Microsoft Word Himalay doc



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə57/85
tarix20.08.2018
ölçüsü2,16 Mb.
#63700
1   ...   53   54   55   56   57   58   59   60   ...   85

Himalay Ənvəroğlu __________________________
 
 
227 
cərəyanına qoşulandan sonra insanların  əhval ruhiyyəsində yeni 
bir canlanma baş verir, onlarda öz iş  və  əməllərinə  tənqidi 
münasibət yaranır,  əvvəlki kimi işləməyin və yaşamağın qeyri-
mümkünlüyü qənaətinə  gəlirlər. Nuriyyə qibtə ediləcək qədər 
işgüzar,  şəraiti dərk edib qiymətləndirə biləndir, baş verən 
hadisələrin səbəb və  nəticələri haqqında düzgün fikir söyləməyi 
bacarandır. 
Camaatla ünsiyyət yaratmaq, hər bir insanın psixologiyasına 
həssaslıq göstərmək, Nuriyyəni bir şəxsiyyət kimi səciyyələndirən 
bu xüsusiyyətlər onu xalqın, millətin intibahı yolunda əsil 
fədakara və  cəfakeşə çevirir. Tənqid və  ədəbiyyatşünaslıqda o 
zaman belə bir fikir də formalaşmışdır ki, "şəxsiyyətin xoşbəxtliyi 
və  ləyaqəti onun əməyi ilə müəyyənləşir". Ona görə  də Nuriyyə 
obrazının xarakterini məhz bu baxımdan "müəyyənləşdirmək 
prinsipi" ön plana çəkilmişdir. Halbuki, obrazı  və obrazda 
predmetləşən müəllif ideyasını  dərindən dərk edən hər bir kəsə 
gün kimi aydın olur ki, Nuriyyənin ləyaqətini yalnız əməyə, icti-
mai borca münasibətlə  əlaqələndirmək onu birtərəfli anlamağa 
gətirib çıxarır. Yazıçı  qəhrəmanın uğurlarını  əmək cəbhəsində 
deyil, mənəviyyat aləmində aramağa çalışmışdır. Məhz bu sahədə 
müəllifin uğurları kifayət qədərdir. Nuriyyənin  şəxsiyyətinin 
dərinliklərinə endikcə orada ümuminsani başlanğıcı hiss edirsən. 
Obraz özünün ruhi-mənəvi dünyası ilə, psixoloji həssaslığı ilə 
xalqın milli dəyərlərinə bağlıdır. Həm müəllifin, həm də onun 
aparıcı  qəhrəmanı Nuriyyənin iqtidarını  məhz ub istiqamətdə 
axtarmaq lazımdır. Ona görə  də müəllif qəhrəmanını daha çox 
lirik-psixoloji  əsasda göstərməyin, belə bir ovqatı ifadə etməyin 
qayğısını çəkməli olmuşdur. 
"Söyüdlü arx" birinci şəxsin dilindən, hadisələrdən xeyli 
keçəndən sonra qələmə alınmış bir "xatirədir". Nuriyyə öz "roma-
nını yazanda" o, artıq mühəndisə, "yaxşı adam"a ərə getmişdir. 
Bədii  ədəbiyyatda, xüsusilə roman kimi mürəkkəb tərkibli bir 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
228
əsərdə  nəql edənin kimliyinin mühüm əhəmiyyəti vardır. Hadisə 
və  əhvalatların birinci şəxsin dilindən təhkiyə edilməsi 
səmimiyyəti və inandırıcılığı artırsa da, əslində, buna nail olmaq 
və təhkiyəni bu formada davam etdirmək o qədər də asan deyil və 
bu müəllifin manevr etmək imkanını azaldır.  Əslində  təhkiyə 
ədasının seçilməsi və  tətbiqi müəllifin səlahiyyətində olsa da, 
məzmuna, müşahidə edilib yaşanılan həyat materialının 
xarakterinə uyğun gəlməlidir. Başqa sözlə, təhkiyənin forması za-
hiri mahiyyət daşımır və müəllif konsepsiyası ilə,  əsərin ideya 
məzmunu ilə bibraşa bağlı olur. Bu baxımdan Nuriyyənin "ro-
manı" hesab edilən "Söyüdlü arx"ı başqa bir təhkiyə tərzində nəql 
etmək indiki qədər təsirli, inandırıcı  və  səmimi ola bilməzdi. 
I.Əfəndiyev sanki bu əsərində  təhkiyənin  ən mümkün variantını 
seçibdir. Nuriyyə hadisələri nəql etdikcə, sanki onları yenidən 
yaşayır və oxucularını da eyni hərarətlə öz taleyinə qoşur, 
kədərini də, sevincini də onlarla bölür. Nuriyyə eyni zamanda 
müəllif qəlbinə, onun ruhuna doğma olan bir insandır. Yazıçı hə-
yatla nəfəs alan bu obrazın xoşbəxt olmasına, ailə  səadətinə qo-
vuşmasına, sevdiyinə çatmasına daha çox sevinəndir. Roman bo-
yu müəllif öz qəhrəmanının bu qayğısını  çəkir. Lakin həyat çox 
mürəkkəb və qəribədir, özünün yazılmamış qanunları ilə irəliləyir. 
I.Əfəndiyev son dərəcə təbii bir yol seçmiş, qəhrəmanın taleyinə 
yazılanları sənət yolu ilə ifadə etmişdir. 
Romanın ilk səhifəsində teatr institutunun məzunu kimi 
təqdim edilən gənc Nuriyyə az sonra xəyalına elə məsələlər gətirir 
ki, bu həm oxucunu həyat, təbiətin əzəli olması, ilkinlik haqqında 
düşüncələr aləminə  çəkir, həm də  qəhrəmanın mənəvi və idraki 
imkanının genişliyindən xəbər verir. "Birdən bu kiçik hadisə  nə 
üçünsə  xəyalımı  çəkib, insanları  hələ yer üzündə yaşamadığı 
zamanlara apardı. Bu geniş çöllər, bu nəhayətsiz sükut, bu munis 
aydınlıq onda da var idi, indi də var. Biz insanlar dünyaya nə 


Himalay Ənvəroğlu __________________________
 
 
229
üçün gəldik? Təbiətin bu əbədi ahənginə  nə  əlavə etdik? Indi 
mənim çəkdiyim bu əziyyət, bu iztirab nə üçündür? Əgər mən 
olmasaydım bu gözəl gecə  nə itirərdi?" (47, səh.8-9) cavabı 
müşkül olan, mücərrəd təfəkkürün doğurduğu bu suallar sanki 
həyatda öz yerini müəyyən etmək istəyən hər hansı bir kamil 
şəxsiyyətin öz içərisində baş qaldırır. Bu, həm də onu göstərir ki, 
Nuriyyə dünyamıza elə-belə gəlib gedən insanlardan deyil. O öz 
aləmi ilə  gəlir və qarşısında konkret məqsəd aydınlığı var. 
Qəhrəmanını lirik-psixoloji istiqamətdə yaradan müəllif ictimai 
həyat hadisələrində  iştirakını, müxtəlif insanlarla münasibətini 
məhz həmin daxili-mənəvi aləmin dərindən açılmasına yönəldir. 
Nuriyyənin hissi-subyektiv əsasda təkamülündə Murada sevgisi 
mühüm yer tutur. Sevgi hissi insanda ən ülvi və pak hissdir. Saf 
məhəbbəti qəlbində və ruhunda daşıyan ən xoşbəxt adamdır. Belə 
adamlar məhəbbətə geniş ümuminsani mənada yanaşır,  şəxsi 
hisslərini qurban vermək iqtidarına malik olur, şəraitdən, maddi 
sevgidən, şəxsi maraqlardan ucada dururlar. 
Söhbət Nuriyyədən getdikdə demək lazımdır ki, o, ömründə 
bircə  dəfə sevən qızlardandır. Hətta illərin həsrəti onun Murada 
olan məhəbbətinə kölgə sala bilməmiş,  əksinə, bir qədər də 
qüvvətləndirmişdir. Nuriyyənin təhkiyəsində bu, özünü daha 
aydın hiss etdirir: "Mən ata-ana, bacı-qardaş ünsiyyəti görməmiş 
bir qız idim… Indisə budur, dünyada mənim üçün ən  əziz,  ən 
qiymətli olan adamı tapmışam." Romanın  əvvəlində  qəribə  və 
insanı daxildən sarsıdan bir vəziyyət yaranır. Nuriyyə yenidən 
Muradla görüşərkən indi də onu qarşısıalınmaz bir ehtirasla 
sevdiyini qəlbinin dərinliyindən gələn bir saf duyğu ilə, lakin 
səssizcə, öz içərisində etiraf etdiyi anda gözlənilməz dramatik 
vəziyyətlə qarşılaşır. Elə həmin gecə eşidir ki, Murad evlidir, oğlu 
var. Nuriyyənin  əxlaqi qənaətlərinin ümuminsaniliyi, ləyaqəti də 
məhz bu dramatik vəziyyətə münasibətdə açılır. Məlum olur ki, 
uğrunda hər cür fədakarlığa hazır olduğu Murad Səadət xanımla 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
230
xoşbəxt deyil. Onun həddən artıq qısqanclığı Muradın həyatını 
zəhərləyir. Məsələ burasındadır ki, Nuriyyə həmişə özündən çox 
Muradı düşünmüş, onun xoşbəxtliyini istəmişdir. Lakin indi o, 
vəziyyəti belə görəndə münasibətini qəti müəyyənləşdirməlidir: 
"Məni düşündürən Muradın həyatı idi. O həyat mənim üçün hər 
şeydən əziz idi." Yaxud Nuriyyənin başqa bir etirafına, daxildən 
gələn səsinə diqqət yetirək: "Ah Murad! Mənim  əzizim, sənin 
qadının olmaq… O qədər böyük səadətdir ki, sevincimdən az 
qalır nəfəsim tutulsun." Səadət, xoşbəxtlik ona həddən artıq yaxın 
olduğu bir zamanda, illərdən bəri həsrətini çəkdiyi sevgilisinin 
sinəsinə  sığınmaq məqamında sanki hər  şey birdən-birə dağılır, 
odlu məhəbbətlə sevən qəlbi mühakimə, düşüncə, məntiq  əvəz 
edir: 
"-Otur, bir stəkan çaydan-zaddan iç, - deyə  Nəriman  əmi 
ona (Murada – H.Q.) təklif etdi, - Qorxma, bizdə olmağına arvad 
bir söz deməz. 
Mən bu axırıncı sözləri eşidərkən diksindim. Sonra özümdə 
qəribə bir halsızlıq hiss etdim. Elə bil bütün həyat qüvvələrim 
məni bir anda tərk edib getdi. Murad Nəriman əminin zarafatına 
cavab vermədi, tutqun və  sərt bir ifadə ilə: -Xudahafiz, - deyib 
tələsik eyvandan düşdü. Darvazadan çıxıncaya qədər gözlərimi 
ondan çəkmədim. Mənə elə gəldi ki, onu təkrar itirdim. Elə bil ki, 
bu bir saatın içində yenidən qayıdan ümid və arzularım, səadətim 
motosiklin səsi ilə birlikdə gecənin sükutuna qarışaraq yox olub 
getdi. 
Mən gülümsəyərək Nəriman  əmi ilə  Qərənfil bacıya bax-
dım. Görünür, bu təbəssümdə qeyr-adi bir hal var idi. Qərənfil ba-
cı bilmirdi ki, mənim daha gülümsəməkdən başqa ayrı çarəm qal-
mamışdı" (47, səh.13). 
Romandan gətirdiyimiz bu nümunə geniş olsa da, vəziy-
yətin dramatikliyini qiymətləndirmək baxımından gərəklidir. 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə