Microsoft Word Himalay doc



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə61/85
tarix20.08.2018
ölçüsü2,16 Mb.
#63700
1   ...   57   58   59   60   61   62   63   64   ...   85

Himalay Ənvəroğlu __________________________
 
 
243 
dirilməsi və dərki müşkül olandadır. Əslində, ideologiyanın sənəti 
üstələmək və həqiqəti pərdələməkdə iqtidarlı olduğu bir məkanda 
və zamanda hər şeyi "görmək" və dəyərləndirmək də müşkül idi. 
I.Əfəndiyev bu romanında görünənlərdən daha çox "görünməyən-
lərin" həqiqətini bədii vasitələrlə, son dərəcə ustalıqla açıqlamış-
dır. Ilk öncə, tipik şəraitdə tipik xarakterin vəhdəti "prinsipinin" 
yanlış, stereotip olduğunu meydana çıxardı. Vaxtilə, F.Engelsin 
realizmlə bağlı dediyi bir mülahizəni bütün sonrakı dövrlərin 
ədəbiyyatına, milli xarakterlərin yaradılmasına  şamil etməyin 
lüzumsuzluğu aşkarlandı. Məlum oldu ki, sosializm cəmiyyəti 
deyilən makromühit heç də həmişə ideal insanlar yetişdirmir. 
Məsələnin ideal qəhrəman prinsipi baxımından qoyuluşu 
düzgün deyil. Nə Adil, nə də Səriyyə ideal qəhrəman deyil. Müəl-
lif də  qəhrəmanlarını sosializm cəmiyyətində yaşadıqları üçün 
ideallaşdırmaq fikrində deyil. Onlar yaşayan, cəmiyyətdə müxtəlif 
münasibətlərlə qarşılaşan və özləri də bu münasibətləri yaşadan 
və daşıyan insanlardır.  Əgər  şəraiti dərindən qiymətləndirsək 
onların nöqsanları, ailənin dağılmasında hər birinin neçə günah 
işlətdiyi aydın görünər. I.Əfəndiyevin reallığı  sərt üzdən 
göstərməsi həmin bu günaha yol verməkdən çəkinməyə xidmət 
edir. Yazıçının "Körpüsalanlar" üçün seçdiyi forma, bu mənada, 
mühüm əhəmiyyətə malikdir. Roman formal cəhətdən Səriyyənin, 
Adilin, Qəribcanın təhkiyəsi  əsasında qurulmuşdur. Hadisələri 
bilavasitə  iştirakçıların dilindən nəql etmək lirik-psixoloji 
məqamları reallıqla əlaqələndirmək imkanı verir. Bu forma ideya-
məzmunun orijinal yolla açıqlanması baxımından maraq doğurur. 
Əsər Səriyyənin təhkiyəsi ilə başlayır. Bu təhkiyə ümumi 
strukturda mikroroman xüsusiyyəti kəsb edir. Həmin üsullarla 
yaranan Adilin, Qəribcanın "romanları" da nəticədə müəllifin 
konsepsiyasında birləşir. Səriyyənin təhkiyəsi zahiri formasına 
görə epik romanı xatırlatsa da, daxili emosional qüvvə onu minia-
tür romana çəkir. Çünki qəhrəmanın subyektiv aləmi hadisələrin 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
244
sakit təsvirini, təfsilatı üstələyir: "Biz bir ilə yaxın idi ki, evlən-
mişdik. Mən yol texnikumunu qurtaran kimi də toyumuz ol-
muşdu… Həyatımdan razı olmamağa haqqım yox idi. Adil kimi 
adama  ərə getmişdim" (47, səh.199). Göründüyü kimi, Səriyyə 
təhkiyəsinin  əvvəlində  həyatından narazı deyil, əksinə, taleyinin 
bu axarı ona sevinc gətirir. Lakin az sonra təhkiyəsində müəyyən 
məqamları bir qədər kəskin vurğulamalı olur: "Yad adamların 
yanında, məclisdə özümü necə aparmağım barədə  mənə tez-tez 
məsləhətlər verərdi. Mən öyüd-nəsihət sevməsəm də inciməzdim" 
(47, səh.199-200). 
Hadisələrin sonrakı gedişindən aydın görünür ki, Səriyyənin 
məsləhəti, öyüd-nəsihəti sevməməsi öz işini görür. O, "inci-
məzdim" desə də, əksinə, inciyirmiş. Zahirdə hər şey öz təbii axa-
rında gedirsə, daxildə  hələlik mənası tam bəlli olmayan bir 
"proses" gedir. Bu "prosesin" reallaşmasında Qəribcanın süjeti 
mühüm rol oynayır. Səriyyənin məhəbbətinin "ailə xaricinə" çıxa-
rılması "əhvalatı" məhz Qəribcanın süjetdə görünməsi, aram-aram 
onun həyatına və taleyinə daxil olması ilə başlayır. Səriyyənin bu 
dəyişmə prosesini sənətkarlıqla açıqlayan müəllif, eyni zamanda
qəhrəmanın dönüklüyü haqqında təsəvvürlərimizə meydan açır. 
Romanın heç bir yerində Adilin qadına kölə münasibətinə rast 
gəlməsək də, nədənsə  bəziləri onda bunun mümkünlüyünü 
vurğulayırlar. Kişidə bu baxışı aramağın "ənənəsi"ni biz 
ədəbiyyatımızın ideoloji tələbi ilə  əlaqələndiririk. Bu stereotip 
bədii şüura xüsusi vasitələrlə daxil edilirdi. Kişinin qadına milli-
mənəvi dəyərlər  əsasında yanaşması, qayğı  və  tələbi köhnəliyin 
qalığı: "Bir mübahisə münasibətilə" məqaləsində qeyd edildiyi 
kimi "kölə" münasibəti kimi qələmə verilmişdir. Bu, canlı  bədii 
xarakterlərə məlum ölçülərlə yanaşmağa gətirib çıxarır, müəllifin 
sənətkarlığını dövrün siyasi, ideoloji və əxlaqi prinsipləri əsasında 
aramaqla onun əhəmiyyətini azaldırdı.  Şəxsin  əxlaqı, 


Himalay Ənvəroğlu __________________________
 
 
245
vətəndaşlığı, ictimai borcu onun ruhi həyatından, milli-mənəvi 
xüsusiyyətlərindən önəmli hesab ediləndə bu kimi anlaşılmazlıq 
yaranırdı. 
Mühüm mənəvi problem "sovet adamı", "sovet ailəsi" 
kontekstində qiymətləndirilirdi. Belə  çıxır ki, Səriyyə ona görə 
dözümsüzlük göstərir və "sevgini ailə xaricinə çıxarır" ki, o sovet 
adamıdır, "öz taleyinin hakimidir?" Əlbəttə, müəllif öz romanında 
heç də bu qənaəti təlqin etmir. Məsələni sovet insanının  əxlaqi 
prinsipləri  əsasında həll etmir. O, məhz sosializm cəmiyyətində 
yaşayan, onun əxlaqi-mənəvi tələbləri  əsasında tərbiyələnən, 
müxtəlif istiqamətdə real ictimai gerçəkliklə bağlı olan bir gənc 
ailənin yaranması prosesini göstərir. Kim istərdi ki, bu ailə 
dağılsın. Müəllif bu ailənin yaranmasının və dağılmasının 
şahididir, iştirakçısı deyil. Hərçəndi bəziləri onu qınayırdılar ki, 
nəyə görə bu ailənin dağılmasına yol verdi. Guya o, bir yazıçı-
vətəndaş kimi gərək buna dözməyəydi. 
Vaxtı ilə Hötedən soruşanda ki, sən "Tasso" əsərində hansı 
ideyanı vermək istəmisən? O, deyib ki, "mən ancaq öz Tassomun 
həyatını izləmişəm". I.Əfəndiyev də öz qəhrəmanlarının həyatını 
yazıb, prosesi bütün reallığı ilə açıqlayıb. Ailə  həyatı  tərəflərin 
ruhi-mənəvi birliyinə  əsaslanmalıdır, nəinki tarixi dövrün, sinfin 
və partiyanın siyasi-ideoloji tələbinə. Biz əminik ki, müəllif 
sevginin "ailə xaricinə" çıxmasına, bu gənc ailənin dağılmasına 
hamıdan çox kədərlənir. Çünki mənəvi həyatın incəliklərinə bələd 
olan I.Əfəndiyevi nəticədən daha çox səbəb düşündürmüşdür. 
Halbuki, bəziləri nəticədən çıxış edir, səbəbi unudurlar. Səbəb çox 
vaxt gizli qalır, nəticə isə zahiri olur. I.Əfəndiyev oxucusunu 
Səriyyə ilə Adilin qurduğu bu ailənin dağılmasına səbəb olan 
izlərlə aparır, incə yollardan keçirir. Ona görə  də yazıçı bizi 
prosesin özü ilə yaşadır, sevindirir, kədərləndirir, müxtəlif 
yozumlar doğuran suallar qarşısına qoyur. "Kimdir haqlı?" – sualı 
elə  nəticənin qənaətindən doğur.  Əslində, nəticəyə  qədər, yəni 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
246
sevginin "ailə xaricinə" çıxıb, tərəflərin taleyi qəti müəyyənləşənə 
qədər daxildə çox sular axır, aparıcı qəhrəmanlar könül aləmində 
yanır, mənəviyyat sınağa çəkilir. Bütün bunlar yüksək 
sənətkarlıqla, bədii tədqiqat üsulu ilə edildiyinə görə hər bir motiv 
şüura təsir edir, qəlb həyatına sakin olur. "Körpüsalanlar"da 
predmetləşən könül dünyasının sevgini "Ailə xaricinə" çıxarmaq 
"iqtidarı" deyil, nigahın, ailənin müqəddəsliyinin təsdiqidir. Məhz 
bu, romanın başlıca pafosudur. Yoxsa Səriyyənin Adilə olan 
münasibətinin dəyişib Qəribcanda sevgiyə çevrilməsi yazıçının 
günahı deyil. Ona görə  də I.Əfəndiyev Səriyyənin  əməllərinə 
ruhi-mənəvi məna vermir. Ruhi-mənəvi qiymət yalnız müəllifə 
məxsusdur. Onda ümuminsani ləyaqət, milli-mənəvi  əsas var. 
Səriyyə, Adil və Qəribcan ailə səadətini, nigahın, sevginin ruhani 
mənasını  dərk etmək iqtidarında deyillər. Müəllifə  mənsub olan 
bu iqtidarı  qəhrəmanlarında görməyəndə  kədərlənir, qəmlənirik. 
Lakin eyniləşdirməyə haqqımız yoxdur. Qəhrəmanlar həyatda 
səhvlərə yol verə bilərlər. Müəllif isə bir vətəndaş kimi qəhrəmanı ilə 
bir zamanda yaşadığı taleyüklü məsələlərdə, nigahın qorunub 
saxlanmasında həlledici rol oynaya bilmədiyinin  əzabını  çəkir. Bu, 
ümuminsani, ruhani əzabdır.  
Səriyyənin etiraf etdiyi bir məqam bu ailənin  əvvəldən 
mənəvi əsasda deyil, maddi özül, sirli bir maraq üzərində qurul-
duğuna işarədir: "Mən həyatımdan razı idim. Mən görmədiyim 
günə düşmüşdüm. Atamgildə yeddi baş ailə iki balaca otaqda 
yaşayırdıq. Indi isə… bayaq söylədiyim kimi, geniş, işıqlı otaqlar, 
televizor, soyuducu, paltaryuyan maşın, tozsoran… Ərimin atası 
adlı-sanlı  həkim, yaxın bir qohumu nazir, başqa biri böyük bir 
trestin rəisi idi. Hər gecə kino, teatr, qonaqlıq… Indi bu sətirləri 
yazarkən bir an dayanıb "filosofanə" xəyallara dalıram… Insan 
həyatı  nə  qəribədir, - deyə düşünürəm, bəzən tuş tutub getdiyin 
yol haradan başlayır və səni haralara aparıb çıxarır… Əvvəl söyüd 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə