Microsoft Word Himalay doc



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə51/85
tarix20.08.2018
ölçüsü2,16 Mb.
#63700
1   ...   47   48   49   50   51   52   53   54   ...   85

Himalay Ənvəroğlu __________________________
 
 
203
xaliqindən taleyinin sirrini öyrənmək istəyi onun hüququdur. 
Lakin inanmaq çətindir ki, xaliqi ehtirasətə aludə olan Göyərçini 
əfv etsin. Lakin istəyinin özündən asılı olmadığını, olanların 
"xaliqin yazı-pozusu" ilə olduğunu iddia edən Göyərçini 
həyəcanlı etiraf məqamında gətirən müəllif, eyni zamanda, demək 
istəyir ki, Allah yanında tövbə qapısı açıqdır və  hətta, lənət 
obyekti və nifrət rəmzi olan şər özü də Allahın pənahındadır. 
Görünür, məhz bu mənada S.Rəhimov qəhrəmanına "uç-
maq" imkanı vermişdir. 
S.Rəhimov "Şamo"nun 1964-cü ildə çap etdirdiyi üçüncü 
cildinin birinci hissəsinin bir fəslini "Uğultulu külək" adlandır-
mışdır. Təbiətlə insan xarakteri və taleyi arasında ahəngdarlıq 
arayan S.Rəhimov "Şamo"da bir çox problemləri bu uyarlığın 
kontekstində  dəyərləndirir. Bu baxımdan "Uğultulu külək" fəsli 
də  təsadüfi deyil. Bu, 1918-1919-cu illərin Bakısında cərəyan 
edən hadisələr və insanları qayğıları, onlara üzüntü gətirən pro-
seslərin xarakterləri ilə uyarlıq təşkil edir: "Bakı küləyi aram bil-
mədən uğultu ilə əsir" (111, səh.3) – deyən müəllif az sonra diq-
qəti başqa bir küləyə, bu dəfə "şimaldan üzü bəriyə uğuldayıb gə-
lən küləyə" (111, səh.9) yönəldir. Bu cümlələrdə maraq doğuran 
cəhətlərdən biri budur ki, müəllif Bakıda külək "əsir" deyirsə, 
şimaldan külək "gəlir" – deyir. Külək  əsir anlamında da ictimai 
mühitə işarə var, çünki o, həm də uğultuludur. Şimal küləyi həm 
"uğultuludur", həm də "gəlir". "Gəliri" "gətirilir" kimi də başa 
düşmək olar. Əslində, bu, rəmzi mənada  şimaldan gələn inqilab 
deməkdir. Maraqlı burasıdır ki, romanda şimal küləyinin 
gətirəcəyi dağıntı və fəlakəti dilinə gətirən məhz Gəray ağadır. O 
Gəray ağa ki, "millət şümürü" kimi ad çıxaran Leylək Ələmdarın 
əli ilə günahsız insanları öldürtdürüb Qarabağın kəhrizlərinə 
atdırmışdır və saysız-hesabsız günahsız qanlara bais olmuşdur. 
Lakin nə qədər qara əməllər sahibi olsa da, dediklərində həqiqət 
var və bunların bir qismi həm danışılan dövrün tarixi hadisələri 
ilə, həm də bu gün regionda özünü göstərən proseslərlə  səsləşir. 
Bunu tarixi hadisələri obyektiv qiymətləndirən müəllifin mövqeyi 
kimi də yozmaq olar. Görünür, ədib "şimal küləyi"nə bu yolla 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
204
etirazını bildirmişdir: "Şimaldan üzü bəriyə  uğuldayıb gələn bu 
külək nəinki sənin parlamentinin başına sancılan o milli 
bayrağının, lap parlamentin özünün də, binasının da ətəklərini 
yerdən üzəcəkdir… Ancaq o dürlü-dürlü palıdı (Sultanı – H.Q.) 
nə Bakı küləyi yıxa bilər, nə  də Rusiyadan uğuldayıb gələn 
revolyusiya küləyi " (101, səh.10). 
Göründüyü kimi, Gəray ağa şimaldan revolyusiya küləyinin 
gətirdiyi inqilabi hökumətə deyil, millətin özündən olan 
"diktatora" (101, səh.9) üstünlük verir. Əlbəttə, Gəray ağa bu 
zaman milli mənafedən daha çox sinfi marağı üstün tuturdu. Bunu 
onun dostu Ağaxana dediyi sözlərdən də görmək olar: "Bax. Bir 
gün sənin də, mənim də mülkümüz xaraba qalacaq, bəlkə xan 
sarayının divarları kimi dözüm gətirməyəcək… bu dıqqapa-
paqlardan, boğazı bantlılardan millətin dərdinə  ağlayan 
olmaz."S.Rəhimovun Gəray ağanın dili ilə dediyi aşağıdakı fikir 
də diqqəti çəkir: 
"Sultan əvvəl-əvvəl bu içərini susdursun, yerölçən kimiləri 
–bolşevikləri sil-süpür eləsin! Möhkəm bir qoşun düzəltsin, 
milləti, vətəni öz enli sinəsilə qorusun! Sənin də, mənim də 
mülkümüzdən bir xeyir olsun! Sən özün də bu boşboğaz 
məclisdən gedib ayağını öz torpağında möhkəmlədərsən! Yoxsa it 
də gedəcək, ip də, parlament də gedəcək, məclis də, milliyə  də 
gedəcək, islamiyyə də! …Müsavat da gedəcək, ədalət də!" (106, 
səh.10). 
XX əsrin ikinci onilliyinin sonlarında Gəray ağanın millət, 
vətən, milli qoşun düzəltmək haqqında milli pafoslu fikirlər 
söyləməsi mümkündür. Lakin Gəray ağa kimi bir tipin "müsavat" 
və  "ədalət" sözlərini belə yüksək pafosla ifadə etməsi diqqəti 
müəllifin ünvanına, illərdən bəri onun pünhan saxladığı ovqata 
çəkir. Daxili əzminə güvənən  ədib  əlverişli məqam tapan kimi 
hətta mənfi obrazların dili ilə olsa da tarixi həqiqətləri "dəbərdir", 
şimaldan gələn təhlükəni yaddaşa çəkir, milli qeyrətin, 
vətəndaşlıq məsuliyyətinin mənəvi içərilərlə bağlı bir mahiyyət 
olduğunu nümayiş etdirir. 


Himalay Ənvəroğlu __________________________
 
 
205
Bu mənada "Şamo" daim özünə münasibət tələb edən 
roman kimi bədii təfəkkürə daxil olur. Çünki qayəsi dərin qatlarla 
irəlilədilən "Şamo" struktur təhlil tələb edən  əsərdir. Məsələn: 
Y.Seyidovun "Süleyman Rəhimovun romanları" (1975) 
monoqrafiyasında söylənilən fikirləri bu gün qeydsiz-şərtsiz qəbul 
etmək mümkün deyil: "Varlılar öz mövqelərini saxlamaq üçün 
zora arxalanmaqla kifayətlənmir, 
şüurlardakı 
ətalətdən, 
fanatizmin gücündən də faydalanaraq addımbaşı  təkrar edirlər: 
"Allah birinə elə verər, birinə də belə", "Allah öz bəndəsini yaxşı 
tanıyır", "hər  şey Allahdan asılıdır…" Bir sözlə, heç kəs dövləti 
hansı yolla ələ keçirdiyi, necə varlandığı barədə danışmaq istəmir, 
ətrafdakılara bu fikri təlqin etməyə çalışırlar ki, bizdən asılı heç 
nə yoxdur, nəyimiz varsa, Allah vermişdir, Allah belə  məsləhət 
bilmişdir… 
Gülsənəmin qaçırılmasını isə gözəgörünməz Allahın adı ilə 
əlaqələndirmək Hatəmxan üçün əlverişli deyil. Əlbəttə, demək 
olar ki, "Allahın məsləhəti belə imiş…" Ancaq sonda Safo yox, 
Hatəmxan da "Allahın məsləhəti " ilə barışmalı, Gülsənəmi 
gəlinliyə  qəbul etməlidir. Hatəmxan isə  əsla yol vermək istəmir, 
cəhd edir ki, oğlunun "səhvini" düzəltsin…" Doğrudan da, 
romanda hər kəs nəyə isə "cəhd edir." Hatəmxan da, Safo da öz 
istədiklərinin ödənilməsinə  cəhd edirlər. Hatəmxan  şərə xidmət 
edirsə, Safo xeyirə xidmət edir. "Allahın məsləhətinə" qulaq asıb-
asmamaq  şəxsin öz işidir.  Əlbəttə, qulaq assa yaxşı olar. Allah 
bəndəsini "zorən təbib" etmir. O, bəndələrinə  sərbəst,  əmin-
amanlıq şəraitində yaşamağı məsləhət görür. Onlara ağıl, qəlb və 
göz verir ki, həqiqəti görsün, duysun və dərk etsin, inam və iman 
sahibi olsun. Kim ki, haqq yolu ilə getmirsə,  əvvəl-axır öz 
cəzasını  çəkəcəkdir. Ona görə Hatəmxanın min bir cəhdlə, hiylə 
və zorla oğlu Maronun, Y.Seyidovun dediyi kimi, "səhvini" 
düzəltməyə çalışmağı onun Safo qarşısında mövqe üstünlüyü 
deyil.  Əksinə, cılızlığını, kiçikliyini, namərd bir yol tutduğunu 
göstərir. Çirkin əməllərə  rəvac vermək görünür onun taleyinə 
yazılıb və alın yazısı kimi onu izləyir. 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
206
Başqa sözlə, Safo yaxşılığından qalmırsa, Hatəmxan pisli-
yindən qalmır. Bu zahirən Hatəmxanla Safonun münasibətlərinin 
toqquşmasıdırsa, əslində xeyirlə şərin əbədi qovğasıdır və zaman-
zaman insanların  əlaqə  və münasibətlərində  təzahür edir. Bu 
baxımdan S.Rəhimov öz mövqeyində sabitdir. Onun mövqeyinin 
dəyəri haqq yolunu dəstəkləməsindədir. "Haqqa bağlanmağın 
faydalı bir dərman" (Nəsimi) olmadığını çox gözəl bilən  ədib 
təsadüfi demir ki, "Allah öz bəndəsini yaxşı tanıyır", "hər  şey 
Allahdan asılıdır." Doğrudur, bu fikirlər obrazların dili ilə deyilir. 
Lakin müəllifdə insanlara həyat eşqi verən "güc nəğməsi"nə, 
"mərkəzi qüvvə"yə (Nəsimi) dönməz inam var. Ona görə haqqa 
bağlanmağı, ona etiqad etməyi "şüurlardakı  ətalət", "fanatizm" 
kimi dəyərləndirən Y.Seyidovla razılaşmaq olmaz. 
Tənqidçi "ətalətlə" "fanatizm"i bir-birindən fərqləndirmir. 
Görünür, vulqar sosiologizm, empirik şüur, təsəvvürdəki zahirilik 
tənqidçiyə batində  həqiqəti görmək imkanı verməmişdir. Nəsimi 
öz etiqadının fanatiki, yəni ideyası  məftunu idi və ömrü boyu 
"ənəlhəqq"in  şövqü ilə yaşamışdı, onun nuruna "bürünmüşdü." 
Əslində "Allah birinə elə verər, birinə  də belə", "Allah öz 
bəndəsini yaxşı tanıyır", "Hər  şey Allahdan asılıdır", "Allahın 
məsləhəti belə imiş" ifadələri Quranın ayələrindən süzülüb gələn 
kəlamlardır. Kimin necə əməl edib-etməməsindən asılı olmayaraq 
bu kəlamlar artıq inam və etiqad kimi insanlığın taleyinə daxil 
olub və onunla bərabər irəliləyir. Bu mənada Hatəmxanın Quranın 
buyurduqlarını özünə  sərf eləyən tərzdə yozması heç də  qəribə 
deyil. Insan şübhə etməkdə haqlı olduğu kimi, fikir və 
mülahizələrində də sərbəstdir. 
Poetika, bədii struktur əsərin mürəkkəb toxumalarını ifadə 
edən anlayış kimi, "Şamo"nun özünəməxsusluğunda yeni çalarlar 
kəsb edir. "Şamo" poetikasını kiçik povestin genişlənib romana, 
daha sonra isə çoxcildli epopeyaya çevrilməsi nəticəsində  əldə 
etmişdir.  Əsərdəki hadisələr 1913-1921-ci illərlə bağlı olsa da, 
müəllifin təfsilatlı üslubu Azərbaycan xalqının həyatının geniş bir 
dövrünü  əhatə edir. "Şamo" çoxsurətli, çoxşaxəli roman-
epopeyadır. 1931-ci ildə 118 səhifə həcmində çap olunan bu əsərə 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə