Microsoft Word Himalay doc



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə49/85
tarix20.08.2018
ölçüsü2,16 Mb.
#63700
1   ...   45   46   47   48   49   50   51   52   ...   85

Himalay Ənvəroğlu __________________________
 
 
195
haqqında Pası ilə  Qızqayıt qarının aşağıdakı mükaliməsi tam 
təsəvvür yaradır: 
"-Axı nə olub ki?! 
-Gül…sə…nəmi görüblər, - deyə qarı  əllərini qoynuna 
dürtdü. -Bəs bu evin adına, Kərbalayının Çalbayır boyda 
hörmətinə" (106, səh.101). 
Göründüyü kimi, Qızqayıt Pasının ən ağrılı yarasına toxu-
nur. Çünki Pası Gülsənəmə  nə  qədər dərin kin bəsləsə  də, onu 
özünün dediyi kimi "Safonun xarabasına" qovmaq üçün bəhanə 
gəzsə də, heç vaxt o, gəlinini "görüblər" şayiəsilə evdən uzaqlaş-
dırmaq istəməzdi. Pasıya görə bu namus ləkəsi idi. Qızqayıtın 
"Gülsənəm" və "görüblər" sözlərini heca-heca tələffüz edərkən 
Pasının haldan-hala düşməsi obrazların psixologiyası baxımından 
diqqəti çəkir. Pası heç vaxt istəməzdi ki, Hatəmxan gəlini, Maro 
arvadı Gülsənəmin adı belə hallansın. Ona görə  də  Qızqayıt 
danışdıqca içərisini saran vahiməni özündən uzaqlaşdırmağa 
çalışır. Nə olur, olsun, nə deyilir deyilsin ta ki, Gülsənəmin adına 
ləkə  gətirən bir söz deyilməsin. Ona görə  təsadüfi deyil ki, Pası 
Qızqayıtın ağzını başqa səmtə yönəldirdi. Lakin Qızqayıt Göyər-
çindən aldığı təlimatı özünəməxsus üsullarla Pasıya çatdırırdı. Və 
bu zaman o, həm də Pasının sarılmasının doğurduğu ovqatdan 
həzz alırdı. Göyərçin Pasının özünə  də  qənim kəsilir. Xüsusilə, 
ətli  əndamı ilə Hamətxanın qarşısında nazlana-nazlana gəzməsi 
Pasını təbdən çıxarırdı, onu qısqanclıq odunda yandırırdı və kişini 
yoldan çıxaracağından xoflanırdı. Bu mənada Pası  və Göyərçin 
döyüşü açıq və gizli yollarla romanın sonlarına qədər davam 
etdirilir. 
Göyərçin çox yaxşı anlayırdı ki, "Gülsənəmi görüblər" 
şayiəsi "Xudaverən hadisəni unutdurar", onun "vəziyyətini 
düzəldərdi" (106, səh.109). Doğrudan da Gülsənəmi "görüblər" 
xəbəri tez bir zamanda, ildırım sürətilə bütün Şehlini dolaşdı, 
atası Safoya çatdı. Hətta "görüblər" şayiəsi "Kəlbalını da sərxoş-
landırdı" (106, səh.110), ona görə ki, bu Kəlbalıya da Xudaverən 
"dərdi"ni unutdura bilərdi, onun yaşamaq, yasavulluqda qalmaq, 
at belində gəzmək, çiyninə tüfəng taxmaq ümidini artırırdı. O da 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
196
Göyərçin kimi ömrünü uzatmağı başqasının müsibətinə bağlayır-
dı. Məhz yalnız bu mənada ər-arvad (Kəlbalı ilə Göyərçin) bir yo-
lun yolçuları idilər. Yəni nəyin bahasına olursa-olsun yaşamaq, 
ömür sürmək, ömrü uzatmaq qayğıları onları birləşdirirdi. Qalan 
məsələlərdə hər biri öz həyatını yaşayırdı. Əslində, Kəlbalının heç 
öz həyatı yox idi. Çünki şəxsiyyəti, ləyaqəti, əqidə və amalı yox 
idi. Nə pisliyi bir pislik idi, nə yaxşılığı bir yaxşılıq. Kəlbalıdan 
fərqli olaraq Göyərçin çox gözəl anlayırdı ki, "görüblər 
əhvalatı"ndan sonra "Gülsənəm üçün ölüm yazılan bir "çarə" 
qalmışdı" (106, səh.114). 
Romandakı hadisələrin çözümündə süjet xəttinə yeni-yeni 
obrazlar çıxarılır və onların hər birisinin xarakterinin formalaş-
dırılması qayğısı yaranır. Münasibətlər gah toqquşur, gah 
haçalanır, gah da paralel şəkildə inkişaf edir. Tarixi şərait 
insanlara elə  qənim kəsilmişdir ki, ev yıxmaq və qan tökməkdə 
iblisə aludəçilik yolunu tuturlar. Məsələn, hələ romanın birinci 
cildinin sonlarında Kərbalayı Hatəmxan və Hacı  Səfiqulu  Şamo 
və  Fərzəlini aradan götürməyin yolları haqqında düşünür, 
müəyyən plan əsasında hərəkət etməklə məqsədlərinə nail olmaq 
istəyirlər. Öz əməllərini həyata keçirmək üçün Sultanın 
kəlamlarına istinad edirlər: "Bizim Sultan bəy demişkən kəsik baş 
söyləməz olar" (106, səh.692). 
Romanın bədii toxumalarının çözümü müəllif konsep-
siyası ilə reallaşır. Oxucunu hadisələrin cərəyanına salan yazıçı 
qəhrəmanlarının gələcəyi, onların tale yollarının bəzi məqamları 
haqqında da irəlicədən təsəvvür yaradır. Oxucu sevimli 
qəhrəmanlarının taleyinə qoşulur, həyəcan keçirir, aparıcı surətlər 
kimi onlar da "ta ki, bir şey olmasın" – deyə hadisələrə qatılırlar. 
Bu baxımdan "Şamo"nun birinci cildinin sonunda Şamo ilə 
Qəmərin mükaliməsi ən gözəl nümunədir: 
-"Xofə düşmüşəm ki, bəxtimiz borana düşməsin, Şamo! 
-Hansı borana, Qəmər? 
-Namərdlər sənə bir güllə atdırmasınlar?!" (106, səh.743). 
Qəmər özünəməxsus fəhmlə duyur ki, onların səadəti 
yolunda çoxlu əngəllər vardır.  Şamonun  ətrafında tor qurulur, 


Himalay Ənvəroğlu __________________________
 
 
197 
duman qatılaşır, şərait ağırlaşır. Düşmənin qəsdi Şamonu aradan 
götürmək ola bilər.  Şamo mühitin kəskinləşdiyini, ziddiyyətlərin 
gözlənilməyən hadisələrlə, hətta ölümlə qurtara biləcəyini anlayır. 
Lakin Qəməri vahimələndirməmək üçün özünü son dərəcə so-
yuqqanlı aparır və sevgilisini gələcəkdə baş verə biləcək hadi-
sələrə psixoloji cəhətdən hazırlayır. Qəmərin romanın birinci 
cildinin sonunda Şamoya ola biləcək qəsd haqqında həyəcanlı, 
nidalı ehtimalının reallaşmasını çox gözləmək lazım gəlmir. 
Romanın ikinci cildində  Qəmərin düşüncəsinə  gətirdiyi həmin 
namərdlər (Məstəlibəy)  Şamoya güllə atır, onu sinəsindən ağır 
yaralayır. Bu ölümcül yaradan Şamo romanın üçüncü cildində 
sağalır. Dördüncü və beşinci cildlərdə yenidən mübarizəyə başla-
yır, tale döyüşlərinə qoşulur. Bununla belə o, tale oyunundan, alın 
yazısından "xilas" ola bilmir. Romanın beşinci cildinin sonlarında 
yenə  Məstəlibəyin ("namərdlərin") gülləsi ilə yenə döşündən, 
lakin bu dəfə ölümcül yara alır. 
Əvvəlki güllədən fərqli olaraq bu, onun cismani ömrünə 
son qoysa da, lakin onu sevimli Qəmərindən ayıra bilmir. Çünki 
sevgilisi "Şamo daş qoyan yerə Qəmər baş qoyar" (106, səh.409) 
–deyə sinəsini qabağa verir. 
Yeri gəlmişkən demək lazımdır ki, Qəmərin belə bir VÜ-
sala olan etiqadının  əsası lap əvvəldən, hələ romanın birinci cil-
dində cərəyan edən hadisələrin gedişində qoyulmuşdur. Bu onun 
romanın birinci cildinin sonunda dediyi "Sənin Qəmərin" (106, 
səh.745) ifadəsindən də aydın görünürdü. 
Bu baxımdan S.Rəhimovun romanın V cildində "Nakam 
məhəbbət" fəsli (səkkizinci hissənin yeddinci fəsli) açması 
təsadüfi deyil. Bu fəslin ideyası belə bir inam yaradır ki, "Leyli və 
Məcnun" əhvalatı əfsanə deyil. Şamo və Qəmər də çağdaş dövrdə 
belə bir qəmli məhəbbət yolunun yolçularıdır.  Şamonun qətli 
irəlicədən hazırlanmış  həyata keçirilir, bu qanlı  əməl öz 
"bəhrəsini" verir. Şamo məhz həlledici döyüşdə  Məstəlibəyin 
atdığı güllə ilə Qəmərin dizi üstündə gözlərini etibarsız dünyaya 
əbədi yumur. Lakin bu qəmli sonluq nakam eşq aşiqlərini bir daha 
ucaldır, ülviləşdirir, bu sevginin sədasını  ərşi-əleya yetirir. 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
198
"Nakam məhəbbət" fəslindən aşağıdakı parça dediklərimizə  ən 
tutarlı sübutdur: 
"Qəmərin qəsdi, hər necə ola-ola, elə bu məhz döyüş 
zamanında yetirmək özünün "Şamo daş qoyan yerə, Qəmər baş 
qoyar" vədinə əməl etməkdir" (106, səh.409). 
Bu sözlər Qəmərin saf məhəbbəti yolunda ölümə getməyə 
hazır olduğunu, onun mərdliyini göstərir. Xüsusilə, "Qəmər baş 
qoyar" ifadəsi zahiri pafos deyil, məhz məhəbbətə,  Şamonun 
tutduğu yola etiqadın ifadəsidir. "Nakam məhəbbət" fəsli iki 
gəncin qəmli sevgi dastanı kimi insanı heyrətləndirir, lakin 
ümidsiz etmir, əksinə, içinə bir inam işığı salır. Şamo və Qəmərin 
bir anda əbədiyyətə qovuşmasının doğurduğu kədəri dil ifa də 
etməkdə acizdir. Çünki illərdən bəri bu iki gənc bütün məhrumiy-
yətlərə dözərək qovuşmaq həsrətilə yaşamışlar, müəllif də bunları 
beş cildlik bir roman-epopeyanın dönüm və döngələrindən 
keçirərək gətirmişdir. Göynərti yaradan budur ki, aparıcı 
qəhrəmanlar səadətə son dərəcə yaxın olduqları bir zamanda 
öldürülürlər: 
"Şamodur, özüdür" – deyə döşü atlana-atlana Qəmər də 
düşmənə qarşı səngər tutdu. 
Ağır yaralı Şamo heyrətlə: 
"-Qə…mə…r…sən…sən, -dedi, gəl…mi…sən? 
-Qəmərəm, gəlmişəm, Şamo! 
-Bilirəm, eşitmişəm, necə…qaçmışdın. Elə…hey… səni 
… anırdım… Görüşdük, məni Safonun yanında dəfn edərsiniz… 
çobana da, Alo əmiyə də çatdırarsan! 
-Yox, Şamo, sən bu yaradan da qalacaqsan! Qəmər Şamo 
ilə  uğraşan zaman Maronun qanını almaq kinilə vurnuxan 
Kərbalayı Hatəmxanın gülləsi Qəmərə, Qəmərin gülləsi Kərbəlayı 
Hatəmxana açıldı.  
Bəli, "Nakam məhəbbət" dastanının bitdiyi yerdə çoban 
Fərzəli özünü hadisə yerinə çatdırdı. Şamonun da, Qəmərin də ye-
rə yanaşı sərildiyini gördü. Çoban Fərzəli dağlar dolusu qışqırdı" 
(106, səh.410). 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə