Microsoft Word Himalay doc



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə78/85
tarix20.08.2018
ölçüsü2,16 Mb.
#63700
1   ...   74   75   76   77   78   79   80   81   ...   85

Himalay Ənvəroğlu __________________________
 
 
311
-Düz demirsən axı. Qatar pəncərəsi – filan, bütün bunlar 
gəlişigözəl sözlərdir, ancaq həqiqət deyil. Dünyada hər  şeydən 
yüksək isə həqiqətdir. 
-Niyə həqiqət deyil? 
-Niyə? Bu saat deyim. Bax, deyirsən ki, on ildir pəncərədən 
baxıb Akademiyanın binasını görürəm. Düz deyil. On il yox, heç 
üç il bundan qabaq da bu bina tikilməmişdi. Bu bir. Ikincisi 
deyirsən ki, ömrüm boyu eyni mənzərəni görürəm. Bu da 
yalandır. Çünki bir ildən sonra, məsələn, tutaq ki, sirkin yeni 
binası hazır olacaq, onu görəcəksən. Ayrı  təzə binalar tikiləcək. 
Yəni sənin pəncərən özü tərpənməyəcək, ancaq ordan görünən 
mənzərə, həyat dəyişir, dəyişəcək, başqalaşacaq. Sən pəncərəni 
rəmzi mənada deyirsən, mən də  rəmzi mənada deyirəm ki, pən-
cərədən diqqətlə baxsan, görərsən ki, həyat necə qaynayır, dəyişir. 
Hə susursan? Görürsən ki, mən haqlıyam… Bəzi Adamlar…üçün 
nə  pəncərədən görünən mənzərə var, nə  də qapının dalındakı 
həyat. Ikinci qism adamlar pəncərədən baxır. Pəncərədən 
dünyanı, həyatı seyr edirlər, seyrçidirlər" (18, səh.116-117). 
Bu bir qədər təfsilatlı nümunə Nemətlə Təhminənin həyata 
baxışı, xarakterlərindəki özünəməxsusluğu tam açıqlayır. Pəncərə 
Nemətə durğunluğun, həyatının dəyişməzliyinin rəmzi kimi gö-
rünürsə, əksinə, Təhminə pəncərədən həyata baxır, onu inkişafda, 
dəyişmədə görür. Bununla belə o da pəncərədənsə qapıya 
üstünlük verir. Nemət çılğınlıq göstərir, romantikaya qapılır. 
Təhminə "realistdir", düşüncədə analitikdir. Lakin hər ikisini bir-
ləşdirən ümumi cəhət saflıq, mənəvi-əxlaqi dəyərlərə münasibət-
lərindəki yaxınlıqdır. Nemət həyat adamı olsa da, eyni zamanda 
ideal bəsləyən insandır.  Əsərin bir yerində o, bunu xüsusi 
vurğulayır: "-Bilirsən, Təhminə, sənin dediklərin çox doğru və 
gözəl fikirlərdir. Ancaq məsələ ondadır ki, bütün bunlar yenə də 
abstraksiyalardır, mücərrəd məfhumlardır. Mənə isə konkret 
cavablar lazımdır. Başa düşürsən, mən bilmək istəyirəm ki, 
şəxsən mən – Namazov Nemət nə üçün yaşayıram, hansı amalla, 
hansı  məqsədlə? Məni düzgün başa düş. Mən nihilist və skeptik 
deyiləm" (18, səh.118). 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
312
Göründüyü kimi, yazıçı bir-birinə dərin hörmət bəsləyən iki 
şəxsin həyat, yaşayış, insanlıq, ideal haqqında düşüncələrinə elə 
axar verir ki, bu mülahizələr zahirən zidd görünsə  də,  əslində 
bədii-fəlsəfi axtarışlar kontekstində bir-birini tamamlayır. Əlbəttə, 
bununla belə müəllifin hüsn-rəğbəti Təhminənin həyat haqqındakı 
mühakimələrinə bağlanır. Bu cəhəti vaxtı ilə M.Arif də "Ağ 
limanlar və  qırmızı  gəmilər" (1971) məqaləsində xüsusi vurğu-
layaraq Təhminənin "ağıllı  və kamil bir adam", "ağ liman və  ağ 
limanda qırmızı gəmilər görən" insan hesab etmişdir. Təhminənin 
ömür yolunun müəyyən səhifələrini çevirdikdə  həyat və insan
ömrün və yaşamağın mənası haqqında dərin düşüncələrinin heç 
də təsadüfən olmadığı qənaətinə gəlirsən. O, nəşriyyat idarəsində 
Dadaş kimisinin rəhbərliyi altında işləsə də, ali təhsilli filosofdur. 
Azərbaycan mədəniyyəti, musiqisi və incəsənəti haqqında 
mükəmməl təsəvvürə malikdir. Təhminə çox gözəl bilir ki, tale də 
bir cür "oyundur", hökmü zaman verir. Bu hökmdə dünyanın, 
insanın, özünün kədərini duyur, əbədiyyətə ruhu saf, mənəviyyatı 
pak halda qovuşmaq istəyir. Ona görə  də  həyatın obyektiv 
gedişinə təsir edib onu dəyişdirmir, bunun vacibliyini başa düşsə 
də, talenin açdığı yolla Irəliləyir. Bununla belə  şəxiyyətin 
cılızlaşmasının, mənəvi yoxsulluğun qarşısını almağa çalışır. 
Anar povestində mücərrəd rəng ideyasına, onun doğurduğu 
assosiasiyaya geniş meydan vermişdir. Məsələn, gecənin bir yarı-
sında Nemət Dadaşa zəng vurub ondan Təhminənin gözlərinin 
rəngini soruşur. Hətta tənqidçiləri də təəccübləndirən bu istək və 
arzusu o qədər incə üsulla, psixoloji cəhətdən elə həssaslıqla əsas-
landırılmışdır ki, burada qeyri-təbii heç bir şeyə rast gəlmirsən, 
bunu ani bir vəziyyətdə meydana gələn ovqat kimi qəbul edirsən. 
Dadaşdan Təhminənin gözlərinin rəngini öyrənə bilməyən Nemət 
ən sonda məcbur qalıb yuxusuna haram qatan səbəbkarın özünə 
zəng edir. Nemətin Təhminənin gözlərinin rəngini öyrənmək 
istəyi ilə bağlı  əhvalat povestdə geniş yer tutur. Məsələn, cəmi 
122 səhifədən ibarət olan bu əsərin son 10 səhifəsi Nemətin gecə 
yarı  Təhminənin gözlərinin rəngini öyrənmək arzusu ilə bağlı 
söhbətlərdir. Yeri gəlmişkən demək istərdik ki, əsərin başlıca 


Himalay Ənvəroğlu __________________________
 
 
313
estetik qayəsinin, müəllifin fəlsəfi fikirlərinin açıqlanıb 
ümumiləşdirilməsində məhz bu səhifələrin mühüm rolu vardır. Bu 
məsələdə tam aydınlıq yaratmaq üçün 114-cü səhifədə Nemətlə 
Dadaşın telefon danışığından bir hissəni ixtisarla veririk: 
"Bəli, - Dadaşın səsi yenə də sakit və təmkinli idi. 
-Mənəm, Nemətdir. 
-Eşidirəm. 
-Dadaş müəllim, sizdən bir şey soruşmaq istəyirəm. 
Təhminənin gözləri nə rəngdədir? –birnəfəsə dedi. 
Dəstə sükuta qərq oldu… 
-Nemət, get yat, - dedi, -gecdir. 
-Dadaş müəllim, əgər siz elə bilirsiz ki, mən sərxoşam, çox 
səhv edirsiniz. 
Dadaş kəskin və sərt bir ədayla: 
-Nə demək istəyirsən? – dedi. 
-Heç nə. Bircə  Təhminənin gözlərinin rəngini bilmək 
istəyirəm. 
Dadaş daha sərt və əsəbi bir tərzdə: 
-Bu sualı mənə niyə verirsən? –dedi. 
"Aha, deyəsən özündən çıxırsan. O mötəbərlik maskan 
yerindən oynayır." 
-Bilirsən nə var, Nemət, - dedi, - zəng elə özündən soruş. 
"Bu adam sabun kimidir, -deyə Nemət düşünür – onu 
tutmaq mümkün deyil. Sürüşüb əlindən çıxacaq." 
-Telefon nömrəsini bilmirəm. 
Dadaş  əvvəlki kimi sakit və  təmkinlə  Təhminənin telefon 
nömrəsini dedi" (18, səh.114-115). 
Bundan sonra Nemətin Təhminə ilə telefon söhbəti başlayır. 
Lakin gözlərinin rəngini soruşmaq həyat, tale haqqunda 6 
səhifəlik söhbətdən sonra Nemətin yadına 120-ci səhifənin lap 
sonunda düşür. 
"-Sağ ol. 
-Sağ ol, - əsnədi, - hələlik. 
-Dayan, dayan. Yaxşı, axı əsas məsələ yaddan çıxdı. 
-Hansı məsələ? 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
314
-Sənin gözlərinin rəngi. 
Güldü. 
-Gözlərim elə  rəngdədir ki, heç bir sözə, tərifə  sığışmaz. 
Gərək özün görəsən. Sabah işdə baxarsan" (18, səh.120). 
Son dərəcə  səmimi aparılan və  qəhrəmanların mənəvi-
psixoloji aləmlərinə geniş pəncərə açan söhbət bununla qurtarmır. 
Söhbət daha bir səhifə davam etdirilir və Nemətin yuxusu ilə 
povest sona yetir. Bu baxımdan süjetin çox maraqlı bir 
kompozisiya quruluşu meydana çıxır. Yəni povest Nemətin 
yuxusu ilə başlayır, yenə onun yuxusu ilə sona yetir. Lakin 
povestin  əvvəlində yuxu görən Nemətlə sonunda yuxu görən 
Nemət artıq "eyni adam" deyil. Povestdə cərəyan edən hadisələr, 
xüsusilə  Təhminə onun yaddaşına, mənəvi-psixoloji aləminə 
mühüm təsir edib. Indi artıq o, yuxusunda Şərqi Qazaxıstanı, 
"Taldı-Kurqanı", Alagölü, Manançını, "zol-zol" geyimli Adam-
ları, sürgün yerlərini, sürücüləri, maqnitofondakı eyni səsləri 
deyil, Təhminə kimi "dəniz, ağ liman və bu ağ limanda qırmızı 
gəmilərin dayandığını" görür (18, səh.122). Bunun xüsusi rəmzi 
mənası var. Çünki əgər Nemət də  Təhminənin gördüyü və ona 
danışdığını eynilə görürsə, demək gələcəyə inam, ümid bəsləmək 
olar. Yəni haradasa "var sübh". Neməti bu inam məqamına 
gətirmək təbiidir ki, Təhminənin xidmətidir, onun mənəvi 
təsirinin nəticəsidir. 
Rəng və onun doğurduğu məna çalarları: Anar 
yaradıcılığına son dərəcə yaxın və doğma olan bu dünyaduyumu 
vasitəsi "Ağ liman"da ovqat yaratmaq üsulu kimi də diqqəti çəkir. 
Yəni rəngin, özü də Təhminə kimi bir gözəlin gözünün rənginin 
belə qabarıq ifadəsi təsadüfi deyil. Burada yozumlar çoxdur. Hələ 
vaxtı ilə Nizami və Füzuli də gözəlin gözlərini tərif etmişlər. 
Gözdə ilahi, hürufi, bəşəri başlanğıc vardır. Əlbəttə, Təhminənin 
gözlərinin rəngi sona qədər müəyyənləşdirilmir. Bu mümkün 
deiyl. Qəhrəman özü də bunu bildirir. Görünür müəllif də bu 
məsələnin çözülməsini qarşıya məqsəd qoymayıb. Lakin rəng 
anlamının çözülməsi vacibdir. Çünki povestin mücərrəd ideyası 
rəngdə, daha doğrusu, ağ limanda və  qırmızı  gəmidə 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə