Microsoft Word Himalay doc



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə73/85
tarix20.08.2018
ölçüsü2,16 Mb.
#63700
1   ...   69   70   71   72   73   74   75   76   ...   85

Himalay Ənvəroğlu __________________________
 
 
291
susanda", Ç.Hüseynovun "Məhəmməd, Məmməd, Məmiş", 
Əfqanın "Gülyanaq" romanlarında özünü göstərən janr-üslubi 
imkanlar mövzunun tələbilə yanaşı, həm də bilavasitə müəlliflərin 
niyyətlərini, yaradıcılıq təbiətlərini və sənətkarlıq qabiliyyətlərini 
də nümayiş etdirir. Məsələn,  Ə.Əylisli "Adamlar və  ağaclar" 
romanının aparıcı  qəhrəmanı Sadığın obrazı ilə bir müəllif kimi 
konseptual mövqe tutmuşdur. Lakin bununla eyni zamanda janra 
daxili-subyektiv istiqamət gətirmişdir. Çünki nəzərə almaq 
lazımdır ki, aparıcı  qəhrəman da epoxanı, onun ictimai-mənəvi 
mənzərəsini hərtərəfli, bütün genişliyi ilə ifadə edə bilməzdi, 
onun buna sadəcə olaraq imkanı da çatmazdı. Ona görə də müəllif 
obrazın səciyyəsini, iç qata keçirir. Bu Sadığı aparıcı  qəhrəman 
kimi  əlavə  təfərrüatlardan azad edir və  nəticədə müəllifin obrazı 
ilə Sadığın surətini daxili kontekstdə bir araya gətirir. Beləlliklə 
də romanda lirik-psixoloji meylin, şəxsi-subyektiv başlanğıcın 
fəallığına təbii imkan yaradılır. Bunu qəhrəmanın mürəkkəb, sərt 
və amansız, gərgin, lakin eyni zamanda fədakarlıqla dolu 
epoxadan öz uşaqlıq dünyasının yaddaşında qalan acı və qayğılı, 
sonradan isə nağıl kimi şirinləşən, xatirəsində predmetləşən 
günlərinin hadisəsini nəql etməsindən də görmək olur. "O vaxt 
dünyada özgə heç nə yox idi: bir ev vardı, bir ağaclı-budaqlı həyət 
vardı; dağlar idi, günəş idi; bir mən idim, bir nənəm idi; bir də 
inəyimiz vardı ki, o da atam kimi, səhər gedərdi axşam 
qayıdardı." Göründüyü kimi, yazıçı  uşağa xas olan qavrayış 
xüsusiyyətini saxlamaqla bərabər onun həqiqətinin 
"poeziyasından "füsunkarlığı ilə canlandırılmışdır. Təhkiyədəki 
kövrəklik, lirik-emosional boyalar süjeti təşkil edən hadisələrin 
ardıcıl, xronoloji davamına deyil, bilavasitə  məntiqi assosiasi-
yalara, hisslərin  əlaqəsinə  əhvali-ruhiyyədləki keçidlərin həssas-
lıqla izlənilməsinə və bunların səciyyəvi poetik lövhələrdə inika-
sına əsaslanır. Ona görə də Sadığın nağılı epizodik təəssürat yığı-
mı deyil, məhz həm psixoloji cəhətdən, həm də  bədii baxımdan 
mükəmməl təhkiyə prosesidir. Bu mənada  Ə.Əylislinin lirik-
subyektiv təhkiyəsi  ənənəvi süjet və kompozisiya çərçivəsindən 
kənara çıxaraq birbaşa janrdaxili vəziyyət  əmələ  gətirir. Yəni 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
292
hadisələrin inkişafı  və  mənalandırılması  şüurdan, analitik təfək-
kürdən daha çox emosional idrakın, hissiyyatın və lirik-romantik 
qavrayışın fəallığı  əsasında predmetləşdirilir. Bu, janrın özündə 
tipoloji bir yön əmələ gətirir və hadisələr subyektiv qavrayışdan, 
obrazın daxili aləmindən güc alaraq özünün xüsusi təhkiyə  əda-
sını meydana çıxarır. Ona görə də Sadığın daxili obrazı ilə müəllif 
"mən"i arasında bir bağlılıq yaranır. "Adamlar və ağaclar" zahirən 
qəhrəmanın ancaq uşaqlıq xatirələrini canlandırmaq və bu hü-
duddan kənara çıxmayan əsər kimi görünsə də, "mətləbin ictimai 
məğzi həmişə  sətiraltı  mənada, təhkiyənin ruhunda duyulur. 
"Adamlar və ağaclar" trilogiyasının əvvəlki hissələrində də bunu 
müşahidə edirik, təkcə bibi ilə  əlaqədar söhbətimizdən də bunu 
görmək mümkündür. Üçüncü hissədə isə görünür, qəhrəman 
böyüdüyündən, onun əlaqələri, müşahidələri genişləndiyindən 
kəndin ictimai mənzərəsindən bilavasitə söhbət açmaq mümkün 
olur" (54, səh.89). 
Doğrudan da etiraf etmək lazımdır ki, "genişlik" iddiasında 
olmayan bu kimi "povestlər" təhkiyə ustalığına, deyim tərzinə 
görə zaman və onun mənəvi dəyərləri haqqında bitkin mündəricə 
ifadə imkanı  əldə edə bilirlər. Ona görə müəyyən üslubi ədası 
(komizm, esseizm, kinayə, sarkazm) və ovqatı ilə fərqlənən belə 
əsərlər çox zaman "miniatür povest" (77, səh.128) çərçivəsindən 
kənara çıxır. Povest nasirin məharətini meydana çıxaran "imkanlı 
janr" (77, səh.128) olsa da, "həyat materialını tam halda, bütün 
çeşid və çalar əlvanlığı ilə canına çəkən roman"ı (77, səh.128) 
əvəz edə bilməz.  Əsas motiv bundan ibarətdir ki, roman "əhatə 
bütövlüyü", "gerçəkliyin panoram əksi" adı altında süjet, kom-
pozisiya və mövzu pintiliyini kənar gözdən gizlədə bilirsə, po-
vestin aynasında bütün bunlar əlin içi kimi görünür" (77, 
səh.128). Bu baxımdan F.Kərimzadənin "Qarlı aşırım", M.Süley-
manlının "Dəyirman", Ç.Hüseynovun "Məhəmməd, Məmməd, 
Məmiş", Ə.Əylislinin "Adamlar və ağaclar" povestlərinin struktur 
imkanlarını zahiri məqamlar və meyarlarla müəyyənləşdirmək 
düzgün deyil. "Xalis fabula baxımından Mövlud Süleymannlının 
"Dəyirman"ı çox sadədir. Povestdə zahirən sanki heç nə baş 


Himalay Ənvəroğlu __________________________
 
 
293 
vermir. Lakin bu, yalnız ona görə belə təsir bağışlayır ki, hərəkət 
burada daxilə hopmuş, mətndə  əridilmişdir" (77, səh.139). Tünd 
boyalarına, sərt realist palitrasına, çılpaq fizioloji aşkarlığına və 
natural  əyaniliyinə görə "Dəyirman", "Tələ"nin (Emil Zolya) 
özüdür və buradakı qadınların ah-vayında Jerveza Kuponun şivəni 
eşidilir – o, hələ də əyalətdəki meyxanaları gəzir və meyxanadakı 
ərini axtarır" (77, səh.140).  Əlbəttə, bu "paralel"də tipoloji 
yaxınlıq axtarmaq meyli də özünü göstərir. Janrın "yaddaşına" 
işarə edilməsi də bunu bildirir. "Bilmirəm, bu paralel planlı-şüurlu 
şəkildə  ağlıma gəldi, yoxsa təhtəlşüur köməyə  gəldi, janrın 
"yaddaşı" öz işini gördü" (77, səh.140). Bizə belə  gəlir ki, elə 
məhz janrın "yaddaşı" öz işini görüb və "təhtəlşüur köməyə 
gəlib." Çünki Emil Zolyanın üslubuna xas olan xüsusiyyətlərin 
eyni ilə M.Süleymanlıya tətbiqi yalnız mücərrəd təfəkkürün 
imkanı daxilində mümkün olur. "Burada da hər  şey patetik və 
fövqəlciddidir, hər  şey eyni zamanda və eyni dərəcədə  həm 
maddi, həm də simvolikdir. Həm həyat, həm də… mifdir" (77, 
səh.140). 
60-70-ci illər Azərbaycan nəsri "yeni bir dalğa" kimi mey-
dana çıxır. Bu dalğa sənət sahilinə Anar, Elçin, Ə.Əylisli, Ç.Hü-
seynov, F.Kərimzadə, S.Azəri, R.Rövşən kimi yazıçıları  gətirdi. 
Bunların bəziləri "şəhər mövzusu"na (77, səh.140), başqa bir 
qismi isə "kənd nəsrinə" (77, səh.135) xüsusi meylləri ilə fərqlə-
nirdilər. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, "kənd nəsri" və 
"şəhər mövzusu" tipoloji mənada keçmış ittifaqda altmışıncı il-
lərdə bədii nəsrə gələnlərin boy artımını, sənət imkanlarını göstə-
rən amil kimi də diqqəti cəlb edirdi. Ona görə də Yaşarın "Əkrəm 
Əylislinin "kənd nəsrini" V.Belovun, V.Rasputinin… "kənd 
nəsri" ilə müqayisə edirlər" (77, səh.135) qənaətinə  gəlməsi 
təsadüfi deyil. 
Yaxud Ç.Hüseynovun "Məhəmməd, Məmməd, Məmiş" 
(1975) povestindən çıxış edərək bir məsələni qeyd etmək yerinə 
düşər. Məsələn, müəllif özü bu əsəri yuxu görmələrdən, bunların 
yozulmasından, sadəlövh rəmzlərdən, nağılvari qrotesklərdən, 
sentimental haşiyələrdən, proloqa oxşar epiloqdan ibarət "povest" 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
294
hesab etmişdir. Bu kimi struktur komponentlər bizi ruhən nağıl-
rəmz aləminə, onun poetikasına aparsa da, əslində  əsərdə real 
problemlər üzərində düşünən müasirlərimizin canlı  bədii 
xarakterləri, nağılvari başlanğıc pərdəsi arxasından Məmişin 
obrazının əsas cəhətləri özünü göstərir. Məlum olur ki, Məmiş nə 
cəngavər, nə  aşiqdir, nə  də ki, nağıllarımızdakı  şahzadələrə 
bənzəyir. O, sadəcə olaraq – dənizdən neft çıxaran gənc fəhlədir. 
Lakin diqqəti cəlb edən cəhət budur ki, əsərin çoxşaxəli, 
"çoxlaylı" strukturu dastan-nağıldan tutmuş – monoloqa qədər ən 
müxtəlif janr əlamətlərini özündə birləşdirir. Məsələn, analitik 
əsər üçün bir o qədər də səciyyəvi olmayan təhkiyə forması (das-
tan, rəvayət forması) müəllifə əhvalatları müəyyən qədər irəlicə-
dən düşünülmüş istiqamətdə inkişaf etdirmək və kompozisiyada 
müəyyən nisbəti saxlamaq imkanı vermişdir. Ona görə də əsərin 
faciəli sonluğu da hadisələrin "öz axarından" daha çox müəllif 
"iradəsi" kimi meydana çıxır. 
30-cu illərin ictimai hadisələrinin rəmzi ifadəsi olan "Yasaq 
edilmiş oyun" (S.Əhmədov) romanının bədii tədqiq obyektinin 
əsasını insanlığın həqiqətə, xeyirə, işığa can atması, "Əbədiyyət" 
(I.Hüseynov) romanında isə zamanın iki "çat"ının  əhatəsi durur. 
Burada yenidənqurma dövründə "Şüşəli pavilyonda" baş verənlər 
bu günü, 30-50-ci illərin mühüm taleyüklü hadisələrinin Mədəd 
Əmirli tərəfindən yozulması dünəni bildirir. Bu mənada "Əbə-
diyyət"  şərtiliyə qüvvətli meyli ilə  fərqlənir.  Şərtilik təbii olaraq 
hadisələrin zaman və məkan daxilində sərbəst axınını ləngitsə də, 
daxili süjetdə reallıqla irreallığı qovuşdurur. Zaman çərçivəsinin 
genişləndirilməsinə  səy edilməsi Elçinin "Ölüm hökmü" roma-
nında da müşahidə edilir.“Ölüm hökmü» romanında hadisələr son 
dərəcə ziddiyyətli və qarmaqarışıqdır. Hadisələrin inkişafı 
perspektivi üzərində yalnız bir məntiq hakimdir: repressiya 
məntiqi” (102, səh. 134). Romanda 20-80-ci illərdə Azərbaycanda 
baş verən kəskin mənəvi sarsıntılar və böhran çağları, cəmiyyətin 
daxili ziddiyyətlərinin real mənzərəsi  əks olunmuşdur. Burada 
pula, vəzifəyə  hərisliyin sosial-genetik kökləri, ictimai bazası da 
açılıb göstərilir. Elçin bilavasitə  cəmiyyət həyatını  sərtləşdirən, 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə