Microsoft Word Himalay doc



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə52/85
tarix20.08.2018
ölçüsü2,16 Mb.
#63700
1   ...   48   49   50   51   52   53   54   55   ...   85

Himalay Ənvəroğlu __________________________
 
 
207
müəllif əl gəzdirə-gəzdirə 1940-cı ildə birinci cildini nəşr etdirir. 
Yazıçı özü "Şamo"nun bu ilk variantının "naşı bir əllə", "xəsis 
boyalarla" yazıldığını etiraf edir. Lakin bununla belə,  əsəri 
"söküb-dağıtmaq istəmədiyini" (107, səh.41) də deyir. 
Romanın poetikasının, başqa sözlə, janr formasının özünə-
məxsus yolla inkişaf etməsi barədə ilk dəfə M.Arif fikir söylə-
mişdir: "Şamo"nun daha mükəmməl ikinci çapında (1940) əsər 
həcm etibarilə böyüməklə  bərabər, hadisələr çoxalmış, müxtəlif 
xasiyyətlərə malik adamlar meydana çıxmışdır" (98, səh.341). 
50-ci illərdən başlayaraq roman-epopeyanın birinci cildi 
(1952-1955), ikinci cildi (1953, 1956), üçüncü cildi (1964), 
dördüncü cildi (1977), beşinci cildi (1978) nəşr olunmuşdur.  
Z.Kedrina "Epopeya yaratmaq yolunda" adlı  məqaləsində 
"Şamo"nun meydana gəlməsinin səbəblərini dövrün, tarixi 
şəraitin xarakteri ilə  əlaqələndirərək yazırdı: "Xalqın tarixi 
inkişafının dönüş  mərhələsində xalq həyatının  ən mühüm 
mərhələlərini açıb göstərən xalq epopeyasının yaradılması… 
ədəbiyyatın müəyyən bir dövrü üçün tipik xüsusiyyətdir" (75). 
"Şamo"nun poetikasını "xalq epopeyası" kontekstində 
dəyərləndirən tənqidçinin bu fikri bu gün yalnız  əsərin tədqiqatı 
tarixi baxımından (1951) diqqəti çəkə bilər. Çünki "xalq epo-
peyası" anlayışı altında təsəvvür olunan poetik meyar "Şamo"nun 
roman-epopeya forması ilə üst-üstə düşmür. "Şamo"nun "xalq 
epopeyası" kontekstində dəyərləndirilməsini S.Rəhimovun sonra-
kı tədqiqatçıları, o cümlədən, Q.Xəlilov və Y.Seyidov da birmə-
nalı  şəkildə  dəstəkləməmişdilər. Z.Kedrinanın mülahizələri 
roman-epopeya üçün yox, məhz xalq eposları (epopeyaları) üçün 
məqbul sayıla bilər. Vaxtı ilə Hegel və Belinskinin epopeyanın 
xüsusiyyəti, meydana gəlməsinə  səbəb olan amillər haqqında 
dediklərinə elə bir mühüm cəhət gətirmir.  Əksinə, "Şamo"nu " 
"xalq epopeyası" modelində qiymətləndirməklə  məsələyə bir 
qədər də dolaşıqlıq gətirir. Ona görə  də sonralar Lebedinskinin 
"Xalq kütlələri hərəkatının  əsil Homer gücü ilə göstərilməsi ro-
manın ən qüvvətli cəhətini təşkil edir" (16, səh.149) mülahizəsi də 
bu baxımdan təsadüfən meydana gəlməmişdir. Mülahizədə 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
208
diqqəti çəkən "Homer gücü" və "xalq kütlələrinin hərəkatı" 
ifadələridir. Tənqidçinin fikrincə bunlar "romanın  ən qüvvətli 
cəhətini təşkil edir". Əslində, tənqidçi "romanın" deyil, "xalq 
epopeyasının" desəydi daha düzgün olardı. Çünki romanda xalq 
kütlələri deyil, məhz aparıcı qəhrəman önəm kəsb edir. Ona görə 
də "Şamo"nu nə sırf epopeya, nə də sırf roman poetikası ölçüləri 
ilə dəyərləndirmək olmaz. Ona görə yox ki, əsərin adı "Şamo"dur 
və romanın aparıcı  qəhrəmanının adı ilə adlanır.  Əslində, bu, 
həqiqətən də belədir. Lakin əsəri romana çəkən bu əlamətlər onun 
janr məzmununu tam ifadə edə bilmir. Çünki romanda epopeyaya 
xas olan (yuxarıda qeyd edilən) xüsusiyyətlər də vardır. Bu ba-
xımdan "Şamo"da "hibrid", "sintez" meyli onun təbiətindən 
doğur. Ona görə də romanla epopeyanın üzvi vəhdət təşkil etdiyi 
bu  əsərin roman-epopeya formasının poetik xüsusiyyətləri 
əsasında dəyərləndirilməsi daha düzgün olardı. Epik-obyektiv 
hadisələr, "xalq kütlələri" epopeyanın məzmununda önəmli yer 
tutur. "Şamo"da bunlar müəllif başlanğıcı ilə struktur vəhdət 
təşkil edir. 
S.Vurğunun S.Rəhimovu "romançı, böyük yazıçı, Azərbay-
can ədəbiyyatının ağır artilleriyası" adlandırdığı vaxt "Şamo"nun 
hələ ancaq birinci və ikinci cildləri çap olunmuşdu.  
Romanın ilk cildlərində, ilk variantlarında müəllifin  şəxsi 
təəssüratları aparıcı olmuş, "dəbərdirilən xatirələr" onu daim 
səsləmişdir. 
Hər fəslinin səkkiz, on variantı olan bu əsərin ideyasının ya-
ranma tarixi haqqında  ədib belə deyir: "Şamo"nun ilk rüşeymini 
də mən burada – Hocaz kəndində müəllim olduğum zaman (1923-
1924-cü illərdə – H.Q.) tapdım. O zaman müəllim dotslarımdan 
biri mənə nağıl etdi ki, müsavat hökuməti zamanı bir gün Sultan 
bəy Mağavuza – romanda mənim  Şehli adlandırdığım kəndə 
gəlibmiş… həmin günü bir göyçək qızı da bir oğlana gəlin 
gətiriblərmiş. Bu qızın bakarətini almaq istəyən Sultan gəlinin 
nişanlısını bir neçə cavan oğlana qatıb səngərə sürüdülər, qızı isə 
gecə gərdəkdən çıxartdırıb birbaşa öz yanına gətirdi… Ertəsi gün 
səngərdə güllə  dəyən oğlanın meyidini bu yandan, namusuna 


Himalay Ənvəroğlu __________________________
 
 
209
təcavüz edildikdən sonra rüsvayçılığı  qəbul etməyib özünü asan 
gəlinin də meyidini o biri yandan gətirirlər. Kənd  əhalisi 
məhəbbətləri zalımlar tərəfindən tapdanan hər iki nakam cavanı 
qoşa dəfn edir… Əgər müəllim dostum hadisəni mənə nağıl 
etməsəydi, mən də neçə ildən bəri bu hadisə  ətrafında düşünüb 
daşınmasaydım, indi də üzərində  işlədiyim "Şamo"nu yaza 
bilməz, həmin hadisə ilə əlaqədar mürəkkəb bir dövrü əhatə edə 
bilməzdim" (109, səh.24). Mən fikirləşəndən sonra qəhrəmanın da 
adını tapdım –Şamo! Bütün bunlar məni rahat buraxmır, "dərsdə, 
işdə, tramvayda, gur danışıqlar gedən iclaslarda belə  "Şamo" 
məndən üzülmür, beynimi, zehnimi məşğul edirdi" (109, səh.25). 
Romanda da yuxarıda qeyd edildiyi kimi Sultan bəy  Şa-
monun sevgilisi Qəməri həqiqətən hələ gərdəkdə ikən Göyərçinin 
hiyləsi ilə  gətirtdirib namusunu ləkələmək istəyir. "Müəllim 
dostunun" nağıl etdiyindən fərqli olaraq, S.Rəhimov başqa yol 
tutur. 
"Səngərdə  həlak olan cavanın"  əvəzinə tapılmış  Şamo sə-
nətkarın bədii təfəkkürünün gücü ilə mübariz, qorxmaz bir qəh-
rəmana çevrilir. Əslində "Nakam gənclərin" qəmli taleyi roman 
üçün bir ideya idi. 
Məhz danışılan qəmli  əhvalat  əzəmətli, möhtəşəm bir 
"dastan-roman-epopeya"ya (58, səh.163) ideya vermişdir. 
Göründüyü kimi, Q.Xəlilov "Şamo"nun janrını  nə 
"epopeya", nə "roman-epopeya", məhz "dastan-roman-epopeya" 
yəni üç hissənin (üç ünsürün) vəhdətindən doğan janr forması ki-
mi dəyərləndirir. Q.Xəlilovun tədqiqatında işlətdiyi bu "janr 
müəyyənliyi"ni heç də sinkretizm mənasında başa düşmək olmaz. 
Bununla belə  həmin "ünsürlər"in vahid janr modelində 
təzahürünü mürəkkəb təkamül prosesinin nəticəsi kimi dəyər-
ləndirmək lazımdır. Çünki "dastan", "roman" və "epopeya" ayrı-
ayrı janr formalarıdır, hər birinin özünəməxsus tarixi və poetikası 
vardır. "Şamo" bu janrların yaşarlı  ənənələri üzərində ucalmaqla 
bərabər, həm də orijinal bir yolla irəliləmiş, "hər şeyi" əhatə edən 
poetikasını yaratmışdı. S.Rəhimov bədii təxəyyülü son dərəcə 
qüvvətli olan, ilhamını öz içindən alan sənətkardır. Bu cəhət 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
210
yazıçının fərdi üslubunda, təhkiyə tərzində, struktur məqam kəsb 
edən nəhayətsizliyə meylində təzahür edir: "Yazanda məndə hazır 
"ülgü" olmur… Mən yazanda heç bir ülgünü nəzərə almıram, 
"necə  çıxırsa çıxsın deyirəm… Nəticədə belə  çıxır. Yazmazdan 
bilsəm, dərzisayağı "ülgü" ilə  kəsib biçsəm, heç nə yaza 
bilmirəm. Mən axtara-axtara işləyirəm. Qabaqcadan bütün bunlar 
mənə aydın olsaydı, mən işləyə bilməzdim. Məncə  bədii  əsər 
axtarış marağı ilə yaranır… hazır "ülgü" bədii  əsərin birinci 
düşmənidir”(110). 
"Şamo"nun poetikasının xüsusiyyətləri ilə birbaşa bağlı olan 
bu mülahizələr həm də  ədibin yaradıcılıq laboratoriyasının 
sirlərinin müəyyən məqamlarının açıqlanması baxımından diqqəti 
çəkir. Yazıçının "həyat yolu" əsərindən də aydın görünür ki, o, 
roman üzərində  işlədiyi uzun illərdə öz qəhrəmanlarından, 
xüsusilə Şamodan heç vaxt ayrılmamışdır. Hətta hadisələrin zahiri 
ardıcıllığını gözləmədən, daxili bir zərurətlə, qəlbinin hökmü ilə 
əhvalatları qabaqlamışdır. Məsələn,  ədib "Yazılmamış başdaş-
ları"nı, yəni "Şamo"nun son fəslini hələ altmışıncı illərin 
əvvəllərində yazıb qurtarmışdır: "Bir neçə il bundan qabaq 
"Şamo" romanının baş qəhrəmanı Şamo, mən istəmədən, yaradıcı 
təxəyyulumdə son döyüşlərin birində qəhrəmancasına həlak olur. 
Nə gizlədim, IV cildin axırını adlayıb "Yazısız başdaşları" fəslini 
də yazdım… Bu fəsli yazıb qurtaranda mən səksəndim!... Axı, 
mən uzun illər ərzində Şamonu qoruyub sağ saxlamışdım, başqa 
qəhrəmanlarım həlak olsalar da, mən ağır yara alan Şamoya ölüm 
qıymamışdım…" Aparıcı qəhrəmanın qəfil ölümünün doğurduğu 
kədərlə yaşadığı bir çağda ədibin son dərəcə istedadlı oğlu Şamo 
qəflətən vəfat etdi. Bu ağır dərd  ədibin amanını  kəsdiyi üçün o, 
"Şamo"nun IV cildini yazıb qurtara bilmirdi: "Şamo"nun IV 
cildini yazmaq çətin, yazmamaq daha çətindir. Indi "Şamo"nu 
tamamlamaq çox ağır iş olmuşdur. Axı, hər iki Şamo mənim 
qəlbimdə birləşibdir, belə vəziyyət, belə daxili ruhi gərginlik necə 
də  fırtınalıdır… Baxırsan… burulqana düşürsən. Oğul itkisi… 
Qəhrəman itkisi… Bəlkə  oğlum  Şamo – Şamil öldüyünə görə 
qəhrəmanım Şamo qalsa yaxşıdır? Oğlum Şamo öldüyünə görə o 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə