Microsoft Word Himalay doc



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə81/85
tarix20.08.2018
ölçüsü2,16 Mb.
#63700
1   ...   77   78   79   80   81   82   83   84   85

Himalay Ənvəroğlu __________________________
 
 
323
qoyulduğundan xəbər verirdi. Təhminə ilə Zaurun süjeti "Iki-bir", 
"Üçüncü", "Zaurun Təhminəyə məktubu" "fəsil"lərini əhatə edir. 
Bunlardan yalnız "Üçüncü"də  Təhminə  və Zaurun münasibətləri 
bilavasitə canlı mükalimə, qarşılıqlı  əlaqə formasında davam 
etdirilir. "Məktub"da isə Zaurun Təhminəsiz keçən qəmli həyatı 
əks olunur. Lakin müəllif onların süjetində  təfsilata varmasa da 
bəzi tutarlı gedişlərdən və qüvvətli detallardan istifadə edir ki, 
bunlar sonra "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanında öz 
bəhrəsini verir. 
Yazıçı  hələ "Ağ liman"da Təhminəni  əhatə edən mühit və 
vaxtın onu necə dəyişməsi haqqında konkret təsəvvür yaradır. Ey-
ni zamanda, dəyişmənin, "təkamülün" qəhrəmanın qəlb həyatında 
bir boşluq yaratdığı da göstərilir. 
"Təhminə: 
-Mən idarəyə gələndə uzun zaman işçilərlə dil tapa bilmir-
dim, - dedi. – Mənə elə gəlirdi ki, heç vaxt onlarla dil tapa bilmə-
yəcəyəm. Amma vaxt adamı bilirsən necə dəyişir?" (18, səh.54). 
Povestin "Üçüncü" adlanan "fəsli"ndə  qəhrəmanlar təbii 
istəkdən, cismani ehtirasdan mənəvi kamilliyə yol çəkir, körpü 
salırlar. 
Təhminə  və Zaur sevgini kainat və  təbiət hadisələrinin 
ahəngdarlığı ilə  əlaqələndirərək ona əzəli və  əbədi bir məna 
verməyə çalışırlar: "…qulağındakı  səslər, bu gün, dünən, bu 
axşam, bu gecə, dənizin səsi, ay, buradakı ulduzlar – hər şey, hər 
şey yığılıb bir vəhdətə çevrilmişdir. Istək, ehtiras, həyəcan, yol 
gözləyən, tələsən, axtaran bir vəhdətə. Və bu vəhdət başqa bir 
möcüzəyə, qaranlıq, gizli bir vəhdətə qovuşmalı idi. Başqa bir 
insanın bütün həyatını, keçmişini, indisini, gələcəyini, fikrini, 
qəlbini, kədərini, ümidini, sevincini, aldanışlarını, bezarlığını 
onun – Zaurun heç bir zaman bilmədiyi və bilə bilməyəcəyi 
mübhəm bir aləmi özündə  cəmləşdirən vəhdətə qovuşmalı idi, 
qovuşurdu… 
Zaur Təhminənin üzünü, saçlarını, iztirablarını, gülüşünü 
qumların haşiyəsində görürdü. 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
324
Təhminə Zaurun sifətini qaranlıq göyün, ulduzların haşiyə-
sində görürdü. Və bu an varlığının hər hüceyrəsinə inanırdı ki, bu 
ehtiras, bu intizar, bu ağrı mütləq, mütləq nəticələnməli
sonlaşmalı, yeni bir həyata, yeni bir insana çevrilməli, onlar ikisi 
üçüncünü yaratmalıdırlar" (18, səh.74). Göründüyü kimi, "ikisi 
üçüncünü" yaratmalı deyəndə onlar (xüsusilə, Təhminə) daha çox 
mənəvi baxımdan çıxış edirlər. "Üçüncü" təsəvvürü "vəhdət" 
anlayışına, ruhi-mənəvi yozuma da diqqəti çəkə bilər. "Zaurun 
Təhminəyə məktubu" "fəsli"ndə isə məktub müəllifinin sözlərində 
etiraf, həsrət, ümid, inam və peşmançılıq var: "Gülmə, Təhminə, 
bəlkə  mən bu məktubu heç sənə göndərmədim, cırıb atdım. 
Ancaq göndərsəm də, göndərməsəm də, mən artıq sənsiz yaşaya 
bilmərəm. Sən elə bilirsən mən kütəm, keyəm, heç nə başa 
düşmürəm. Mən sənin dediklərini, duyduqlarını hiss edirəm. Inan 
mənə ki, hiss eləyirəm. Mən bilmirəm bizim uşağımız olacaq, ya 
yox, ancaq mən səninçün həm ər, həm də övlad olmaq istəyirəm. 
Sənin davamın olmaq istəyirəm. Mən səninçün həm ikinci, həm 
də üçüncü, dördüncü, beşinci, altıncı, yeddinci, səkkizinci, nə 
bilim neçənci olmaq istəyirəm. məktubu qurtarıram. Son sözü 
yazıb kibrit çəkib bu məktubu yandırıram. Son söz…Təhminə…" 
(18, səh.78). 
 Ünvana çatmayan bu məktub insanın hissi, sevinci, kədəri, 
məhəbbəti, çılğınlığı  və  fərdi psixologiyası haqqında dolğun 
təsəvvür yaradır. Zaurun Təhminəyə yazdığı bu məktubda ehtiras, 
coşğun ruh və  çılğınlıq var, "Sənin davamın olmaq istəyirəm". 
Dərin bir duyğu altında yazılan məktub yandırılır. Üç nöqtələr, 
"son söz, "Təhminə" ifadəsi hicran odu gətirir, yanğı verir. Bunlar 
"Beşmərtəbəli evin altıncı  mərtəbəsi"  əsərində  Təhminə  və 
Zaurun "roman" və talelərinin haradan, necə  və hansı hisslər 
altında başlayıb davam etdirildiyi baxımından da maraq doğurur. 
Anar "Beşmərtəbəli evin altıncı  mərtəbəsi" (1977) roma-
nında da "Ağ liman"dan tandığımız və talelərinə qəlb yanğısı ilə 
qoşulduğumuz qəhrəmanların cismani və mənəvi həyatlarında baş 
verən meyllərin tədqiqini davam və inkişaf etdirir. Insan 
psixologiyasında gedən mürəkkəb proseslərin təzahürünə imkan 


Himalay Ənvəroğlu __________________________
 
 
325
yaradır,  ən başlıcası isə odur ki, bunları son dərəcə  səmimi və 
humanistcəsinə  dəyərləndirir. Bu roman Anara konkret, real bir 
gerçəklikdə  əxlaqi,  əqli və insani münasibətlərin zamanla rabitə 
məqamlarını tutmaq və dəqiqləşdirmək imkanı verir. Bu əsəri ilə 
yazıçı Y.Qarayevin ünvanı düzgün müəyyən edən obrazlı fikrincə 
"Beşmərtəbəli çərçivədən" kənara,  ənənəvi dəmir-beton özüldən 
yüksəyə  və  dərinə  hərəkət edən lift kimi o da bədii forma və 
üslubun məlum "özülündən",  ənənə  sərhəddindən kənara çıxır, 
əlaqə və rabitəni özü ilə "fövqəlmühitlər" arasında axtarır. Adətən 
belə "lift" onu hara isə özündən qırağa, adiliyin qurtardığı əraziyə 
aparır və  ağlın adiləşmiş, normaya çevrilmiş, hər günkü şablon-
larına, ehkama diqqəti cəlb etmək və  həyəcan harayı qaldırmaq 
üçün lazım olur» (77, səh.148). 
Mücərrəd təfəkkürün qənaətləri olan bu müşahidələrdə 
romanın başlıca ideyası ifadə edilmişdir. Lakin belə əsərin ideya-
bədii məzmunu daha geniş dəyər tələb edir. Məsələn, "livt" əsərin 
sonunda fikrin ifadə vasitəsinə çevrilir, süjetin, bütünlüklə 
romanın struktur ideyasını predmetləşdirmək imkanına malik 
deyil. 
Bütünlüklə bu roman ədəbiyyatımızın potensialını dəyərlən-
dirmək imkanı verən  əsər hesab edilə bilər. "Beş  mərtəbəli evin 
altıncı mərtəbəsi" məharətlə yazılan romandır. Bu baxımdan onun 
məziyyətləri çoxdur. Həyat təfsilatlarının insanların daxili-
psixoloji aləminin ayrı-ayrı cizgilərində, bilavasitə qəhrəmanların 
qarşılıqlı münasibətlərində inikası çox şey deyir. Əsərin quruluşu, 
təhkiyə  tərzi elədir ki, nətiəcədə  Təhminəni də, Zauru da, onları 
əhatə edən mühiti də gözlərimiz önündə canlandıra bilirik. Bu 
baxımdan, Təhminənin özü və Zaur haqqında qənaətləri yazıçının 
psixoloji təsir vasitəsi kimi çox mətləblərin üzərinə  işıq salır: 
"…Təhminə sanki Zaurun fikirlərini oxuyubmuş kimi özü 
danışmağa başladı: 
-Zaurik, - dedi, - bunu bil: mənim barəmdə çox şey danışar-
lar və bundan sonra, məhz bax elə sənə daha çox iftiralar uydurub 
deyəcəklər…  Əgər ürəklərinə damsa ki, biz səninlə doğrudan-
doğruya xoşbəxtik bunu heç vaxt bağışlamayacaqlar bizə… Yüz 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
326
çirkab tökəcəklər başımdan və çalışacaqlar ki, bunların hamısı 
sənin qulağına çatsın. Amma bu da həqiqətdir ki, mən hələ heç 
kəsi səni sevən kimi sevməmişəm və indiyəcən heç kəsə  də 
deməmişəm ki, səni sevirəm… Bax ən böyük, ən həssas həqiqət 
budur… Zaurik, dünyada bir həqiqət,bircə  həqiqət var – qəlbin 
həqiqəti və  səadət, xoşbxətlik də elə budur vallah… Bax, bu 
axşam var dünyada, bir meşə var, quşlar oxuyurdu bu meşədə, sən 
varsan, mən varam, bir-birimizi sevirik, bir yerdə olanda bəxtiyar 
oluruq – budur bax həqiqət və bundan başqa heç bir ayrı həqiqət 
yoxdur" (18, səh.222). 
Son dərəcə  məsum, romantik, qəlbin həqiqətindən, 
məhəbbətin xoşbəxtliyindən savayı başqa bir həqiqət və 
xoşbəxtlik tanımayan və bütün bunları Zaurun şəxsində, ona 
sevgidə tapan Təhminə sanki əsrimizin 60-cı illərinin mürəkkəb 
sosial-mənəvi iqlim şəraitində yaşayan qəhrəmana oxşamır. 
Romantik həqiqət axtarıcılığında  Şeyx Sənan, Aydın, Oqtay 
Eloğlu yolunu izləyir. Lakin Təhminəni  əhatə edən mühitin 
psixologiyası  qəribə  və son dərəcə mürəkkəbdir.  Əxlaqi-mənəvi 
paklıq anlamı müxtəlif maneələrlə bağlıdır. Qəlbin həqiqəti ilə 
irəliləmək müşküldür və  qəlbin saflığı, harayı, fərdi həyəcan 
markomühiti dəyişdirə bilməz. Doğrudan da Təhminə bütün 
"göstəricilərə" görə xoşbəxt olmağa layiq olduğu halda bunu əldə 
edə bilmir. Düzdür, Zaurla keçən günlərini o, ömrünün ən xoş, 
səadətlə keçən çağları hesab edir. Lakin bu anlar çox qısa 
olduğuna görə  həsrəti, hicranı artırırdı. Halbuki, tanrı cismani 
gözəlliyin bütün artributlarını Təhminədə cəmləşdirmişdir. Ədalət 
naminə etiraf etmək lazımdır ki, o, mənəvi-ruhi cəhətdən də çox 
üstündür, içərisində zəngin bir hiss-duyğu dünyası var. 
Anar həyat barədə ciddi düşünən sənətkardır. Və  əsərin 
təfərrüat – detal bolluğu da, süjet şaxələri də, çoxlu lirik-romantik 
boyalar da ümumi qayəni fikir çalarları ilə  zənginləşdirir. Biz 
qəhrəmanları müxtəlif  şəraitlərdə, müxtəlif insanlarla ünsiyyətdə 
görürük. Nəticə etibarilə deyərdik ki, roman həyatın, yaşayışın, 
səadətin mənası üzərində müəyyən düşüncələrə imkan verən, 
oxucunu qoyulan problemin mahiyyətinə  cəlb edən "lirik 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə