəyya, Zaur və 
Firəngiz sağ idi" (18, səh.348). Maraqlı burasıdır ki, Nemət, Zaur 
və başqaları  Təhminə  həyatdan gedəndən sonra da onu həsədlə 
xatırlayırlar. Zaur yenə  də  Təhminəni haçansa görəcəyinə ümid 
edir. Xəyalına gətirir ki, küçənin o tərəfindən gənc bir qadın tini 
burulacaq, qəfil bir külək onun ürəyinin içində əsəcək, unudulmaz 
bir qoxunu gətirəcək onun xəyalına… və qocanın qəlbində – 
dünyada  ən basılmaz qüvvə olan bir hiss – ümid oyadacaq." 
Məhəbbət, saf eşq ideyasını Füzuli lirikası üzərində kökləyən və 
bu istiqamətdə qəhrəmanlarının sonrakı taleyini tədqiq edən Anar 
romanın "Epiloq" hissəsində böyük şairdən bir beyt nümunə 
gətirir: 
 
Həq bilir, yar deyil, canü-dilimdən qaib 
Nola gər qaib isə dideyi-giryanımdan (18, səh.348). 
 
Beytin ifadə etdiyi ovqat Zaurun əhval-ruhiyyəsi ilə 
səsləşir. Beytin ifadə etdiyi məna budur ki, "tanrı bilir, yar əgər 
ağlar gözümdən kənarda olsa da, canımdan-qəlbimdən kənarda 
deyil." Epiqrafdan sonra romanda oxuyuruq: "…Nə bileydi Zaur 
ki, bir neçə gün keçəcək, bəlkə bir neçə ay keçəcək, il keçəcək və 
Zaur yenə  də günlərin bir günündə – daha buna heç şəkk-şübhə 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə