Microsoft Word Himalay doc



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə54/85
tarix20.08.2018
ölçüsü2,16 Mb.
#63700
1   ...   50   51   52   53   54   55   56   57   ...   85

Himalay Ənvəroğlu __________________________
 
 
215
– deyəndə görünür həm də "epopeya"nın "tələbini" nəzərdə tutur. 
Sonra da deyir ki, "Şamo" ictimai romandır" (117, səh.493). 
"Şamo"da surətlər həqiqətən çoxdur: Şamo, Alo, Safo, Gül-
sənəm, Həzi Həsən, Sara, Dağ Israfil, Mikayıloğlu, Kamran kişi, 
Imran baba, Sultan bəy, Müqim bəy, Gəray ağa, Ağaxan, 
Hatəmxan, Hacı  Səfiqulu, Səyavuş, Hümmət, Heybət, Qeybalı, 
Yasavul, Kəlbalı, Talıbxan, Qızyetər, Alagöz, Qəmər, Qəmbər 
kişi, Sibir Matvey, Mirzə Polad, Göyərçin, Xosrov, Zərrintac, 
Ələmdar, Qaragilə, Ocaqqulu və b. Əslində surətlərin kəmiyyət 
göstəricisi  əsərin janrı üçün müəyyənedici  əlamət deyil. Diqqəti 
çəkən cəhət budur ki, hadisələrin təkanını Şehlidən alan bu roman 
Şehli hadisələri ilə  də sona yetir. Roman Gülsənəmin Maro 
tərəfindən qaçırılıması ilə başlayırsa, Gülsənəmin Maronun 
meyidi qarşısında göz yaşları töküb ağlaması, Şamo və Qəmərin 
öldürülməsilə sona yetir. 
"Şamo" dərin psixoloji əsərdir. S.Rəhimovun psixoloji təhlil 
ustalığı bu əsərdə özünün yüksək zirvəsinə çatmışdır. Psixoloji 
təhlildən geniş  və  məharətlə istifadə edən surətlərin  əməl və 
rəftarını mahir bir psixoloq kimi açıqlamışdır. Yazıçı  qəlbin 
dəriniklərinə enir, onun ən sirli guşələrinə  nəzər salır, 
qəhrəmanların ürəyindən keçənləri, idrakına hakim kəsilənləri 
bədii düşüncənin predmetinə çevirir. Məsələn, Göyərçin çırpınır, 
yalan danışır, cilddən-cildə girir, özünü meydanda zahirən qalib 
kimi göstərir. Amma, əslində acizliyini, bədbəxtliyini hamıdan 
artıq hiss edir. Onun Maronun anası Pasıya dediyi bu sözlərdə 
müəyyən bir həqiqət vardır: "Çölüm, qara nənə, sənə bərli-bəzəkli 
görünsə  də, Allahın  ədalətsizliyindən yana sinəmin altında 
çırpınan zədədən ürəyimdən qan axır." Eyni zamanda, romanın 
birinci cildinin əvvəlində Molla Qafarın  əli ilə  gəlini Gülsənəmi 
evdən qovan Pası qarının əsərin V cildində oğlunun Safo ailəsi ilə 
barışması, birləşməsi qənaətinə  gəlməsi təkcə onu əhatə edən 
mühitin təsiri ilə deyil, həm də düşüncəsində baş verən 
dəyişikliklərlə bağlıdır. Pası kimi qart canavarın belə çevrilmə 
prosesi şübhəsiz müəllifin psixoloji vəziyyətlər yaratmaq ustalığı 
ilə bağlıdır. Nəhayət, romanın V cildində Pası arzularının 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
216
puçluğunu anlayır. Istəyir ki, oğlu yenidən Gülsənəmlə birləşsin. 
"Şamo ilə tamam-kamal barışsın, bolşovoylarla bağlansın, 
bolşovoy  Şamonun sayəsində  əminamanlıq içində olsun" (104, 
səh.50).  
S.Rəhimovun psixoloji təfsilatı meydan verən bədii üslubu 
mənanın, mahiyyətin mənəvi dərinliklərdə aranmasına yol açır. 
Bəzən bu və ya digər detalın ayrı-ayrı  məqamlarda romanın sü-
etində görünməsi məqsədli olub insanın daxilinə pəncərə açmağa 
yönəldilir. Məsələn, "Alagözü canavarlar parçaladı", "Gülsənəmi 
görüblər", "Bakıdan gələn kürklü əsgər", "Mayabud Zərintac", 
"Atıblar", "Yasavul Kəlbalıya atıblar", "Yasavulun ətli-əndamlı 
arvadı", "Leylək", "Gülsənəmin qaçırılması", "Qeybəli  Şirin 
Xurşud xanı doğradı", "Kənkan Kavə" və s. bu kimi ifadələri dö-
nə-dönə bu və ya digər məqamlarla bağlı süjet xəttinə çıxarmaqla 
əsərin ideya-bədii mənasını, xüsusilə  də yaddaşı  dərinləşdirmək 
məqsədi güdülmüşdür. Bu baxımdan xüsusi tapşırıqla adamları 
qətlə yetirdiyinə görə "millət şümürü" kimi mənfur bir ad çıxarın 
Leylək  Ələmdarla bağlı  fəsillər diqqəti çəkir. Leylək  Ələmdar 
romanın başlıca qayəsi üçün mühüm əhəmiyyət daşıyan aparıcı 
obraz deyil. Lakin romanın üçüncü cildinin bir neçə fəsli onun işi 
və  "əməli" ilə bağlıdır. Çünki müəllif Leylək  Ələmdar vasitəsilə 
bir neçə  bəzi mətləblərin üstünə  işıq salır, bir neçə  şəxsin 
xarakterini, ictimai və  mənəvi simasını,  şərə qulluq etmələrini 
açıqlamaq imkanı əldə edir. 
Məsələn, III cildin birinci hissəsinin II fəsli: "Yaranal 
paltosu" (səh.11-16), III fəsli: "Daş-daş" (səh.16-24), IV fəsli: 
"Boğazı bantlı nazir" (səh.24-32), V fəsil: "Ağa nökərindənsə 
çoban kəpəyi" (səh.32-40), VI fəsli: "Qız qalasının 
qonşuluğunda" (səh.40-46), VII fəsli: "Lələkli xanım" (səh.46-
53), VIII fəsli: "Ağalar və  gədələr" (səh.53-60), IX fəsli: "Ölüm 
hökmü" (səh.60-70) bilavasitə zahirindən Leyləklik tökülən 
Ələmdarın keçmiş  əməllərinin və  gələcəkdə onun əli ilə  həyata 
keçiriləcək planlarının çözülməsidir. Sifarişlə adamları öldürüb 
Qarabağın kəhrizlərinə atan bu rəzil insanın həyatda yeganə istəyi 
ağası Müqim bəyin  əndamlı arvadı "Zərrintaca yiyələnməkdir. 


Himalay Ənvəroğlu __________________________
 
 
217 
Müəllif "Yaranal paltolu" bu Leyləyin Zərrintaca bağışlamaq 
üçün Bakının dükanlarından daş-qaş alarkən ehtirasdan necə 
haldan-hala düşdüyünü ustalıqla göstərir. Zahiri ilə daxili arasında 
tam bir oxşarlıq olan Ələmdarın  şümürlüyü hətta daxiliyyə 
nazirini də maraqlandırır. "Daxiliyyə" ilə parlaman üzvü Gəray 
ağa arasında belə bir mükalimə olur: 
"Ələmdarın işi nə? 
-Millət şümürü. 
-Millət şümürü? –deyə Daxiliyyə naziri gülümsündü. 
Millət şümürü! 
Bəli, nazir əfəndi bizim lələ millət qəhrəmanıdır" (111, 
səh.68). 
Leylək  Ələmdarın "süjeti"ndə onun zahiri portretini, daxili 
çürüklüyünü vəhdətdə  təsvir edən müəllif onun "millət qəhrə-
manı" kimi qələmə verildiyi zaman necə  təkəbbürlü görkəm al-
masını da incə üsullarla rəsm edir. "Onlar dördü də (Daxiliyyə, 
Gəray ağa, Müqim bəy, Leylək  Ələmdar) baş-başa verdilər, 
müəyyən danışıqdan sonra Kankan Qeybəlini axtarıb  ələ keçir-
mək, səssizcə öldürmək hökmünü verdilər. Bu işin də icrasını 
Leyləyə tapşırdılar" (111, səh.69).  Ələmdarın tipində olan Qız-
yaqıt qarı da söz gəzdirməkdən, qadınları yalançı "müalicə" 
etməkdən tutmuş qatilliyə kimi hər işə qol qoyandır. 
Məsələn, qəddar və hiyləgər  şəxs olan Müqim bəy pris-
tavlığın verdiyi ixtiyarata arxalanaraq şəxsi mənafeyini qoruyan 
tip olduğu üçün tünd boyalarla təsvir edilirsə, Qəmər, Gülsənəm, 
Alagöz  əlvan, romantik boyalarla işlənir. Zərrintacla Alagözün 
mükaliməsi xoşbəxtliyi üst-üstə düşməməsinin doğurduğu qəmin 
ifadəsi baxımdan diqqəti çəkir. 
Zərrintac: "Sən çox gözəlsən, Alagöz!" 
Alagöz: "O da bədbəxtlikdən. Çünki yoxsulun gözəlliyi 
onun ölümü, tapdanmağı, təhqir olunmağıdır, xanım! Gözəlliyin 
də keşiyində durmağa qüvvət gərəkdir, xanım" (111, səh.133). 
Roman-epopeya janrı elədir ki, onda "sakin" olan hər hansı 
bir surət mükəmməl xarakter səviyyəsinə yüksəldilə bilər. Bu janr 
"gəldi-gedər" obrazların yeri deyil. Orada məkan tutmaq üçün 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
218
gərək-mövqe tutasan, təfsilata meydan açasan. Bu baxımdan 
"Şamo"nun  əsas surətlərinin hamısı romanın  əvvəlindən sonuna 
qədər bu və ya digər  şəkildə öz iş  və  əməlləri ilə aparıcı süjeti 
irəlilədir, müəllifin marağından "düşmürlər". "Gülsənəmi görüb-
lər…"  şayiəsi ona görə süjetdə tez-tez "görünür" ki, Safonun, 
Şamonun, Maronun, Alonun, Fərzəlinin, Həzinin, hətta Pası 
qarının "namus ləkəsi" məsələsində mövqeləri tam açıqlansın və 
hər biri öz motivi ilə ümumi qayəni irəlilədərək dərinləşdirsin. 
Məsələn, Safo uzun illər sussa da, lakin Hatəmxanların təhqirini 
unutmur və onları heç cür bağışlaya bilmir, Şamonun  Şehliyə 
qayıtmasını  həyəcan içində gözləyir: "Gəlsin, gəlsin, bala!" Ya 
çiyin-çiyin verib bu alo tayfası ilə birlikdə Hatəmxan kimilərə 
özümüzü göstərək, .ya da hamılıqla buradan baş götürüb ilim-ilim 
itək". Çünki Safo da Fərzəli kimi inanır ki: "Namus yarası heç 
zaman sağalmaz, qəbirə gedər, sağalmaz!". 
Roman-epopeya müəllifi S.Rəhimov aparıcı  qəhrəman  Şa-
monun xarakterini tale yollarının müxtəlif dönüm və döngələrdən 
keçirir, onun düşüncəsində,  şüurunda  əmələ  gələn dəyişikliklərə 
mühüm  əhəmiyyət verir. Şamo yazıçının realist qələminin gücü 
sayəsində  həm öz sinfinin ideologiyasının vurğunu, həm də 
hərtərəfli və mükəmməl işlənmiş canlı bir bədii xarakter, ləyaqəti 
uca tutan insan kimi diqqəti özünə  çəkir. Insan xarakterlərinin 
mənəvi-psixoloji mühitlə sintezinə meydan verən "Şamo" roman-
epopeyasında konkret tarixi mərhələdə  cəmiyyətin inkişafını 
müəyyənləşdirən mühüm siyasi hadisələr və xalqı ictimai müba-
rizə yoluna gətirib çıxaran səbəblər geniş bədii həllini tapmışdır. 
Deyilənlərə əsasən belə bir ümumi nəticəyə gəlmək olar ki, 
yaradıcılıq taleyini Azərbaycan romanının inkişaf yolu ilə 
bağlayan S.Rəhimov məhz öz "Şamo"su ilə roman kimi mürəkkəb 
bədii struktura malik bir janrın zirvəsinə yüksəldi. Yazıldığı əlli il 
ərzində  əsər müəllifini görünməmiş bir surətlə irəlilətmiş, dünya 
ədəbiyyatı xəzinəsinə daxil ola biləcək bir sıra mükəmməl surətlər 
yaratmasına səbəb olmuşdur. Bu əsərlər içərisində "Şamo" romanı 
özünün forma və məzmunu ilə fərqlənir. "Şamo" konkret bir əsər 
kimi romanın süjet və kompozisiyasında, bədii təsvir və ifadə 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə