_____________ Milli Kitabxana_____________
154
yox, teatr formalarının inkişafı üçün xarakterik tarixi
mərhələlər ön plana çəkilir.
Çində klassik teatr formaları əksərən şeirlə, əlavə monoloq
və dialoqlarla yazılmış opera kimi səciyyələndirilir. Əslində isə
bu, opera yox, çin musiqili dramıdır. Sinologiya Çin
teatrının yaranma tarixini, daha doğrusu, Çin teatrının
mənbəyini iki istiqamətdə araşdırır. Bəziləri elə güman edirlər
ki, Çin teatrı birbaşa şəkildə əcdadların kultu ilə ilişkilidir.
Digər qrup alimlərsə bu fikirdədirlər ki, Çin teatrının formaları
tarix etibarı ilə əcdadların kultunu da qabaqlayır. Onun
mənşəyini şaman ayin və rəqslərində, kütləvi nigahqurma
mərasimlərində axtarmaq lazımdır.
Çin teatrının ən qədim dövrü ayrı-ayrı teatral elementlərin
qruplaşıb bitkin kompozisiyalar əmələ gətirdiyi dövrdür. Bu,
Çin teatrı tarixində saray teatrının mövcudluq mərhələsidir.
Şübhəsiz ki, qədim Çinin tarixən məruz qaldığı dəyişikliklər bu
məmləkətin ənənəvi formalarının təşəkkül və inkişafına da öz
təsirini göstərmişdir. Öncə qədim Çin kiçik xanlıqlardan ibarət
idi. Sonradan bu xanlıqlar Sin və Xan dövründə I İmperiya
şəklində birləşib vahid dövlət oldu, müəyyən müddət yaşadı və
dağıldı. Bir azdan Tan və Sun dövründə yeni II İmperiya
yarandı. Təəssüf ki, onun da ömrü uzun sürmədi. II İmperiyanı
savaş qovğaları bürüdü. Çin tarixindən iqtibas edilmiş bu qısa
anons bir daha təsdiqləyir ki, teatr yalnız siyasi və iqtisadi
sakitlik məqamlarında inkişaf edir. I və II İmperiya zamanı Çin
teatrının yaşadığı vəziyyət bunu sübuta yetirir. Çin saray
teatrının inkişaf prosesi hər iki İmperiyanın süqutundan sonra
dayanır. Halbuki geniş miqyasda götürsək, saray daxilində baş
verən proseslər saray teatrı üçün sahiblərin dəyişdirilməsindən
başqa bir şey deyildi.
Çin teatrının təşəkkülünün bu dövründə əsasən üç ifadəli
fiqur nəzərə çarpır: təlxək, xanəndə və sazəndə. Sarayda qadın
_____________ Milli Kitabxana_____________
155
rəqqasə və xanəndələrinə də böyük rəğbət bəslənilirdi. Ancaq
teatr sənəti inkişaf etdikcə qadın elementi teatrdan sıxışdırılıb
çıxardılır. Getdikcə rəqs və nəğmələrin növbələşməsi prinsipi
üzrə qurulmuş pyes tipli mətnlər meydana gəlir və onlar hərbi
“U” və vətəndaş “Ven” pyeslərinə ayrılır. Çin teatrı tarixi bu
dövrdə “aktyor və repertuar” amillərini aktuallaşdırır.
I İmperiyanın e.ə. III yüzildə yarandığı dövrdə hökdar Şi-
xuan öz hegemonluğu çağlarında guya ki, “A-fan-qun” adlı
saray tikdirir və bütün aktyorları həmin saraya toplayır. Lakin
tarixdə aktyor adlarından başqa bu dövrün teatrına aid heç bir
fakt qalmayıb. Düzdür, “ban-cı” melodiyaları da bu tarixi
mərhələnin yadigarıdır. Qısa nəticə şəklində onu qeyd etmək
lazımdır ki, I İmperiya dövrünün teatrı primitiv davranış
qəliblərinin şeir dilinə tabe etdirilmiş musiqi, vokal sənətilə
birgəliyi üstündə təzahür edir.
Xan dövrünün aktyorları artıq bədii mətnlərdə verilən
tarixçələri dramatikləşdirməyə başlayırlar. “Xuan-mın-çan”
adlı bir truppanın təşkili də bu tarixi mərhələnin bəhrəsidir. Bu
dövrlə ilişkili belə bir məlumat da var ki, güya Vey
knyazlığından olan Soa-soa adlı bir feodal pyesləri ifa
etməkdən ötrü səhnə düzəltdiribmiş. Ancaq həmin səhnənin
sözün müasir mənasına nə dərəcədə uyğun olduğunu söyləmək
çətindir. Yadda saxlanılası faktlardan biri də budur ki, aktyorlar
Xan dövründə ilk dəfə üzlərinə pudra sürtüblər və Çin teatr
mütəxəsisləri güman edirlər ki, qəhrəman qadın rolları, başqa
sözlə, “dan” ampluası məhz bu ənənədən sonra formalaşıb.
Xan dövrünün sonundan etibarən rollar müəyyən qayda üzrə
sistemləşdirilir və qruplaşdırılır. Tarix Xan mərhələsindən həm
də ilk dəfə taxta maska geymiş iki aktyorun, - Sao-Minda və
Lan-lin-vanın, - adlarını qoruyub saxlamışdır. İndi həmin
maskalardan mənfi personajları görsətmək üçün istifadə edilir.
_____________ Milli Kitabxana_____________
156
Miladdan öncənin IV yüzili, - II İmperiyanın hər vəchlə
mədəniyyətə qayğı ilə yanaşdığı çağlar, - Çində saray teatrının
çiçəklənməsi dövrüdür. Tan imperatoru Syuan-cun bu zaman
“Armud bağı” adlanan bir musiqi akademiyası yaradır.
“Armud bağı” akademiyasına paralel şəkildə gənc rəqqasələrin
“Bahar həyəti” adlanan məktəbi də fəaliyyətə başlayır. X əsr
artıq həqiqi klassik Çin teatrının yarandığı ərəfədir. Aktyor
Xuan Fan-çonun XVIII yüzildə teatr sənəti haqqında yazdığı
“Nurlanmış ruhun aynası” adlı risaləsində söylənir ki, Çin
teatrının yaranmasının təkanverici qüvvəsi Xan dövrünün Çen
Pin adlı bir əyanının taxtadan kəsdiyi fiqurlar olmuşdur. Sən
demə, Çen Pin bu adam boyu fiqurları şəhəri düşməndən
qorumaq üçün düzəldibmiş. Bu tapıntı şəhər camaatına o qədər
xoş gəlir ki, onlar Çen Pinin əməlini yamsılamağa başlayırlar
və taxta fiqurları “marionetka” adlandırırlar. Yenə bu risalədə
bəyan edilir ki, Tan imperatoru Min-xuan balaca uşaqları
alicənab ailələrdən yığıb bu cocuqlara “Armud bağı”nda “yan
si” deyilən pyes mətnlərini öyrədirdi. Elə bu vaxtlar 5 və ya 8
nəfərlik daimi truppaları olan “ca-cüy” teatrları meydana
çıxır və Çin teatrı üçün olduqca vacib sayılan rolların tiplər
üzrə təsnifatı prosesi başlayır
Ca-cüylər, əslində, teatr yox, musiqili dram janrıdır,
pyes növüdür.
Bu yüzilin sonunda ölkənin şimalında 80 xacədən ibarət
“Duman melodiyaları” truppası kimi tanınan xüsusi bir
məktəb fəaliyyət göstərirdi. Belə bir məktəbin bənzəri Çinin
cənubunda “Göy örtüklər” truppası adı altında yaradılmışdı.
Çində şimal və cənub məktəbləri həmişə teatr dəbinə hakim
olmaq üstündə yarışıblar, mübarizə aparıblar. Odur ki, onların
arasında fərqli cəhətlər mövcuddur. XI əsrdə Çində cənub
məktəblərinin üslubu aparıcı mövqe tutur. Çinin monqollar
tərəfindən işğalından öncə Çjao-de-lin adlı bir kimsə
Dostları ilə paylaş: |