Microsoft Word Himalay doc



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə63/85
tarix20.08.2018
ölçüsü2,16 Mb.
#63700
1   ...   59   60   61   62   63   64   65   66   ...   85

Himalay Ənvəroğlu __________________________
 
 
251
roman-faciə, roman-xatirə, roman-xronika, monoloq, dialoq, 
panoram, roman-axtarış, roman-fakt, mərkəzdənqaçma, mər-
kəzəqaçma, dinamik, çoxplanlı, bulvar (bayağı),  şəxsi, intim, 
dedektiv və s. bütün bunlar təbiidir ki, nəinki süjetə, heç struktur 
dairəyə də sığan deyil. 
Romanın təşəkkülü, tarixi inkişafı  və sonrakı taleyi milli 
respublikalarda, o cümlədən bizim ölkəmizdə geniş monoqrafiya-
ların predmetinə çevrilsə  də, tipoloji tədqiqat problemi kimi bu 
gün də özünün həllini gözləyir. Bununla belə, romanı müxtəlif 
səviyyədə  və istiqamətdə  tədqiq edən  əsərlərin dolayı yolla olsa 
da, tipoloji tədqiqat konsepsiyasının yaradılmasında oynadıqları 
tarixi rolu nəzərdən qaçırmaq olmaz. 
Romanın inkişaf tarixini struktur əsasda deyil, xronoloji 
baxımdan öyrənmək meyli bu gün də var. Belə  əsərlərdə  əsasən 
mövzu, süjet əlamətləri geniş  şəkildə  nəzərdən keçirilir, onların 
dəyişməsinə  səbəb olan amillər göstərilir. Romanların inqilabi 
epoxaya uyğun (126, səh.52) yazılması onların nəzəri tədqiqinə 
həsr olunan əsərlərin də konsepsiyasında ideoloji meylin 
qabardılmasına səbəb olurdu. Romanın bu tipli tədqiqatının 
biblioqrafiyasını vermək imkan xaricindədir. Lakin məlum 
olduğu kimi, belələri kifayət qədər yazılıb (126, səh.21-38). 
Romanın formalaşma prosesi aşağıdakı tipoloji ənənələrlə  sıx 
bağlı olub: klassik realizm və romantizm ənənəsi, realist nəsr 
ənənəsi, folklor ənənəsi. Məlum olduğu kimi, ictimai-tarixi 
şəraitin oxşarlığı yaradıcılıq  əlaqələrinin tipoloji əsasda 
inkişafında mühüm rol oynayır. Məsələn, "mərkəzdənqaçma" 
roman tipində  hərəkət bir qayda olaraq qatılaşır və  sıxlaşır, lirik 
ünsürlər "saf epikliyi " (125, səh.301) üstələyir. Lakin bunu janr 
formasında nə "çevriliş" nə də "deformasiya" hesab etmək olmaz. 
Ona görə ki, müasir roman problemini romanın müasirliyi proble-
mindən ayırmaq düz deyil. Çünki "roman hadisə", ("mərkəzdən-
qaçma") "roman-tale" ("mərkəzəqaçma") meylləri də  sənətin və 
zamanın tələbinin nəticəsidir. Məsələn, "mərkəzdənqaçma" ro-
manının kompozisiyası novellavari sonluğa üstünlük verirsə, di-
gəri müəllif mərkəzinə meyl edir. Bu onu göstərir ki, romanın bə-
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
252
dii strukturası gerçəkliyin dinamik inkişafı ilə bağlı olub müasir 
idrak imkanları  əsasında hərəkət edir. Ona görə  də romanın 
epopeya tipini liro-epik tipdən fərqləndirmək mümkün olur. Onda 
romanın tarixində özünü göstərən "istehsalat", "kolxoz", "tarixi-
inqilabi" və s. mövzu tipləri ilə janr-struktur tiplər arasında hüdud 
da asanlıqla müəyyən olunar. Məsələn, vaxtı ilə "inşaat" və 
"zavod" romanları  təsnifatına daxil olanlar tipoloji bölgüdə 
"roman-hadisə" tipinə aid edilmişdir. Vətəndaş müharibəsi və 
tarixi-inqilabi mövzular isə  sırf epik roman tələbi kimi başa 
düşülmüşdür. Ona görə  də vaxtı ilə Yuri Yanovskinin "Atlılar" 
romantik eposunun roman-poema adlandırılması, hətta müəllifin 
əsərini "poema" (27, səh.130) hesab etməsi  ədəbi tənqiddə 
çaşğınlığa səbəb olmuşdur. Məlum olduğu kimi, Belinski 
poemanı prozaik təfərrüatlardan qaçaraq predmeti poetik anla-
rında təsvir edən, həyatı "yüksək məqamında" (28, səh.401) tutan 
janr kimi qiymətləndirmişdir. Məsələyə bu baxımdan yanaşanda 
romanın lirik-epik stixiyasının romantik "panoram" eposunun 
yaranmasına səbəb olması aydın görünür. Məsələn, 30-cu illərdə 
tarixi-inqilabi mövzu, həm epik meydanın genişlənməsinə, həm 
də xarakterlərin dərindən işlənməsinə meydan verirdi. Bu isə 
müvafiq olaraq bir tərəfdən eposun çiçəklənməsinə, digər tərəfdən 
şəxsiyyətin qaynar yüksəlişinə  təkan verirdi. Eyni zamanda iri 
təhkiyə formasına meyl vətənpərvərlik və  qəhrəmanlıq eposu 
yaratmaq tələbi ilə  də izah edilə bilər. Lakin bəzən iri təhkiyə 
formasının "obyektivlik" tendensiyası tarixi səhvlərə  də  gətirib 
çıxara bilər. Məsələn, 30-cu – 40-cı  və 50-ci illər romanında 
məhdud "kolxoz" və "istehsalat" bölgüləri bunu sübut edir. Əgər 
əvvəlki mərhələlərdə romanın inkişaf yolu janr hüdudlarının 
dəqiq bölünməsi ilə (roman-xronika, roman-epopeya, tarixi-
inqilabi roman, ailə romanı və s.) xarakterizə olunurdusa, sonralar 
mövzu əlamətinə görə, kənd romanı, fəhlə sinfi haqqında roman, 
mənəvi-etik roman və s. bölündü. Bu janrların differensiasiyası ilə 
bərabər, ideya-mövzu prinsiplərinin inteqrasiyasını  və  həyat 
materialını daha canlı ifadə etmək üçün janr və növ əlaqələrinin 
yaradılmasını da göstərir. Ona görə  də romanın bu və ya digər 


Himalay Ənvəroğlu __________________________
 
 
253
tipinin taleyi ümumən janrın taleyi ilə bağlanılır. Bununla belə, 
mərkəzində problem və qəhrəman dayandığına görə hətta romanın 
böhranı ideyasını da qəbul etmək olar. Çünki cəmiyyət həyatının 
və  şəxsiyyətin böhranı romanın taleyində konkret rol oynayır. 
Başqa sözlə, roman cəmiyyətin sürətlə  dəyişməsindən daha çox 
onun sabit və davamlı halına  əsaslanır. Ümumiyyətlə, romanın 
təkamülü janrın intellektuallaşması ilə müşayiət olunur. 
Roman adı altında  əvvəllər nəzərdə tutulan məna indiikin-
dən fərqlidir. Orta əsrlərdə bu, roman dillərində qeyri-mənzum 
(prozaik) formada yazılan əsərləri bildirirdi. Sonralar bu söz artıq 
etimoloji mənanı deyil, böyük həcmə malik olan süjetli əsərləri 
ifadə etdi. Bizim eramızın  əvvəllərində meydana gələn antik 
roman bu janrın rüşeym (embrion) forması hesab edilir. Belə 
romanların süjet əsasını iki gəncin məhəbbət hadisəsi təşkil 
edirdi. Antik eposdan fərqli olaraq burada şəxsi maraq, öz xüsusi 
həyatını qurmaq, mühiti əlverişli etmək cəhdi mühüm yer tuturdu 
(13, səh.225). 
Lonqun "Dafnis və Xloya", Apuleyin "Qızıl eşşək" antik 
romanları öz zamanında  şöhrət qazanan böyük sənətkarların 
marağına səbəb olsa da, ədəbiyyatın sonrakı inkişafına ciddi təsir 
edə bilmədi. Çünki macəralar, zahiri xarakterlər, obrazların 
səthiliyi, strukturanın bəsitliyi buna imkan vermədi. Bununla belə, 
antik romanın tapdığı janr forması  bədii  ədəbiyyatın arsenalına 
daxil olaraq sonrakı əsərlərdə geniş istifadə olunmağa başladı. 
Romanın formalaşması  və genişlənməsi feodal cəmiyyə-
tində daha səylə davam və inkişaf etdirildi. Antik dünyada ya-
ranan romanlardan fərqli olaraq bu romanlarda şəxsiyyətə maraq 
güclü idi. Orta əsrlərdə cəngavərlik romanlarının, əfsanə və rəva-
yətlərin meydana gəlməsi cəmiyyət və  sənət münasibətlərinin 
yeni epoxaya daxil olduğunu sübut edirdi. Öz vaxtında 
cəmiyyətin inkişaf tələblərini əks etdirən cəngavərlik romanı fəal 
mövqeyini uzun müddət qoruyub saxlaya bilmədi. Bu təkcə 
cəngavərlik romanlarının  əyləncəyə, sərgüzəştə  həddən artıq 
aludəlik göstərmələri ilə deyil, həm də feodal münasibətlərinin 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
254
tənəzzülü, kapitalist münasibətlərinin meydana gəlməsilə izah 
edilməlidir. 
Keçid dövrünün romanlarından olan "Qarqantua və Panta-
qruel" (Rable), "Don Kixot" (Servantes) janrda realist prinsiplərin 
gücləndiyini nümayiş etdirdi. Ilk dəfə romanda zamanın sosial-
mənəvi münasibətlərini daşıyan tipik xarakterlər və xalq küt-
lələrinin nümayəndələri görünməyə başladı. "Don Kixot" feodal 
cəmiyyətin normativ qaydalarının illüziyasını dağıtmaqla bərabər, 
burjua dünyasının bayağılığını da kəskin tənqid etdi. Ümu-
miyyətlə, bu iki əsər gələcək böyük realist romanların təməlini 
qoydu. "Tarixi epoxanın uydurulmuş inkişafı" (103, səh.92) hesab 
edilən romanın bir termin kimi XII-XIII əsrlərdə meydana 
gəldiyni (131, səh.361) bildirənlərə etirazımız yoxdur. Çünki 
belələri roman sözünü roman dillərində yazılan təhkiyəli əsərlərlə 
əlaqələndirirlər. Yəni sonradan sifət ismə çevrilməsi mənasında o, 
böyük epik forma əsəri kimi adlandırılmağa başlandı (131, 
səh.361). 
Belə  əsərlər ilkin burjua münasibətləri mərhələsində 
meydana gəldiyi üçün bəzi tədqiqatçılar romanı  sırf burjuaziya 
dövrünün janrı kimi (131, səh.362) qiymətləndirirdilər. Guya 
ədəbi növ də müəyyən dövrdə meydana gəlir və ölür. Hər sinif öz 
janrını yaradır. Başqa sözlə, növ oxşar hadisələri fərqləndirmək 
kimi qəbul edilirsə, janr sırf tarixi hadisə hesab edilir. Əslində isə 
janrda ümumi və tarixi ünsürlər üzvi sintez təşkil edir. Bununla 
belə, "burjua" mərhələsində yaranan romanın struktur tərəfləri 
əvvəlki dövrlərin böyük epik forması ilə üst-üstə düşməyə bilər. 
Hətta məhəbbət və ailə həyatı kimi daimi mövzular da fərqi tam 
aradan qaldırmaq iqtidarına malik deyil. Çünki janr daim zamanın 
və üslubun təzyiqi altındadır. Ona görə Hegel romanı "Müasir 
burjuaziya epopeyası", Belinski "bizim zamanın (XIX əsrin 40-cı 
illərinin – H.Q.) eposu" adlandırarkən heç də onun məhz bir janr 
kimi həmin dövrdə meydana gəldiyini nəzərdə tutmamışlar. Bu 
mənada antik ədəbiyyatda "burjuaziya romanı"nın oxşarını deyil, 
onun izlərini, genezisini axtarmaq olar. Hərçəndi həyatın mürək-
kəb sintetik təsvirinə üstünlük verən epik formalar kimi romanla 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə