Microsoft Word Himalay doc



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə55/85
tarix20.08.2018
ölçüsü2,16 Mb.
#63700
1   ...   51   52   53   54   55   56   57   58   ...   85

Himalay Ənvəroğlu __________________________
 
 
219
vasitələrində, ümumən janrın poetika və tipologiyasında mühüm 
dəyişikliklərin yaranmasının  əsasını qoymuşdur. Məhdudiyyət 
bilməyən bu roman Azərbaycan xalqının taleyinə önəm vermək 
üçün daim yeni problemlər qaldırır, müəllifini yeni-yeni 
axtarışlara sövq edir, yaradıcılıq meyllərini gücləndirirdi. Küll 
halında "Şamo" romanının bədii strukturu yeni keyfiyyətlərlə 
zənginləşmiş, bir sıra maraqlı orijinal üslub xüsusiyyətləri kəsb 
etmişdir.  Əsərin süjeti və konfliktlərin çözülməsi, xarakterlərin 
incələnməsi, surətlərin qəlb həyatının, psixoloji aləmlərinin 
açıqlanması prosesi müəllifin roman yaradıcılığında özünəməxsus 
başlanğıcdan xəbər verir. 
Roman sənətinə son dərəcə ciddi yanaşan ədibin "Şamo"da 
nümayiş etdirdiyi poetik ustalıq heyranlıq duyğusu əmələ gətirir. 
Əsərin bədii strukturu elə  tərtib edilib ki, burada cərəyan edən 
hadisələrin məzmunu və mahiyyəti müəllifin poetik qayəsi ilə 
üzvü surətdə bağlana bilsin. Romanda gerçəkləşən bədii struktur 
aparıcı  qəhrəmanın və onunla bağlı olan digər surətlərin daxili 
aləmini, zamanın ideologiyasını, obrazların psixologiyasını qədə-
rincə ifadə edir. Tarixin zahirə çıxardığı problemlər yığcam bədii 
dildə, lakin eyni zamanda geniş epik planda, tarixi-ictimai-siyasi 
olayların strukturu təhlili fonunda açıqlanır. 
"Şamo" əsrin sürətini, zamanın qeyri-adi ahəngini kompozi-
siyasında kifayət qədər uğurla nizamlayır, böyük ideallarla 
yaşayan və fəaliyyət göstərən aparıcı qəhrəmanın tarixi taleyinin 
dönüm və döngələrini diqqətə  çəkir. "Şamo"nun bədii struktu-
runun araşdırılmasından doğan nəticə həm də ondan ibarətdir ki, 
bu monumental sənət abidəsi öz quruluşuna görə roman-epopeya 
formasının poetikasına tam müvafiqdir. 
 
 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
220
3.3. I.Əfəndiyevin bədii nəsrində roman 
janrının yeri 
 
lyas Əfəndiyevin bədii axtarışlarının məzmun və 
istiqamətlərinin müəyyənləşdirilməsi hələ 40-cı 
illərin ortalarından başlayır. Bu maraq onun 
1939-cu ildə çap etdirdiyi "Kənddən məktublar", 
1945-ci ildə  nəşr olunan "Aydınlı gecələr", 
1945-ci ildə tamaşaya qoyulan "Intizar" və 1948-ci ildə göstərilən 
"Işıqlı yollar" pyeslərindən sonra özünü daha qabarıq hiss etdirdi. 
Yaradıcılığının ilk təkamül çağının bədii nümunəsi olan 
"Kənddən məktublar" povesti və bu adla çap etdirdiyi kitabına 
daxil olan hekayələrində zaman və  şəxsiyyət problemi mühüm 
mövzu kimi ön plana çəkilir, tariximiz və taleyimiz başlıca 
predmetə çevrilirdi. 60 illik bir yaradıcılıq dövrü keçirən böyük 
ədibimizin poetikası, sənət sirləri və  bədii axtarışları da son 
dərəcə  zəngindir. Yəni 30-cu illərin axırlarından başlayıb 90-cı 
illərin ortalarına qədər davam edən I.Əfəndiyev yaradıcılığı təkcə 
kəmiyyət göstəricisinə görə deyil, həm də keyfiyyət,  əsərlərin 
bədii sambalı baxımından da nümunə olmağa layiqdir. Çünki 
əsərlərində həyat həqiqətinə sadiqlik göstərən bu yazıçı səmimiy-
yəti, hadisələrə vətəndaş münasibəti, ovqatı lirik-emosional ruhda 
ifadə ustalığı ilə  də  səciyyəvidir. Ona görə istər bədii nəsrinin, 
daha doğrusu roman və povestlərinin, istərsə  də dramlarının 
təkamülünü izləyəndə qarşıda açılan mənzərədən heyrətlənib 
sənətkarın ecazkar qələminin gücünə heyran olmaya bilmirsən. 
I.Əfəndiyev haqqında tədqiqatlarda belə bir fikir xüsusi 
vurğulanır ki, "ilk addımlarından başlayaraq, mənəvi-əxlaqi 
toqquşmaları ön plana çəkən ədib" bütün böyük sənətkarları cəlb 
etmiş bir məsələ: "əsil insan, əsil vətəndaş necə yaşamalıdır?", 
sualı üzərində düşünmüşdür" (119, səh.4). Daha dəqiq desək o, bu 
məsələləri bədii  şüur predmetinə çevirmişdir. 1946-cı ildə 
I


Himalay Ənvəroğlu __________________________
 
 
221 
görkəmli Azərbaycan tədqiqatçısı M.Arif "Dramaturgiyamıza bir 
nəzər" məqaləsində "Intizar" pyesini "təqdirəlayiq" (90, səh.185) 
əsər hesab etmiş, "pyesin psixoloji bir dram" olmasından razılıqla 
danışmışdır. Görünür, tənqidçini I.Əfəndiyevin ilk pyesi ilə bğalı 
bu qənaətə gətirən amil bədii formanın təzəliyi ilə yanaşı, həm də 
bu forma vasitəsi ilə müəllif başlanğıcının mümkün qədər orijinal 
açıqlana bilməsi olmuşdur.  Əlbəttə, I.Əfəndiyevin dram 
yaradıcılığı ilə bağlı deyilənləri bu və ya digər şəkildə onun bədii 
nəsrinə  də aid etmək olar. "Kənddən məktub"lar 30-cu illərin 
sonunda  ədəbiyyata yeni ovqat, tariximizi və taleyimizi milli 
vətənpərvərlik ruhu ilə ifadə edən bir sənətkarın vətəndaşlıq 
qeyrətini gətirdi. Dövrün sərt "inqilabi gerçəkliyinin" zahiri 
pafosundan, zamanın hüdudlarından kənarda qəlbi kövrəldən, 
subyektiv məqamlardan güc alan, folklor ruhu ilə aşılanan mövzu 
və  qəhrəmanlara meydan açmaq I.Əfəndiyevin ilk hekayələrinin 
özünəməxsusluğundan xəbər verirdi. "Qarımış  oğlan", "Qızbəs 
xala", "Mirzə Iman", "Apardı sellər Saranı", "Qəhrəman ilə 
bülbülün nağılı", "Qarı dağı", "Tar", "Qaraçı və qızıl çiçək" və s. 
hekayələr müəllifin bu janrda uğurlarından xəbər verir. 
Hekayənin klassik poetikasından yaradıcılıqla bəhrələnən 
I.Əfəndiyev axtarışlar apardı  və bu formanın zahiri həcmini 
saxlamaqla onu daxildən genişləndirməyin imkanlarını açıqladı. 
Bunu deyərkən biz yazıçının folklor poetikasından, lirik 
poeziyanın xüsusiyyətlərindən ustalıqla istifadə etməyi, ideyanı, 
hadisə  və obrazın təkamülü ilə  əlaqələndirməkdə nümayiş 
etdirdiyi incə vasitələri nəzərdə tuturuq. 
Buradan həm də o nəticə çıxır ki, hekayə kimi çevik, lakin 
daxili quruluşuna görə xeyli mürəkkəb olan janrda qələmini 
sınaqdan çıxaran, daha doğrusu, bu forma üstündə  əməlli-başlı 
köklənib möhkəm qərar tutan ədib sonradan bədii nəsrin həcmli 
formalarına keçmək üçün özünü tam hazırladı. Başqa sözlə, 
hekayələrinin süjet motivləri nəinki bu və ya digər  şəkildə 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
222
romanlarında göründü. Həm də bu janrın poetikası üçün başlıca 
şərt olan yığcamlıq, hadisələrin müəllif mövqeyindən keçirilərək 
hərarət kəsb etməsi, subyektiv meylin lirik-psixoloji başlanğıcla 
vəhdəti kimi mühüm xüsusiyyətlər onun romanlarında tipoloji 
müəyyənlik oldu. Ona görə də I.Əfəndiyevin romanlarında özünü 
göstərən bu və ya digər rəngin və çaların mənbəyi, qaynaqları 
sələflərin  ədəbi təcrübəsində axtarılsa da, yenə  ən inamlı  və 
önəmli ünvan ədibin özünəməxsus olan poetikasıdır. 
I.Əfəndiyev başqaları kimi ədəbi yaradıcılığa nə birdən-birə 
romanla başlamış, nə də bu janra gəlməyə tələsmişdir. "Kənddən 
məktublar" povestini və bir sıra hekayələrini hələ 1939-cu ildə 
çap etdirən yazıçının ilk romanını  təxminən 20 ildən sonra 
yazması ("Söyüdlü arx", 1958-ci il) heç də təəccüblü görünmür. O 
mənada yox ki, müəllif özündə  cəsarət tapmırdı, özünü bu janr 
üçün hələ tam hazır hesab etmirdi. Əlbəttə, ədib bu deyilənləri də 
nəzərindən qaçırmırdı. Lakin ən önəmlisi odur ki, yazıçı romana 
daxildən hazırlanırdı, o bu keçidi mexaniki hesab etmirdi, 
sənətinin təbii təkamülü kimi dərk edirdi. Roman hekayənin və 
povestin süjetinin, mövzu və  qəhrəmanlarının ya süni, yaxud da 
sənət yolu ilə böyüdülüb romana çevrilməsi deyil. Bədii nəsrin 
tipologiyası bunları birləşdirsə  də,  əslində roman son dərəcə 
mürəkkəb, öz daxilindən güc alan, müəllifin yaradıcı axtarışlarına 
geniş meydan verən, "müxtəlif" komponentlərin vəhdətinə  əsas-
lanan bir formadır. O, yazıçıdan zəngin həyat təcrübəsi, müşahidə 
dairəsinin genişliyini, real gerçəklikdəki arakəsmələri "söküb" 
yenidən "qurmaq" iqtidarı, hadisələri daxildən  əlaqələndirmək 
bacarığı və bütün bunları sənət yolu ilə etmək ustalığı tələb edir. 
Özünə,  şəxsi istedadına güvənən  ədibin bu mənada ilk 
hekayəsindən çox sonra roman yazması  təsadüfi deyil, bəlkə  də 
təbii və qanunauyğundur. 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə