Microsoft Word Himalay doc



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə77/85
tarix20.08.2018
ölçüsü2,16 Mb.
#63700
1   ...   73   74   75   76   77   78   79   80   ...   85

Himalay Ənvəroğlu __________________________
 
 
307 
O qanunların, qadağanların, normaların əsiridir. 
Onları poza bilməz" (18, səh.110-111). 
Heç kəsə sirr deyil ki, müəllifin obrazına yaratdığı bu dü-
şünmək imkanı, bu şüur axını qəlbinin dialektikası ilə birləşərək 
onun qərarını  əlindən alır, cavabı "müşkül" olan suallar önünə 
gətirir. Nemət artıq alışdığı, vərdiş etdiyi həyatının "sönüklüyünü" 
qəfildən anlamağa başlayır, "süjetini", hərəkətlərini durğunluqdan 
xilas etməyə çalışır. Taleyindən və yaşayışından narazı olan Ne-
mət sıxıntını aradan qaldıra bilən qəhrəman tipi kimi 
yaradılmayıb. Insanın  əsil həyatı hansı hisslərlə, hansı arzularla 
yaşaması barədə düşüncələrilə başlayır. Yəni insan yalnız ağlının, 
daxili xüsusiyyətinin tələbilə  həyatın mahiyyətinə varmalı  və 
müstəqil səy göstərməlidir. Istiqamətləndirməklə, diqtə etməklə, 
təlqin etməklə, təzyiq və "dirijorluq"la qəhrəmanı  əsl mənada 
müəyyən bir "sahilə" çıxarmaq mümkün deyil.  
Təcrübəsi, şüur və mənəvi potensialı qədərincə olmayan ob-
raz, təbiidir ki, həyatın obyektiv gedişinə dözə bilmir, tənhalığın 
faciəsini yaşamalı olursa, nəyə görə onda bu hal "deformasiya" 
kimi başa düşülməlidir? 
"Ağ liman" povesti Anar həqiqətini özünəməxsus vasitələrlə 
formalaşdıran dəyərli sənət  əsəridir, həqiqəti insanın qəlbinə  və 
idrakına aşılamağın orijinal nümunəsidir. Çünki gerçəkliyin mən-
zərəsi, obrazların daxili təkamülü, formalaşma prosesi – inandırıcı 
və  təbiidir. Bəzi başqa  əsərlərdə olduğu kimi, qəhrəmanlar hər 
hansı bir maneəni tez bir zamanda dəf etmir, həyatın bütün 
ziddiyyətlərinə  qətiyyətlə "sinə  gərmirlər", lakin öz ömürlərini 
yaşayırlar, taledən qaçmırlar, sadə  və  səmimidirlər. Müəllif 
fikrinin, niyyətinin təsirliliyi üçün bədii həqiqətin inandırıcılığı 
başlıca  şərtdir. Anar "Ağ liman" povestində  əsas niyyətini: 
Nemətin, Təhminənin, Zaurun qəlblərinə hakim kəsilən başqa cür 
yaşamaq istəyini formalaşdırır. Bu baxımdan Nemətin öz həyatı 
haqqında söylədiyi qənaət çox xarakterikdir: "Bu gün mən çox 
şeylər anladım, anladım ki, mən daha bundan sonra indiyədək 
yaşadığım kimi yaşaya bilmərəm." Beləliklə, Nemət daim ideala 
can atır, həyatda öz yerini müəyyən etməyə çalışır: "Mən bütün 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
308
bunları arzu edirəm. Bu məqsədlərin yolunda necə deyərlər 
canımı, qanımı verərəm. Çox yaxşı. Amma bax, şəxsən mənim, 
otuz üç yaşlı  tərcüməçi Nemət Namazovun konkret məqsədi, işi 
nə olmalıdır? Mənim nə xüsusi bir parlaq istedadım, nə böyük bir 
bacarığım var ki, xariqül'adə işlər görüm" (18, səh.118) 
Göründüyü kimi, Anar öz qəhrəmanına sadəcə olaraq ömür 
sürüb həyatı başa vurmaq imkanı vermir. O, obrazı müəyyən 
problemlərlə qarşılaşdırır, konkret suallar qarşısında qoyur. 
Çarəni isə müəllif yox, məhz qəhrəman özü axtarıb tapmalıdır. 
Çətin, mürəkkəb və hamar olmayan yollarla getsə  də, cığırı özü 
açır. Uğurlu ya uğursuz olsun. Bu mənada "Ağ liman" insanın iç 
dünyasını açıqlayan, meyl və axtarışlarını  təcəssüm etdirən bir 
əsər kimi diqqəti cəlb edir. 
Ümumiyyətlə, altmışıncı illərdən üzü bəri  ədəbi prosesin 
aparıcı yazıçılarından biri olan Anarın nəsr təsərrüfatı, xüsusilə, 
"Ağ liman" povesti və "Beş  mərtəbəli evin altıncı  mərtəbəsi" 
romanı çağdaş Azərbaycan  ədəbiyyatında bir sıra mühüm 
sualların izahını zəruri edir. Məhz "Ağ liman" belə məsələlərdən 
birinə – bədii inikasın zaman və  məkan hüdudlarında baş verən 
dəyişikliklərin insan ovqatında təzahürünün tədqiqinə yönəldil-
mişdir. Ilk baxışdan belə görünə bilər ki, "Ağ liman" povestində 
meşşan  əxlaqının təzahürlərinin tənqidi ön plandadır və müəllif 
aparıcı qəhrəmanın "donuq və yeknəsəq" həyatı haqqında gerçək 
təsəvvür yaratmaq üçün onun ömrünü həmişəki, "dəyişməz" 
axınında canlandırır. Lakin diqqət yetirdikdə etiraf etməmək 
olmur ki, təfsilatı ilə, yaxından tanış olduğumuz iki adi gün məhz 
qeyri-adi mənasına görə Nemətin ömrünün bütün əvvəlki 
günlərindən fərqlənir. Məhz həmin günlərdə onda öz həyatının 
"sönüklüyü", "dözülməzliyi" haqqında aydın bir qənaət yaranır, o 
özünə  də, ab-havasına öyrəşdiyi mühitə  də ayıq, diqqətli nəzər 
salır. 
"Anar… "Ağ liman"da ənənənin sərhəddini pozur və öz 
insan konsepsiyasını  əkinçinin, fəhlənin konkret həyat təcrübəsi 
və  əmək meyarı ilə yox, ziyalının "mənəvi dəyər" və  "əxlaqi 
sərvət" təsəvvürünü guşə daşı ilə yoxlayıb sınaqdan keçirir 


Himalay Ənvəroğlu __________________________
 
 
309
(Estetik idealın sənət ünvanına yolu qırmızı gəmi ilə ağ limandan 
keçir)" (77, səh.150). 
Maraqlıdır ki, lap ilk hekayələrindən Anar hər  şeyi zaman 
müstəvisində, vaxt bölgüsünün mizanı ilə təsnif edir. Zaman ona 
etiraf, həqiqət və müdriklik sınağı, ən qənirsiz münsif kimi lazım 
olur. Çalxalanan, ələnən və axan zaman obrazı Anarın bütün 
əsərlərində olduğu kimi "Ağ liman" povestində də gizli, yaxud elə 
açıq qəhrəmandır. Ünvan, reys, telefon, sürət, təvəllüd, qatar, 
yuxu, rəqəmlər, mövsüm tarixləri – vaxt fəlsəfəsi ilə dərk edilən 
bütün bunlar həm də ruha, idraka, hissə yol açır. Həmin bu vaxt – 
zaman atributları povestin lap əvvəlindən görünməyə, obrazların 
həyatının mənasının ifadəsinə çevrilməyə başlayır. Klassik yazılı 
ədəbiyyatda, folklor əsərlərində bir çox qəhrəmanların tale 
kitablarının yazılmasında, onları keçmiş  və  gələcək yollarında 
dolaşdıran bir üsuldan – yuxu görmədən "Ağ liman"da geniş isti-
fadə edilmişdir.  Əsərin  əvvəlində Nemət yuxu görür. Bu çox 
qarışıq bir yuxudur, müxtəlif hadisələr, zaman və  məkan bir-
birinə qarışıb. 
Başqa sözlə, yuxuya məxsus yaddaş, təsəvvür və idrak 
xüsusiyyəti Nemətin bu röyasında özünü göstərir. Yuxu Neməti 
özünə qaytarır, yaddaşındakıları pozulmağa qoymur. Xüsusilə, 
döşündən asdığı 333-cü nömrə, Kislovodsk və Krasnovodsk 
şəhərlərinin xatırlanması, kassirin Bakıya icazəsi varmı sorğusu, 
"zol-zol" geyimli adamlar: "Amma insafları varmış. Səfalı yerə 
sürgün eləyiblər. Atamı deyə bilmərəm, anam yazıq istiyə dözə 
bilmir" – deyən Nemətin valideynlərinin  Şərqi Qazaxıstana sür-
gün edilməsini xəyalına gətirir, Taldı-Kurqan, Alagöl, Manança 
kimi sürgün yerlərini yaddaşında dolandırır, Sovet Ittifaqının 
siyasi xəritəsini başının üstündən asıb ölkənin cənub sərhəddini 
fikrindən keçirir, Şərqi Qazaxıstan birdən-birə qopub Kislovodsk 
kimi səfalı bir yerə çevrilir və daha bir çox motivlər yuxu Vasitə-
silə çözülür, keçmişin sıxıntıları səhifələnir, obrazın dilində dəfə-
lərlə  səslənən "yazıya pozu yoxdur" anlamı "alın yazısı" mənası 
alır. Ona görə də, yuxu "Anarın zaman və rabitə konsepsiyasında 
Keçmiş – yenidən qayıtmağa tələsdiyimiz ünvan və mənzil deyil, 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
310
gələcəyə boylanmaq", "irəliyə  hərəkət" üçün "mənəvi 
mühərrik"dir(77, səh.155). 
"Ağ liman" bədii ideyasının ifadə formasına görə çağdaş 
estetik düşüncə  tərzinə müvafiqdir. O, hər cür reqlamentçiliyə, 
yekrənglik və ehkam epidemiyasına, qapalı sosial və psixoloji ste-
reotipə, ideoloji "durğunluq və  mənəvi standartlara, dəftərxana, 
inzibati meşşanlıq və bürokratiya əleyhinə çevrilmiş əsərdir. Açıq, 
müstəqil, sərbəst təfəkkürün hüdudsuz fazasında zaman qapalı 
orbitdən – ehkam cazibə dairəsindən çıxır, yalnız bir istiqamətdə 
irəliyə  hərəkət edir. Lakin irəliyə doğru bu hərəkətin yolları 
hamar deyil. Ona görə  qəhrəmanlar belə bir yolla getməyi arzu 
etsələr də, həm daxili, həm də zahiri maneələrlə üzləşir. Povestin 
sonunda Nemətlə  Təhminənin söhbətlərində  tərəflər müəyyən 
detalları həyatın mənası baxımından müxtəlif cür dəyərləndirirlər. 
Məsələn, "pəncərə" onlarda qanadlı, qanadsız fikirlər doğuraraq 
rəmzi mahiyyət kəsb edir. Nemət ona durğunluğun, dəyişməzliyin 
rəmzi kimi baxırsa, Təhminəni xəyal pəncərədən daha uzaqlara, 
gələcəyə aparır: 
"-Bilmirəm. Təhminə, heç bilmirəm keçmiş həyatıma nə ad 
verim. Durğunluq, ətalət, meşşanlıq bataqlığı. 
-Pah atonnan! 
-Gülmə. Artıq bu cür yaşamaq mümkün deyil. Iş, ev, ailə, 
maaş, qonorar, mebel, televizor, maqnitofon… Mən bu çərçivədə 
boğuluram, Təhminə. 
-Nemət, əzizim, qonorar da, televizor da, maqnitofon da pis 
şeylər deyil. Ancaq gərək onların əsiri olmayasan. 
-Elədir. Bax bayaq evimin pəncərəsindən baxırdım. Pən-
cərinin axar-baxarı, mənzərəsi çox gözəldir. Bütün şəhər görü-
nür… Ancaq mən düşündüm ki, bu mənzərə artıq mənim qəlbimi 
titrətmir, çünki bu mənzərəyə məhkumam. Ömürlük məhkumam. 
Heç bir zaman bu pəncərə qatar pəncərəsi kimi hərəkətə  gəlib 
dəyişməyəcək. Bu pəncərəni xalça kimi dörd mismarla mənim 
həyatıma mıxlayıblar… 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə