Microsoft Word history of east theatre



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə10/63
tarix31.10.2018
ölçüsü1,18 Mb.
#77558
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   63

_____________Milli Kitabxana_____________ 
32 
enerjili, “tamazik” isə  qəzəbli, intiqam hissilə coşan 
deməkdir. Rəqs zamanı  Şivanın görkəmi zəhmli və 
gözlənilməzdir. Burada Şiva  10  əllidir, bədəninə isə 
gürzələr sarınıb. Rəqs etdiyi vaxt Şivanın qarşısına nə 
çıxırsa, onu həməncə uçurub dağıdır. Nataracənin rəqs 
məkanı simvolik, fantastik bir məkandır. Rəqs 
müddətində Şiva od içində yanır, daha doğrusu, alovla 
özünü təmizləyir. Onun dünyanı dağıtmağı da bu 
ideyaya xidmət edir. Çünki qədim hind risalələrində 
buyurulur ki, insan od və dağıntılarla təmizlənəndə 
arzuladığı azadlığa çatır. Başqa sözlə desək, hindlilər 
müqəddəs odla qüsl eləyirlər.  
       Şivanın ikinci rəqsi  “Nritya Sandhya”, yəni 
“Axşam rəqsi” adlanır. Rəqs yoqa təbiətlidir.  “Şiva 
Prado Stotra”  rəvayətləri “Axşam rəqs”ini belə 
təsvirləyir: “Üç dünyanın anasını bahalı qaş-daşlarla 
bəzədilmiş  qızıl səltənətdə  əyləşdirib  Şulapani (tanrı 
Şivanın adlarından biri - kursiv A.T.) Kaylasa dağının 
yüksək bir zirvəsində rəqs edir. Onun ətrafına tanrılar 
toplaşıb. Hindra fleyta, Sarasvati tütək çalır, Brəhmə 
əlində kanon tutub. Lakşmi mahnı oxuyur, Vişnu 
təbilləri döyəcləyir və bütün tanrılar dövrə vurub ayaq 
üstə dayanıblar. Səma sazəndələri, pəri-rəqqasələr, 
tanrıların müqəddəs veda xanəndələri, tanrı-ilanlar, 
səma müdrikləri, allahlar və yarımallahların hamısı yı-
ğışıb gəliblər ki, üç aləmin məşvərətində  səma 
musiqisini dinləyib səma rəqsinə tamaşa eləsinlər”. 
Kaylasa hindlilərin müqəddəs dağlarından hesab edilir 


_____________Milli Kitabxana_____________ 
33 
və onun bir sıra adları mövcuddur. Onlardan biri 
“Hanaparvani”dir. Sanskritcədən bu ifadə “dağ 
nəğməsi” kimi tərcümə edilir. “Axşam rəqs”nin 
məqsədi Kaylasa dağının zirvəsində pozulmuş kosmik 
harmoniyanı  bərpa etmək, öləri insanlara təmkin və 
sakitlik gətirmək, onların qəlbindən qüssəni, kədər və 
qüruru, təkəbbürü qovmaqdır.   
       Şivanın üçüncü və  ən məşhur rəqsi  “Ülviyyət 
rəqsi”dir. Bizi bu haqda “Yoqa-sutra” 
məlumatlandırır. Rəvayətə görə bir neçə hadisə 
“Ülviyyət rəqsi”ndən ötrü şərait, zəmin yaratmış, bu 
rəqsin plastik quruluşunu müəyyənləşdirmişdir. Al-
lahın qüdrətinə inanmaqdan imtina etmiş itaətsiz 
münzəvilər barəsində eşidən Şiva dilənçi görkəmi alıb 
onların yanına yollanır. Öncədən təhlükə duyan 
zahidlər iri bir tonqal qalayıb qurbanlar gətirməyə 
başlayırlar. Elə ki, Şiva tonqala yaxınlaşır, alov 
içindən bir pələng sıçrayıb bayıra tullanır və tanrının 
qarşısını kəsir. Şiva pələngi tutub dərisini boğazından 
çıxarır və onu öz çiyinlərinə salır. Bu dəfə oddan 
qorxunc bir ilan peyda olur. Şiva gürzəni də boğub 
öldürür və çiçək hörüyü kimi boynundan asır. 
Münzəvilər öz məğlubiyyətlərilə razılaşmırlar: ona 
görə də zahidlər alovdan çox böyük fiziki gücə malik 
qara cırtdan-pəhləvanı, - Maulyakanı, - tanrı ilə 
döyüşə çağırırlar. Lakin Şiva cirtdan pəhləvana 
asanlıqla qalib gəlib onu sol ayağının altına alır və öz 
möcüzəli rəqsini ifa etməyə başlyır. Münzəvilər 


_____________Milli Kitabxana_____________ 
34 
Şivanın qüdrətinə ram olurlar. Tanrı da onların günah-
larından keçir və söz verir ki, bu rəqsi bir də 
Çidambaram yaxınlığındakı qızıl dağda adi insanlara 
göstərsin. Görünür, məhz bu səbəbdən sonralar 
Hindistanın Mədrəs  ştatında yerləşən Çidambaramda 
Şiva Nataracanın  şərəfinə XIII əsr memarları 
tərəfindən məbəd ucaldılmışdır ki, bu məbədin də daş 
lövhəcikləri üzərində tanrı  Şivanın rəqs pozaları 
sərgilənmişdir. 
       “Ülviyyət rəqsi” zamanı  Şiva bəşəriyyətin 
yaradıcısı obrazında çıxış edir. Rəqsi ifa edərkən Şiva 
ikili (dualistik) görkəmdədir. Onun bir üzü Şivanı, o 
biri üzü isə tanrıça Şaktini bildirir; Bir qulağında kişi, 
o birində isə qadın sırgası var. Bu obrazda Şiva 
dünyada canlı nə varsa, onun mənbəyidir: rəqsi bütün 
hərəkətlərin başlanğıcıdır, nitqi kainatdakı bütün 
səslərin ifadəsidir. Öz rəqsilə  Şiva yeni dünyanın 
yaradıcısı, müəlifi qismində  çıxış edir. O, şər və 
nadanlığı  məhv edir, ayağının altında tapdalayır, 
insanları yalançı xülyalardan və emosiyalardan 
qurtarır.  
       Bundan  başqa tanrıça Kali və Krişnanın rəqsləri 
də kosmik mənalıdır. Tanrıça Kali (Durqa) öz rəqsilə 
bildirir ki, əri Şiva ilə vahid bədəndə birləşib və şərə 
qarşı tükənməz güc əldə edib. Krişnanın birinci rəqsi 
“Tandava”, ikincisi “Nayaki-nayaki bhava”, yəni 
“Məşuqların duyğuları”, üçüüncü isə  “Maha rasa”
yəni “Qüdrətli rəqs” adlanır. İlk rəqsində tanrı Krişna 


_____________Milli Kitabxana_____________ 
35 
qədim hind maldar tayfalarının müdafiəçisi olub 
davakar allah obrazında yüzbaşlı ilan Kalinda ilə 
savaşır. Krişna kəndə, camaata ziyan vurmaq istəyən 
Kalindanı at kimi minib çapır, onun belində ifadəli bir 
rəqs göstərir və bununla da özünün şər və zorakılıq, 
pislik və paxıllıq üzərindəki qələbəsini simvollaşdırır. 
Çoban Krişnanın ikinci və  üçüncü rəqslərisə insanın 
qəlbilə ilahi ruhun birgəliyini rəmzləşdirir, 
obrazlaşdırır. Burada qəşəng Radhanın Krişnaya olan 
sevgisindən, çoban qızların şən mahnı və rəqslərindən 
eyhamların, işarələrin dililə “danışırlar”. Öz ərlərini 
Krişnanın çağırışı ilə atıb gəlmiş rəqqasə çoban qızlar 
insan ruhunun tanrıya qovuşmaq ideyasını simvolik 
şəkildə  təcəssüm etdirirlər. Ancaq bu rəqslərin heç 
biri öz epik masştabına, məzmun və qayəsinə, 
mənasına görə  Şivanın sakral rəqslərilə eyni bir 
cərgədə dayana bilməz. 
     Odur  ki,  hind  klassik  rəqsinin  əsasını  Şiva 
Nataracanın  108 pozası  təşkil edir və hind rəqqaslıq 
ənənəsi onları  “KARANA” adlandırır. “Natyaşastra” 
risaləsinin estetik qanunlarına müvafiq hər karanada 
əl və ayaqların vəziyyəti daxil olmaq şərtilə rəqqasın 
bədəninin mövqeyi (pozası) dəqiq müəyyənləşdiril-
mişdir. Çidambaram məbədgahından tapılmış  həmin 
bu 108 daş lövhəcik indiyəcən saxlanılmışdır. Onların 
hər biri sənət nümunəsidir, heykəltaraşlıq incisidir. 
108 karananın hər birinin öz adı var: məsələn,  “kari 
hasta” (fil xortumu), “katikçinna” (incə bel), 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə