Microsoft Word Himalay doc



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə53/85
tarix20.08.2018
ölçüsü2,16 Mb.
#63700
1   ...   49   50   51   52   53   54   55   56   ...   85

Himalay Ənvəroğlu __________________________
 
 
211
Şamo da romanın IV cildinin axırında bir mübariz kimi həlak olsa 
təbiidir?!"  
Məlum olduğu kimi, ədib sevimli qəhrəmanını romanın IV 
cildindən keçirdi və o, yalnız V cildin sonunda "bir mübariz kimi 
həlak" oldu. Bu şəxsi kədər  ədibin ecazkar sənətilə  qəmli bir 
əhvalata, hüznlü bir dastana çevrildi. Bütün bunlar həm də o 
deməkdir ki, "Şamo"nun jarnı, onun poetikası yazı prosesində 
yaranmışdır. Hətta yazıçı "istəmədən", "yaradıcı  təxəyyülünün" 
ardınca getməli olmuşdur. Axtara-axtara işləyən, hazır "ülgü"nü 
"birinci düşməni" hesab edən sənətkar daim qəlbinin harayı  və 
qəhrəmanlarının tale yolları ilə getmiş, bununla da məlum janr 
qəliblərinin və ölçülərinin fövqündə dayanmışdır. Yuxarıda 
ədibin "Həyat yolu", "Yazıçı və həyat" əsərlərindən gətirdiyimiz 
nümunələrdən aydın olur ki, ona nağıl edilən və ya hər hansı bir 
mənbədən alınan fakt və əhvalatları daim öz qəlbindən, təfəkkür 
süzgəcindən keçirmiş, bununla da onların epik obyektivliyinə bir 
şəxsi, subyektiv başlanğıc gətirmişdir. Yəni bu o deməkdir ki, 
"Şamo"da roman-epopeya "qaynağ"ı "tərəflərin" formal əlaqəsi 
deyil, daxili bir qüvvə ilə nizamlanan vəhdətdir. O ki qaldı 
Q.Xəlilovun "Şamo"nu "dastan-roman-epopeya" adlandırmasına 
bu pafosa xidmət edən,  əsəri daha möhtəşəm göstərməyə yönəl-
dilən ifadədir. Bununla belə,  əlbəttə "dastan"ın və "epopeya"nın 
janr pafosuna görə romanla tipoloji yaxınlığını inkar etmək ol-
maz. Bəzən də həcm özü bu kimi istilahların işlədilməsini şərtlən-
dirir. 
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, "Azərbaycan roma-
nının inkişaf tarixindən" (1973), "Süleyman Rəhimovun roman-
ları" (1975) monoqrafiyalarında "Şamo"nun janrı müxtəlif isti-
lahlarla ifadə edilmişdir: "dastan-roman-epopeya", "Azərbaycan 
kəndinin epopeyası", "xalq epopeyası", "roman-epopeya", "epo-
peya", "roman", "tarixi roman", "inqilabi tarixi roman", "vətəndaş 
müharibəsinin epopeyası" və s. Vaxtı ilə M.Arif və M.Hüseyn də 
öz məqalələrində "monumental roman", "epopeya" terminlərini 
diqqətə çəkmişlər. Bununla belə, heç bir yazıda "Şamo"nun janrı 
əsərin bütün mürəkkəb bədii toxumaları  əsasında dəyərləndiril-
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
212
məmişdir. Bədii şüurunda geniş assosiasiya (ayrı-ayrı təsəvvürlər 
arasında  əlaqə) imkanı olan S.Rəhimovun yaradıcılıq üslubunda 
janr  ənənəvi qapalı modelini saxlaya bilmir, "açıq struktur"a 
çevrilir. Ona görə  də "dəbərdilən xatirələr"lə ülgüsüzlük süjetin 
çözümündə bir-birini tamamlayır və  zənginləşdirir. Başqa sözlə
"Şamo"nun "ülgü"süzlüyü elə onun boyuna biçilən "ülgü"südür. 
Hadisə  və  əhvalatlar çətinliklə  də olsa, "uc-uca bağlanıb" süjet 
xəttində motivləndikcə, obrazların xarakteri çözüldükcə  əsərin 
kompozisiyası  zənginləşir, strukturu formalaşır və  nəticədə 
"Şamo"nun janrı gerçəkləşir. Nə "dastan-epopeya" nə "roman-
epopeya", nə "xalq epopeyası", nə də yuxarıda qeyd edilən digər 
"təyinetmələr" "Şamo"nun janrını mütləq mənada ehtiva etmir. 
Bunlar "Şamo"nun poetik məzmununu nisbi mənada ehtiva 
edirlər. Yazıçının "oxuduğumuz tarix ötən mübarizə aləmini açıb 
vərəqləyir… xatirəmi dəbərdirdi" deməsi də bu baxımdan diqqəti 
çəkir. Çünki "tarix" və "ötən aləm" xatirələri dəbərdəndə" 
subyektin qəlb həyatından, fikri dünyasından keçərək formalaşır, 
başqa sözlə, "romanlaşır."  Əslində  "Şamo"da roman məzmunu 
təyinedicidir. 
"Roman-epopeya" və "epopeya" ifadələrinin "hallanması"na 
daha çox Y.Seyidovun "Süleyman Rəhimovun romanları" mono-
qrafiyasında rast gəlirik. O, eyni bir vəziyyətdə "roman-epopeya" 
dediyi kimi "epopeya" da deyir. Belə  çıxır ki, bu istilahları 
tədqiqatçı bir-birindən heç də  fərqli hesab etmir. Məsələn, 
monoqrafiyanın 22-ci səhifəsində müəllif yeddi yerdə "roman-
epopeya" və "epopeya" ifadələrini işlətmişdir. Monoqrafiyanın 
"Şamo"nun təhlili ilə bağlı digər səhifələrində  də  vəziyyət 
təxminən belədir. Tədqiqatçı incəlikləri nəzərə almadan çox 
asanlıqla "epopeya"nı "roman"a, roman"ı "epopeya"ya çevirə 
bilir. 
Monoqrafiyada S.Rəhimovun "Şamo" romanı üçün "ülgü" 
axtaran tənqidçi V.Q.Belinskinin epopeya haqqında fikirlərinə 
mötəbər mənbə" kimi istinad edir. Sonrakı təhlilləri də göstərir ki, 
V.Q.Belinskinin mülahizələrini tədqiqatçı araşdırması üçün 
kontekst seçmişdir. V.Q.Belinski vaxtı ilə yazırdı:  


Himalay Ənvəroğlu __________________________
 
 
213
"Romanın nöqsanı kimi görünən bu cəhət (yəni baş qəhrə-
manın yoxluğu – H.Q.) əslində epopeyanın mahiyyətini təşkil 
edir" (121, səh.23). Yaxud: "Xalis epik mahiyyətdə olan bir əsər-
də…baş qəhrəman inkişaf edən hadisənin zahiri bir mərkəzidir… 
Çünki epopeyanın baş qəhrəmanı insan deyil, həyat özüdür" (29, 
səh.26). 
Rus tənqidçisindən gətirilən bu iki sitatdan heç biri "Şa-
mo"nun janrı və poetikası ilə səsləşmir. Məlum fikirlərə tənqidçi-
nin istinad etməsi zahiri xarakter daşıyır. Əvvəla, "Şamo"nun baş 
qəhrəmanı var və bu onun roman kimi məziyyətidir. Ikincisi
"Şamo" xalis epik mahiyyətdə olan bir əsər" deyil. Ona görə sözü 
gedən  əsər "baş  qəhrəmanı insan deyil, həyat özü" olan epope-
yadan fərqlənir. Söhbət "Şamo"dan gedirsə, onun Şamo adlı baş 
qəhrəmanı var. Doğrudur, monoqrafiya müəllifi "ədəbiyyat tari-
xində belə epopeyalar da məlumdur" (121, səh.23) deyə 
V.Q.Belinskiyə istinad etməsinə haqq qazandırır. Lakin aydın 
görünür ki, "belə epopeyalar" içində  "Şamo" da gedir. Bu 
baxımdan aşağıdakı mülahizə təsadüfi deyil: "Epopeya ("Şamo" – 
H.Q.) xalqımızın gələcək müqəddəratının müəyyənləşdirilməsin-
də mühüm əhəmiyyətə malik bir dövrü göstərir" (121, səh.24). 
Göründüyü kimi, nə "roman", nə "roman-epopeya", yox, 
məhz "epopeya" deyilmişdir. Yəni sırf Belinskinin dediyi mənada 
epopeya. Ümumiyyətlə, həm Y.Seyidovun monoqrafiyasında, 
həm də Q.Xəlilovun "Azərbaycan romanının inkişaf tarixindən" 
əsərində  "Şamo"nu epopeya tipində  dəyərləndirmək meyli 
üstünlük təşkil etmişdir. Məsələn, Y.Seyidov belə bir fikirdə 
olmuşdur ki, "Şamo" Azərbaycan kəndinin epopeyası kimi 
düşünülmüşdür" (121, səh.26). Biz yuxarıda iki nakam gəncin 
qəmli sevgi macərası ilə  "Şamo" romanının aparıcı  qəhrəman-
larının tale yaxınlığı barədə fikir söyləmişik. Belə bir fikri əsas 
götürmüşdük ki, nişanlısı əlindən alınan və həmin gecə öldürülən 
gənclə  Şamo arasında eyniyyət olmasa da, oxşarlıq var. 
Y.Seyidova görə isə "bu fakt (müəllim dostunun yazıçıya nağıl 
etdiyi  əhvalat – H.Q.) surətin həyatiliyini, bilavasitə varlıqdan 
alındığını 
nəinki inkar etmir, əksinə 
bədii surətin 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
214
müvəffəqiyyətini müəyyənləşdirmiş bu amili daha qüvvətlən-
dirmişdir" (121, səh.45). Tədqiqatçının "fakt" hesab etdiyi məlum 
qəmli əhvalat "Şamo" ilə müqayisədə damlanın dəryaya nisbətin-
dədir.  Əsərin varlıqdan alındığını  təsdiq edən "bu fakt" "bədii 
surətin müvəffəqiyyətini müəyynələşdirən amil" ola bilməz. Beş 
cildlik bir romanın süjetinin saysız-hesabsız motivlərindən olan 
Qəmərin gərdəkdən çıxarılıb Soltan bəyin yanına aparılması 
əhvalatı ilə "səsləşən" həmin "fakt" "Şamo"nu qüdrətli sənət əsəri 
kimi səciyyələndirən amil deyil. Bu, yalnız ideya-mənəvi təkan 
ola bilər.  Əsərin novatorluğunun yozulması da təəccüb doğurur: 
"Epopeyanın ("Şamo"nun–H.Q.) mərkəzində bolşeviklər 
partiyasının rəhbərliyi altında siyasi mübarizəyə qoşulub, Sovet 
hakimiyyəti uğrunda mübarizənin gedişində yetişmiş xalq 
qəhrəmanlarının surəti dayanır və bu mənada o, novator əsərdir." 
Mətləbə daxil olmayan bu mülahizə xalis vulqar – sosiologizmdir. 
Məsələn: "Xalq həyatının realist inikası epopeyanın 
müvəffəqiyyətini təmin etmiş  həlledici amildir" (121, səh.40) 
mülahizəsi də yeni heç nə demir. Belə  çıxır ki, yalnız xalq 
həyatının realist inikası epopeya üçün həlledici amil ola bilər. 
Başqa sözlə, guya roman üçün digər amillər həlledici deyil və 
realist inikasdan başqa inikas yoxdur, xalq həyatı yalnız 
epopeyaya predmet verə bilər. 
Məlum olduğu kimi, Gülsənəmin qaçırılması  əhvalatı ilə 
başlanan "epopeyanın süjeti" (121, səh.30) tədricən genişlənir. 
"Şamo"nun tədqiqatçısının "Epopeyanın mərkəzində baş 
qəhrəmanın taleyindən çox, mühüm tarixi dönüş dövründə xalqın 
taleyi durur" (117, səh.495) mülahizəsinin pafosu Belinskinin 
"tərifin"dən gəlir və "saf" epopeyaya aiddir. "Roman-epopeyada 
janrın tələbilə surətlər çox olur. Epopeyada cəmiyyətin bütün 
siniflərinin həyatı öz əksini tapır…" (117, səh.495). 
Göründüyü kimi, müəllif bir-birinin ardınca yazdığı iki 
cümlənin "roman-epopeya", digərinə "epopeya" işlətmişdir. 
Başqa sözlə, hər ikisinə eyni tələblə yanaşılır, fərqləndirici cəhət 
nəzərə alınmır. Belə  çıxır ki, sərbəst  şəkildə onların birini 
digərinin yerində işlətmək olar. "Roman-epopeya janrının tələbi" 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə