Microsoft Word Himalay doc



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə69/85
tarix20.08.2018
ölçüsü2,16 Mb.
#63700
1   ...   65   66   67   68   69   70   71   72   ...   85

Himalay Ənvəroğlu __________________________
 
 
275
"mərkəzəqaçma" romanı tipində yazılan sonuncu əsərlər öz janr – 
növ xüsusiyyətinə görə epik təmayüllü "mərkəzdənqaçma" 
romanlarından "cin səddi" ilə ayrılmır. 
Göründüyü kimi, müasir Azərbaycan romanı janr və üslubi 
axtarışların əhatə dairəsinə görə geniş imkanlara malikdir. O, eyni 
zamanda yazıçıya insan konsepsiyasını  şəxsiyyət və  cəmiyyət 
münasibətləri üzərində qurmaq imkanı verməklə, həm böyük 
həcmli panoram eposların, həm də  kəskin problemli "mikro 
roman"ların yaradılması yollarına da geniş meydan açır. Bu 
baxımdan nəsrin üslub tipologiyasının araşdırılmasında janrın 
rolu və mövqeyi xüsusi əhəmiyyət kəsb edir. Çünki janr həm 
tipoloji vahid, həm də davamlı bədii formadır. 
 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
276
4.2. Azərbaycan romanıında bədii 
üslub müxtəlifliyi 
 
omanın Azərbaycan ədəbiyyatında aparıcı janr 
kimi özünü göstərməsi 30-cu illərdə qabarıq 
şəkil aldı. Həmin dövrdə Y.V.Çəmənzəminli, 
M.S.Ordubadi, S.Rəhimov, M.Hüseyn, M.Ib-
rahimov,  Ə.Əbülhəsən, Mir Cəlal,  Ə.Vəliyev 
kimi Azərbaycan romançıları yetişərək  ədəbiyyatın qarşısında 
duran mühüm vəzifələri layiqincə yerinə yetirməyə başlamışdılar. 
Zamanın irəli sürdüyü ictimai-siyasi məsələlərin romanlarımızda 
öz əksini tapması göstərir ki, bu mərhələdə bədii nəsrin daha çox 
iri forması maraq dairəsində olmuşdur. Azərbaycan romanının 
sonrakı inkişafı da sübut etdi ki, o bir janr kimi əvvəlki mər-
hələlərin qabaqcıl  ənənələri ilə üzvi əlaqədə boy atmışdır. "No-
vatorluq" pərdəsi altında ənənədən uzaqlaşmağa qarşı kəskin eti-
raz edən M.Hüseyn vaxtı ilə "Müasir Azərbaycan romanının əsas 
yaradıcılarını" ona həssaslıqla yanaşmağa çağırdığı halda özü 
nədənsə Azərbaycan romanının tarixini 30-cu illərdən başlayır. 
"Sovet yazıçılarının birinci Ümumittifaq qurultayından sonra 
keçən iyirmi il müddətində Azərbaycan sovet ədəbiyyatının  ən 
böyük nailiyyəti məncə, Azərbaycan romanının yaranmasından 
ibarətdir. Ilk nəzərdə bu hadisə çox qəribə görünə bilər: necə 
olmuşdur ki, uzun inkişaf yolu keçmiş  və  zəngin poeziyasının 
tarixi yüz illərlə ölçülən bir ədəbiyyatda roman janrı əsasən, son 
iyirmi il müddətində yaranmışdır? Belə görünür ki, roman xalqın 
tarixində müəyyən ictimai amillər olmadan meydana çıxa bilməz. 
Yəni romanın yaranması üçün təkcə böyük ədəbi istedadların və 
görkəmli poetik şəxsiyyətlərin mövcudiyyəti hələ kafi deyildir… 
roman  ədəbi janr kimi xalqın azadlıq hərəkatı meyillərinin və 
ictimai  şüurun qüvvətlənməsi ilə  əlaqədardır" (88, səh.229). 
Yuxarıda bu kimi konsepsiyalara kifayət qədər münasibət 
göstərildiyindən biz burada yenidən faktların dili ilə danışmaq 
fikrində deyilik. Lakin maraqlıdır ki, M.Hüseyn 50-ci illərin 
əvvəlində (1954) yazdığı  məqaləsində ("Azərbaycan romanı 
R


Himalay Ənvəroğlu __________________________
 
 
277
haqqında") "Müasir Azərbaycan romanını"  ənənəyə söykənməyə 
çağıranda hansı  zəngin  ənənəni nəzərdə tuturdu. Cəmi "iyirmi" 
yaşı olan "Azərbaycan sovet romanını  nəzərdə tuturdusa, qeyd 
etmək lazımdır ki, bu romanın ilk nümayəndələrindən olan 
M.Ibrahimov özü də  hələ  həmin dövrə  qədər yalnız "Gələcək 
gün"ü (1948) yazmışdı. M.Hüseyn "son iyirmi il müddəti"ni ona 
görə xüsusi qeyd edir ki, romanın yaranmasını guya "xalqın 
azadlıq hərəkatı meyllərinin və ictimai şüurunun qüvvətlənməsi 
ilə  əlaqədar" olduğunu bildirsin. Göründüyü kimi, M.Hüseyn 
Azərbaycan romanının yaranmasının tarixini bizim günlərdən 
(30-cu illər) başlayır və onun meydana gəlməsini "demokratik və 
istiqlaliyyət ideyalarının" vüsət aldığı zamanla bağlayır. Vaxtı ilə 
F.Köçərli də Azərbaycan romanının təkamülünün gecikməsini 
cəmiyyətdə qadının rolunun, onun azadlıq meyillərinin 
məhdudlaşdırılması ilə əlaqələndirirdi. 
Əllinci illərdə  cəmiyyətin inkişafı  bədii fikrin strukturuna 
və inkişafına ciddi təsir edir. Bunu "Ayrılan yollar", "Yanar ürək", 
"Böyük dayaq" kimi romanların yaranması da sübut edir. 
Ədəbiyyatımızın yüksəlişi üçün çox əhəmiyyətli olan sadə 
adamların, zəhmətkeş insanların taleyinə  həssaslıq və humanizm 
kimi keyfiyyətlər aşılayan bu romanların  əsas ideyaları sonrakı 
əsərlərdə də inkişaf etdirilməyə başladı. Bununla da romanlarımız 
reallığa,  şəxsiyyətə, insan psixologiyasına və  mənəvi-əxlaqi 
problemlərə daha dərin maraq göstərməyə başladılar. Romanın 
axtarışları ideya və  məzmunla yanaşı janr-üslub məsələləri 
üzərinə  də yönəldi. Məsələn, vüsətli epik lövhələrə, panoram və 
şaxəli təsvirlərə üstünlük verən romanlarla bərabər, 60-cı illərin 
əvvəllərindən başlayaraq janr ölçüləri nəzərə çarpacaq dərəcədə 
dəyişmiş, yığcam romanlar da yaranmağa başlamışdır. Bunu 
yazıçılarımızın roman təfəkküründə janr-üslub vəhdətinə nail 
olmaları kimi qiymətləndirmək lazımdır. Zamanın ideyalar dra-
mını tədqiq etməyə xüsusi meyl edən Azərbaycan romanı sənətlə 
gerçəklik arasındakı  ədəbi münasibətlərə daha çox üstünlük 
verməyə başladı. "Bütün janrların janrı" (146, səh.60) kimi roman 
fərdi üslubun da tipoloji inkişafına imkan verir. Məsələn, I.Əfən-
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
278
diyevin "Söyüdlü arx" (1958), "Körpüsalanlar" (1960) və "Dağlar 
arxasında üç dost" (1963) və s. əsərləri həm tarixi, həm də bədii 
sənətkarlıq mənasında Azərbaycan romanının yeni inkişaf 
mərhələsinin məhsulu kimi qəbul edilə bilər. "Söyüdlü arx"la 
müqayisədə "Körpüsalanar"dakı obrazlarının süjet və kompo-
zisiya həllinin "qeyri-tipikliyi" bədiilik baxımından sonuncuya 
müəyyən üstünlük verir. "Söyüdlü arx"ın roman ölçüləri təkcə 
həcmindən deyil, həm də bütün struktur komponentlərindən də 
aydın görünür. "Körpüsalanlar" həm həcminə, həm təhkiyə 
xüsusiyyətinə, həm də  qəhrəmanların süjetinə görə, daha çox 
povest janrı üstündə köklənmişdir. Buradan belə bir nəticə  çıxır 
ki, janrın həcmi bədiiliyin "mütləq" səviyyəsini ifadə etmir və 
əsərlərin müqayisəsi baxımından bu və ya digər tərəfə heç bir 
estetik üstünlük vermir. Bununla belə roman janrında yazılan əsər 
povest janrında yazılan  əsərlə  həm janrına görə, həm də tipo-
logiyasına görə müqayisə edilə bilər. Lakin burada da ölçü hissini 
itirmək olmaz. Məsələn, I.Əfəndiyevin "kənd" nəsri ilə ("Söyüdlü 
arx", "Dağlar arxasında üç dost") "şəhər" nəsri ("Körpüsalanlar", 
"Sarıköynəklə Valehin nağılı") arasında mövzu tipologiyası 
baxımından müqayisə aparmaq istənilən səmərəni verməz. Yaxşı 
olar ki, I.Əfəndiyevin "şəhər" nəsri ilə B.Bayramovun ("Arakəs-
mələr"), Anarın ("Ağ liman", "Beşmərtəbəli evin altıncı  mərtə-
bəsi", "Macal"), V.Babanlının ("Vicdan susanda"), S.Azərinin 
("Dalanda"), "şəhər" mövzusunda yazdığı romanlar müqayisə 
edilsin. 
Bəzən roman təfəkkürünün dolğunluğunu əsərin zahiri həc-
mi ilə müəyyən etməyə çalışırlar. Lakin romanın qəhrəmanının və 
öz həyatının tarixi dönüş mərhələsini yaşayan xalqın, yaxud onun 
ayrı-ayrı adamlarının "epik ideyasının", başqa sözlə "bütün həya-
tının" ensiklopedik ölçüdə göstərilməsi hələ roman təfəkkürünün 
böyüklüyü demək deyil. Çünki roman təfəkkürünün həcmi əsərdə 
"deyilən"lə yanaşı, duyulanı  və idrak ediləni də ifadə edir. 
Sonuncular daxili məzmunu bildirir. 
Anarın "Beşmərtəbəli evin altıncı  mərtəbəsi" romanı  məhz 
bu baxımdan diqqəti cəlb edir. Məsələn, bu romanla bilavasitə 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə