Microsoft Word Himalay doc



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə58/85
tarix20.08.2018
ölçüsü2,16 Mb.
#63700
1   ...   54   55   56   57   58   59   60   61   ...   85

Himalay Ənvəroğlu __________________________
 
 
231
Çünki obyektiv qəhrəman olan Nuriyyənin subyektiv aləmi haq-
qında ilkin, lakin tutarlı  təsəvvürə malik olmaq üçün təfsilat la-
zımdır. Burada Nuriyyənin qəlb həyatının gizlinləri lirikaya, obra-
zın psixologiyasının şəxsi planda açılmasına meydan verir. Vəziy-
yətin birdən-birə belə mürəkkəbləşib dramatik şəkil alması bir 
tərəfdən aparıcı  qəhrəmanın mənəvi aləminin incəliyini üzə  çı-
xarır, digər tərəfdən müəllifin ustalığından xəbər verir. Nuriy-
yənin qəlbinin incəliyini, kövrəkliyini çox gözəl bilən müəllifin 
onu birdən-birə  sərt həqiqətlə, reallıqla qarşılaşdırması  səbəbsiz 
deyil. Əvvəla, Nuriyyənin süjetinin əsasında canlı müşahidə, real 
həyat faktı dayanır. Fərqi yoxdur ki, bu, baş vermiş, yaxud 
olmamış əhvalatdır. Əsas məsələ odur ki, bu əhvalat olmuş hadisə 
kimi nəql edilir. Özü də birinci şəxsin dilindən. Burada birinci 
şəxs təkcə  təhkiyəçi deyil, həm də aparıcı  qəhrəmandır, 
hadisələrin mərkəzində dayanır və əhvalatla birbaşa bağlıdır. 
Bir şey bizə tam aydındır ki, təhkiyə onunla bağlı olan süjet 
və bütünlüklə  əsərin arxitektonikası son dərəcə  sənətkarlıqla 
qurulmuşdur. Müəllif kompozisiyada sanki əvvəldən fraqmentləri 
hansı nisbətdə yerləşdirməyi ölçüb-biçibmiş.  Əslində "Söyüdlü 
arx" kimi bir lirik-psixoloji romanın strukturunu öncədən 
müəyyən etmək qeyri-mümkündür. Çünki süjet hadisələrin sis-
temli, ardıcıl inkişafı üsülü ilə deyil, "gözlənilməz" psixoloji de-
tallar, qəlb çırpıntıları, lirik-emosional məqamlar üzrə qurulmuş-
dur. I.Əfəndiyev də bu kimi məqamlardan qəhrəmanlarının xarak-
terinin və sonrakı ömür yolunun mənəvi mənasının açılması üçün 
mühüm detal kimi istifadə edir. Məsələn, Nuriyyənin 
gülümsəməsi, təbəssüm göstərməsi, "gülümsəməkdən başqa ayrı 
çarəm qalmamışdır", - deyə etiraf etməsi obrazın bir insan kimi 
böyüklüyünün əlamətidir. Nuriyyənin həyatına az-çox bələd olan 
hər kəs yaxşı anlayır ki, onun üçün bu gülümsəmək nə deməkdir
bu, nə  qədər mənəvi-ruhi gərginlik bahasına başa gələn 
təbəssümdür. Lakin önəmlisi budur ki, o, vəziyyəti daxildə 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
232
yaşayır, zahirdə isə təmkinini saxlayır, çılğınlıq etmir, haldan-hala 
düşmür, sanki hər şey öz qaydasında, öz axarındadır. Qəhrəmana 
dəyən bu qüvvətli zərbə eyni zamanda, onun böyük sınağa 
çəkilməsi idi. Nuriyyə ata-anasını da çox erkən itirmişdir və bu 
sonuncu itki onun üçün əvəzsiz idi. 
Bir neçə il hicran odunda yanan, həsrətlə Muradının yolunu 
gözləyən, romantik ruhlu Nuriyyə üçün axtardığını yenidən 
itirməsinin nə demək olduğu onun özünə və müəllifinə yaxşı bəlli 
idi. Məhz bu baxımdan aparıcı  qəhrəmanın təhkiyəsi ilə müəllif 
təhkiyəsini struktur mənada bir-birindən ayırmaq çətindir. Çünki 
bu "təhkiyələr" formal olaraq lirik-psixoloji meylin təzahürünə 
xidmət edir. Nəticədə, həyat və insan haqqında təsəvvürlərimizi 
dərinləşdirir.  Əslində, I.Əfəndiyevin Nuriyyəsi xoşbəxt adamdır. 
Itirdikləri də var. Lakin qazandıqları qat-qat çoxdur. Məsələn, onu 
tanıyıb, yaxından ünsiyyətdə olanların qəlbində yer salması, bir 
insan kimi mənəvi zənginlik timsalına çevrilməsi onun 
qazancıdır. O, bu hörməti işi və əməli ilə əldə etmişdir. Nuriyyə 
valideyn qayğısı görməsə  də, belə  qənaətə  gəlir ki, dünya xali 
deyil. Həyatda yaxşı, xeyirxah insanlar çoxdur, elələri hər an 
mərhəmət göstərib təmənnasız yaxşılıq edəndirlər. O, həyatda 
belələridən daim hörmət və ehtiram görüb. Ələsgər dayını, Güllü 
xalanı heç zaman unuda bilməməsi də onda olan insani 
duyğuların yaşarlı olmasından irəli gəlir. Bütün bunlar yuxarıda 
söylədiyimiz fikrin bu və ya digər mənada təsdiqidir. Doğrudan 
da Nuriyyə xoşbəxtdir. Baxmayaraq ki, səkkiz yaşında ikən 
anasını itirib, əmisinin himayəsində olarkən onun arvadından 
olmazın pisliyin görüb, uşaq evində yaşamalı olub. Murad kimi 
bir könül sirdaşı tapıb, bir çox illər onun həsrətini çəkib, 
sevgilisini görmək arzusu ilə yaşayıb, hicran oduna için-için 
yanıb və uzun, üzüntülü ayrılıqdan sonra gözlənilməz bir şəraitdə 
itirdiyini tapıb, vüsalın doğurduğu sevinc necə gəlibsə elə də yox 


Himalay Ənvəroğlu __________________________
 
 
233
olub. Başqasının xoşbxətliyinə sevinən, onu öz xoşbəxtliyi kimi 
qəbul edən Nuriyyənin sonda özündən 18 yaş böyük olan bir 
mühəndisə, özünün dediyi kimi "yaxşı bir adama" ərə getməsi də 
təsadüfi deyil. Biz bilirik ki, o "bu yaxşı adam"ı da sevindirəcək, 
onu xoşbəxt edəcək. 
Əlbəttə, biz çox arzu edərdik ki, Nuriyyə Muradla ailə qur-
sun və xoşbəxt yaşasın. Buna onun mənəvi haqqı var. Lakin ro-
manda təsvir olunanlar həyatdır. Başqa sözlə, sənət yolu ilə yara-
dılan həyatdır. Biz arzumuzda, xəyalımızda, idealımızda onları 
birləşdirə bilərik, lakin həyatda, təəssüf ki, bu mümkün olmayıb. 
Əks halda müəllif özü də bunu edərdi. Çünki qəhrəmanın qay-
ğısını hamıdan çox o çəkir.  Əslində, Nuriyyə Muradın Səadətlə 
evləndiyini və bir oğlu da olduğunu biləndən sonra onunla vüsala 
can atmır və heç vaxt da atmazdı. Yuxarıda dediyimiz kimi, 
Nuriyyə ömründə bir dəfə sevən insanlardandır. Lakin bu sevgini 
bütün həyatı boyu yaşadandır. Hətta uğursuz olsa belə. Bu mə-
nada Nuriyyə xoşbəxtdir ki, onda pak məhəbbət duyğusu var, öz 
sevgisini qiymətləndirə bilir və başqasının hisslərinə hörmətlə 
yanaşır. Halbuki Muradı yenidən özünə qaytarmaq, cismən ona 
qovuşmaq imkanı var. Bir mənada buna onun haqqı var. Yalnız 
cəsarətli bir addım atmaq qalırdı. Lakin I.Əfəndiyevin qəhrəmanı 
buna getmədi və nəticədə indiki ucalığa qalxa bildi. Bəlkə Nuriy-
yəni heç el-oba o qədər qınamazdı. Lakin daxili qınaq ona dinclik 
verməzdi, mənəvi rahatlığını  əlindən alardı. Çünki Nuriyyə 
daxilən başqa bir insan idi. Ictimai fəaliyyətində realizm üstünlük 
təşkil etsə də, içərisində ülvi bir romantika, ruhani bir qüdsiyyət 
hakim idi. Onun üçün başqasına mənəvi zədə vurmaq müşkül bir 
iş idi. Çünki mənəviyyat məsələlərində o, çox həssas idi. Ona 
görə  də Nuriyyənin sevgisində  mənəvi, ruhani tərəf üstünlük 
təşkil edir. Doğrudur, o, "romanı"nda mənəvi sevgini açıq ifadə 
etməsə  də, ilkin məhəbbətin istisinə ömrü boyu qızınmağı üstün 
tutmağı buna əyani sübutdur. 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
234
Nuriyyə üçün nikah müqəddəsdir. Muradla Səadətin 
nikahını pozmaq böyük günahdır. Ailə dağıtmaq, atanı övladına 
həsrət qoymaq Nuriyyənin mənəvi-əxlaqi prinsipinə yaddır. O, öz 
səadətini başqasının müsibəti üzərində qura bilməzdi. Ona görə 
yox ki, o, bizim müasirimiz idi, sovet adamı idi. Ona görə ki, ilk 
öncə  əsil insan idi. mənəviyyatına zidd olan "xoşbəxtliyə" yol 
verməzdi. Çünki Səadət də günahsızdır, o da xoşbəxt olmaq 
istəyir. Murad kimi bir insanı sevməkdə haqlıdır. Bu haqqı onun 
əlindən almaq böyük bəlalara səbəb olardı. Nuriyyə belə bir 
addımı ata bilməzdi və bu cismani mənada nə  qədər  əzablı olsa 
da, mənəvi-ruhi mənada ona iradə, inam və dözüm verir, reallığın 
fövqündə durmağa səsləyirdi. Bu mənada I.Əfəndiyevin 
Nuriyyəsi fədakar insandır. Fədakarlıq onun vətəndaşlığında, 
insan səadətinə yanğısında, torpaq, millət, Vətən sevgisində və ru-
huna hakim kəsilən ümuminsani məhəbbətindədir.  Şəxsi səadəti, 
fərdi sevgisini ümuminin xoşbxətliyindən ayırmayan Nuriyyə öz 
Muradı ilə mənən birdir, çünki ruhları eyni olanlardır. Belə halda 
cismani tərəf mənəvi vəhdət üçün mane ola bilməz. Ona görə 
Nuriyyə  həm də  cəfakeş insan səviyyəsinə yüksəlir. O, öz 
sevgisinin cəfasını  çəkməkdən mənəvi zövq alır, ruhi qida 
götürür. Başqa sözlə, sevgi yolunda çəkdiyi cəfa, hicran ona vəfa, 
vüsal qədər  şirindir. Nuriyyənin gücü, qüdrəti onun cəfakeş-
liyində, fədakarlığındadır. Cəfa çəkmək iqtidarı onun sərvətidir və 
ona xoşbəxtlik gətirir. Tanrı Nuriyyədən kəramətini  Əsir-
gəməmişdir. Onu cismani tərəfdən də gözəl yaratmışdır. Nuriyyə 
həyata sanki yaxşılıq etmək, xeyirxahlıq etmək üçün gəlmişdir. 
Bu baxımdan onun bəzən öz həyatını unutması  təsadüfi deyil. 
Bununla belə o, həyatda öz yerini tapır, ictimai idealda ərimir, 
şəxsiyyətini uca tutaraq mənəvi gücə tapınır. Sənət yolu ilə 
yaradılan bu obrazın ideala bağlılığı son dərəcə tutarlı faktlarla 
göstərilir. Nuriyyə heç zaman öz prinsiplərinə qarşı getmir və 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə