_____________
Milli Kitabxana_____________
150
başını barmağından çıxarıb kənara tullayır, qolları sərbəst
buraxır və öz barmaqlarını seyrçiyə göstərir. Bu sonluq, bu
final tamaşaçılar üçün həmişə əsl həzz mənbəyi sayılır. Kuklaçı
heç vaxt tamaşaçılara görünmür və həmişə qara pərdə
arxasında gizlənir. Yaponların Bunraku-ca teatrında isə
kuklaçının iş üslubu, oyun texnikası hər an tamaşaçının gözü
qabağındadır. Yubi-ningyö kölgə teatrında pyeslərin təqdimi
Bunraku kukla teatrında olduğu kimidir. Pyeslər xüsusi bir
nağılçı, -
gidayu, - tərəfindən danışılır. Ekranın böyründə isə
həmişə səmisen ustası əyləşir, tamaşadakı vəziyyətlərin sərbəst
müşayətçisi qismində çıxış edir. Kölgə teatrı bütün
prinsipləri
etibarı ilə Bunraku-ca kukla teatrını xatırladır. Fərq ancaq
ondadır ki, Bunraku teatrında kuklalar adam boyu kuklalardır
və
“sanni-cukay” metodu ilə idarə olunur. Belə ki, Bunraku
kukla teatrında bir kukla üç kuklaçı tərəfindən oynadılır.
Kuklaçılardan birincisi kuklanın başını və sağ əlini, ikincisi
kuklanın sol əlini, üçüncüsü onun ayaqlarını hərəkətə gətirir.
Bunraku tamaşalarında da gidayu və səmisenin rolu böyükdür.
Heç bir şübhə yoxdur ki, Yösida Xarunoske yubi-
ningyö kölgə teatrını Bunraku və Kabuki tatrlarının təsirilə
yaratmışdır. Yaponiyanın böyük kukla ustası
Kondo
Kinnoske hələ 18 yaşında olarkən 1885-ci ildə Xarunoskenin
göstərdiyi yubi-ningyö tamaşalarına baxmışdır.
_____________
Milli Kitabxana_____________
151
18. Bunraku kukla teatrı müasir dövrdə
1963-cü ildə Yaponiyanın Maarif Nazirliyinin
nəzdində
mədəni dəyərlərin mühafizəsi üzrə Komitə və digər təşkilatlar,
o cümlədən Osaka bələdiyyəsi və
En-eyç-key teleradio şirkəti
Bunraku Teatrlar Assosasiyasını yaratdılar və onun fondunu
37.5 milyon iyen həcmində müəyyənləşdirdilər. Bu tarixçədən
etibarən Assosasiya ildə üç kərə Tokiyonun
Mitsukosi Göki-
ce teatrında bunraku tamaşaları oynanılmasını təşkil edirdi.
1966-cı ildən
Kokuritsu Göki-ce Dövlət Teatrı fəaliyyətə
başladıqdan sonra onun
593 seyrçiyə hesablanmış kiçik
səhnəsi
bunraku truppasına verildi ki, onlar ildə dörd dəfə (hər dəfə 15
gün çəkmək şərtilə) öz tamaşalarını ənənəvi teatr formalarının
xiridarlarına göstərsinlər. Bundan savayı Bunraku tamaşaları
Osakanın
Asaxi-ca teatrının səhnəsində də ildə dörd kərə ifa
olunur. 1984-cü ildə isə Yaponiyada məxsusi Bunraku Dövlət
Teatrının açılış mərasimi keçirilir. Bu teatr rəsmi olaraq
Kokuritsu Bunraku Göki-ce adlanır. Teatrın salonuna cəmi
731 seyrçi sığışır. Burada ildə dörd
dəfə tamaşalar nümayişi
keçirilir və hər nümayişin davan müddəti
17 gündən 20
günədək çəkir.
Kokuritsu Bunraku Göki-ze teatrı 1984-cü
ildə
139 milyon iyen məbləğində maliyyə yardımı almışdı.
Teatrın truppası Amerika Birləşmiş Ştatlarına və Avropa
ölkələrinə tez-tez qastrol səfərlərinə çıxır. Bunraku Dövlət
teatrının truppası 1987-ci ilin məlumatına görə
85 nəfərdən
ibarətdi. Teatrın yaradıcı heyətində
27 gidayu (nağılçı-qiraətçi
aktyor),
18 səmisen ustası (sazəndə),
40 kuklaçı vardı.
Truppada aktyorların orta yaş həddi
42-dir. 1972-ci ildən
etibarən Bunraku sənətinin aparıcı aktyorları artıq öz
şagirdlərini yetişdirməklə
məşğuldurlar. Lakin buna
baxmayaraq həqiqi səmisen ustalarının sayı tədricən
_____________
Milli Kitabxana_____________
153
III FƏSİL
ÇİN TEATRI TARİXİ
Çində teatr formalarının
inkişaf tarixi demək olar ki, Çin
dövlətçiliyinin siyasi formalarının tarixi qədərdir. Çin teatrının
ən görkəmli tədqiqatçılarından biri yapon
Suci Takeo Çin
teatrı tarixini
5 dövrə bölür:
1. Ən qədim dövr - uzaq keçmişdən başlayaraq ta m.ö. V
əsrə qədər;
2. Qədim dövr - m.ö. III yüzildən, Tsin hakimiyyətindən
tutmuş ta bizim eranın VI əsrinə kimi;
3. Orta dövr - II imperiya
dövründən XI yüzilə qədər;
4. Yeni dövr - XII əsrdə monqol işğalından başlayaq ta
XIX yüzilə kimi;
5. Ən yeni dövr - XIX əsrin II yarısı daxil olmaq şərtilə
1911-ci il inqilabınadək.
Əlbəttə, bu bölgü nisbidir və bir xeyli köhnəlib. Çünki XX
əsrin əvvəllərində aparılmış tədqiqatlara əsaslanır. Bu bölgü
nisbi olsa da, müəyyən bir
istiqamət seçmək və tarixi
mərhələlərin sərhədləri barədə aydınlıq əldə etməkdən ötrü son
dərəcə vacibdir. Amma hər halda daha yaxşı olardı ki, Çin
teatrı tarixi bütün teatr formalarının xüsusiyyətləri nəzərə
alınmaqla dörd mərhələyə ayrılsın: birinci mərhələ uzaq
keçmişdən monqol işğalına qədər uzanıb gedir; ikinci mərhələ
monqol epoxasından XVI yüzilə kimi olan zaman məsafəni
əhatə edir; üçüncü mərhələ XVI-XIX əsrlər məsafəsinə sığışır;
dördüncü mərhələ realist teatrla Çində klassik teatr
formalarının mübarizəsindən başlayıb
üzü bizim çağdaş
zəmanəyə istiqamətlənir. Artıq bu bölgüdə ölkənin siyasi tarixi