Microsoft Word Himalay doc



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə84/85
tarix20.08.2018
ölçüsü2,16 Mb.
#63700
1   ...   77   78   79   80   81   82   83   84   85

Himalay Ənvəroğlu __________________________
 
 
335 
ola bilməz – yenə də günlərin bir günündə Təhminəni görəcək… 
Onlar az qala sifət-sifətə toqquşacaqlar – Zaur və  Təhminə… 
Təhminə Zauru görüb gülümsünəcək – həmin o ağ düyməli 
qırmızı paltarında olacaq Təhminə, həmin o 30 il bundan qabaqkı 
paltarında və  məlum olacaq ki, vaxtın Təhminəyə heç bir dəxli 
yoxdur – heç dəyişməyib Təhminənin sifəti, nə bədəni, nə yaşı… 
30 il əvvəlki təkin gülümsünəcək Zaura və Zaur da dili-dodağı 
titrəyə-titrəyə Təhminənin adını çəkəcək, amma adını çəkən kimi 
Təhminə çevriləcək, küçədəki adamlara qoşulub itəcək" (18, 
səh.350-351). Zaurun xəyalında aradığı  Təhminə, yaxud xəyali 
Təhminə göründüyü kimi, ona rahatlıq vermir, gecə-gündüz onun 
qərarını əlindən alır. Axı, o, özünün etiraf etdiyi kimi Təhminənin 
adı  çəkiləndə, yaxud xəyalına gələndə "dili-dodağı titrəyir." Bu 
əsil məhəbbətdir, qəhrəmanın öz sevgisini səmimi etirafdır. Lakin 
məlum olduğu kimi, artıq çox gecdir. Məşuqə cismani aləmdən 
köçüb, yalnız xəyalı, gözəlliyi, ruhu qalıb. Zaur xəyali Təhminəni 
izləməkdə davam edir: metro, qatar, nəhayət, lift. O, liftin 
hərəkətini izləyir -2, 3, 4, 5, 6. Lift 6-cı mərtəbəyə qalxıb dayanır. 
Zauru vahimələndirən nəinki 6-cı  mərtəbənin düyməsinin 
olmamasıdır, eyni zamanda, ümumiyyətlə, 6-cı  mərtəbənin 
olmaması  və binanın beş  mərtəbəli olmasıdır. Çöldəki işıq 
tablosunda da yox imiş altıncı  mərtəbə. Zaurun gözünə 
görünürmüş bu rəqəm. Zaur and içə bilər ki, lift məhz altıncı 
mərtəbəyə qalxmışdır. Lakin nə  mərtəbələrdə, nə  də damın 
üstündə qırmızı paltarlı qadını gördüm deyən olmur. Zaur özü bu 
hadisəni qəribə  və izahsız vaqiə hesab edir. Romanın Zaurun 
qocalığına qədər davam edən süjeti Məmməd Nəsirin bir müdrik 
fikri ilə tamamlanır: "-Əgər adamlar başa düşsəydilər ki, 
beşmərtəbəli binanın altıncı mərtəbəsi də ola bilər, onda nə vardı 
ki,…" (18, səh.352). 
Romanın sonluğuna, ümumiyyətlə, süjetdən doğan ideyaya 
rəmzi məna verən Anar eyni zamanda fikrini mücərrədləşdirir, 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
336
onun yozum imkanını artırır. Yəni Məmməd Nəsirin alğına gələn 
bu fikirdə dünyanın faniliyi, axirət anlamı, təsəvvüf fəlsəfəsinin 
qənaətləri də, amal, əməl, ideal, insanlıq, bu günün adamını 
mənəvi ucalığa dəvət təsəvvürü də var. Çünki bütün fəsillərdə 
dahi Füzulidən epiqraf gətirən, "Epiqraf"da şairimizə daha çox 
arxalanan, Təhminə  və Zaurun sevgi macərasını "Leyli və  Məc-
nun" məhəbbət dastanı kontekstində sınağa çəkən Anar "Beş mər-
təbəli evin altıncı mərtəbəsi" romanı ilə sübut etdi ki, hər bir dövr-
də beş  mərtəbəli evin altıncı  mərtəbəsinə qalxan insanlar ol-
muşdur. Ən böyük hakim olan vaxt özü belə hər şeyə, hər kəsə tə-
sir edib dəyişdirdiyi halda belələrini – Təhminə kimilərini də-
yişmir. Cavanlıq, gözəllik, cazibədarlıq – bunlar üçün əbədi dəyər 
olur. Çünki əsilləri, zatları cövhərdən ibarətdir. Belə olmasaydı 
Anar Füzuli qəhrəmanlarının taleyi və  eşqi ilə XX əsrin ikinci 
yarısında yaşayan iki insanın – Təhminə  və Zaurun məhəbbətini 
sınağa çəkməzdi. Romandan həm də belə bir fikir də doğur ki
zaman, vaxt hər  şeyi dəyişir, lakin saf eşq, pak sevgidən, 
məhəbbətlə döyünən qəlbin istəyindən və həqiqətindən başqa. 
 
 
 


Himalay Ənvəroğlu __________________________
 
 
337
NƏTİCƏ 
 
onoqrafiyaya cəlb edilən bədii materiallar, 
müxtəlif elmi mülahizələr və xüsusi tədqiqat 
əsərləri belə bir ümumi nəticə doğurur ki, milli 
bədii zəmin əsasında maraqlı və mürəkkəb bir 
yol keçən Azərbaycan romanını, xüsusilə onun 
son dövrlərini həm ədəbi prosesin müstəvisində, həm də müqayisə və 
tutuşdurmalar  əsasında tipoloji baxımdan tədqiq etməklə janrın 
imkanlarının geniş çevrədə meydana çıxmasına nail olmaq 
mümkündür.  
Kitabda Azərbaycan romanının mənşəyi məsələsinə mühüm yer 
ayrılması təsadüfi deyil. Çünki bu məsələ məlum olduğu kimi təkcə 
milli Azərbaycan romanının inkişaf tarixini izləyib onu müasir dövrə 
qədər gətirib çatdırmağı deyil, məhz eyni zamanda Azərbaycan 
romanının bir janr-struktur vahid kimi keçdiyi yolla yanaşı, həm də 
onun daxili məzmununun və  tərkib hissələrinin zənginləşməsi və 
kamilləşməsi prosesini tədqiq edib ümumiləşdirməyi nəzərdə tutur. 
Roman təsəvvürü altında nəzərdə tutulan strukturun estetik kamillik 
dövrünə  qədər izlənilməsi göründüyü kimi yalnız tipoloji tədqiqat 
əsasında mümkün ola bilərdi. Çünki roman janr, növ, forma və 
məzmun kimi mühüm estetik kateqoriyalarla birbaşa bağlı olduğu 
üçün onun problemləri də bilavasitə bu kateqoriyalardan keçir. Ona 
görə  də  tədqiqatda ümumi şəkildə olsa da, həmin kateqoriyaların 
romanla bağlı olan əlaqələrinə toxunulur. Məlum olduğu kimi 
romanda  ənənə  və varislik məsələsi geniş mübahisə doğuran 
problemlərdəndir. Bu sahədə müxtəlif konsepsiyalar vardır. Bəziləri 
onu eposun varisi kimi qiymətləndirirsə, digərləri onun tərkibində 
müxtəlif janrların iştirakını, o cümlədən folklor və onun aparıcı 
janrlarından olan nağıl və dastanı xüsusi qeyd edirlər. Faktlar göstərir 
ki, dünya ədəbiyyatında romanın nəinki qəhrəmanlıq və nağıl eposu 
ilə, o cümlədən mifoloji eposla da sıx əlaqəsi vardır. Araşdırma aydın-
ladır ki, romanın mühüm komponentləri bu qədim janrlarla birbaşa 
tipoloji bağlılığa malikdir. Digər tərəfdən mif, əfsanə  və  əsatirlərin, 
xüsusilə nağıl və dastanların mövzunun tələbləri baxımından təhlilə 

______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
338
cəlb edilməsi göstərdi ki, bu janrlar istər romanın genezisində, istərsə 
də sonrakı inkişafında mühüm rol oynamışlar. Romanın rüşeym 
halından başlayan inkişafının struktur xüsusiyyətləri belə bir qənaət 
doğurur ki, bu janrın yalnız hibrid və yaxud sintez əsasında qiymətlən-
dirilməsi düzgün deyil, çünki «janrların janrı» hesab edilən romanın 
stixiyası  və strukturu həm qohum janrlardan təsirlənmək hesabına, 
həm də məhz özinkişaf əsasında zənginləşir. Faktlar göstərir ki, roman 
tarixi inkişafında çox mürəkkəb bir yol keçib. Onun formalaşması və 
janr təkamülü asan başa gəlməyib. Romanın ayrı-ayrı milli ənənələr 
və dünya ədəbiyyatının ümumbəşəri dəyərləri üstündə köklənən 
nümunələrinin tipoloji baxımdan nəzərdən keçirilməsi aydın  şəkildə 
göstərdi ki, yunan mifoloji eposu, Şərq qəhrəmanlıq və nağıl eposu, 
türk xalqlarının dastan eposu Nizaminin mənzum romani eposu bu 
janrın formalaşmasında başlıca rol oynamışlar.  
  
Digər tərəfdən romanın tarixi, xüsusilə yunan və Roma 
ədəbiyyatındakı nümunələrinin qədimliyi belə bir fikir doğurur ki, o, 
müstəqil bir janr kimi sərbəst inkişaf etdirməklə bərabər, strukturuna 
həm forma, həm də məzmun baxımından «qohum» janrların müvafiq 
komponentlərini qatmaq iqtidarına malik olmuş  və bununla da 
poetikasını  və estetikasını xeyli zənginləşdirmişdir. Tədqiqatda həm 
də belə bir nəticəyə  gəlinir ki, «Azərbaycan romanının inkişaf 
problemləri» kontekstində incələnən Müasir Azərbaycan romanı 
sadəcə olaraq xronoloji dövr və konkret zaman kəsiyinin bədii 
məhsulu deyil, məhz onun janr-tipoloji axtarışlar baxımından yeni bir 
mərhələsidir. Daha doğrusu, belə bir qənaət xüsusi vurğulanır ki, bu 
mərhələdə müxtəlif yaradıcılıq axın və istiqamətləri üzvi şəkildə 
birləşib milli roman üslubuna qovuşaraq dünya romanını öz tipoloji 
imkanı ilə daxildən xeyli zənginləşdirir.  
 Ümumiyyətlə, monoqrafiyada romanın bir janr olaraq nəzəri-
estetik problemləri, inkişaf mərhələləri, çağdaş Azərbaycan romanının 
tipoloji prinsipləri, üslub zənginliyi, tarixi poetikası, janrın 
təkamülündə xüsusi mövqeyi olan bəzi sənətkarların yaradıcılığı yeni 
ədəbiyyatşünaslıq təfəkkürü müstəvisində araşdırılır.
 
 
 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə