Microsoft Word Himalay doc



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə66/85
tarix20.08.2018
ölçüsü2,16 Mb.
#63700
1   ...   62   63   64   65   66   67   68   69   ...   85

Himalay Ənvəroğlu __________________________
 
 
263
manları, nəsillərin bir-birini əvəz etməsi, rabitəli surətlərin 
çoxluğu, həcmin böyüklüyü, süjetin şaxəliyi müəllifə imkan verir 
ki, qəhrəmanın taleyini, hadisələrə münasibətinin tarixini təfsilatı 
ilə izləsin. "Şamo" müəllifin sevimli qəhrəmanı olsa da, roman 
üzərində işlədikcə müəllifin iradəsindən asılı olmayaraq, bəlkə də 
onun  əksinə realist sənətin tələbləri baş  qəhrəman kimi düşü-
nülmüş  gənci epopeyanın  əsas surətlərindən birinə çevirmişdir 
(121, səh.22,23). Romanın "nöqsanı" kimi görünən bu cəhəti 
V.Belinski  əslində epopeyanın mahiyyəti hesab edirdi. Onun 
fikrincə "xalis epik mahiyyətdə olan bir əsərdə… baş  qəhrəman 
inkişaf edən hadisənin zahiri bir mərkəzidir… Çünki epopeyanın 
baş  qəhrəmanı insan deyil, həyat özüdür" (29, səh.26). Gətirilən 
sitatlardan aydın görünür ki, nə Belinskinin "epopeyanın baş qəh-
rəmanı insan deyil, həyat özüdür" fikri ilə, nə  də Y.Seyidovun 
epopeyanı "realist sənət tələbləri" ilə  əlaqələndirən mövqeyi ilə 
razılaşmaq mümkündür. Çünki insan nəinki epopeyanın, ümumən 
bədii  ədəbiyyatın başlıca predmetidir. Ona görə  də baş  qəhrə-
manın "zahiri bir mərkəz" kimi qəbul edilməsinin özü məsələyə 
zahiri qiymət verməkdir və bu, metodoloji baxımdan məqbul he-
sab edilə bilməz. 
"Şamo"nun süjet quruluşunu, təhkiyə xüsusiyyətini qiymət-
ləndirəndə belə qənaətə gəlirsən ki, S.Rəhimov bu formanın şəcə-
rəsini qədim  ədəbiyyatdan götürmüş  və epik dünyaduyumunda 
varisliyi saxlamışdır. Biz yuxarıda Homerin "Iliada" və "Odis-
seya"sından tutmuş ta Firdovsinin "Şahnamə"si, Nizaminin mən-
zum romanları, klassik Azərbaycan dastanları və nağılları da daxil 
olmaqla bədiiliyin həm "sərbəst", həm də hadisə  və fabula va-
sitəsilə ifadə imkanını müşahidə etmişdik. Hər iki halda Hegel və 
Belinskinin mühüm saydığı keyfiyyət, müəllifin epik dünyadu-
yumunun meydana çıxması imkanı genişdir. Lakin burada ya-
radıcılıq fərdiliyinin və sənətkarlıq üsullarının tətbiqi mühüm rol 
oynaya bilər. 
Epik xarakterə malik roman (onun böyük forması olan 
epopeyanı demirik) tarixin öz arqumentinə əsaslanan epik ideyanı 
deyil, məhz təsvir edilən hadisənin süjetində həmin arqumentlərin 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
264
təbii və sərbəst yerləşdirilməsini tələb edir. Şübhəsiz ki, bu tələbə 
ən çox cavab verən əsər "Şamo"dur. Çünki həm obyektə çevrilən 
hadisələrin özünün geniş bir dövrü və xarakterlər silsiləsini əhatə 
etməsi, həm də müəllifin roman üzərində uzunmüddətli işi bunu 
sübut edir. 
Romanın xalq eposu və "epopeya" ilə müqayisəsindən 
aydın görünür ki, o, fərdi bədii şüura, fərdi insan taleyinə və "da-
xili insana" (Belinski) üstünlük verən janrdır. Məsələn, V.Bein-
skinin fikrincə romanın sonrakı irəliləyişi və zənginləşməsi "sub-
yektiv başlanğıcın" (30, səh.24) inkişafı ilə müşayiət edilir. 
Bununla yanaşı, roman müxtəlif  ədəbi növləri və janrları sintez-
ləşdirmək imkanına malikdir. Bu keyfiyyət ona XX əsr ədəbi pro-
sesində aparıcı rol oynamaq imkanı verir. Hələ XIX əsr klassik 
romanında epik başlanğıc və müvafiq olaraq realist roman tipinin 
üstünlük təşkil etməsi estetik idrakda da "ierarxiya" stereotipi 
əmələ  gətirmişdir. Ona görə  təsadüfi deyil ki, A.V.Çiçerin 
"dördüncü prozaik təhkiyə janrı" (38, səh.3) hesab etdiyi roman-
epopeyanı ayrılıqda nə romana, nə povest və hekayəyə  rəqib 
saymırdı. Onun fikrincə, roman-epopeya "fəlsəfi, psixoloji və 
bədii imkanına" görə heç bir janrla müqayisə edilə bilməz və 
obyektiv olaraq hamısının fövqündə durur (38, səh.5). 
M.S.Ordubadi, Y.V.Çəmənzəminli, S.Rəhimov, H.Mehdi, 
M.Ibrahimov,  Əbülhəsən,  Ə.Vəliyev, eləcə  də 50-ci illərdə ro-
mana gələn I.Əfəndiyev, I.Şıxlı, B.Bayramov, I.Hüseynov klassi-
kaya nə qədər meyl etsələr də, "saf"epik forma ilə məhdudlaşmır, 
gerçəkliyi dərindən bədii dərk üçün müxtəlif mürəkəb üsul və 
vasitələrdən istifadə edərək romanın həm "mərkəzdənqaçma", 
həm də "mərkəzəqaçma" tipinin janrın spesifikasında möhkəm 
kök salmasına əlverişli şərait yaradırdılar. Ona görə də bizi "dör-
düncü janrın" (növün – H.Q.) ümumi, nümunəvi cizgilərindən 
daha çox bütünlükdə Azərbaycan romanının inkişaf problemləri 
maraqlandırdığı üçün daha çox janrın inkişafına, müxtəlif tipoloji 
meylləri özündə birləşdirməsinə münasibət göstərəcəyik. 
Məsələn, "mərkəzdənqaçma" romanında bir qayda olaraq hərəkət 
sıxlaşır və qatılaşır, bir neçə günə, hətta bir neçə saata sığışdırılır. 


Himalay Ənvəroğlu __________________________
 
 
265 
Yəni hadisə yayılmır, uzadılmır,  əksinə  qəhrəmanın həyatının 
həlledici məqamı  ətrafında cəmləşdirilir. Bu, eyni zamanda 
qəhrəmanın bütün həyatını  təsəvvür etmək imkanı verir. Çünki 
burada sadəcə empirik axın deyil, məhz romanın konfliktinin tə-
məlinə münasibəti müəyyən edən daxili zərurilik mühüm rol 
oynayır (147, səh.384). Bu meyl son dövrlərdə Azərbaycan roma-
nının görkəmli nümayəndələrindən olan I.Əfəndiyevin, I.Hüsey-
novun, S.Əhmədovun, Anarın, Elçinin, Ə.Əylislinin, 
Y.Səmədoğlunun, M.Süleymanlının və başqalarının  əsərlərində 
özünü "subyektivliyin stixiyası" mənasında açıq hiss etdirməyə 
başlamışdır. Bu yaxınlara qədər belə fikir də var idi ki, guya 
realist roman subyektiv formanı "üstələyib". Bu da romanın inki-
şafında ana xətt kimi qələmə verilirdi. Lakin Azərbaycan roma-
nının müasir nümunələrində  nəinki subyektivliklə, hətta lirik 
nəsrə güclü meyllə qarşılaşanda istər-istəməz janrın öz sərbəst 
həyatını yaşaması  qənaətləri meydana çıxır. "Lirika nəsrimizə 
güclü sirayət etmişdir. Bu, təbii və çox müsbət haldır. Müasir 
nəsrimizə xas olan lirik təmayül, müəyyən mənada, poeziyamızın 
və musiqimizin təsirilə bağlıdır. O, körpəlikdən muğamların, xalq 
mahnılarının incə  və  həzin ahəngini, qəzəllərimizin, Qoşma-
larımızın lirik təravətini duyan… yazıçı psixologiyasının yaran-
ması ilə  əlaqədardır" (41, səh.53). Məsələn, A.Əfəndiyevin 
fikrincə  "Ə.Əylisli incə və  həssas bir lirikdir" (41, səh.54). Tən-
qidçi bunu yazıçının "qəhrəmanlarının daxili aləminə dərin nüfuz 
etməyi, onların zərif duyğularını tərənnüm etməyi bacarması" ilə 
əlaqələndirir. Məsələn, "Dağlara çən düşəndə" romanında aparıcı 
qəhrəmanın Nəzifə adlı bir qızı sevməklə  həyatın mənasını necə 
dərk etdiyini öz dili ilə  təhkiyə etməsi həm forma, həm də 
məzmun baxımından  əsəri lirikaya yaxınlaşdırır: "Balaca bir 
kənddə doğuldum, həyatın mənasını qanmamış davanın nə olğunu 
anladım. Mən həyatın mənasını bir qızın gözlərində axtardım…" 
Ə.Əylislinin "Adamlar və  ağaclar" trilogiyasının aparıcı 
qəhrəmanı Sadığın "nağıllarını" nəzərdən keçirdikdə aydın 
görünür ki, "Balaca bir kənddə doğuldum, həyatın mənasını 
qanmamış davanın nə demək olduğunu anladım" ("Dağlara çən 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
266
düşəndə") motivi yazıçının da həyatının ilk məqamlarını  əhatə 
edərək onun bütün yaradıcılıq taleyindən keçən ana xətt olmuş-
dur. Yazıçının müharibə dövründə özünün uşaqlıq illərini yaşa-
dığını bildiyimiz üçün aşağıdakı deyilənləri eyni zamanda onun 
özünə ünvanlamaq olar: "Bala, sən nə pis vaxtda dünyaya gəldin" 
("Dağlara çən düşəndə"). Bu mənada müharibə dövründə (1941-
1945) həyata qədəm qoyan bir nəslin əhval-ruhiyyəsini lirik ricət-
lər vasitəsilə ifadə etmək təkcə  Ə.Əylislinin mühüm yaradıcılıq 
xüsusiyyəti deyildi. Ona görə  də  həmin xüsusiyyətin: "həyatın 
mənasını qanmamış davanın nə demək olduğunu anlamağın" 
digər yazıçılarımızın da yaradıcılıq tərcümeyi-halında bu və ya 
digər şəkildə özünü göstərməsini müşahidə etmək mümkündür. 
Eyni zamanda "subyektivliyin stixiyası"nın (144, səh.132) 
son dövrlərin romanlarında özünü göstərən məhsuldarlığı janrın 
deformasiyasına deyil, zənginləşməsinə  gətirib çıxarmışdır. 
Faktlar göstərir ki, subyektiv təhkiyə formasına meyl romanın 
təsvir imkanlarının genişlənməsi ilə  vəhdət təşkil edir. Digər 
tərəfdən isə bu, müasir Azərbaycan romanının "saf" halda epik-
obyektiv şəkil ilə bərabər, lirik-subyektiv tipinin də geniş imkana 
malik olduğunu göstərir. 
Bununla yanaşı, bizim günlərin Azərbaycan romanında epik 
növün paralel süjetli, çoxxarakterli, geniş hadisələri  əhatə edən 
ənənəsinin də inkişaf etdirildiyi müşahidə edilir. Buna S.Rəhimo-
vun üzərində yaradıcılıq işini 70-ci illərin ortalarına qədər davam 
etdirdiyi "Şamo", I.Şıxlının məşhur "Dəli Kür", M.Ibrahimovun 
"Pərvanə" roman-epopeyaları, B.Bayramovun "Arakəsmələr" və 
"Karvan yolu", I.Hüseynovun "Ideal və I.Əfəndiyevin 80-ci illərin 
əvvəlində "Geriyə baxma, qoca…" romanında nümayiş etdirilən 
üslub, son dövrlərdə tarixi romanlarımızda tətbiq olunan təhkiyə 
ədası, Elçinin, Y.Səmədoğlunun, S.Əhmədovun, Ç.Hüseynovun, 
M.Süleymanlının əsərlərində özünü göstərən sənətkarlıq meylləri 
əyani sübutdur. Lakin bütün bunlarla bərabər, 70-80-ci illərin 
Azərbaycan romanının ən yaxşı nümunələri göstərir ki, bu janrın 
predmetində hadisə və təsvir materialı deyil, məhz daha çox "fikir 
yükü" (144, səh.143) üstünlük təşkil edir. Müasir Azərbaycan 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə