Microsoft Word Himalay doc



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə59/85
tarix20.08.2018
ölçüsü2,16 Mb.
#63700
1   ...   55   56   57   58   59   60   61   62   ...   85

Himalay Ənvəroğlu __________________________
 
 
235
onlardan kənara çıxmır. Bunu onun ayrılığı, hicranı Muradın 
ailəsinin dağılmasından üstün tutmasında da görürük. 
Sonuncuya cüzi də olsa, soyuqqanlı yanaşması onu "arzu 
olunan səadətə" çatdıra bilərdi. Lakin bu, qəhrəmanı ömrü boyu 
mənəvi əzaba salardı və bir insan kimi onu kiçildərdi, zövq-səfa 
əhlinə çevirərdi. Halbuki, Nuriyyə müəyyən maraqları qurban 
verməklə müasir dünyamızda ənənəvi əzabkeş insan sırasına daxil 
olur. Bununla I.Əfəndiyev göstərmək istəyir ki, hər bir tarixi 
dövrdə özünü ümuminsani səadətə,  əxlaqi-mənəvi prinsiplərə, 
amala fəda edən insanlar ola bilər. Bunun üçün şəraiti düzgün 
qiymətləndirib onun "cazibəsindən" xilas olmağı bacarmaq 
lazımdır. Nuriyyə  səadətin digərinin müsibətindən keçən yolunu 
əzablar bahasına başa gəlsə də, daxili bir mərdliklə kəsir, ağır da 
olsa, Muradına belə qovuşmaqdan qəti imtina edir. Nuriyyəni 
meydana çıxdığı dövrdə  və sonrakı illərdə oxuculara sevdirən 
başqasının kədəri üzərində qurulan şəxsi səadətdən imtina etməsi, 
xalq və tanrı qarşısında günahsızlığı üstün tutmasıdır.  Əlbəttə, 
bununla biz Nuriyyəni maddi aləmin həzzlərindən imtina edən, 
dünyanın fənalığını  əsas tutan, cismani zövqü mənəvi rahatlığa 
qurban verən obraz kimi təqdim etmək istəmirik. O, öz əsrinin, 
zamanının övladı idi. Lakin bu da bəllidir ki, hansı  şəraitdə 
yaşamasından asılı olmayaraq qüvvətli  şəxsiyyətlərdə  qəhrəma-
nilik, xalq ruhunun təcəssümü, ilahi başlanğıc qüvvətli olur. Əks 
halda Nuriyyə cismani zövqü qəbul edib, Muradın sinəsinə 
sığınıb ömür sürməyi üstün tutardı. Istər  ədəbiyyatda, istərsə  də 
obyektiv həyatda  şəxsi səadəti ümuminsani xoşbəxtliyə qurban 
verən insanlar az olmamışdır.  Əsrimizin 50-ci illərində yaşayıb, 
fəaliyyət göstərən Nuriyyənin də bir sıra cizgiləri bu mənada 
özündən əvvəlkilərlə tipoloji ümumilik kəsb edir. 
Nuriyyə taleyin hökmu anlamını qəbul etsə də, ona heç də 
asanlıqla təslim olmurdu. Bunu "romanının" ayrı-ayrı yerlərində 
də etiraf edir: "Onun şənliyi Muradla mənim aramda olan gizli 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
236
gərginliyi yavaş-yavaş unutdurur. Muradın kefi açılırdı. Mən tez-
tez Hümmətlə zarafat edir, deyib gülürdüm. Lakin hər dəfə mən 
rayon icraiyyə komitəsinin sədri ilə danışanda Murad darıxırmış 
kimi yerində  səbirsiz bir hərəkət edir, üzünü başqa səmtə 
çevirirdi. Bu isə  təbii bir hiss idi. Biz öz taleyimizə asan təslim 
olmuruq". Burada "təbii hisslə" "tale" sanki bir-birinə ziddir. 
Birinci vüsala, ikinci hicrana çəkir. Lakin sonda tale üstünlük 
qazanır. Bu zahiri üstünlükdür. Əslində tale öz oyununu oynayır. 
Bu, daxilə, ümuminsani başlanğıca bağlıdır.  Əks halda Nuriyyə 
təbii hissə  sığınıb "qadağanlara" məhəl qoymazdı, gənc leyte-
nantına yiyələnərdi. Axı o özü "yaxşı adama" ərə gedəndən sonra 
da Muradı unutmur: "Muradı isə yalnız bircə  dəfə, Dezdemona 
rolunu ifa etdiyim zaman səhnəyə yaxın lojaların birində 
görmüşəm. Mənim gənc leytenantımın saçları xeyli ağarmışdı. 
Lakin lojadan səhnəyə dikilən gözləri yenə də əvvəlki kimi sakit 
idi, ciddi və gənc idi. Zənn edirdim ki, o, səhnənin arxasına gəlib 
mənimlə görüşəcəkdir. Lakin gəlmədi. Mən də incimədim" (47, 
səh.195).  
Nuriyyənin bu təhkiyəsindən görünür ki, heç nə unudulma-
mışdır. Xüsusilə saç ağarsa da, "gözlərin əvvəlki kimi sakit, ciddi, 
gənc" olması Nuriyyənin təsəvvüründə, qəlbində, yaddaşında ilk 
görüşündə  həkk olunub, ruhunda əbədi yaşarlıq kəsb edən sima 
heç zaman unudulan, dəyişən deyil. Illərin axarına qoşulan 
təsəvvürlər yenidən yaşanılır, mənəvi ömrə çevrilir. Yenidən 
Muradı çəkib gətirən, Nuriyyəyə Muradın gözlərini əvvəlki kimi 
gənc göstərən məhz bunlardır. 
I.Əfəndiyev qəhrəmanının mənəviyyatında mövcud olan 
özünəməxsusluğu ümuminsani və ruhi başlanğıc müstəvisində 
ifadə edir. 
Yazıçı Nuriyyə obrazı vasitəsilə öz dövrünün ictimai hə-
yatında yaxından iştirak edən, vətəndaşlığını qurub yaratmaqda 


Himalay Ənvəroğlu __________________________
 
 
237 
görən insanın obrazını yaratsa da, əsərin ideya məzmunundan gö-
ründüyü kimi, o, burada mənəviyyat məsələlərini əsas götürmüş-
dür. Qəhrəmanında aradığı, onun taleyində predmetləşdirdiyi 
məhz bu meyllərdir. "Söyüdlü arx" romanındakı axtarışları onu 
təbii olaraq "Körpüsalanlar" əsərinə  gətirdi. Bu əsərdə müəllif 
fikri bir qədər də mürəkkəb gedişlərlə ifadə olunur. Aparıcı 
qəhrəman olan Səriyyənin Nuriyyəyə  bənzəri yalnız ayrı-ayrı 
məqamların tipoloji xüsusiyyətlərindədir. 
 "Söyüdlü arx"la "Körpüsalanlar" arasında cəmi iki-üç illik 
qısa bir müddət vardır. Nuriyyə ilə  Səriyyə isə tamam başqa 
surətlərdir. Müəllifin Səriyyəni Nuriyyədən üstün tutduğunu, ya 
ona oxucudan fərqli münasibət bəslədiyini təsdiq üçün inandırıcı 
dəlillərimiz yoxdur. 
Bu romanlar bir daha təsdiq etdik ki, "varlıqla əlaqəsi qırıl-
mayan, inkişafı və yeniliyi diqqətlə izləyən ədib həyat həqiqətinə 
axıra kimi sadiqdir" (119, səh.115). 
Göründüyü kimi, I.Əfəndiyevin tədqiqatçısı daha çox təsdiq 
pafosuna meydan verir. Bununla belə, Nuriyyə ilə müqayisədə 
"Səriyyə isə tamam başqa surətdir" mülahizəsini qeydsiz-şərtsiz 
qəbul etmək olmur. Çünki ondan sonrakı cümlədə  tədqiqatçı 
yazıçının "Səriyyəni Nuriyyədən üstün tutduğu", yaxud ona 
"fərqli münasibət bəslədiyi" haqqında "inandırıcı  dəlilləri" ol-
madığını söyləyir. Hər cəhətdən I.Əfəndiyevi "həyat həqiqətinə 
axıra kimi sadiq olan ədib" kimi dəyərləndirən tədqiqatçının bu 
qeyri-müəyyən mövqeyi adama qəribə  gəlir. Nuriyyə ilə  Səriy-
yənin yazıçının bədii həyat konsepsiyasında, tipoloji bağlılıqda 
təhlil etmək imkanı olan tədqiqatçının əsərin başlıca mahiyyətinə 
cavab verməyən fikirləri təəccüb doğurur. Səriyyə orijinal 
üsullarla yaradılan, "həyat həqiqətinə axıra kimi sadiqliyin" ifa-
dəsi olan özünəməxsus bədii surətdir. Yazıçının sənət konsepsiya-
sının konkret ifadəsi olan Səriyyə məhz bu mənada Nuriyyə ob-
razının davam və inkişafıdır. Yəni gerçəkliyin bədii idrak pro-
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
238
sesində meydana gələn bu surətlər bir çox cəhətlərdən bir-birini 
tamamlayır. Lakin hərəsinin öz həyatı, öz xarakteri, öz taleləri 
vardır. Ona görə  də "Səriyyə tamam başqa surətdir" iddiasının 
özü tam deyil. 
Yazıçı  nə Nuriyyəni, nə  də  Səriyyəni ideallaşdırmamışdır. 
Bu obrazlar ideal insan səviyyəsinə yüksələ bilməzdilər də. Çünki 
onların yaşadığı ictimai gerçəklik özü mürəkkəb və ziddiyyətli 
idi, siyasət, ideologiya ruhi-mənəvi varlığı sanki öz içərisində 
əridirdi. Belə bir şəraitdə şəxsin vətəndaşlığı da mənəvi üstünlük 
vermirdi. Bununla belə, Nuriyyə obrazı ilə bağlı müla-
hizələrimizdən aydın görünəcək ki, I.Əfəndiyev qəhrəmanın 
şəraitin fövqündə durmaq cəhdlərini və bu zaman nümayiş 
etdirdiyi mənəvi iqtidarı önəmli hesab etmişdir. Bu baxımdan 
Səriyyənin Nuriyyənin "yolu" ilə getmədiyinə görə müəllifi 
qınamaq düzgün olmazdı.  Əgər "həyat həqiqəti" deyilən bir 
anlamı obraz yaratmaqda məziyyət kimi qəbul etsək, onda 
yazıçıya irad tutmağa qətiyyən haqqımız yoxdur. Iradımız 
qəhrəmanın özünə ola bilər. Çünki o da özünəməxsus bir həyat 
həqiqətinin doğurduğu tipdir. Yəni güzgüdə çirkin görünəndə onu 
sındırmaqda nə  lüzum  var?  Bu  mənada Səriyyə öz həyatı, taleyi 
olan insan olsa da, bir obraz kimi o da müəyyən reallıqlara güzgü 
tutur. 
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Səriyyə I.Əfəndi-
yevin  ən çox mübahisə doğuran roman qəhrəmanıdır. Səriyyə 
obrazı ilə bağlı  məsələlərə  nəinki tənqid və  ədəbiyyatşünaslıq, 
eyni zamanda geniş oxucu kütləsi də qoşulmuşdur. Roman çap 
olunan kimi oxucular ona geniş maraq göstərdi, müəllifin 
ünvanına saysız-hesabsız məktublar göndərildi. Səriyyə  və Adil 
münasibətləri müxtəlif  ədəbi məclislərin predmetinə çevrildi. 
Onların süjetinə, xüsusilə, Səriyyənin taleyinə  Qəribcanın daxil 
olması bu mübahisələri bir qədər də genişləndirirdi. "Kimdir 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə