Microsoft Word Himalay doc



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə56/85
tarix20.08.2018
ölçüsü2,16 Mb.
#63700
1   ...   52   53   54   55   56   57   58   59   ...   85

Himalay Ənvəroğlu __________________________
 
 
223
Bu janra öz haqqı  və hüququ ilə sahib olan ədibin ilk 
romanının və sonrakı romanlarının da ədəbiyyatımızda, xüsusilə, 
bədii nəsrdə mühüm hadisəyə çevrilib, məhz romansevərlərdə 
böyük maraq oyatması təsadüfi deyil. Təsadüfi deyil ona görə ki, 
böyük səbr və  təmkinlə, həssaslıqla janrın ləyaqətinə yanaşan 
I.Əfəndiyev romanda öz yerini qəti müəyyən etdi. Onun şəxsində 
Azərbaycan romanı eninə deyil, dərininə inkişaf etməyə başladı. 
Janr zahiri təəssüratlardan, yersiz təsvirlərdən təmizləndi, sanki 
subyektin daxili aləminə  çəkildi, poetikasında bu cəhətlərin 
qərarlaşmasına üstünlük verdi. Ilk romanlarının qəhrəmanları 
dövrümüzün canlı müasirləri olsalar da, heç də 
ideallaşdırılmadılar. Ideallaşan I.Əfəndiyevin sənəti, poetikasının 
özünəməxsus, davamlı komponentləri idi. Obrazlar ictimai ger-
çəkliyin doğurduğu tiplər olduğu üçün onlar ideallaşa bilməzdilər 
və müəllif də bunları mühitin fövqünə qaldırmır, şəraitlə vəhdətdə 
təsvir edirdi. Yəni xoşbəxtlikdən insani tərəf, müəllif baxışlarına 
yaxın olan subyektiv başlanğıc I.Əfəndiyev romanlarında daim 
üstünlük təşkil etmişdir. Bu meyl nəinki aparıcı  qəhrəmanların 
şəxsində, eyni zamanda, onların xarakterlərinin açılması 
təkamülündə, ümumən, bütün bədii strukturda özünü göstərirdi. 
Çünki romanın hər bir zərrəsində müəllif başlanğıcı, həssaslığı 
hiss olunurdu və ən kiçik cəhət, zahirən "əhəmiyyətsiz" görünən 
də "nəzarətdən" yayınmırdı, yazıçı münasibətindən keçirilirdi. Ilk 
baxışda "həyat forması" kimi meydana çıxan romanlar əslində 
axtarışların və kəşflərin yüksək sənət yolu ilə reallaşan formasıdır. 
Romanların süjet və kompozisiyasını orijinal üsulla quran, 
gözlənilməz gedişlərlə oxucunu heyrətləndirən  ədibin sənətinə 
maraq bu baxımdan təbiidir. Lakin bu zaman mübahisələrin, 
oxucu və  tənqidçilər arasında fikir müxtəlifliyinin olması da 
mümkündür. Bu, I.Əfəndiyevin roman qəhrəmannlarının 
özünəməxsus xarakterləri, həyata baxışları ilə yanaşı, həm də 
təhkiyənin tərkibinin mürəkkəbliyi ilə bağlıdır. Orijinal yol 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
224
tutmaq, yeni cığır açmaq, sənəti keçilməmiş yollarla irəlilətmək
qəhrəmanların xarakterlərindəki incə məqamları ustalıqla reallaş-
dırmaq müəllifə asan başa gəlmədiyi kimi oxucuların da bədii 
təfəkküründə birdən-birə "vətəndaşlıq hüququ" qazanmır. 
I.Əfəndiyev romanlarının poetik qənaətləri zamanın  ədəbi 
prosesini qabaqlayır, tənqidçinin  şüuruna yeni predmet verir. 
Onun romanlarının bədii təsir gücü böyükdür, nüfuz dairəsi geniş-
dir. Yazıçının "Söyüdlü arx" romanında Nuriyyə, "Körpüsalanlar" 
(1960) romanında Səriyyə, "Dağlar arxasında üç dost" (1963) 
romanında Səlimə, "Sarıköynəklə Valehin nağılı" (1978) 
romanında Sarıköynək qarşımızda yeni bir aləm açır, həyatı 
duymaq və dərk edib qiymətləndirməyin sirlərini meydana çıxarır 
və bəzən özləri bir sıra prinsiplərin daşıyıcılarına, meyarına çev-
rilirlər. Onlar bir tərəfdən canlı gerçəkliklə  nəfəs alan xarak-
terlərdir, digər tərəfdən bütün özünəməxsusluqları ilə yaradılan 
bədii surətlərdir. Bunların ümumi, səciyyəvi cəhətləri fərdi 
xüsusiyyətlərini, maraqlarını heç vaxt üstələyib öz içərisində 
əritmir. Yəni gerçəkliyin hansı mündəricədə, nə kimi siyasi-ideo-
loji "rəngdə" olmasından asılı olmayaraq I.Əfəndiyev qəh-
rəmanları  şəxsi, subyektiv-fərdi meyllərdən çəkinmirlər. Başqa 
sözlə, vətəndaşlıq pafosu ön planda olub müəllifin estetik idealı 
ilə birləşsə  də, onlara öz həyatını yaşamaq imkanı verilir. Bu, 
onları "arzu olunan" ictimai ideala qovuşdurmasa belə
I.Əfəndiyevin aparıcı roman qəhrəmanları tale yollarına öncə 
Nuriyyənin ("Söyüdlü arx") ömür yolunun təhkiyəsi ilə, 
tərcümeyi-halının çözülməsi ilə başlayır. Lakin bu ilk uğurlu 
təkanın fiziki və  mənəvi təsir gücü getdikcə artır,  şiddətlənir. 
Nuriyyə Azərbaycan oxucularının sevimlisinə çevrilir. O, mənsub 
olduğu xalqla tez bir zamanda ünsiyyət yarada bilir. Nuriyyə ruhi-
mənəvi bütövlüyün, kamilliyin daşıyıcısına çevrilir, şəxsiyyətində 
ən zərif və incə keyfiyyətləri birləşdirdiyi və  şəxsi duyğuları 


Himalay Ənvəroğlu __________________________
 
 
225
ümuminsani istəyə qovuşdurub fərdi meyllərdən uca durduğu 
üçün nurlu və işıqlı obraza çevrilir. 
I.Əfəndiyev zaman, şəxsiyyət və tale problemləri ilə bağlı 
axtarışlarını ardıcıl  şəkildə davam və inkişaf etdirirdi. Bu 
axtarışlar problemlərin müvafiq olaraq "Körpüsalanlar", "Dağlar 
arxasında üç dost", "Sarıköynəklə Valehin nağılı" çözümünə 
gətirib çıxardı. Başqa sözlə "Söyüdlü arx" romanında qoyulub 
həll edilən mənəvi problemlər sonrakı  əsərlərdə bir qədər də 
genişləndi və  dərinləşdirildi. Bu romanlar müəllifin insan və 
cəmiyyət, ailə,  şəxsiyyət və  ləyaqət anlayışları ilə bağlı  bədii 
konsepsiyasını reallaşdıran dəyərli nümunələrdir. 
 "Söyüdlü arx" romanının aparıcı  qəhrəmanı Nuriyyənin  əxlaqi-
mənəvi qənaətləri mənsub olduğu xalqın milli mənəvi dəyərləri 
ilə birbaşa bağlıdır. I.Əfəndiyevin bu qəhrəmanının bizdə oyatdığı 
ilkin qənaəti məhz belədir. Sonradan görəcəyik ki, bunlar 
Nuriyyənin  əməl və qayəsində, onun ömür yolunda reallaşır. O, 
hər  şeydən öncə roman qəhrəmanıdır, sənət yolu ilə yaradılan 
obrazdır. Başqa sözlə, müəllif konsepsiyası əsasında işlənən insan 
surətidir. Lakin konkret idealın daşıyıcısı olsa da, həyatda ya-
şayan, fəaliyyət göstərən, özünün ömür yolu olan insandır. 
I.Əfəndiyev Nuriyyə obrazını yaratmaqla insan qəlbinin dərin-
liklərinə nüfuz edə bilən və bu qəlbdəki zərif tellərin kövrəkliyini 
həssaslıqla duyan bir sənətkar olduğunu nümayiş etdirdi. 
"Söyüdlü arx", xüsusilə, onun qəhrəmanı Nuriyyə haqqında vaxtı 
ilə  tənqid və  ədəbiyyatşünaslıq geniş  və tutarlı fikirlər söyləmiş, 
əsərin uğurlarını müxtəlif baxımdan dəyələndirmişdir. Məsələn, 
Nuriyyənin bir obraz kimi pafosunu açıqlamağa çalışan Y.Seyi-
dov yazmışdır: "Bu yeni insan –sovet adamı bizim müasirimizdir, 
bizimlə birgə yaşayıb yaradır. Bəşəriyyət tarixində tamamilə yeni 
olan xarakteri uydurmaq, quraşdırmaq yox, varlığını  dərindən 
öyrənmək, onun əməllərini görmək, arzularına qulaq asmaq 
lazımdır. 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
226
Tarixdə bizə məlum olan hər bir epoxa, ictimai qurulu şöz 
idealına uyğun insan tipi yaratmışdır" (119, səh.78). Göründüyü 
kimi, tədqiqatçı Nuriyyəni "sovet adamı" kontekstində  dəyərlən-
dirir. Başqa sözlə, obrazın pafosunu "sovet adamı" - "yeni insan", 
"bizim müasirimiz" olması ilə əlaqələndirir. O, "epoxaya, ictimai 
quruluşa", bu quruluşun "idealına uyğun insan tipidir" və "partiya 
və hökumətin qayğısı ilə oxumuşdur" (119, səh.82). Bütün bun-
lardan sonra tədqiqatçı "vətəndaşlıq borcunu" ön plana çəkərək 
qəti fikrə gəlir ki, "Nuriyyənin xarakteri vəzifəsinə, ictimai borca 
münasibətdə açılır" (119,səh.83). Lakin Nuriyyənin xarakterinin 
bir sıra mühüm cizgiləri həmin bu "vəzifə" yükünün altına gir-
məzdən və "ictimai borc" götürməzdən əvvəl açılmağa başlamış-
dır. "I.Əfəndiyev" monoqrafiyasının bir yerində Y.Seyidov sözü 
gedən əsərin predmetini dəqiq ifadə edən bir fikir söyləyir: "Sö-
yüdlü arx"da konflikt mənəvi planda, adamların ruhi aləmində ge-
dir (119, səh.84). Obrazı  vəzifə borcuna, ictimai borca və  və-
təndaşlıq münasibətinə görə qiymətləndirməyi ruhi-mənəvi "plan-
da" qiymətləndirməklə eyniləşdirmək olmaz. Aydındır ki, ruhi-
mənəvi tərəf  əzəli və  əbədi olandır. O, həm milli və  bəşəridir, 
həm də birbaşa ilahi, substansional başlanğıcla bağlıdır. Vəzifə 
borcu, ictimai borc və  vətəndaşlıq borcu ruhi-mənəviyə nisbətdə 
solğundur. 
Doğrudur, Nuriyyə  təyinat yerinə  gəlib Güney qışlaqda 
fəaliyyətə başladıqdan sonra vətəndaşlığını böyük işgüzarlıqla hə-
yata keçirir, sözün həqiqi mənasında fədakarlıq göstərir. Mühiti 
sağlamlaşdırır, Imi, Cimi kimi "işgüzar işsizlər"i yalnız "təşəb-
büs" irəli sürməkdən xilas edərək faydalı əməyə cəlb edir. Təkcə 
bu məsələdə deyil, bir çox vacib problemlərin həllinə, o 
cümlədən, Söyüdlü arxın Quzey qışlağa qədər çəkilməsinə  səy 
göstərir, bu məsələyə münasibətdə  Nəriman  əmiyə  təsir edərək 
onu öz fikrindən döndərir. Ümumiyyətlə, Nuriyyə hadisələrin 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə