Microsoft Word Himalay doc



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə60/85
tarix20.08.2018
ölçüsü2,16 Mb.
#63700
1   ...   56   57   58   59   60   61   62   63   ...   85

Himalay Ənvəroğlu __________________________
 
 
239 
haqlı" - sualı çoxlarını  məşğul etdi. Yalnız elə "Azərbaycan 
qadını" jurnalına otuzdan artıq məktub göndərilmişdi (34, 
səh.147). Redaksiya "Səriyyə haqlıdırmı?" başlığı altında müzaki-
rə  də açmışdır. Məktublarda,  əsasən, ailə münasibətləri ilə bağlı 
məsələlərə toxunulurdu. Müəlliflərin çoxu bu fikirdə idi ki, "bi-
zim cəmiyyətdə ailə müqəddəsdir", "əsas səbəb olmadan qadın 
kişidən ayrılmamalı, ailə dağıtmamalıdır". "Əgər ailədə qarşılıqlı 
hörmət, bir-birini başa düşmək,  şüurlu, uzaqgörmək prinsipi ilə 
hərəkət edirsə, ailə dağılmaz, getdikcə möhkəmlənər" (34, 
səh.147) və s. M.Cəfər "Bir mübahisə münasibətilə" məqaləsində 
məktubları ümumiləşdirir, onlara münasibət bildirir. Lakin açıq 
hiss olunur ki, mövqeyində bir o qədər də sabit deyil. Çünki 
rəğbəti daha çox Səriyyə tərəfdədir. Səriyyənin ünvanına deyilən 
tənqidi iradlara cavab verərkən subyektivlik özünü göstərir. 
Subyektivlik Adilin tənqidində  də duyulur. Məsələ burasındadır 
ki, "Körpüsalanlar" kimi lirik-psixoloji əsəri "məktublar"ın 
"müddəaları" ilə obyektiv qiymətləndirmək qeyri-mümkündür. 
Doğrudur, oxucu məktublarının belə miqyas almasına etinasız 
yanaşmaq da olmazdı. Çünki onların bəziləri subyektiv 
duyğuların təsiri altında yazılsa da, vətəndaşlığı, gənc ailənin 
dağılmasına soyuqqanlı yanaşa bilməməkdən doğan həyəcanı, 
hətta çılğınlığı başa düşmək və bunları isə hisslərin təzahürü kimi 
qəbul etmək olar. Məktubların bir çoxunda mövcud ictimai 
gerçəkliyin doğurduğu əhval-ruhiyyənin də təsiri az deyil. Biz bu 
fikirdəyik ki, roman, o cümlədən, onun aparıcı qəhrəmanı Səriyyə 
öz tərkibi etibarilə mürəkkəb və polifonikdir. Müəllifin onda ifadə 
etmək istədiyi ideya dərindədir. Bu ideyanı zahirdə axtarmaq, 
"prinsiplər" əsasında dəyərləndirmək mümkün deyil. Ona görə də 
obrazları qiymətləndirərkən nəinki oxucu, hətta peşəkar 
tənqidçilər belə nöqsana yol verirlər. Onlara elə  gəlir ki, 
I.Əfəndiyev bütün maraqlarını  Səriyyənin ideallaşdırılması, onu 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
240
qabaqcıl Azərbaycan qadını kimi təqdim etməsi üzərində qurub. 
Qəhrəmanına müəllifin rəğbəti birmənalı deyil. 
Səriyyənin bir obraz kimi əsas xüsusiyyəti "müxtəlifliyin" 
sintezindədir.  Əslində, bu "müxtəliflik" özünəməxsusluqdur. 
Müəllifin sənət qələbəsi ondadır ki, obrazın xarakterinin dinami-
kasını bütün reallığı ilə, o cümlədən, təbii, inandırıcı vasitələrlə 
açıb göstərir. Y.Seyidov etiraf edir ki, yazıçının bu obrazda möv-
qeyini mən dəqiq müəyyən edə bilmirəm. M.Cəfər mülahizə-
lərində sanki I.Əfəndiyevin mövqeyində durur. Lakin o, da 
əslində yazıçının idealını  dəqiq müəyyən edə bilmir. Əxlaqi 
prinsiplər ictimailəşdiriləndə, məsələyə sosializm baxımından 
yanaşılanda, müasirliyi Səriyyənin zahiri hərəkətlərində axta-
randa, ruhi-mənəvi əsas unudulanda qiymət də subyektiv, keçici, 
"tarixi" və zamanın ruhuna uyğun olacaq. Ictimailik, vəzifə borcu, 
vətəndaşlıq prinsipləri ön plana çəkiləndə ümuminsani, milli-
mənəvi dəyərlər nəzərdən qaçırılacaq. "Bir mübahisə müna-
sibətilə" məqaləsində A.Bebelin "Qadın və sosializm" (M., 1969) 
kitabına müraciət edilməsi də  təsadüfi deyil. Sosializm və qadın 
kontekstində problemə qiymət vermək siyasəti ideologiyanı ön 
plana çəkməkdir. Bu "prinsiplər" isə əsas məzmuna, ruhi-mənəvi 
başlanğıca münasibətdə zahiridir, keçicidir. Bu baxımdan 
"Körpüsalanlar" o zaman həqiqi qiymətini ala bilməzdi. Çünki 
tənqid və ədəbiyyatşünaslığın da meyarı birbaşa siyasətə, ideolo-
giyaya bağlı idi. Sənət isə zamanın ideoloji tapşırıqlarından yaxa 
qurtarmaq imkanını özündə saxlamağı bacarır. I.Əfəndiyevin 
əxlaqi-mənəvi məsələlərə özünəməxsus münasibəti var. Bu ona 
hadisələrin qiymətləndirilməsində, daxili sərbəstliyini, həqiqətin 
bədii ifadəsində mənəvi üstünlüyünü saxlamağa imkan vermişdir. 
Ona görə də I.Əfəndiyev kimi yazıçı birmənalı şəkildə Səriyyənin 
mövqeyini dəstəkləməzdi. 


Himalay Ənvəroğlu __________________________
 
 
241 
Tənqid məsələnin çözülməsində məhz bu mənada prinsipial 
nöqsana yol verir və müəllifin mövqeyini zahiri arqumentlərlə 
müdafiə etməyə çalışırdı. Əslində, I.Əfəndiyev nigaha daxil olan 
tərəflərin ruhlarının eyniliyi, nigahın özünün müqəddəsliyi 
məsələsini önə çəkir. Qəhrəmanların ünvanlarına söylənilən və bir 
çox hallarda tənqidçilərin də razılaşdığı, yaxud etiraz etdiyi 
mülahizələri ümumi şəkildə  nəzərdən keçirsək, vəziyyəti müəy-
yən qədər aydınlatmış olarıq. "Adilin bircə çatışmayan cəhəti var 
ki, o da şöhrətpərəstlik arzusunda olmasıdır"; "Ehtiyat igidin yara-
şığıdır; Kişi "icazə hüquqlarını öz əlinə almağa çalışdığından qa-
dın hüququnu, ictimai meyllərini, arzularını  məhdudlaşdırdı-
ğından, qadının məğrur ürəyi bu alçaqlığı  qəbul etmir. Beləliklə 
də, sevgi ailə xaricinə  çıxır, yəni Adildən həqiqi həyat yoldaşı, 
səmimi məhəbbət, rəftar, açıq ürək görməyən Səriyyə  əsil səmi-
miyyəti, məhəbbəti, qarşılıqlı sevgisini, açıq ürəyi ailədən kə-
narda axtarmalı olur. Bu hisslər də Qəribcanın üzərində toplanır" 
(34, səh.154). "Səriyyənin öz ərini evdə qoyub oğlanlarla tennis 
oynamağa getməsi,  ərinin iradəsi  əleyhinə  hərəkətləri,  ərinin 
razılığı olmadan oğlanlarla ayı ovuna getməsi məni əsəbləşdirir" 
(34, səh.152). Yaxud, haqlı deyil prinsipi əsasında tərtib edilən 
məktublarda ailə, məişət,  əxlaq, o cümlədən, mənəviyyat məsə-
lələri haqqında müəyyən problemlərə toxunulur, ictimai və şəxsi 
meyllər irəli sürülür. Lakin açıq hiss olunur ki, "Bir mübahisə mü-
nasibətilə" məqaləsində  Səriyyənin mövqeyi birmənalı  şəkildə 
dəstəklənir. Iradları  "əsassız" hesab edən məqalə müəllifi belə 
qənaətə gəlir ki, "məhəbbətin ailə xaricinə çıxması sosialist ailəsi 
üçün çox yabançı  və  təxribatçı bir haldır" "Səriyyə haqlıdırmı" 
sualına "yox, haqlı deyildir", – cavabını verənlər də məsələlərə bu 
nöqteyi-nəzərdən yanaşırlar, yəni ailənin dağılmasını istəmirlər, 
belə hallara acıyırlar. "Lakin bu yoldaşlar məsələnin çox mühüm 
bir cəhətini nəzərdən qaçırırlar. Unudurlar ki, insan taleyini 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
242
taclandıran təmiz məhəbbətin ailə xaricinə  çıxması  məhz ailədə 
köləlik hüquqları qalıqlarının nəticəsidir…" 
Əvvəla, ciddi əxlaqi-mənəvi problemləri "Haqlı", "Haqsız" 
"prinsipləri" ilə  həll etmək mümkün deyil. Ikincisi, məktub 
müəlliflərinin məhz nədə haqlı və nədə haqsız olmaları məqalədə 
kifayət qədər açılmır. Xüsusilə, Səriyyənin sevgisinin "ailə 
xaricinə" çıxmasına haqq qazandıran məktub müəllifinin mövqeyi 
yalnız ictimai-siyasi baxımdan dəyərləndirilir. Burada Adillə 
Səriyyənin qurduğu ailədə  məhəbbətin xaricə  çıxması ona görə 
"yabançı və təxribatçı bir hal" hesab edilir ki, bu, məhz "sosialist 
ailəsidir". Çox güman ki, yazıçı romanında  əxlaqi-mənəvi 
baxışlarını "haqlı", "haqsız" prinsipləri üzərində qurmayıb və 
əsərin süjetini izlədikdə aydın görünür ki, qəhrəmanların tale-
yində reallıqla ruhi-mənəvi başlanğıc vəhdət təşkil edir. Lakin 
roman qəhrəmanlarının əməllərinə qiymət verənlər reallığı, zahiri 
məqamları  əsas tuturlar. Bunlar ilk öncə ruhi-mənəvi tərəfi, 
ümuminsani başlanğıcı unudurlar. Unudurlar deyəndə,  əslində, 
dəyərləndirməkdə çətinlik çəkirlər. Çünki, "sosialist cəmiyyətində 
qadın öz taleyinin hakimidir" (34, səh.154) "prinsipi" birmənalı 
şəkildə vulqar sosiologizmdir.  
Əlbəttə  tənqidçinin mülahizələri ilə oxucu məktublarında 
irəli sürülən qənaətlərin "üst-üstə" düşməməsinə, hətta ziddiyyət 
təşkil etmələrinə normal hal kimi baxmaq olar. Onlardan 
yazıçının baxışları ilə razılaşmağı da birmənalı  şəkildə  tələb 
etmək olmaz. Lakin bədii vasitələrlə meydana çıxarılan həqiqət 
sərt, acı olsa da, qəbul etməliyik. Çünki həqiqətdir. Həqiqət isə 
zahirdə görünənlərdə, daha doğrusu, reallıq təsiri bağışlayanlarda 
yox, daxili məzmunda aranmalıdır. Səriyyənin və Adilin haqlı, 
yaxud haqsız olduğu ilk baxışda münasibətlərindən açıq-aydın 
"görünür". Bu, əlbəttə, aysberqin görünən tərəfidir. Lakin əsl 
məna onun görünməyən tərəfindədir. Başqa sözlə, qiymətlən-


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə