Microsoft Word Himalay doc



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə62/85
tarix20.08.2018
ölçüsü2,16 Mb.
#63700
1   ...   58   59   60   61   62   63   64   65   ...   85

Himalay Ənvəroğlu __________________________
 
 
247
salxımlarının zərif kölgəsi ilə sakit-sakit axan çay birdən nə 
amansız burulğanlar yaradır… Başqasına bəxş etdiyin səadət necə 
sərt bir tikan olub onun qəlbinə sancılır. Sən isə buna qarşı biganə 
olursan. Kim deyər ki, bunların hamısı bizim iradəmizdən asılıdır. 
Kim deyə bilər ki, mən Adil üçün və ya o mənim üçün yaxşı olmaq 
istəmirdik… Kim deyə bilər ki, ya mən ondan, ya da o məndən öz 
ömrümüzü  əsirgərdik…" (47, səh.200-201) Vəziyyətin aydın 
təsəvvür edilməsi üçün bilərəkdən Səriyyənin etirafına belə geniş 
yer verdik. Əvvəla, qeyd etmək lazımdır ki, bu etiraf nə  qədər 
səmimi olsa belə, onu məsuliyyətdən xilas etmir. Burada hər  şey 
hissi iradənin hökmünə verilir. Bilavasitə onun hökmranlığı ilə 
əmələ haqq qazandırılır. 
Bizə belə  gəlir ki, nigah kimi çox mühüm mənəvi-əxlaqi 
məsələləri hissin və duyğunun ixtiyarına vermək olmaz. Hiss və 
duyğu sevgi münasibətlərində mühüm mənaya malik olsa da, 
tərəflərin razılığı  əsasında yaranan nigahı onların "hökmü" ilə 
dağıtmaq olmaz. Burada "filosofanə" sözünün dırnaq içərisinə 
salınması  təsadüfi deyil. Ilk baxışda belə görünə bilər ki, bu 
Səriyyənin nitqidir və o, özü filosofluğunu dırnaq içərisində verir. 
Onun fikrincə, bu, əsil filosofluq deyil, yalnız Səriyyənin 
özünəməxsus fiolosofluğudur. Onun dediklərində bu mənada 
həqiqət var ki, tale, "alın yazısı" deyilən  şey bəzən  şəxsin 
özündən asılı olmur və doğrudan da bir çox hallarda istəyin əksi 
baş verir. Müasir dünyamızda hətta görürsən ki, bütöv bir xalqın 
öz müqəddəratını  təyin etməsi müşkülə çevrilir. Bu, tamamilə 
başqa məsələdir və  həlli bir sıra amillərlə bağlıdır. Lakin söhbət 
Səriyyə ilə Adilin ailəsindən getdiyi üçün qeyd etmək lazımdır ki, 
o,  əvvəldən mənəvi-ruhi  əsas üzərində qurulmamışsa da, onu 
möhkəmləndirmək olardı  və müqəddəs olanı hissi zövqə qurban 
vermək olmazdı. Yenə bir qədər  əvvələ qayıdıb filosofanə 
sözünün dırnaq içərisində yazılmasına fikir verək. Bu, diqqəti 
təsadüfi çəkmir. Həmin dırnaqda müəllif vurğusu var. 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
248
I.Əfəndiyev Səriyyənin bu kimi "filosofluqla" özünə haqq 
qazandırmasına razı ola bilmir. Müəllif könüllərin azadlığını ailə, 
nigah məsələlərindən ayırmır və problemin məhz bu kontekstdə 
bədii təhlilini verir. 
Yazıçı Səriyyənin və Adilin ömür-gün yoldaşı seçmək kimi 
mühüm bir məsələyə baxışlarında ziddiyyətlərin olmasını da 
açıqlayır. Bu ailə çox sürətlə qurulduğu kimi eyni ahənglə  də 
dağılır. Sevib seçmə olmayıb. Ailənin yaranması üçün ən  əsas 
olan ruhi-mənəvi amil unudulub. Adil Səriyyəni texnikumda 
imtahan zamanı görüb xoşlayıb. Səriyyənin də Adildən xoşu 
gəlib. Özünün dediyi kimi yaraşıqlı, gələcəyi olan adam idi. O, 
maddi imkanına görə  də  tələblərə tam cavab verirdi. Əksinə, 
Səriyyənin ailəsi sıxıntı  çəkirdi. Yəni maddi imkan mənasında 
tərəflər bir-birindən fərqli idi. Güman etmək olardı ki, onlar 
mənəvi birliyə üstünlük verib gənc ailəni məhz bu əsasda 
dikəldəcəklər. Romandan məlum olduğu kimi birlik, ruhi bağlılıq 
yarana bilmədi və bizim hamımızın ürək ağrısı ilə müşayiət 
etdiyimiz ailənin dağılma prosesi başa çatdı. Səriyyənin xoş-
bəxtlik haqqında qənaətlərini Qəribcanın  şəxsində reallaşdırıl-
masına mənəvi qələbə, yaxud üstünlük kimi baxmaq
ümuminsani, milli-əxlaqi məna vermək olmaz. Bu xoşbəxtlikdə 
şəxsi-fərdi başlanğıc mühüm yer tutur. 
Müəllifin səadət haqqında qənaətləri qəhrəmanın təsəvvür-
lərindən xeyli genişdir. O, xoşbəxtliyi yalnız reallıq duyğusu ilə 
məhdudlaşdırmır. Bu məsələdə  mənəvi paklığa meydan açan 
ideala üstünlük verir. Bununla da I.Əfəndiyev ümuminsani 
dəyərləri mikromühitin fövqünə qaldırır. Başqa sözlə, gerçəklik 
roman qəhrəmanlarına ideal səviyyəyə qalxmağa imkan verməsə 
də, müəllif qayəsi birbaşa ona bağlıdır. I.Əfəndiyev artıq fərdi 
duyğuları,  şəxsi səadəti ümuminsani hisslərə, milli-mənəvi 
dəyərlərə qurban verməyi bacaran insanın – Nuriyyənin obrazında 


Himalay Ənvəroğlu __________________________
 
 
249
bunu sübut etmişdir. Bu baxımdan "Sarıköynəklə Valehin nağılı" 
romanında yaradılan Sarıköynək surəti həmin istiqamətdə 
aparılan yaradıcılıq axtarışlarının davamı  və inkişafı hesab edilə 
bilər. Onun obrazının xarakteri haqqında müəyyən fikirlər 
söyləmək tədqiqatın ideyasını  dərinləşdirər, müəllifin obrazlarda 
predmetləşən bədii konsepsiyasının hansı vasitələrlə 
zənginləşməsi haqqında təsəvvürləri tamamlardı. Sarıköynəklə 
Valeh I.Əfəndiyevin roman qəhrəmanının varisləri kimi 
ümuminsani, həm də milli-mənəvi baxımdan diqqəti çəkirlər. 
Çünki müasir dünyamızda ictimai şəraitin tipikləşdirdiyi  şər 
qüvvələrdən qorxub çəkinməyən, inamını itirməyən, məqsədə 
aparan yolu əxlaqi-mənəvi prinsipləri ilə  təmizləyən bu 
qəhrəmanlar xüsusi bir tədqiqatın mövzusu olduğundan biz 
hələlik bu deyilənlərlə kifayətlənməli oluruq. 
 
 
 
 
 
 
 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
250
IV FƏSİL 
 
ROMAN JANRININ TİPOLOJİ 
PRİNSİPLƏRİ 
 
ipologiya" romanın intəhasız dünyasın-
da ümumini (mövzu, struktur) müxtə-
liflikdə axtarmaq imkanı verir. Həm 
mövzu və təhkiyə, həm də struktur təs-
nifat tipoloji tədqiqatın predmetini 
təşkil edir. Məsələn, əgər roman geniş epik təsvirə meyl edirsə, bu 
tipoloji baxımından "mərkəzdənqaçma", yox əgər qəhrəmanın və 
müəllifin lirik görünüşü ön plana çevrilərək hadisələr sürətlə 
mərkəzə doğru meyl edirsə "mərkəzəqaçma" hesab edilir. Bəziləri 
romanın bu cür tipologiyasını  məhsuldar hesab edir. Çunki bu 
üsul həm janrın spesifikasının, həm də romanın struktur 
imkanlarının açılmasına xidmət edir. Lakin ümumini axtarmaq 
səyi bəzən təkrarolunmaz fərdi cəhətlərin diqqətdən yayınmasına, 
böyük sənətkarları  fərqləndirən bənzərsizliyə, etinasızlığa gətirib 
çıxara bilər. Çünki bənzəri olmayan yazıçını ümumi bir tipoloji 
prinsip əsasında birləşdirəndə fərdilik itir. 
Romanın hadisə, xarakter, zaman, məkan kimi tipoloji böl-
güləri ümumi xarakter daşıyır. Lakin onu hibritləşdirib 90-a qədər 
növünu  əldə etmək mümkündür. Bununla belə, bölgülər hadisə, 
xarakter, süjet, təhkiyə  və tale dairəsində dolanır. Məsələn, 
məlumdur ki, hadisə və xarakter arasındakı dialektik əlaqə təhkiyə 
vasitəsilə süjetdə reallaşır. Süjet və kompozisiya isə öz növbə-
sində janrın ümumi, eyni zamanda nümunəvi əlaqələrini müəyyən 
edir (144, səh.88). 
Eyni zamanda süjet ayrılıqda romanın çoxşaxəliyini bütün 
əlamətləri ilə müəyyən edə bilməz. Məsələn, fəlsəfi, monumental, 
sosial-psixoloji, ideoloji, satirik, tarixi, inqilabi, istehsalat, kənd, 
sənədli, ailə-məişət, realist, romantik, modernist, ekzistensialist
sürrealist, realist, sərgüzəşt, roman-epopeya, lirik, bioqrafik, 
səyahət, roman-esse, roman-oçerk, roman-pritça, roman –pamflet, 
"T


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə