Microsoft Word Himalay doc



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə50/85
tarix20.08.2018
ölçüsü2,16 Mb.
#63700
1   ...   46   47   48   49   50   51   52   53   ...   85

Himalay Ənvəroğlu __________________________
 
 
199
Insana hədsiz üzüntü gətirən bu qəmli məhəbbət dastanı 
həm də belə bir inam doğurur ki, dünya xali deyilmiş, Nəbinin 
Həcəri yaşayıb, yaşayır və yaşayacaq da. Qoşa qəhrəmanların 
nakam məhəbbət dastanları tarixdən və ayrı-ayrı  mənbələrdən 
bizə bəlli olsa da, XX əsrin keşməkeşli tarixində onların yenidən 
görünməsi və yüksək sənət yolu ilə Qəmər və Şamo obrazlarında 
canlandırılması S.Rəhimovun qələminin qüdrətindən xəbər verir. 
Həm də belə bir qənaət doğurur ki, ən mənalı ömür məhəbbətlə 
keçən, saf sevginin təntənəsinin təsdiqinə  sərf edilən ömürdür. 
Məhz bu zaman cismani ömrün qısa olması heç də qorxulu deyil. 
Çünki sevgililər məhəbbətə  sədaqətləri ilə artıq mənəvi ömrə 
qovuşmuşlar, eşq yolunun əbədi müsafirinə çevrilmişlər.  
Romanın beşinci cildinin "Doqquzuncu hissə"sinin (so-
nuncu hissə), "Yeddinci fəsil" (sonuncu fəsil) "Yazısı baş daşları" 
adlandırılmışdır. Həmin fəsildə müəllif sanki böyük Füzulinin 
"Göstərən səadət dövrani fələk bir inqilab" misrasından doğan 
qayəni çağdaş tarixi olaylarında arayır. Və son anda belə bir inam 
yaranır ki, "Padişahi-mülk" qitəsinin qənaəti bütün zamanlarda 
gerçəkləşə bilər. "Yazılmamış baş daşları" həm də  fələyin 
inqilabının hökmüdür. Dünya tarazlığını pozmaq, müvazinəti 
nəzərə almamaq, nisbəti gözləməmək,  əbədi qanunlara qarşı 
getməkdir ki, bunun da intiqamı yaman olur. Bu baxımdan bir 
anlığa Yusif Səmədoğlunun məşhur "Qətl günü" romanındakı 
Baba Kahanı, onun intiqamını yada salmaq kifayətdir. 
"Şamo" romanının "Yazılmamış baş daşları" fəslinin sonu, 
daha doğrusu romanın sonu aşağıdakı kimi qurtarır: 
"Məzarların sel-suya düşməyi ikinci ölüm sayılırdı. Əksin-
qilabçılar deyəcəklər ki, bolşevikləri torpaq da qəbul etmir. 
Onların o dünyası yoxdru. Alo iki-üç gündən bir bura yol elədi, 
sel tərpədib yıxan, bir-birinə qarışmış yazısı baş daşlarına baxdı, 
xeyli baxdı, bu başından o başını ayıra bilmədi" (106, səh.474). 
Nümunəyə diqqət yetirilsə, buradakı ideya-fəlsəfi fikrin 
dərinliyi, əzəli və əbədi məqamları tarixi kontekstdə təsdiq etmək-
də müəllifin iqtidarı aydın görünər. Müxtəlif istiqamətdə yozum 
imkanı verən həmin parçada müəllif tarixi hadisələrdən obyektiv 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
200
qiymət çıxarmağı sanki oxucunun öz öhdəsinə buraxır, mövqeyini 
zahiri hadisələrin axarında deyil, daxili proseslərin kontekstində 
açıqlayır. Bu zaman müəllifin kommunistliyi, ədəbiyyatın 
partiyalılığı "prinsipi" obyektivliyə, sənətin öz əbədi "qanunlar"ı 
əsasında yaranması inamına kölgə salır. Xüsusilə "məzarların sel-
suya düşməyi ikinci ölüm sayılrıdı. "Əksinqilabçı" deyilən vətən 
övladlarının dili ilə olsa da, "bolşevikləri torpaq qəbul etmir. 
Onların o dünyası yoxdur" kimi qənaətləri heç də müəllifin 
bolşevik oyunlarına hüsn-rəğbətindən xəbər vermir. Digər 
tərəfdən başlarını bir-birindən ayırmağın mümkün olmaması da 
"vəhdət" deyil, məhz fani olmaqdır. 
Romanın birinci cildinin əvvəlində tarixin sinəsində cərəyan 
edən hadisələrin  əsl mahiyyətini anlaya bilməyən Kərbəlayı 
Hatəmxan səbəbkarı axtarır. Onun fikrincə bütün bu işlərin 
mayası Safo oğlu Şamodur. Xanimanının dağılmasında məhz onu 
günahkar bilir və Maroya "oğlum, Şamonu öldür" – deyə amansız 
bir tapşırıq verir. "Amansız" ona görə ki, Şamo tarixi şəraitin 
yetişdirdiyi, daha doğrusu onun dalğasında gələn ictimai tip kimi 
həm də makromühitin tragik qəhrəmanı idi. Eyni zamanda 
epopeya qəhrəmanı kimi şəxsi taleyi ümuminin səadətinə bağlı 
idi. Xalqın səadəti isə inqilaba, sinfi mübarizə və aşağıların haki-
miyyət başına gəlməsinə bağlanırdı.  Şamo da bu "tarixi miss-
siya"nı həyata keçirənlərdən biri idi. Məhz bu mənada Hatəmxan 
tarixi şəraiti qiymətləndirə bilmədiyinə görə həmkəndlisi Şamonu 
ən birinci düşmən hesab edir. Yeri gəlmişkən qeyd etmək 
lazımdır ki, Kərbəlayı Hatəmxanın aşağıdakı fikirlərini yazıçı heç 
də birmənalı olaraq düşmən fikri kimi qəbul etmir: "Şamo 
"millətin islam" səngərində bolşovoy dili ilə danışmasaydı, 
döyüşən "milləti-islam" səngərində başıpozuqluq törətməsəydi 
kələf heç cür bunca dolaşmazdı.  Əgər  Şamo aşağı Qarabağdan 
bolşovoyluğu Çalbayır Şeylisinə gətirməsəydi, yuxarı Zəngəzurda 
daşnak qoşunlarına saçılan Dağbaşının "milləti-islam" səngərində 
bolşovoy dili ilə danışmasaydı… bu tezliklə "bu ucqarda bu qanlı 
oyunlar oynanmazdı, hər necə olsa da, bütövlükdə inqilab ol-
mazdı, nə Şamo tərəfinin kahası öz atası Safonun ölüm yuvasına 


Himalay Ənvəroğlu __________________________
 
 
201
çevrilərdi, nə  də  Kərbəlayı Hatəmxan tərəfinin xanimanı bunca 
bünövrəsi birdən-birə sökülüb tökülər, alt-üst olub dağılardı." 
Demək, Kərbəlayı Hatəmxan özünü hər necə müqəssir saydı-
saymadı, bütün bu qanlı qovğalarda birinci, başlıca müqəssir 
"bolşovoyluğu Qarabağda  Şehliyə  gətirən, burada inqilab savaşı 
salan  Şamodur, Allah yolundan çıxan Safonun oğludur" (106, 
səh.11). 
Deyilənlərə bu günün olayları baxımından qiymət verdikdə 
aydın olur ki, S.Rəhimovun müəyyən fikirləri Kərbəlayı 
Hatəmxanın dilindən deyilsə də indiki gerçəkliklə səsləşir. Bunu 
müəllifin ideyanı struktur planda reallaşdırmaq ustalığının nəticə-
si kimi də yozmaq olar. Kərbəlayı Hatəmxan Yuxarı Zəngəzurda 
daşnak qoşunlarına qarşı "milləti islam" səngərinin müqavimət-
sizliyinin səbəbini "bolşovoy dili ilə danışan", "Allah yolundan 
çıxan Safonun oğlu"  Şamoda görür. Onun fikrincə, məhz  Şamo 
inqilab savaşı saldı  və öz yuvasını, mənim xanimanımı alt-üst 
etdi. Burada "Allah yolundan çıxan" ifadəsi inqilabçıya aid 
olduğu üçün kimin dilindən deyilməsindən asılı olmayaraq o 
zaman cəsarət tələb edirdi. Bu gün həmin ifadədə müəllif 
vurğusunu anlamaq çətin deyil. Lakin görünür ki, romanın 
yazıldığı illərdə  də S.Rəhimov kahaları, yuvaları, xanimanları 
bünövrəsindən söküb tökən, onları alt-üst edən, insanları, xüsusilə 
bir vətənin, bir elin, bir obanın adamlarını bir-birinə düşmən edən, 
səngər tutmağa çəkən dağıdıcı inqilabı birmənalı  şəkildə  dəs-
təkləməyib. Ona görə  də  bəzilərinin tarixi-inqilabi roman kimi 
dəyərləndirdiyi "Şamo"nun dərinliklərində elə məqamlar açıqlanır 
ki, bunlar əsəri  şəksiz fəlsəfi, ruhi-mənəvi kontekstə  çəkir, 
qəhrəmanların taleyini əzəli və  əbədi başlanğıclarla barışmaz 
antiqütblərlə bağlayır. Göyərçin yalnız son məqamda daxilinə 
pəncərə açır, dibsiz uçurum görür, buradan taleyinə nəzər salır və 
törətdiyi əməllərə haqq qazandırmağa çalışır: 
"Hər necə  cəhənnəm oduna yansam da, Maro ilə  mənim 
görüşlərim, mənim məndən asılı olmayan istəyimlə, qaynayan, 
aşıb-daşan ehtirasımla olubdur. Demək, mən nə etmişəmsə, arada 
nə olubsa, hamısı mənim xaliqimin yazı-pozusu ilə olubdur. Bəs 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
202
onda mən niyə qeyri-şəri, qeyri-qanuni doğmuşam? Bax onu elə 
axtarıb tapmalıyam, mənə belə tale təyin edən xaliqimin özündən 
bunun nə demək olduğunu soruşmalıyam" (104, səh.457). 
Göründüyü kimi, tale yolunun son mənzilə çatdığını 
anlayan Göyərçinin yadına nəhayət ki, xaliqi düşüb. Göyərçin 
ondan imdad diləmir. Məhz  əməllərinə  şərik axtararkən gəlib 
tanrının üstünə çıxır. Ona elə gəlir ki, nə edibsə, hansı bir qanlı-
qovğalı  əməl işlədibsə, hamısı onu yaradan xaliqin yazısı ilə 
olubdur. Yenə  də  nə olacaqsa onu yaradanın iradəsilə olacaqdır: 
"Bəs onda belə olanda hanı  mənim üçün o yazını yazan xaliq?" 
Digər tərəfdən Göyərçin həm də belə qənaətdədir ki, bu düyünləri 
onun həyatına vuran ətrafındakı insanlardır. 
Maraqlıdır ki, talesizliyinin səbəbini xaliqdə, məxluqda 
axtaran Göyərçin nədənsə, öz içindəki boşluğu, uçurumu, iblisi 
görüb anlaya bilmir. Doğrudur, sonda müəllif onu fiziki mənada 
uçurumun qarşısına gətirir: "Qanad açıb uçdu, uğursuz taleyinin 
sirrini xaliqindən soruşmağa getdi" (106, səh.457). Göyərçinin bu 
son addımı onun əməllərinin nəticəsi kimi də yozula bilər. Yozula 
bilər ki, qisas qiyamətə qalmaz, hər kəs əvvəl-axır öz əməllərinin 
cəzasını çəkməlidir. "Getdi" ifadəsi diqqəti xüsusilə çəkir. Çünki 
romanda bilirik ki, həmin ərəfədə Göyərçin artıq havalanmışdı və 
hər an o özünü məhv edər və  hətta uçurumun ağuşuna da ata 
bilərdi. S.Rəhimov "atdı" yox, məhz "getdi" deyir. Çünki "getdi" 
Göyərçinin halətinə uyğun ifadədir. Çünki o, nə  Şeyx Sənandır, 
nə Xumar, nə  də ki, "Çox alçaldım da yüksəlmək istərim" (55, 
səh.191) – deyə özünü uçuruma atan Cəlal ("Uçurum") deyil. 
Göyərçin uçurumun qarşısına ağlını itirdiyi, havalandığı üçün 
gəlmişdi. Daha doğrusu, necə  gəlmişdisə, elə  də gedirdi. Beləsi 
üçün düzənliklə uçurumun təfavütü yoxdur. Sənan, Xumar, Cəlal 
və bu qəbildən olanlar uçurumun qarşısına məcnunanə halətlə 
yüksəlmək eşqilə gəlir. Göyərçin "qanad açıb" uçsa da Sənan və 
Xumar kimi "göylərə  pərvaz" edə bilməz. Çünki özünün etiraf 
etdiyi kimi "qaynayan, aşıb-daşan ehtirası" üçün kifayət qədər 
"qanlı qovğalı əməllər" işlədib. Haqq dərgahına bu əməllə getmək 
olmazdı. Haqq dərgahı ruhu pak olanlar üçün açıqdır. Göyərçinin 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə